54
kinayə və onlarca digər xalq dili ünsürlərindən istifadə olunmuşdur [3,
s. 141].
Göründüyü kimi, yas mərasimlərində xalq yaradıcılığının bu
lakonik, dərin məzmunlu, təsirli və yaddaşa tez hopan
nümunələrindən
istifadə etməklə, aparıcı öz nitqinin təsirini məclisdəki insanların üzə-
rində uzun müddət saxlamağa çalışır. Bunun da ən yaxşı nümunəsi
ağılar hesab edilir. “Ağı bir janr olaraq bu və ya başqa şəkildə bütün
dünya xalqlarının şifahi ənənəsində mövcuddur. Çünki janr universal
xarakterlidir və bütün insanlara aid olan kədərli hadisələrlə bağlıdır.
Bu mənada janrı ümumbəşəri janr adlandırmaq olar. Termin fərqindən
asılı olmayaraq, bu janr əsasən ayrılıq və ölüm hadisələrinin sözlü
mətnlə emosional ifadəsini nəzərdə tutur” [4, s. 3].
Yas mərasiminin təsiri, magik qüvvəsini artırmaq
məqsədi ilə
yazılı ədəbiyyatda müxtəlif formalardan istifadə edilibdir. Orta əsr-
lərin şairləri daha çox qəsidələr yazaraq kədərin şiddətini artırmağa
çalışmışlar. Xüsusilə Məhəmməd Füzuli, Seyid Əzim Şirvani kimi
şairlər Kərbəla müsibətini təsvir edərək qəsidələri ilə Kərbəla şəhid-
lərinə yas saxlamışlar. Qardaş türk ədəbiyyatında
da biz yas məra-
simlərində bu tipli mərsiyələrin oxunduğuna rast gəlirik. Manastırlı
Behaddinin “Kayıb günler” əsərində oxuyuruq:
Tar içinde zemin, sema yek-ser
Sanki matemde ser-te-ser afak.
Mihrü mahu sehaibü ahter
Dud-i hasret saçar alel-ıtlak!
Bu nedir; Kerbelamı, matemmi,
Yoksa bir girüdar-ı alemmi?
– diye feryadlar koparan Memduhun Tunus gurbetinde gunude ruh-i
mecruhı şad olsun! Benim de bu
gecem böyle bir Yes Gecesi, lisani
halim: şu feryadlardır [5, s. 18].
Kərbəla müsibəti dedikdə, İmam Hz. Hüseyn və tərəfdarlarının
haqq yolunda şəhadəti başa düşülür. “Kərbəla Allahın birliyinin tən-
tənəsi, sədaqətin, ixlasın və imanın, etiqadın sınandığı yerdir. Kərbəla
haqq ilə batilin ayrıldığı incə nöqtədir. Aşura Allah nurunun sönmə-
yəcəyi gerçəyinin əyan olduğu gündür. Məhərrəmlik Hz. Hüseynin və
72 şəhidin zülm, ədalətsizlik, haram, bir sözlə, yezidlik qarşısında kə-
silsə də əyilməyən başıdır” [6, s. 7].
Poeziyamızda bu gün də Kərbəla müsibəti ilə bağlı
şeirlər ya-
zılır. Kəmalə “Hüseyn aşiqiyəm mən” şeirində Hz. Hüseynə olan mə-
55
həbbətini “kaş o zaman olaydı, sənə qurban olaydım” ifadəsiylə bil-
dirir. Heç şübhəsiz ki, şairə Hz. Hüseynin müasiri olsaydı, onun ya-
nında yer alardı, haqq, ədalət yolunda,
dini-islam yolunda şəhadəti
qəbul edərdi:
Dostları ilə paylaş: