Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə113/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   109   110   111   112   113   114   115   116   ...   134

Elçi göndərməzdən əvvəl qohumlar  və ağsaqqalarla

məsləhətləşmək qədim çağlardan xalq  ənənəsi olub.

Xalq arasında elçi xüsusi nüfuza malik olmuşdur. Elçiliyə el

içində xüsusi hörmət qazanmış, sözü keçən adamlar gönədrilirdi. Elçi

göndərilən şəxs istedadlı olmalı, ünsiyyət yaratmağı, xaq arasında

deyildiyi kimi, “qız atası daşda olsa, onu yumşaltmağı” bacarmalıydı.

Elçi xoşagəlimli sözlər seçməli, ürəyə yatmalı sözlərlə birbaşa mətləbə

keçməli və fikirlərini əsaslandıra bilməliydi.

Keçmişdə qız evinə elçiləri gödərməzdən əvvəl molla yanına

gedib “istixarə” açdırardılar, yən kitaba baxıb hansı günün  düşərli

olması haqqında  məsləhət alardılar. Elçiliyə, adətən üç-dörd kişi və bir-

iki nəfər qadın gedirdi. Elçilərin tərkibində oğlanın babası, atası, əmisi

və dayısı olardı. Oğlanın atası sağ olmadıqda onu əvəzi kimi böyük

qardaş gedə bilərdi. Qız uzaq eldən və yaxud qonşu kənddən olduqda

elçilərin arasında oğlan nəslindən bir ağsaqqal, ləyaqətli, el arasında

deyildiyi kimi, “urvatlı” bir adamın olması məsləhət bilinirdi. Qadınlar

oğlan anası, xalası və ya bibisi olardı.

Adət-ənənəyə görə, elçilər qızın ailəsi tərəfində hörmət və

izzətlə qarşılanırdılar. Çünki, elçi Allah elçisi sayılırdı. Qızı vermək

niyyətləri olmasada belə elçiyə ehtiram göstərmək, onu ləyaqətlə qəbul

edib, yola salmaq hər bir ailənin borcu hesab edilirdi. Elçiləri qarşılayan

kişilər onlar “xoş gəlmisiniz” deyib qonaq otağına aparardılar. Elçilərə

gələn qadınları isə başqa bir otağa  ötürərdilər. Elçilərə münasibət

müsbət olardısa, qızın anası hörmət əlaməti olaraq oğlanın anasını

boyunun qucaqlayıb üzündən öpərdi. Qonaqların qabağında süfrə açılsa

da oğlan adamları “həri” cavabını almayınca süfrəyə  əl uzatmazdılar.

Bəzən qzı evinin bu elçiliyə münasibəti müsbət olduqda, süfrəyə baldan

ahzırlanmış şərbət də qoyulardı. Qızın razılığı el arasında deyildiyi kimi,

“hərisi” verildikdən sonra “Allah mübarək eləsin”, -deyib süfrədəki

çaya qənd salar, şirinçay və ya qəndlə “ağızlarını şirin edərdilər.” Sonra

oğlanın və qızın analarını qonaq otağına çağırıb bu sevindirici xəbəri

onlara  bildirər və süfrədəki təamlardan yeməyə başlardılar. Süfrəyə aş

(plov) da verilərdi. Qadınlar o biri otağa qayıdıb hamıya gözaydınlığı

verərdilər. Oğlanın anası gəlinin çağırıb barmağına nişan üzüyü taxar,




başına ipək örpək salardı. Bu, Azərbaycanın bir çox bölgələrində

“bəlgə”,  bəzi bölglərində isə “xatircəmlik” adlanırdı.

Qız üçün elçi gəlməsi xəbərini qohum-əqrəba, qonum-qonşu

sevinclə qarşılayar, qızın ata-anasını və bütün ailə üzvlərini təbrik

edərdilər. Qızın “hərisi” verildiyi gündən olan  və qız bir-birinə

“deyikli” hesab edilirdi.

Elçilərə rədd cavabı verildikdə də çox ədəb-ərkanla, elə tərzdə

deyirdilər ki, oğlan tərəfi bundan inciməz və düşmənə çevrilməzdi.

Böyük Nizaminin “Leyli və Məcnun” poemasında elçilik edən

Məcnunun atası birbaşa  mətləbə keçərək məqsədini lakonik dildə ifadə

edir və eləcə də lakonik, həm də məntiqə əsalandırılmış rədd cavabını

alır. [48] Bu ənənəyə Azərbaycanın digər dühası Füzulinin “Leyli və

Məcnun” poemasında da rast gəlinir. Leylinin atasın elçiliyə gəlmiş

Məcnunun atasına, onun şərəf və ləyaqətini gözləmək məqsədilə

lakonik tərzdə rədd cavabı verir:

“Sən çox gəldin, səfa gətirdin,

Torpaqlardan  bizi götürdün!

Müşkülcə xitabdır xitabın,

Bilməm necə verəyim cəvabın?

Qürbün bilirəm mənə şərəfdir,

Əma xələfin əcəb xələfdir.

“Məcnun”-deyə tən edər xəlayiq

Məcnuna mənim qızım nə layiq?” [49]

Poemada Leylinni atası hümanistlik göstərərək Məcnunun

atasının ümidini qırmır,  “tədbir gör oğlan sağalsın”, və “oğlun sağalarla

qız onun olsun”, -deyə əhd edir.50

Şifahi xalq  ədəbiyyatı nümunələrdən-dastanlardan, nağıllardan

məlum olur ki, keçmişdə qız atası elçilərə münasibətdə  ədəb-ərkan

gözləyərək rədd cavabı əvəzi başqa  bir yol seçərdi, oğlanın qarşısında

yerinə yetirilməsi müşkül olan ağır şərtlər qoyardı.

Azərbaycanın əksər bölglərində nişan və çirni bir yerdə olardı.

Bəzi bölgələrdə bu mərasimə “ağsaqqal plov” da deyilirdi. Nişanda qız




üçün üzük və şal aparıldığına görə bu mərasimə Bakı, Lənkəran, Təbriz

və başqa  bölgələrdə “şal-üzük” aparma da deyilirdi.  “Kitabi-Dədə

Qorqud” dastanında nişan aparmaq və  şirni içmək mərasimi “kiçik

dügün” adlandırılmışdır. Dastanda deyilir: “yalançı oğlu yalıncıq qızı

alır oldu, kiçik düyünü  elədi, ulu düyünə vədə qoydu”. [51]

 Nişan təyin olunduğu gün gündüz oğlanın evindən qız evinə

nişan xonçası aparılırdı. Xonçaya üzük və baş örpəyi-tirmə  şal ilə

bərabər, ailənin imkanına görə də sırğa, bilərzik, boyunbağı, medalyon

və s. zinət əşyaları, Gəncə kəlayağısı, 1-2 dəst paltarlıq parça və

şirniyyat məlumatı qoyulardı. Axşam üstü 15-20 nəfər oğlan adamı-

yaxın qohum, dost və tanış  qız evinə gələrdi. Nişan  zaman bəy oğlanın

anası və bacısı ilə yanşı yaxın qohumları da xonça tutar və hərəsi öz

xonçası ilə qız evinə gedərdi. Nişana qız tərəfindən də qonaq dəvət

edilərdi. Yeyib-içdikdən sonra qonaqların hər biri öz yaylığına bir qədər

noğul, konfet və  şirniyyat yığıb evlərinə aparardı. Nişan xonçasının

qablarını boş qaytarmazdılar. Həmin qablarda qız evindən oğlan evinə

“qənd başı” xonçası göndərilərdi. Kəllə qəndin baş hissəsini sındırıb bu

xonçaya qoyardılar. Xonçada olan şəkərbura, şəkərçörəyi, paxlava,

şorqoğalı və s. ilə birlikdə toy plovundan da oğlana pay göndərilərdi.

“Deyikli”  qız və olan artıq  nişandan sonra  rəsmi olaraq

“nişanlı” və ya “adaxlı” hesab edilirdilər. Azərbaycanda nişanlı qızın

qədim zamanlardan  bəri “nişanlı” və ya “adaxlı” adlanması “Kitabi-

Dədə Qorqud” dastanında da  öz əksini tapmışdır. Dastanda deyilir:

“...Bu otaq...Banıçiçək otağıymış ki, Beyrəyin beşikkərtmə nişanlısı,

adaxlısıydı”. [52] Nişan aparılan gündən etibarən nişanlı qız adaxlısının

qohum-əqrabasından  yaşınmalı, üzünü gizlətməli idi, adaxlı oğlan da

öz nişanlısıın qohumlarında qaçmalı idi.

Nişandan sonra qız  və oğlanın rasında  məhəbbətin daha

da möhkəm olması və onların bir-birinə isnişməsi üçün, qızın atasının

xəbəri olması şərtiə anası adaxlı oğlana  şərait yaradırdı ki, xəlvəti qızın

yanına gəlsin. Bu adət el arasında “adaxlıbazlıq” və ya “nişanbazlıq”

adlanırdı. Böyük Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musqili

komediyasında  Azərbaycanın şəhər yerlərində “adaxlıbazlıq” adətinin

gözəl təsviri verilmişdir. [53] Azərbaycanı aran Qarabağ bölgəsində isə

nişandan 1-2 gцn sonra nişanlı oğlan  hər iki ailənin razılığını almaq



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə