Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə119/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   115   116   117   118   119   120   121   122   ...   134

apar yerinə qoy!”. Kişi bu sözləri deyən kimi bədheybət qadın yox olur.

Kişi arxa su  ayırıb evə qayıtdıqda, qonşuda səs-küy eşidir. Qarşısına

çıxan arvadından qonşudakı səs-küyün səbəbini öyrənir ki, bu gün səhər

gəlin uşaq üstə ölübmüş, bir az əvvəl isə dirilib və indi hamı möcüzəyə

sevinir. Kişi bu xəbəri eşidəndə başa düşür ki, “hal ana”sının əlindəki

ürək və ciyər qonşunun gəlinin imiş və “hal anası”  belin parıldayan

metal tiyəsini gördüyünə görə  kişidən qorxub əmrini yerinə yetirmişdir.

 “Hal anası” Azərbaycanın müxtəlif bölgələrində “al nası”,

“alarvadı” və sadəcə “hal” adı ilə məlum olmuşdur. Maraqlıdır ki, helə

eramzdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəllərində

Azərbaycan xalqının  ən qədim əcdadlarında sayılan sümərlər də yeraltı

dünyanı məlakələrini (cinləri) “hal” adlandırır və onları bədheybət

qadın şəklində təsəvvür edirdilər. [70]

  “Hal anası” nın mövcudluğuna inanan adamalar doğuş zamanı

zahı qadın ondan qorumaq üçün müxtəlif vasitələrə  əl atırdılar: zahını

yaxasına sancaq taxır, döşəyinin altına xəncər, balta, şiş və sş metal

şeylər qoyurdular. Çətin doğuş zamanı qadın huşunu itirəndə elə hesab

edirdilər ki, bu tədbirlər kömək etmir və “hal” xəstəni aparır. Ona görə

də axar suyunun yanına parır, suyu xəncərlə “kəsirdilər”. Huşunu

itirmiş qadın özünə gəldikdə elə hesab edirdilər ki, onlar “hal

anası”ndan qabaq suya çatmış  və ona  pis  əməlini icra etməyə imkan

veməmişlər. Əksinə, çətin doğuş anı qadın öləndə, elə hesab edirdilər ki,

“hal anası” onlardan  əvvəl gələrək adınnı ürək və cirəyini suya salıb

yumuşdur.

  Ailənin əhval-ruhiyyəsinə dünyaya təzə  gəlmiş körpənin oğlan

və  qız  olması  da  təsir  edirdi.  Hər  bir  ailədə  oğlan  uşağının  daha    çox

arzu olunması gəlin gətiriləndə onun belinin bağlanması zamanı deyilən

arzulamada və gəlinin ər evinə girən kimi qucağına oğlan uşağını

verilməsi adətində  də öz təcəssümünü tapmışdır. Oğlan uşağının

doğulması ailədə böyük evinclə qarşılanırdı. Oğlan uşağının doğulması

xəbərini atasına  və babasına çatdıran adama  muştuluq verilirdi. Qız

uşağının doğulması ailədə bir qədər laqeydliklə qarşılanırdı. Oğlan

olmayan  və  yalnız  qız  uşağı  ola  şəxs  özünü    bədbəxt  hesab  edirdi.

Adətən, ailələrdə qız uşağı dalbadal doğulanda körpələrə Qızbəs,

Qızayıt, Qızyetər, Bəstiqız, Bəsti və b. adlar qoyulurdu. Böyük şair



S.Vurğun “Bəsti” poemasında xalqın bu adəti  çox gözəl poetik

ifadəsini tapmışdır:

“Anan səni doğanda adına “Bəsti”, -dedi,

“Əllərini bir fələk oğuldan  kəsdi”, -dedi.

Beləydi qayda bizdə...Qız doğanda analar

Baxıb qara geyərdi su üstündə sonalar;

Yazıq qadın utanıb, qızarardı ərindən,

          Min bir varaq qopardı könlünün dəftərindən”. [71]

    

Qeyd etmək  lazımdır ki, oğlan və  ya qız  olmasından asıl



olmayaraq, Azərbaycan ailəsində  yeni körpənni dünyaya  gəlməsi

şənlikə qarşlanır və uşaqlara xüsusi qayğı göstərilərdi. Hələ uşağın

anadan  olması  ərəfəsində ailədə xüsusi hazırlıq görülür paltar tikilir,

yorğan-döşək hazırlanır, nənni düzəldilir və beşik alınırdı. Xan, bəy və

əsilzadə ailələrdə  sifarişlə  sənətkarlar tərfindən çox nəfis beşiklər də

hazırlanmışdır. XVIII əsr Şəki xanı Məhəmməd Həzən  xanın beşiyi bu

cəhətdən maraqlıdır.

Uşaq anadan  olduqdan sonra mamaça qadın onun göbəyini

kəsib bağlayar və bir neçə dəqiqə başı aşağı saxlayardı ki, nəfəs yolları

açılsın, uşaq  nəfəs ala bilsin. Sonra  körpəni çimdirər, mövlud qüsulu

verər və qundağa bələyərdi. Körpəyə 10 saatadək yeməyə heç bir şey

verməzdilər. Sonra isə çağanın anası döşünü südünü öncə sağıb kənara

atar və sonradan gələn südü çağaya  verərdi.

Körpəni qundaqda anasının yanına salınmış yerə qoyardılar.

Vaxtaşırı bələyi açıb qundağı təzələyərdilər. Körpəni 7-10 gündən sonra

şərq bölgələrində beşiyə, qərb bölgələrində isə nənniyə qoyardılar. Isti

yay günlərində ölkənin şərq bölgələrində də körpə nənniyə qoyulardı.

Beşik ağacdan düzəldilirdi. Onun alt hissəsinə saxsı sibinc

qoymaq üçün deşiyi olurdu. Beşiyə ortasında yarığı olan döşəkçə

salınırdı. Onu üstünə isə ortasında kiçik yarığı olan ağ parça salınırdı.

Həmin deşiyə qoyulmuş lüləy (düdük) vasitəsilə körpənin sidiyi sibincə

axırdı.



  Doğuşdan sonra zahıya  üç gün səhər quymaq  bişirib verərdilər

ki, qarnı sağalsın. Dördüncü gün zahının qarnını çəkib bağlayardılar.

Zahını qırxı çıxmayınca gecələr evdən bayıra tək çıxmağa  qoymazdılar

onun yanında  bir kişi və ya  oğlan uşağı olmalı idi. Bu qırx gün ərzində

istər ana,  istərsə də körpə başqasının çilləyə sala bildikəri kimi özləri

də çilləyə düşə bilərdi. Körpə olan otağa,  ailə üzvlərindən başqa, ilk

dəfə gələn olanda əvvəlcə körpəni otaqdan çıxarar  gələn adam içəri

keçdikdən sonra körpəni onun “üstünə” gətirərdilər, ya da  körpəni

qapnın ağzından yuxarı qaldırar, gələn adam  onun altından  keçib otağa

daxil ola bilərdi. Qırxı çıxmamış zahı qadını evdə ağır işlər görməyə

qoymazdılar. Qırx gün müddətidə “natəmiz” hesab edildiklərindən

onlara hətta  xəmir yoğurmağa, çörək bişirməyə və inək sağmağa da

icazə verilmirdi.

 Körpə beşikdə və ya  nənnidə yatarkən anası ona laylalar

oxuyurdu. Ananın taleyini, dərd-sərini, sevincini, kədərini və arzularını

əks etdirən həmin beşik və nənni laylaları ilə körpənin tərbiyəsinin

təməli qoyulardı.

  Azərbaycan    ailəsində  körpəyə  ad  qoyulması  da    bir  şənlik

olmuşdur. Adqoyma  mərasimi bəzi bölgələrdə uşağın anadan olmasını

yeddinci günü, bəzi bölgələrdə isə onuncu günü keçirilərdi. Ailədə

qonaqlıq üçün xörək tədarükü gorülür və qohum-qonşular dəvət

olunurdu. Öncə körpənin sağ qulağına “azan”, sol qulağına  isə “iqamə”

oxuyar, sonra ad qoyardılar. Körpə üçün adətən məqəddəs “Quran”dan

adlar seçilirdi. Körpəyə peyğəmbələrin, xəlifələrin, imamların  və

onların övladlarını adları ilə bərabər uşağın babasının və nənəsinin adı

da qoyulurdu. Azərbaycan ailəsində uşağa islam dini ilə bağlı  ərəb

mənşəli adlarla  yanaşı, müəyyən mənası olan türk və  İran mənşəli

dünyəvi adlar da qoyulurdu. Oğlanlar üçün  belə adlar igidliyi, mərdliyi,

şücaiəti, qorxmazlığı, müdrikliyi, aqilliyi, ədalətliyi əks etdirirdi. Qızlar

üçün isə adətən səadət, sədaqət, nəciblik, xoşbəxtlik və səma

cismlərinin və gözəllik nümunələri hesab edilən gül, çiçək, heyvan və

quş adlarını bildirən zərif adlar seçilərdi.

 Azərbaycan  ailəsində uşağı 6 ayından sonra yeməyə

öyrədərdilər. Uşaq birinci dişini çıxardanda ailədə hamı sevinər və

hədik bişirib qonum-qonşuya paylayardılar. Körpənin bir yaşı tamam



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə