Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə111/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 290 
 
16 bəndlik “Nəticə” hissəsində dissertasiyanın  əsas müddəaları ümumi-
ləşdirilmişdir. 
 
Aygül Hacıyeva. Türk və Azərbaycan dillərində gül adları. 
Dissertasiya gül adlarının leksik-semantik təhlilinə həsr olunmuşdur. Bu 
əsər giriş, 2 fəsil, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. 
“Giriş”də “gül adlarının dilin xüsusi adlar sistemində tutduğu yer müəy-
yənləşdirilmiş, gül adlarının 3 səviyyəsi qeyd edilmiş, “gül” və “çiçək” söz-
lərinin fərqli terminlər olması əsaslandırılmışdır”(avtoref.,s.6) 
I fəsil “Türk və Azərbaycan dillərində gül adlarının leksik və semantik 
xüsusiyyətləri” adlanır. Beş bölmədən ibarət bu fəsildə  əvvəlcə çağdaş türk 
dilində  işlənən ümumtürk adlarına nəzər salınmış, sonra isə Azərbaycan və 
türk dillərində  işlənən gül adları  təhlil olunmuşdur. Tədqiqatçı  hər iki dilin 
lüğət tərkibinə aid cəmi 251 söz müəyyən etmiş, onların bu və ya digər dildə 
işlənmə səviyyəsinə, qarşılığının olub-olmamasına nəzər yetirmişdir. Bu fəsil-
də dissertant gül adlarının şəkil və məzmun, həmçinin mənşəcə növlərini araş-
dırmışdır. 
Dissertasiyanın  II fəsli “Türk və Azərbaycan dillərində gül adlarının 
fonetik, qrammatik və üslubi xüsusiyyətləri” adlanır. Bu fəsildə gül adlarının 
fonetik xüsusiyyətləri, quruluşca növləri, onların nitq hissələri üzrə təsnifi öz 
əksini tapmışdır. Tədqiqatçı gül adlarını həm bədii təsvir vasitələri kimi, həm 
də şəxs adları kimi təhlil etmişdir. 
Dissertasiyanın ən ümumi nəticələri 13 bəndlə göstərilmişdir. 
 
Qətibə Mahmudova. Qıpçaq qrupu türk dillərinin frazeologiyası.   
Tədqiqatın əsas məqsədi oğuz və qıpçaq qrupu türk dillərindəki frazeoloji 
vahidlərin müqayisəsi, onların leksik-semantik və qrammatik təhlilindən 
ibarətdir. 
Dissertasiya giriş, 2 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısın-
dan ibarətdir. 
“Giriş”də mövzunun aktuallığı, elmi yeniliyi və s. əks olunmuşdur. 
Dissertasiyanın  I fəsli “Qıpçaq qrupu türk dillərinin frazeologiyasının 
tədqiqi tarixi: baxışlar, istiqamətlər, nəticələr adlanır”. Bu fəsildə frazeoloji 
vahidlərin tədqiqi tarixi, onun müxtəlif terminlərlə adlandırılması, təsnifi 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 291 
 
prinsiplərindən bəhs olunur, frazeoloji vahidlərin sərhədlərinin müəyyənləşdi-
rilməsinə cəhd edilmişdir. 
Dissertasiyanın II fəsli “Qıpçaq qrupu türk dillərində frazeoloji vahidlə-
rin leksik-semantik və qrammatik xüsusiyyətləri” adlanır. Bu fəsildə frazeoloji 
vahidlər tematik baxımdan qruplaşdırılmış, onun məna növləri tədqiq olun-
muşdur. Dissertasiyada söz, birləşmə  və cümlə  səviyyəsində olan  frazeoloji 
vahidlərdən  bəhs edilmişdir. 
Dissertasiyanın “Nəticə”si 8 bənddə ümumiləşdirilmişdir. 
 
Aynur Qədimalıyeva. Qazi Bürhanəddin dilinin leksikası.  
Tədqiqat işi XIV əsrdə yazıya alınmış Qazi Bürhanəddin divanının dil və 
üslub xüsusiyyətlərinin təhlilinə həsr olunmuşdur.  
Dissertasiya  giriş, 2 fəsil, nəticə  və  istifadə olunmuş  ədəbiyyat 
siyahısından ibarətdir. 
Dissertasiyanın  “Giriş” hissəsində XIV əsr Azərbaycan  ədəbi dilindən 
bəhs olunur. Tədqiqatçı bildirir ki, bu dövrü təmsil edən “Q.Bürhanəddin dili 
həm lüğət tərkibi,həm qrammatik xüsusiyyətlərinə görə, müasir oğuz dilləri 
içərisində ən çox Azərbaycan dilinə yaxındır”(avtoref., s.7).  
I fəsil “Qazi Bürhanəddinin dilində  işlənən sözlərin leksik-semantik 
təhlili” adlanır. Bu fəsil “Tematik bölgü”,“Onomastik vahidlər”, “Arxaik 
sözlər”, “Leksik-semantik söz qrupları” adlı 4 yarımbaşlıqdan ibarətdir. 
Dissertasiyada arxaik sözlər üç qrupda cəmləşdirilmişdir:1.Müasir Azər-
baycan  ədəbi dili üçün tam arxaikləşmiş sözlər; 2.Müasir Azərbaycan  ədəbi 
dilində mənaca dəyişmiş sözlər; 3.İlkin mənasını saxlamaqla fonetik dəyişik-
liyə  uğrayan sözlər. Burada dərilmək “yığılmaq, toplanmaq”sözünün I qrupa 
daxil edilməsi (əslində, II qrupda olmalı idi), döşürmək “yığmaq, toplamaq”, 
kəmişmək “salmaq, atmaq, düşmək” leksemlərinin isə III qrupa aid edilməsi 
təəccüb doğurur. Çünki bu sözlərdə heç bir fonetik dəyişiklik müşahidə olun-
mur. Bu səbəbdən də I qrupa salınmalı idi. Digər tərəfdən, ilkin mənasını sax-
lamaqla fonetik dəyişikliyə uğrayan sözlər arxaik hesab olunmamalıdır. 
II fəsil “Qazi Bürhanəddin dilində söz yaradıcılığı” adlanır. Dissertasiya-
nın bu fəslində həm morfoloji, həm də sintaktik yolla söz yaradıcılığı araşdı-
rılmışdır. Müəllifin bildirdiyinə görə, “Q.Bürhanəddinin dilində  həm o dövr 
Azərbaycan ədəbi dilindən, eləcə də ümumxalq dilindən gələn hazır düzəltmə 
sözlər, həm də  şairin özünün yaratdığı düzəltmə leksik vahidlərə  təsadüf 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 292 
 
olunur(ayaqçı,avdaçı)”(avroref.,s.13.). O, həmçinin sintaktik yolla söz yaradı-
cılığının morfoloji yolla söz yaradıcılığına nisbətən zəif inkişaf etdiyini 
bildirmişdir. 
Dissertasiyanın 9 bəndlik “Nəticə” hissəsində əsas elmi müddəalar ümu-
miləşdirilmişdir.   
 
Elşad Abışov. Laçın rayonu onomastik vahidlərinin linqvistik təhlili. 
Tədqiqatın əsas məqsədi Laçın rayonunda xalqımızın tarixi ilə bağlı olan 
toponim və hidronimlərə aydınlıq gətirmək, eyni zamanda “bu ərazidəki ono-
mastik layın dil xüsusiyyətlərini” təhlil etməkdən ibarətdir. Dissertasiya işin 
ümumi səciyyəsi, giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısın-
dan ibarətdir.“Giriş”də Azərbaycan onomastikasının tədqiqi tarixindən bəhs 
edilir. 
Dissertasiyanın  I fəsli “Laçın rayonu ərazisindəki toponimlərin leksik-
semantik xüsusiyyətləri” adlanır.Burada antroponimlər, hidronimlər, ictimai-
siyasi xarakterli toponimlər, memuar-xatirə toponimlər, təsviri toponimlər və 
oronimlərin təhlili ilə tanış oluruq. 
Dissertasiyanıın  II fəsli “Laçın ayonu ərazisindəki bəzi toponimlərin 
(etnotoponimlərin) etimoloji təhlili” adlanır. Bu fəsildə Cağazur, Piçəniş,м 
Çorman,Tığıq və s. kimi yer adları ilə bağlı maraqlı izahlar verilmişdir. 
Dissertasiyanın III fəsli “Laçın rayonu ərazisindəki hidronimlərin struk-
tur-sintaktik təhlili” adlanır. Bu fəsildə təyini söz birləşməsi şəklində olan hid-
ronimlər tədqiq olunmuşdur.12 bəndlik “Nəticə” ilə  tədqiqata yekun vurul-
muşdur. 
 
AytənBəylərova. Azərbaycan bədii dilində sintaktik-üslubi vasitələr. 
Tədqiqatın  əsas məqsədi Azərbaycan bədii dilində sintaktik fiqurları 
müəyyənləşdirmək, onları təsnif etmək və üslubi əhəmiyyətini müəyyənləşdir-
məkdir. Dissertasiya işin ümumi səciyyəsi, giriş, 3 fəsil, nəticə  və istifadə 
olunmuş ədəbiyyat siyahısından ibarətdir. 
“Giriş”də sintaktik-üslubi fiqurların mahiyyəti açılmış və bununla bağlı 
mövcud elmi fikirlərə nəzər salınmışdır. 
Dissertasiyanın “Cümlə konstruksiyalarında üslubi hadisələr” adlı I fəs-
lində ellipsis, ritorik sual, antiteza və  təcəssüm haqqında geniş izahlar veril-
mişdir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə