şərtilə qız evindən gəlmiş “qənd başı” xonçasındakı kəllə qəndin baş
hissənin üstünə bir qədər şirniyyat və bəxşişlər qoyub yaxın dostu iə
birlikdə nişanlı qızın qonşusu evinə “nişanbazlıq” gedərdi. Qonşu arvad
“qəndbaşı” və sovqatı aparıb qız evinə verərdi qızın anası isə xörək
hazırlayıb oğlana göndərərdi. Xörək isə bərəbər qızın anası adaxlı oğlan
və onun dostu üçün içində müxtəlif əşyalar olan iki xonça düzəldərdi.
Oğlanın dostu xələtini alıb gedərdi, oğlan isə qalıb nişanalısı ilə
görüşərdi. Azərbaycanın bir çox bölgəsində qızın atası çox halda
“nişanbazlığa” razılıq vermədiyindən nişanlı oğlan və qız toy gecəsinə
qədər bir-birilərini görməzdilər. [54]
“Novruz”, “Ramazan” və “Qurban” bayramlarında oğlan evi
nişanlı qıza bayramlıq göndərirdi. Bu adətə Şəki bölgəsində “Qudalıq”
deyirdilər. R.Əfəndiyev Şəkidə qudalıq “adəti bel təsvir edir:
“bayramlarda oğlan evi nişanlı qızın bayramlığını göndərərdi. “Novruz”
qabağı “çərşənbə yemişi”, “Qurban” və “Ramazan bayramlarında tel
halva, paxlava, peşvəng və s. halvalar xonçası, üstündə də əlbəsəlik
(paltarlıq-red.), ipək parça göndərilirdi. “Qurban” bayramında
boğazında ipək parçadan əlbəsəlik olan qoç göndərilərdi. Bu xonçaların
qarşılığı qız evi tərəfindən göndərilməli idi. Məsələn, qız evininin
oğlan evə “Qurban” qoyununun ətindən qutab, lüləkabab, girs və dolma
göndərməsi adətdi”. [55]
Adətə görə, nişanlı qıza atasının evində olduğu müddətdə oğlan
evi geyim alıb göndərməyə borclu idi. Bakı şəhərində yay aylarında qız
evi bağa köçərkən, olan evi “bağbaşı” aparmalı idi. H.Sarabski bu
barədə yazırdı: “Şorqoğalı, şəkərbura, şəkərçörəyi, qənd, çay, qız üçün
yay paltarı, əla akulə düyüsü hazırlanıb gəlinlərinin görməyə bağa
gedərdilər. Bunun adına da “bağbaşı” deyərdilər”. [56]
Nişandan sonra olan evi böyük toya hazırlaşmağa başlardı.
Gəlin üçün paltar və zinət əşyaları alınır, toy tədarükü görülərdi. Bu
müddətdə də qız evi cehiz tədarükünə başlardı. İmkanlı və ehtiyatlı
ailələrdə qızları üçün cehizi lap kiçik yaşlarından hazırlardılar. Gəlinin
köçməsinə az qalmış qohum və qonşular qız evinə yığışar, gəlini
yorğan-döşəyinin sırıyar, cehizlərini qaydaya salardılar.
El adətinə görə, toy-düyün şənlikərindən əvvəl gəlin köçən qız
qohum-əqrəba tərəfindən qonaq çağrılardı. Qonaqlıqların sonunda
qohum-qardaş gəlin köçəcək qıza yorğan, döşək, yastıq, xalça, nalça,
nazbalşı, mis qazan və qab-qacaq və s. hədiyyə edərdi. Həmin
hədiyyələr gəlinin cehizinə əlavə olunurdu.
Ənənəyə görə oğlan və ya qız evi axundə və el ağsaqqalları ilə
məsləhətləşdikdən sonra razılaşıb toy şənlikərini gününü müəyyən
edirdi. Öncə qız evində toy şənlikəri olardı. Adətə görə qız evindəki toy
xərcini oğlan evi çəkərdi. Oğlan evindən boynuna qırmızı parça
bağlanmış və ya başına qırmızı rəng vurulmuş bir neçə qoç və ərzaq
məhsulları göndərilərdi.
Qız evində təşkil olunan toy şənlikərindən biri “paltarkəsdi”
adlanırdı. Şirvan bölgəsində ona həm də “bazarlıq” deyilirdi.
“Paltarkəsdi” günü çalğıçıların iştirakı ilə oğlan evindən başlayaraq
çalıb-oynayırdılar. Günorta üstü gəlin üçün alınmış pal-paltarı sandığa,
şirni-xuşkəbər və ərzaq məhsullarını isə zənbillərə yığıb musiqi
sədaları altında qız evinə aparardılar. Şeyləri qız evinə gətirən kişilər
çalıb-oynayanlara tamaşa etdikdən sonra bir stəkan çay içərək
gedərdilər. Qadınlar isə ürəkləri istədikləri qədər rəqs edər,
şənlənərdilər. Sonra isə oğlanın anası “başıbütöv”, yəni əri, oğlu və qızı
olan bir qadınla otaqların birindən paltarları çıxarıb xonçalara yığardı.
Oğlanın qohumlarından bir neçə qadın xonçaları başlarına qoyub
oynaya-oynaya məclisə gətirər və ortada yerə qoyardılar. “Başıbütöv”
qadın xonçaların yanında oturaraq şeyləri bir-bir götürər, ayaq üstə
durmuş başq bir qadına verərdi. Öncə gəlinin baş örpəyi verilərdi. Ayaq
üstə durmuş qadın da baş örpəyini məclisdəkilərə göstərib deyərdi: “Bu
gəlinin baş örpəyi! Allah mübarək eləsin, görənlər görüb, görməyənlər
də görsün!” Beləliklə, gəlin üçün gətirilmiş bütün şeylər nümayiş
etdirilər və sonra yenidən xonçalara yığılardı. Sonra birini oğlanı anası
platarların üstünə pul atardı. Qızın anası da bir o qədər pul atardı. Daha
sonra oğlanın və qızın bütün qohumları, qonşuları və tanışları hallı-
halına görə paltarların üstünə pul atardılar. Oğlanın və qızın anaları pul
atanları yaxşı yadda saxlayırdılar ki, gələcəkdə əvəzini çıxsınlar.
Yığılan pullar ayaqüstə duran həmin qadına verilərdi. Ona görə də çox
vaxt vəzifə üçün dul qadın seçiərdi ki, yığılan pullar ona kömək olsun.
Paltarları aparıb o biri otaqda yenidən sandığa yığdıqdan sonra oğlanın
anası sandığı qıfıllayıb açarını qızın anasına verərdi. Başqa bir evdə isə
evin kişiləri qənd və noğulu nəlbəkilərə yığardılar. Hər nəlbəkiyə bir
ovuc qənd və noğul qoyulardı. Bir qadın həmin nəlbəkini bir qaba
yığıb məclisə gətirər və qonaqlara paylayardı. Şirniyyat alanlar
“mübarək olsun” deyib noğul il qəndi yaylıqlarına başladırdılar.
Məclisin sonuna qızın anası ən yaxın adamalrından on-on beş nəfərə
“paltarkəsdiyə” qalmağı təklif edərdi. Oğlanın anası da qabaqcadan bir
o qədər qadının vədəsini alardı.
Quba bölgəsindəki “paltarkəsdi” mərasimi paltar bə “bazarlıq”
aparıldıqdan sonra, ayrıca təyin olnumuş bir gendə olardı. R.Babayeva
Quba şəhərində “paltarkəsdi”ni belə təsvir edir: oğlan anası qız evinə
xəbərdarlıq göndərin sabah bir neçə qadınla “paltarkəsdi”yə gələcəyini
bilrərdi. Qız anası oğlan evindən xəbər bilən kimi tədarükə başlar və ən
yaxın adamlarına bir neçə qadına : “Sabah bizə paltarkəsdiyə gəlin”, -
deyə xəbər göndərərdi. O günün sabahı nahar vaxtı dəvət olunanlar qız
evinə paltarkəsdiyə gedərdilər. Oğlanın anas da on nəfərə yaxın qohum-
qonşu ilə gələrdi. Gələnlər xalılar üstündə nalçalar üstündə oturub
söhbətə başlardılar. Onların qənşərinə süfrə salınar və şirin çay, pendir,
çörək, şəkərtıxma, şorqoğalı və i.a. şirniyyat gətirilərdi. Paltarkəsdiyə
yığışanlar yeyib-içib: “Mübarək olsun, oğullu-qızlı olşsun!” –deyin
süfrdədən çəkildikdən sonra yemkə süfrəsi yığılar və otağın ortasına
“dəstərxan” süfrə, Quba bölgəsində deyildiyi kimi, “qələmkar” süfrə
salınardı. Qız adamı palat sandığını gətirib ortalığa qoyar və paltarları
çıxarıb süfrəni üstünə qoyardılar. “Başıbütöv” qadın paltar bişirməyi
bacarırdısa, qızın həmin paltarlarının üstünə parçadan biçərdi. Biçməyi
bacarmayanda isə parçanın üzərinə qayçı qoymaqla kifayətlənərdi.
Paltar kəsiləndən sonra hamı: “Allah mübarək eləsin, oğullu-qızlı olsun,
qoşa qarısın!”- deyərdi. Paltar biçilib qurtarandan sonra bütün paltar-
parça sandığa yığılar və bir yana qoyulardı. Yenidən qonaqların
qarşısına süfrə sərilər və bir qadın öncə oğlanın anasının, sonra isə o
birilərinin əlinə aftafa-ləyəndə su tökərdi. “Paltarkəsdi”yə çağrılanlara
varlı ailələrdə zəfəranlı aş, toyuq plov, yanında səbziqovurma, çığırtma,
badımcan dolması və nar qovurması, orta səviyyəli ailələrdə südlü plov
(yanında qarası, kişmiş, xurma və quru kütüm və ya xəşəm balığı
olmaqla), yoxsul ailələrdə bozbaş, dolma və dovğa verilərdi. Yeməkdən
Dostları ilə paylaş: |