Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə117/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

 Gəlin araba iə aparıldıqda yengələr onun yanında oturrar və

çörək bağlamasını, çırağı və “bəxt güzgüsü”nü əllərində tutardılar.

Gəlin arabasını bir qayda olaraq qızın qardaşı sürərdi. Gəlin at ilə

aparıldıqda yengələr başqa  bir ata  mindirərdilər. Gəlin aparmaq üçün

nəzərdə tutlmuş at qırmızı parça  ilə bəzədilərr və bəyin evinə qədər

yedəkdə  aparılardı. Gəlin atla aparılan zaman iki gənc yol boyu sağ və

sol üzəngilər tutub onu müşayiət edərdilər. Zəngəzur bölgəsində isə

gəlinin ardına gəlmiş bəy oğlanın sağdışı gəlini ata  mindirib, öz

arxasında  oturdar,  soldış  isə  atın  cilovunu  tutardı.  [63]  Aran

bölgələrində gəlini keçmişdə iki hürgüclü  dəvə ilə də aparadılar. Bu

məqsədlə bədilmiş dəvənin üstündən kəcavə qurular, kəcavənin

ətəklərində zınqırovlar asılardı. Gəlin aparan karvanı önündə at belində

bəy oğlanın böyük qardaşı (yaxud atası, əmisi və ya dayısı) gedərdi  və

gəlini axşam apardığına görə  karvanı  əllərində məşəl olan gənclər

müşayiət  edərdilər. Gəlin karavanının qabağını yol boyu cavanlar və ya

uşaqlar ip (sicim) ilə kəsərdilər. Oğlan adamı o saat əllərinə pul və ya

xələt verin yolu açdırardı. Bu minvalla  gəlin gətirən karvan bəy oğlanın

evinə gəlib çatardı.

  Gəlin fayton və atdan düşürdülüb bəy evinə   yaxınlaşanda

eyvanda durmuş bəyin anası və ya bacısı onun başına noğul, konfet və

xırda  pul səpərdi. Uşaqlar isə həmin şeyləri yerdən yığıb sevinərdiər.

Çox vaxt gəlin həyətə girəndə ayağı altında qoç da kəsərdilər. Bəzi

bölgələrdə gəlin evin qapsına yaxınlaşan zaman  ayaqları altına maşa,

nal,  şiş  və  s.  dəmir  əşya  atardılar  ki,  ər  evində  onu  yeri  dəmir  kimi

möhkəm olsun. Gəlindən öncə evə onun çırağı, bəxt  güzgüsü və çörək

bağlaması aparılardı.

Gəlin otağa daxil olarkən  qapının ağzında onun qarşısında bir

qabda bal, şərbət,  un və yaxud xəmir tutardılar. Gəlinin barmağını

həmin şeylərə batırıb əlinin bərəkətinni rəmzisi kimi qapınının üst

çərçivəsinə sürtməli və altında keçməli, içəri keçdikdə sinə qənşərində

yerə atılmış  çini və ya saxsı qanı sağ ayağı ilə tapdalayıb sındırmalı idi.

  Gəlin otağa daxil olduqdan sonra qız və ya gəlin onu dövrəyə

alıb, “xoş gəldin”-deyərək  qucaqlayıb öpər və otağın yuxarı başında

divar boyu döşənmiş döşəkçələrin yanına apararaq bir müddət ayaq üstə

saxlardılar. Adətə görə, qayınata və qayınana gəlib gəlinə “dizdayağı”



qiymətli hədiyyə vəd etməli və oturmasına  icazə verməli idi. Gəlin

döşəkcə üstünə oturduqdan sonra quşağına 3-5 yaşında  bir oğlan uşağı

otuzdurub “oğullu-qızlı olsun” deyərdilər. Gəlin həmin oğlan uşağını

başına  bir araqçın qoymalı idi. Sonra gəlinin başına toplaşmış qız və

gəlinlər çalıb-oynayar, oxuyar, şənlik edərdilər. Qızlar gəlinin yanından

çəkildikdən sonra yengə onu gərdəyini qurardı gəlinin gərdəyi arakəsmə

pərdədən ibarət olurdu. Azərbaycanın Şirvan, Mil-Qarabağ və Muğan

düzlərinin maldar əhalisi bəy üçün “gərdək” olaraq alaçıq qurardılar və

ya qarğıdan “qom” adlana müvəqqəti otaq tikərdilər. Qədimdə

Azərbaycan oğuzlarında da bəy oğlan üçün xüsusi “gərdək” tikilməsi

adəti olmuşdur. “Kitabi-Dədə Qorqud”da deyilir ki, “Oğuz zamanında

bir yigit ki, evlənsə ox atardı. Oxu nə yerdə düşsə onda gərdək tikərdi”.

[64]

 Bəy toyun əvvəlki günlərində mağarda oturmazdı. O, başqa



evdə (əmisigildə, dayısıgildə, sağdışıgildə və ya qonşuda) yoldaşaları

ilə birlikdə kiçik bir məclis qurar, yeyib-içər əylənərdi. Bəyin məclisini

idarə etmək üçün bir nəfər “xan” seçilərdi.  “Xan” böyük səlahiyyətə

malik idi və bəydən başqa  məclsin bütün iştirakçıların cərimə edə

bilərdi. Toyun sonuncu axşamı gəlin gətirildikdən sonra bəy musiqi

sədaları altında mağara  gətirilir,  toy şənliyi daha da canlanardı. Bəy

mağaranın başında xüsusi düzəldimiş yerdə öz sağdışı və soldışı  ilə

birlikdə  oturardı. Onun qarşısına mizin üstə meyvə, çərəz və şirniyyatla

dolu xonça qoyulardı. Qazax bölgəsidə bəyin sağdışı onun üçün “şax”

bəzəyərdi. “Şax” ağac budağında düzəldilirdi və onun kiçik

budaqlarında meyvələr və konfetlər asılardı. Gəncə bölgəsində “şax”

ağacı xüsusi olaraq düzəldilər, üzərinə xırda mıxlar vurular,  onlardan

isə corba, konfet, yaylq, meyvə və s. asılardı. “Şax”  bəyin masasının

qarşısında yerə qoyulardı.

  Toyun  sonunda    bəy  tərfi  olardı.  Bəy  tərifi  adəti  Azərbaycanın

müxtəlif bölgələrində “bəy durma”, “bəy oturma” və “bəy başı” da

adlanmışdı. Bu zaman bəy oğlan öz sağdışı və soldışı ilə birlikdə

mağarın ortasında qoyulmuş  masanın arxasında oturar və ya ayaq üstə

dururdu. El aşığı bəyin şərəfinə təriflər deyər, onu ata və anasından

başlayaraq yaxın qohumlarını, dost-tanışlarını bəyə xələt verməyə dəvət

edəri. Bəyə xələt verənlərin çoxu sağdış və soldışa da xələt verirdi.



Bəyin xalaları, bibiləri və digər yaxın qohumları olan qadınlar

xonçlarla  birlikdə təbrikə gəlir və bəyin  sağdış və soldışın boynuna

qiymətli parçalardan xələtlər salardılar. Bəy tərifindən sonra  bəy oğlanı

nası, bacı qardaş və bütün qohum əqrəbası onun başına toplaşaraq bir

qədər oynadıqdan sonra  təbrik edib dağılışardılar. Bəy oğlanı sağdış və

soldışı isə onu mağardan  çıxardıb gərdək otağına qədər ötürərdilər.

Toyu bu sonunvu gecəsi “zifaf gecəsi” adlanırdı.

Zifaf  gecəsinin səhərisi günü  bəy evdən çıxıb sağdışgilə

gedərdi və yoldaşları onun başına toplaşardı. El adətinə görə həmin gün

cavan uşaqlar məhəllənin həyətinə  girib toyuq tutardılar. Bəyin şərəfinə

üç gün  məclis qurardı. Yalnız axşamlar yoldaşları bəyi gətirib evə

ötürərdilər.

 Gəlin isə üç gün gərdəkdə qalardı. Zifaf  gecəsinin  səhərisi

günü gəlinin anası quymaq bişirər, üstünə darçın və bal töküb yengə ilə

bəy evinə göndərərdi. Günorta və axşam yemklərin isə gəlinin

qayınanası hazırlayıb  kiçik qızlarından  biri ilə göndərədi, evdə kiçik

qız uşağı olmayanda, qayınana  özü qapını döyüb açar  və çörəyi qapı

arasında otağa qoyardı.

  Gərgəkdə oturmanın üçüncü günü “üzə çıxdı” mərasimi olurdu.

Be el adəti  çox yerdə “üçgün” adlanırdı. “Üç gün”də olanı anası xörək

hazırlayır və yaxın qohum və qonşuları “gəlin gördü”yə dəvət edərdi.

Qonaqlar toplaşdıqdan sonra qayınana gəlini çağırtdırardı. Yengə təzə

gəlini geyindirib qonaqların üzünə çıxarardı. Gəlin hamıya salam verib

bir tərəfdə dayanardı. Quba  şəhərində təzə gəlin yengəsi ilə birlikdə

qonaqlara salam verdikdən sonra əlindəki gülabdandan qayınanasının

və başqalarını əlinə gülab tökmə adəti də var idi. [65] Qonaqlar  gəlinə

“Xoş qədəm olasan, ayağın düşərli olsun, ulduzlarınız barışsın”-

deyərdilər. Sonra qayınanası gəlinə yer göstərib onu oturdardı. Gəlini

görməyə gələnlər ona hədiyyə verərdi. Azərbaycanı bəzi bölgələrində

(Yardımlı rayonu ərazisində) gəlin yeddi gün gərdəkdə qalmalı idi və

yalnız səkkizinci gün yengəsi onu “üzə çıxdı” mərasiminə aparardı. [66]

 “Üzə çıxdı” nın səhərisi günü  gəlin aftafa-ləyəni götürüb

qayınata, qayınana və qayınlarının əlinə su tökməklə yeni ailəsinin

həyatına qoşulardı. Gəlin ərinin valideynlərinə “qayınata” deyil,  adətən




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə