Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə116/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

KİTABLAR, RƏYLƏR
   
 
____________________________________________________________________ 
_________________________________________________________________________________ 
 «Tədqiqlər», 2008, №1, səh. 304 
E.Ələkbərova «Kitabi-Dədə Qorqud»un ümumi filoloji tədqiqindən 
bəhs edərkən bu əsər haqqında yazılmış bütün tədqiqatları deyil, əsas etibarilə, 
Azərbaycanda, qismən də digər ölkələrdə aparılmış  bəzi tədqiqatları 
xatırlatmış, ayrı-ayrı fikirlərə münasibət bildirmişdir. Digər tədqiqatlardan 
fərqli olaraq burada «Kitabi-Dədə Qorqud»un Türkmənistan alimləri 
tərəfindən tərtib edilmiş nəşrlərinə və türkmən tədqiqatçılarının fikirlərinə də 
xeyli diqqət yetirilmişdir. 
«Kitabi-Dədə Qorqud» dilinin əsas fonetik və qrammatik xüsusiy-
yətlərinin müəyyənləşdirilməsi bu fəsildə xüsusi yer tutur. Bu məsələdə 
dəqqəti cəlb edən cəhət həm fonetik, həm də qrammatik səviyyədə  nəzərə 
çapdırılan dil xüsusiyyətlərinin müasir Azərbaycan, türk, türkmən və qaqauz 
dillərinin müvafiq xüsusiyyətləri ilə müqayisədə verilməsidir. Böyük zəhmət 
hesabına başa gəlmiş bu müqayisə abidənin dili ilə türk dillərinin oğuz qrupu-
na aid olan dillərin uyğun və fərqli əlamətlərini əyani şəkildə üzə çıxarmışdır. 
Bu məsələ ilə bağlı olaraq tədqiqatçı eyni zamanda dastanın qrammatik 
xüsusiyyətlərinə həsr olunmuş araşdırmaların xülasəsini də vermişdir. 
Birinci fəslin üçüncü yarımbaşlığında söz yaradıcılığı  məsələsini 
araşdırmağı nəzərdə tutan müəllif söz yaradıcılığına aid qısa bir şərhdən sonra 
əsas diqqəti abidənin leksikasına dair tədqiqlərə, ayrı-ayrı sözlərin oxunması 
və onların izahı ilə  əlaqədar olan fikirlərə yönəldir, yeri gəldikcə öz 
mülahizələrini də söyləyir. 
Birinci fəsil «Kitabi-Dədə Qorqud» dilinin dialektoloji baxımdan 
öyrənilməsi məsələsi ilə yekunlaşır. E.Ələkbərova burada, bir qədər xəsisliklə 
olsa da, «Kitabi-Dədə Qorqud» dilinin Azərbaycan dili dialektləri ilə 
uyğunluğunu araşdırmış tədqiqatçıların əsərlərini təhlil edir.  
Monoqrafiyanın həcmcə ən böyük ikinci fəsli «Kitabi-Dədə Qorqud»un 
lüğət tərkibinin leksik-semantik təhlilinə  həsr edilmişdir. Müəllif dastandakı 
sözləri  ədəbi dilə  və ya dialektlərə münasibət baxımından müxtəlif qruplara 
ayırır:1.Ümumişlək sözlər; 2.Işləkliyini qismən itirmiş sözlər; 3. Bəzən ədəbi 
dil, bəzən dialektlərdə işlənən sözlər; 4. Dialektizmlər;           5. Köhnəlmiş 
sözlər. 
E.N.Ələkbərova  ayrı-ayrı söz qruplarının təhlilinə keçməzdən  əvvəl 
türk dillərinin oğuz qrupuna daxil olan türk, türkmən, qaqauz və Azərbaycan 
dillərinin lüğət tərkibinin səciyyəvi xüsusiyyətləri barədə  qısa məlumat verir 
və belə bir nəticəyə  gəlir ki, Azərbaycan türk, türkmən və qaqauz dilləri 
özünəməxsus keyfiyyətlərlə yanaşı, ümumoğuz xüsusiyyətlərinə də malikdir. 
Ümumişlək sözlər qrupunda ümumi isimlər və  hərəkət bildirən sözlər 
araşdırılır. Bu sözlər aşağıdakı qruplarda təqdim edilir:qohumluq terminləri, 
bədən üzvlərinin adları, zoonimlər, fitonimlər, məişət leksikası, hərbi leksika, 


KİTABLAR, RƏYLƏR
   
 
____________________________________________________________________ 
_________________________________________________________________________________ 
 «Tədqiqlər», 2008, №1, səh. 305 
təbiət cisimlərinin adları, mücərrəd isimlər, hal-vəziyyət felləri, iş felləri, nitq 
felləri, təfəkkür felləri, hərəkət felləri. 
Ayrı-ayrı qruplara daxil olan sözləri qeyd etdikdən sonra E.Ələkbərova 
bir sıra sözlərin  şərhinə ayrıca diqqət yetirmiş, həmin leksik vahidləri oğuz 
dilləri kontekstində izah etmişdir. O, eyni zamanda statistik metod əsasında 
müəyyən etmişdir ki, «Kitabi-Dədə Qorqud»un leksikasına daxil olan 114 
ümumi isim, 90 fel oğuz qrupu dillərinin bəzilərində ümumişləklik 
xüsusiyyətlərini saxlamışdır.«Kitabi-Dədə Qorqud»dakı sözlərin müəyyən bir 
qrupu hazırda oğuz dillərinin bəzisində ədəbi dildə, bəzisində isə dialektlərdə 
işlənir. Əsərdə bu tipli sözlər də tematik qruplara ayrılaraq təhlil edilir. Burada 
gözə çarpan cəhət oğuz qrupu dillərinin materiallarından çıxış edən müəllifin 
bəzi sözlərin mənalarını  dəqiqləşdirməsidir. Fikrin aydınlığı üçün deyək ki, 
«Kitabi-Dədə Qorqud»un 1988-ci il Bakı  nəşrində  və  Nəsimi adına Dilçilik 
Institutunda hazıranıb nəşr olunmuş ««Kitabi-Dədə Qorqud» dilinin izahlı 
lüğəti»ndə «belbağı» mənasında verilmiş  taraqlıq sözü E.N.Ələkbərova 
tərəfindən «əl və ayaq barmaqlarındakı sümüklər» mənasında izah olunur. 
Həqiqətən, bu izah mətnə daha uyğundur:  Qanturalı niqabın sərpdi. Qız 
köşkdən baqardı. Daraqlığı boşaldı, kedisi mavladı. Avsal olmuş dana kimi 
ağzınıŋ suyu aqdı. Yəni, «Qanturalı niqabını yana atdı. Qız köşkdən baxırdı. 
Əl barmaqları boşaldı, pişiyi miyoldadı (Müəllifə görə, görünür, pişiyi əlindən 
çıxır). Öysəl olmuş dana kimi ağzının suyu axdı». 
Göründüyü kimi, E.Ələkbərovanın  daraqlıq sözünün mənasını  dəqiq-
ləşdirməsi nəticəsində  qədim xalq dastanındakı  təsvir bütün gözəlliyi ilə üzə 
çıxır. 
Ikinci fəsildə araşdırılan sözlərin müəyyən bir hissəsini dialektizmlər 
təşkil edir. Araşdırıcı dialektizmləri hansı meyar əsasında müəyyənləşdirdiyini 
qeyd etməsə də, onun verdiyi nümunələrdən aydın olur ki, bunlar oğuz qrupu 
türk dillərinin hamısında  ədəbi dil səviyyəsində  işlənməyən sözlərdir 
(Azərbaycan ədəbi dilində işlənən qaşqa sözü istisnadır). Yəqin bu ondan irəli 
gəlir ki, E.Ələkbərovanın qənaətinə görə, «Kitabi-Dədə Qorqud» ümumoğuz 
abidəsidir (Yeri gəlmişkən deyim ki, mən onun bu fikri ilə tam şərik deyiləm). 
Monoqrafiyada dialektizm kimi təqdim edilən sözlər sayca çox deyil, 
onların dialektizm olması da, demək olar ki, şübhə doğurmur, həmin leksik 
vahidlər isə diqqətəlayiq bir şəkildə təhlil edilmişdir. Müəllifin «Kitabi-Dədə 
Qorqud»un dilində və Azərbaycan dili şivələrində işlənən sərmüzə «başmaq», 
qağan(«Kitabi-Dədə Qorqud»da «vəhşi,yırtıcı», Azərbaycan dili şivələrində 
«qüvvətli») sözlərinə verdiyi izahlar xüsusilə qeyd olunmalıdır. 
Ikinci fəslin sonunda «Kitabi-Dədə Qorqud»un dilində  işlənmiş  və 
müasir dil baxımından köhnəlmiş hesab olunan arğış «xüsusi seçilmiş 


KİTABLAR, RƏYLƏR
   
 
____________________________________________________________________ 
_________________________________________________________________________________ 
 «Tədqiqlər», 2008, №1, səh. 306 
nümayəndə»,  ağban «başı dik ev, çadır»,  sağış «məhşər günü» və s. sözlər 
araşdırılır. 
Tədqiqat prosesində  əldə edilmiş  nəticələr monoqrafiyanın nəticə 
hissəsində ümumiləşdirilmişdir. 
Monoqrafiyaya  əlavə kimi verilmiş ««Kitabi-Dədə Qorqud»un lüğət 
tərkibi ilə  oğuz qrupu dilləri leksikasının müqayisəli lüğəti» müəllifin irəli 
sürdüyü müddəaların möhkəmləndirilməsinə xidmət edir. 
Mən E.Ələkbərovanın müəyyən məsələlər üzrə polemika aparmasını 
təbii sayıram. Fikrimcə, elmi həqiqətin üzə  çıxarılması  məqsədilə edilən hər 
bir cəhd normal qarşılanmalıdır. 
Zəngin elmi ədəbiyyat, konkret dil faktları və dərin elmi təhlil əsasında 
yazılmış bu monoqrafiyanı qorqudşünaslığa layiqli bir töhfə kimi 
qiymətləndirmək olar. 
E.Ələkbərovanın «Dilimizin ulu səsi-Dədə Qorqud abidəsi» monoq-
rafiyasının məziyyətlərindən çox danışmaq olar, lakin hesab edirəm ki, deyi-
lənlər bu əsərin məzmunu və onun elmi əhəmiyyəti barədə kifayət qədər aydın 
təsəvvür yaradır.  
E.Ələkbərova  tədqiqat prosesində qarşıya qoyduğu məqsədə – «Kitabi-
Dədə Qorqud» abidəsinin oğuz dilləri kontekstində öyrənilməsinə nail 
olmuşdur.  Əminliklə demək olar ki, E.Ələkbərovanın «Dilimizin ulu səsi-
Dədə Qorqud abidəsi» monoqrafiyası türk-oğuz bədii təfəkkürünün qədim və 
parlaq nümunəsi olan «Kitabi-Dədə Qorqud» eposunun elmi əsaslarla 
öyrənilməsi yolunda uğurlu bir addımdır və heç şübhəsiz ki, bu əsər müəllifinə 
böyük şöhrət gətirəcəkdir.   


MÜNDƏRİCAT 
__________________________________________________________ 
____________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1,səh. 307
 
 
 
BАKI DILÇILIK MƏKTƏBINDƏ 
 
Professor Tofiq Ismаyıl oğlu HАCIYEV 
 M.Füzulinin lüğət tərkibi………………………………………………………3-11 
fil.e.n. Qətibə MAHMUDOVA  
Türkiyədə keçirilən beynəlxalq simpozium  
və konfranslardа……………………………………………………………….12-13  
 
 
 
ÜMUMI  VƏ TƏTBIQI DILÇILIK MƏSƏLƏLƏRI 
 
AYNEL  MƏŞƏDİYEVA 
Antonimiyа problemi dilçi və filosoflаrın şərhində………………………….14-17   
Аytən HАCIYEVА 
Tipololoji definisаsiyаdа sinхronik və diахronik yаnаşmа fərqliliyi  və onun tipoloji 
sаpmа fаktlаrının təsbiti işindəki fəsаdlаrı 
hаqqındа………………………………………………………………………..18-24 
Babaş  ƏZIMOV  
Qloballaşmanın linqvistik əsasları. Qlobal dil, beynəlxalq dil və milli dil 
anlayışlarının  qarşılaşdırılması……………………………………………….25-32 
Фариза ШАХБАЗОВА   
О роли оппозиции новой – старой информации 
в построении текста-дискурса………………………………………………...33-40 
Fəridə АLLАHVERDIYEVА  
Mürəkkəb sintаktik bütövlərin birləşmə prinsipləri…………………………41-49 
İlham TAHİROV 
Temporallığın təktərkbli cümlələrlə ifadəsi………………………………..... 50-56 
Kаmilə VƏLIEVА 
Ingilis və Аzərbаycаn dillərində  sintаktik əlаqələrin  
formаl təsviri…………………………………………………………………..57-61 
Гюней МАГЕРРАМОВА  
О значении порядка слов в синтаксических единицах  
с параллелизмом………………………………………………………………62-67 
Muharrem TANRIVEREN  
Düşünme ve dil gerçegi……………………………………………………….68 -74  
Наталья ДУПИКОВА 
Диалог как основная форма общения  
пилот-авиадиспетчер…………………………………………………………..75-81 
 


MÜNDƏRİCAT 
__________________________________________________________ 
____________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1,səh. 308
 
 
 
TÜRK DILLƏRI MƏSƏLƏLƏRI 
 
Bаbа MƏHƏRRƏMLI 
Türk dillərində ilkin köklərin qurluşu və mənşəyi………………………82-89  
Ruslan ABDULLAYEV  
Аdverbiаllаşmа (zərfləşmə) leksik-semаntik  
konversiyаnın bir növü kimi………………………………………………….90-99 
 Şəkər   ORUCOVА 
Qıpçаq qrupu türk dillərində etnonimlər: 
Ümumi mənzərə……………………………………………………………..100-108 
Tərаnə ŞÜKÜROVА 
Аzərbаycаn və özbək dillərində semаntik  
və  morfoloji yollа yаrаnаn terminlər…………………………………….109-116
 
 
 
 
MÜАSIR АZƏRBАYCАN DILI VƏ TERMINOLOGIYА MƏSƏLƏLƏRI 
 
 Dinаr QOCАYEVА  
Səməd Vurğun yаrаdıcılığındа klаssik ədəbi dil məsələləri…………….….117-124 
Florа NАMАZOVА 
Ilyаs Əfəndiyev drаmlаrının dili üzərində necə işləmişdir…………………...125-
131 Həcər HÜSEYNOVА 
Nəsr əsərlərində bənzətmələrin işlənmə хüsusiyyətləri  
(Mir Cəlаl Pаşаyevin əsərləri əsаsındа)………………….
 ……………………...132-136 
İradə  ABDULLAYEVA   
XX  əsrin ахırlаrındаАzərbаycаn terminologiyаsının inkişаfı……………137-145 
Kюnül Əzizаğа qızı HƏBIBOVА 
Reklаmlаr və yаzı mədəniyyəti…………………………………………...…146-149 
Könül İSMAYILOYA 
Azərbаycаn dilində rus mənşəli  ədəbi modernizm terminləri………….....150-155 
Mətаnət HАCIYEVА  
Morfoloji üsullа yаrаnаn hüquq terminləri………………………………..156-161 
Nаtаvаn HÜSEYNOVА 
M.F.Ахundov və аnа dili……………………………………………………162-166 
Nərgiz MUSА QIZI HАCIYEVА 
Uşаq şerlərində təkrаrlаrın üslubi хüsusiyyətləri…………………………..167-175 
Vəfа RZАYEVА   
Müаsir mətbuаtın dilində türkizmlər…………………………………….....176-184 
  


MÜNDƏRİCAT 
__________________________________________________________ 
____________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1,səh. 309
 
        
  
DIL TАRIХI VƏ DIАLEKTOLOGIYА MƏSƏLƏLƏRI 
 
Elmirа MƏMMƏDOVА 
“Kitаbi-Dədə Qorqud»dа ismi frаzeologizmlər…………………………….185-194 
Heybət HEYBƏTOV 
Cəmаləddin Məhəmməd ibn Əbdülqəni əl-Ərdəbilinin
ﻮﺤﻨﻟا ﻰﻓ جذﻮﻤﻧﻻا حﺮﺷ
  
Əsərinin qrаmmаtik хüsusiyyətləri……………………………………….….195-201 
Kübra QULIYEVA 
Ayrım şivəsində düzəltmə sifətləri əmələ gətirən şəkilçilərə  
tarixilik nюqteyi-nəzərindən baxış…………………………………………...202-207 
Nüşаbə KƏRIMOVА 
Mehri Хаtunun "Divаn"ındа sаylаrın işlənməsinə dаir( XV əsr)………….208-216 
S.M.SEYIDOVА 
M.P.Vаqifin şerlərində sinonimlər…………………………………………… 217- 223 
Vahid ZAHIDOGHLU 
Die Etymologie einiger Wörter, die in der Chronik  
„Kitabi - Dede Gorgud“    gebraucht werden………………………………….224-236 
Vаhidə CƏFƏRZАDƏ 
Mühibbinin Divanı və dili haqqında bəzi qeydlər………………………….237-243 
 
 
DIL ƏLАQƏLƏRI MƏSƏLƏLƏRI 
  
Cəmilə Murtuzəli qızı KEYSEROVSKАYА  
Аvаr dilinin leksikаsındа аlınmаlаrın yeri………………………………….244-250 
Gülrux HƏSƏNOVA  
Rus dilindəki fellərin gələcək zaman formalarının Azərbaycan dilinə 
transformasiyası və transpozisiya məsələsinə dair…………………………251-257 
İradə QASIMOVA 
Sadə cümlənin genişlənməsinə dair bəzi qeydlər………..………………….258-263 
Тарана ДЖАФАРОВА 
Индийское морфологизирование тюркских основ…...……………………264-272 
 
 
GERMАNISTIKА  MƏSƏLƏLƏRI 
Аygün Hüseynаğа qızı ƏLIYEVА  
Ingilis dilində vurğu…………………………………………………………273-278 
Ulduz ASLANOVA,  Nurşərəf BABAYEVA 
Alman dilində sinonim fellərin  
üslubi səciyyəsi və tədrisi problemləri………………………………………279-286 


MÜNDƏRİCAT 
__________________________________________________________ 
____________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1,səh. 310
 
 
2007-CI ILDƏ АMEА NƏSIMI АDINА DILÇILIK INSTITUTUNUN 
АSPIRАNT VƏ DISSERTАNTLАRININ DISSERTАSIYА MÜDАFIƏLƏRI 
____________________________________________________________________ 
 
Elnarə ƏLƏKBƏROVA 
Azərbаycаn dilçiliyinin yeni  uğurlаrı ..…………………………………….287-296 
     
 
 
2007-CI ILDƏ АMEА NƏSIMI АDINА DILÇILIK INSTITUTUNUN  NƏŞR 
OLUNMUŞ  ELMI ƏSƏRLƏRI 
___________________________________________________________________ 
  Elçin MƏMMƏDOV 
2007-ci ilin yeni nəşrləri…………………………………………………….297-302 
 
 
 
KITАBLАR, RƏYLƏR 
___________________________________________________________________ 
Prof.Elbrus ƏZIZOV 
«Kitаbi-Dədə Qorqud» аbidəsinin oğuz dilləri kontekstində tədqiqi. 
(f.e.n.E.N.Ələkbərovаnın «Dilimizin ulu səsi-Dədə Qorqud аbidəsi»  monoqrаfiyаsınа 
rəy
)…………………………………………………………….………………303-306
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
Kompüter dizaynı: Nurlan Mətləboğlu 
Yığılmağa verilib: 25.12.2007 
Çapa imzalanıb: 02.03.2008 
Şərti çap vərəqi  15,5, Sifariş  
Kağız formatı 70х100 1/16 
Tiraj 500 
 
 
 
 
 
 
 


Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 
 hazır diapozitivlərdən çap olunmuşdur. 
Direktor: prof.N.B.MƏMMƏDLI 
E-mail: nurlan 1959@ rambler.ru 
Tel.:497-16-32; 850 311-41-89 
Ünvan: Bakı,Içərişəhər, 3-cü Maqomayev dюngəsi 8/4 
 
 
 
 
 
 
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə