Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
15
Artıq dünyada 200-ə yaxın formalaşmış lokal və beynəlxalq
səviyyəli fond birjası fəaliyyət göstərir. Və bu bazarlar XX əsrdə
yaradılmış planlı və qeyri-təkmil iqtisadi inkişaf mərhələsindən,
münasibətlər sistemindən müasir bazar münasibətləri sisteminə
keçid prosedurunun təmin olunmasında mühüm təsir amillərindən
birinə çevrilməkdədir. Həmin bazarlarda həyata keçirilən ticari
əməliyyatlar, sövdələşmələr bu bazarların nüfuzuna da əsaslı
şəkildə təsir göstərir.
1.2. Fond bazarının fəaliyyət xüsusiyyətləri
Qiymətli kağızlar iqtisadi fəaliyyətdə maliyyə-təsərrüfat və kredit
əmliyyatlarının həyata keçirilməsinə təsir göstərməklə, həmçinin bu
əməliyyatların maliyyə təminatının əsas mənbəyinə çevrilir. Qiymətli
kağızların fond bazarındakı fəaliyyətinin əsas məqsədini müvəqqəti
sərbəst pul vəsaitlərini səfərbər edib, iqtisadiyyatın zəruri ehtiyac hiss
olunan istiqamətlərinə yönəltməsi kimi də qiymətləndirmək daha
düzgün olar. Qiymətli kağızlar bazarınının əsas tərkib hissəsini fond
bazarı təşkil edir [8; 24; 42] və bu kağızların satışına görə fond ba-
zarlarının fəaliyyəti ilkin və ikinci bazarlara bölünür.
İlkin bazar yeni buraxılmış qiymətli kağızların satışı üçün nə-
zərdə tutulur, o əsasən yeni yaradılan müəssisələrin, səhmdar
cəmiyyətlərinin və digər təsərrüfat subyektlərinin başlanğıc, ilkin
buraxış səhmlərinin reallaşdırılmasını həyata keçirir. Bu bazarın
fəaliyyətinin başlıca xüsusiyyəti ondan iba-rətdir ki, burada emi-
tentlərlə alıcılar konkretliklə mü-əyyən olur və əməliyyatlar bir növ
qapalı  şəkildə keçirlir. İlkin bazarın iştirakçıları qismində qiymətli
kağızların emitentləri və investorları  şıxış edir. Burada müvəqqəti
sərbəst vəsaitlərin səfərbər olunması və onların investisiyaya yö-
nəldilməsi prosesi baş verir. Eyni zamanda, bu bazar iqtisadi fə-
aliyyətin əsas tənzimləyici vasitəsi kimi də çıxış edir. Ölkədə bu ba-
zar yığım səviyyəsinin və investisiyaların həcmi-nin müəyyənləş-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
16
dirilməsinə təsir edərək, təsərrüfat subyektlərinin proporsional inki-
şafına, mənfəətinin yüksəlməsinə də öz yardımını göstərir.
İlkin bazarın fəaliyyəti mütləq mənada ikinci bazarın möv-
cudluğunu şərtləndirir. İkinci bazar əvvəllər buraxılmış qiymətli
kağızların alqı-satqısı üçün nəzərdə tutulur. Və bu bazarın əsas
subyektləri emitentlər deyil, daha çox müyyən mənfəət, qazanc
əldə etmək məqsədilə fəaliyyət göstərən vasitəçilər olur. İkinci ba-
zar ölkədə investisiya və  əmanətlərin həcminə təsir göstərməklə
yanaşı, həm də, onların yenidən bölüşdürülməsini həyata keçirir.
Həmin bazar qiymətli kağızarın dövrəsinin sabitliyini təmin edir
ki, bu da qiymətli kağızlarla bağlı balanslaşdırılmanın və likvidli-
yin təşəkkül tapmasında önəmli rol oynayır.
İkinci bazarın təşkil olunan və təşkil olunmayan formaları möv-
cuddur. Təşkil olunan bazarda birja ticarəti, təşkil olunmayan bazarda
isə birjadankənar ticarət əməliyyatları keçirilir. Təşkil olunan bazarın
fərqləndirici cəhəti –  burada alıcı və satıcı tətəflərin görüşməsi və
tələb və təklif amilindən asılı olaraq müxtəlif əqdlərin bağlanma im-
kanlarının mümkünlüyüdür. Belə bazarlara dünyanın bir çox ölkə-
lərində fəaliyyət göstərən fond birjalarını nümunə göstərmək olar.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qiymətli kağızlar
bazarı  əsasən iqtisadiyyatın real sektorunun investisiya resursları
ilə təminatında mühüm rol oynayır. İqtisadi inkişafda təzahür edən
bir çox problemlərin həllində fond bazarının təsiri əvəzsizdir. İqti-
sadiyyatda baş verən qeyri-mütənasiblik hallarının aradan qaldı-
rılması, investisiya resurslarına olan tələbatın ödənilməsi, bu re-
sursların iqtisadi inkişafın məqsədləri baxımından səmərəli şəkildə
bölüşdürülməsi fond bazarının labüdlüyünü zərurətə çevirir. Za-
man keçdikcə fond bazarları əhalidə və müəssisələrdə toplananmış
müvəqqəti sərbəst pul vəsaitlərini daha çox səfərbər etmək imkan-
larına malik olur. Fond bazarları toplanmış vəsaitləri iqtisadiyyat-
da tələb olunan istiqamətlərə yönəldərək proporsional inkişaf üçün
şərait yaradır. Məhz buna görə də fond bazarları iqtisadi inkişafda
mühüm əhəmiyyət kəsb edərək, kapitala ehtiyacı olanlarla inves-
torlar arasında qarşılıqlı əlaqələr yaradır və təsərrüfat subyektlərini


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
17
zəruri maliyyə vəsaitləri ilə təmin edirlər. Bu bazar vasitəsilə bir
tərəfdən, maliyyə vəsaitlərinin artıq olduğu yerlərdən vəsaitin ça-
tışmazlığının hiss edildiyi sahələrə hərəkəti təşkil edilir. Digər
tərəfdən isə, müvafiq bazarın köməkliyi ilə iqtisadiyyat
sahələrində kapitalın xüsusi çəkisinin dəyişkənliyi, əsaslı in-
vestisiya qoyluşlarına tələbat meylləri izlənilir. Fond bazarının
təşkilinin başlıca xüsusiyyətlərinə əsasən aşağıdakılar aid edilir:
v Sərbəst maliyyə vəsaitlərini səfərbər etmək;
v İnfilyasiya proseslərinin qarşısını almaq;
v Sosial-iqtisadi inkişaf baxımından zəruri olan investisiya
qoyluşları üzrə  tələbatı ödəmək;
v Milli istehsalın və özəl sektorun fəallaşmasına yardım
göstərmək.
İnvestisiya prosesi bütövlükdə maliyyə-pul vəsaitini təklif
edənlə bu vəsaitə tələbatı, ehtiyacı olanlar arasındakı razılaşmanı
daha çox nəzərdə tutur [42; 44]. Hər iki tərəf, adətən maliyyə insti-
tutlarında və ya fond bazarında təmas quraraq, sövdələşmə və
əməliyyatlarını bu bazarda yaradılmış hüquqi, iqtisadi və institut-
sional tənzimləmə mexanizmi vasitəsilə həyata keçirirlər. Tədqi-
qatlar göstərir ki, keçid iqtisadiyyatlı ölkələrdə fond bazarlarının
kifayət qədər formalaşmamasının başlıca xüsusiyyəti onların öz
funksiyalarını ya qismən, ya da tamamilə yerinə yetirməməsi ilə
bağlıdır. Lakin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu
funksiyalar bazar münasibətlərinin təbiətindən irəli gəldiyi üçün
ənənəvi olaraq tam şəkildə icra edilir [48, 123]. Məhz bu səbəbdən
də keçid iqtisadiyyatlı ölkələrdə fond bazarlarının təşkili xüsu-
siyyətlərini tədqiq etmək və eləcə də müasir iqtisadi şəraitdə onla-
rın əsas aparıcı rolunu və istiqamətlərini müəyyənləşdirmək
zərurəti daha çox artır.
Ölkədə fond bazarının inkişafı üçün onun rolunun konkret-
ləşdirilməsi, iqtisadiyyatda funksiyanal fəaliyyətinin icra səviy-
yəsi, bazarın səmərəliliyini artırmaq üçün hansı zəruri tədbirlərin
həyata keçirilməsi müəyyənləşdirilməlidir. Məlum olduğu kimi
sistemli yanaşmada funksiya obyektin xüsusiyyətlərinə xarici


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə