Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə112/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 293 
 
Dissertasiyanın II fəsli “Sintaktik vahidlərdə təkrir və paralelizm” adla-
nır. Burada bədii əsərlərin dilində müşahidə olunan sintaktik təkrir və sintaktik 
paralelizm fiqurları  məna və forma baxımından qruplaşdırılmış, buna uyğun 
təsnifat aparılmışdır. 
Dissertasiyanın III fəsli “Xitabın üslubi mövqeyi” adlanır. Burada xitab-
lar üslubi keyfiyyətlərinə görə qruplaşdırılmış, onların qrammatik xüsusiyyət-
ləri araşdırılmışdır. 
Dissertasiya 10 bəndlik “Nəticə” ilə yekunlaşdırılmışdır. 
 
Məsudə İslamzadə. 1960-90-cı illərin Azərbaycan nəsr dili. 
Dissertasiya Anar, Elçin, Ə.Əylisli və S.Azərinin nəsr  əsərlərinin dilinə 
həsr olunmuşdur. Dissertasiya “İşin ümumi səciyyəsi”, 3 fəsil, nəticə, istifadə 
olunmuş ədəbiyyat siyahısından ibarətdir.  
Dissertasiyanın I fəsli “Nəsr əsərlərində bədii ifadə və təsvir vasitələri” 
adlanır.Bu fəsildə yuxarıda adları sadalanan yazıçıların əsərlərində qeydə alın-
mış məcazlar (metaforalar, metonimiyalar, perifrazlar, epitetlər, müqayisələr), 
leksik-semantik söz qrupları (sinonimlər, antonimlər) və frazeoloji ifadələrin 
işlənmə məqamları təhlil olunmuşdur. 
Qeyd: Bu fəsildə M.İslamzadə adi təyinlə  bədii təyinləri qarışdırmış, 
qara gözlər, deyib-gülən adam və s. kimi ifadələri yanlış olaraq epitetlər 
sırasına daxil etmişdir(Bax:avtoref., s.6-7). 
Dissertasiyanın II fəsli “Nəsr əsərlərinin dilində leksik laylar” adlanır. Bu 
fəsildə nəsr əsərlərinin dilində işlənmiş danışıq-məişət leksikasına aid olan söz 
qruplarından, dialektizmlər, yeni üslubi neologizmlər, arxaik sözlər, alınma 
sözlər, onomastik vahidlər, antroponimlər araşdırılmışdır. 
Dissertasiyanın III fəsli “Nəsr dilinin poetik və sintaktik–üslubi xüsusiy-
yətləri” adlanır. Burada ritmik-melodik vasitələr(intonasiya,fasilə), danışıq di-
linin sintaktik-üslubi vasitələri(inversiya,parpelyasiya), cümlənin üslubi-se-
mantik çalarları(ritorik suallar,nida cümlələri, həmcins üzvlü cümlələr), cümlə 
konstruksiyalarının struktur-semantik növlərinin üslubi xüsusiyyətləri(sadə-
təktərkibli, mürəkkəb cümlələr) tədqiqata cəlb olunmuşdur. 
Ən ümumi nəticələr 12 bənddə ümumiləşdirilmişdir. 
 
 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 294 
 
Səidə  İbrahimova. Modallıq dilçilik kateqoriyası kimi (fransız və 
Azərbaycan dillərinin materialı əsasında). 
Dissertasiyanın əsas məqsədi Azərbaycan və fransız dillərində modallığin 
semantik ifadəsində universallıq, ümumilik və xüsusiliyin müəyyən olunma-
sıdır. 
Dissertasiya  giriş, 3 fəsil, nəticə  və  istifadə olunmuş  ədəbiyyat siyahı-
sından ibarətdir. 
Girişdə mövzunun aktuallığından, elmi yeniliyindən, nəzəri-praktik əhə-
miyyətindən və s. bəhs olunur. 
I fəsil “Müasir dilçilikdə modallıq konsepti. Fransız və Azərbaycan di-
llərində modallığa həsr olunmuş tədqiqatın nəzəri əsasları” adlanır. Bu fəsildə 
dil və nitq probleminə toxunulmuş, modallıq məntiq və dilçilik baxımından 
təhlil ounmuşdur. 
II fəsil “Modallığın leksik-semantik ifadəsi. Modallığın onomasioloji 
təhlili, fransız və Azərbaycan dillərində işarələyənlərin və işarələnlərin qeyri-
mütənasibliyi” adlanır. Burada fransız və Azərbaycan dillərindəki leksik-se-
mantik və frazeoloji vahidlər müqayisəyə cəlb olunmuşdur. Dissertasiyanın bu 
fəslində modal semantikaya dilin semantik sistemindəki müəyyən fraqment ki-
mi yanaşılmış, təhlil onomasioloji istiqamətdə:modal sememdən işarəyə doğru 
aparılmışdır. 
III fəsil “Fransız və Azərbaycan dillərində modallığın morfoloji-sintaktik 
ifadəsi” adlanır. Beş paraqrafdan ibarət bu fəsildə felin şəkilləri müqayisəli 
şəkildə təhlil olunmuşdur. İlk dörd paraqrafda  semasioloji, beşinci paraqrafda 
isə onomasioloji təhlil aparılmışdır. 
Tədqiqatın yekunları 16 bənddə ümumiləşdirilmişdir. 
 
Xanım Qasımova. Müstəqillik illərində Azərbaycan dilində termin 
yaradıcılığının əsas istiqamətləri. 
Tədqiqat işində “müstəqillik illərində terminologiyada baş verən dəyiş-
mələr, terminologiyanın yaranma istiqamətləri, üsulları  və meyilləri” müəy-
yənləşdirilmişdir. Dissertasiya giriş, 3 fəsil, nəticə  və  istifadə olunmuş  ədə-
biyyat siyahısından ibarətdir. 
Dissertasiyanın “Giriş” hissəsində işin ümumi səciyyəsi verilmişdir. 
I fəsil “Azərbaycan dilində terminologiyanın inkişaf meyilləri” adlanır. 
Tədqiqatçı müxtəlif elm sahələrinə aid terminlərin yaranmasında 3 istiqamət 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 295 
 
müəyyənləşdirmiş:1. Dilimizin daxili imkanları  əsasında yaranan terminlər;    
2. Avropa dillərindən alınan terminlər; 3. Türk dillərindən alınan terminlər 
(avtoref.,s.6). Müəllif termin birləşmələrini tərəflərinin ifadə vasitələrinə görə 
də qruplaşdırmışdır. 
Bu fəsildə müstəqillik illərində yaranan terminoloji lüğətlərdən də  bəhs 
olunur. 
Dissertasiyanın II fəslində “müstəqillik illərində Azərbaycan dilində ter-
min yaradıcılığının mənbə və üsulları” tədqiq olunmuşdur. Müəllif terminlərin 
aşağıdakı yaranma üsullarını da müəyyənləşdirmişdir: 1.leksik-semantik; 
2.morfoloji; 3.sintaktik; 4.kalka; 5.abbreviaturalar(ixtisarlar). 
Dissertasiyanın  III fəslində “alınma terminlərin dilə keçmə yolları  və 
unifikasıyası” məsələlərindən bəhs olunur. 
Tədqiqat işinin əsas müddəaları nəticə hissəsində ümumiləşdirilmişdir. 
 
Gülbəniz İsmayılzadə.Türk dillərində modallıq və onun ifadə vasıtələri. 
Tədqiqat işi məntiqi-fəlsəfi modallığın türk dillərində ifadəsinə  həsr 
olunmuşdur. Dissertasiya giriş, 2 fəsil, nəticə, istifadə olunmuş  ədəbiyyat 
siyahısı və əlavələrdən ibarətdir. 
Dissertasiyanın “Giriş” hissəsində işin ümumi səciyyəsi əks olunmuşdur. 
I fəsil “Modal düşüncənin mahiyyəti. Modallıq kateqoriyası  və onun 
ifadə vasitələri dilçilik ədəbiyyatında” adlanır. Bu hissədə modallığın 
mahiyyəti açılmış, modallığın intonasiya ilə, leksik, sintetik-morfoloji yolla
konversiya olunmuş nitq hissələri ilə ifadəsinə nəzər salınmışdır. 
II fəsil “Funksional-semantik sahədə modallıq, modal mənaların tipləri 
və leksik yolla ifadə vasitələri” adlanır. Burada modallıq yaradan vasitələrin 2 
funksiyası müəyyənləşdirilmişdir: a) mütləq funksiya; b) II dərəcəli və ya nis-
bi funksiya (avtoref., s.15). 
Bu fəsildə modal sözlər məna baxımından da qruplaşdırılmışdır. 
Onu da qeyd etmək istərdik ki, işin hər iki fəslində dissertantın 
modallığın leksik yolla ifadəsinə ayrıca yer ayırması bir qədər təəccüb 
doğurur. 
Dissertasiyanın sonunda ən ümumi nəticələr verilmişdir. 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə