Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə110/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

müxtəlif amillərlə  şərtləndirilir. Onlardan  biri sosial-iqtisadi amildir.

Keçmiş də üçün “başlıq” və ya “süd  pulu” vermək adəti geniş

yayılmışdı. Bununla əlaqədar yoxsul ailənin oğlanları hər ailədən  qız

istməyə cürət etmirdilər. Varlı ailələr isə bir qayda olaraq sosial-iqtisadi

durum cəhətdən  bir-birinə münasib ailələr qız verib, qız alardılar. Belə

münasib adamlar eyni sosial təbəqəyə malik olan qohumlar olurdu.

Bəzi hallarda isə oğlan  və qızlarda pəltəklik, şikəstlik və s. kimi fiziki

qüsurlar da  olurdu. Belə olduqda ata, ana, əmi, bibi, dayı, xala, qardaş

və bacı elçilik üçün  öz yaxın qohumlarnın evinə üz tutardılar.

  Yaxın qohumlardan evlənmə adətini şərtləndirən cəhətlərdən

biri də mənəvi-psixoloji amil idi. Valideynlər uşaqlarının gələcək taleyi

haqqında fikirləşərək qoymurdulıar ki, qız uşağı, el arasında deyildiyi

kimi “evdə qalıb un çuvalına tay olsun”, oğlanın isə ailə qurmaq vaxtı

ötsün. Yaxın qohumla evlənmə zamanı hələ uşaqlıqdan bir yerdə

böyümüş gənclər  bir-birinə asanlıqla  isnişirdilər, bir-birini əmioğlu və

ya  əmiqızı, xalaoğu və xalaqızı, dayıoğlu və bibiqızı, bibioğlu və

dayıqızı kimi daha  çox hörmət edirdilər. Kuzen nikah adəti ilə evlənmə

zamanı gələcək ailənin bir çox məişət problemləri də öncə həll olunurdu.

Xala-qayınana öz bacısı qızını, bibi-qayınana öz qardaşı qızının, dayı-

qayınatanın isə bir gözü bacısı qızının üstündə olurdu. Gəlin də dünən

əmi, dayı, bibi deyib başlarına  and içdiyi, bu gün isə həm qayınata və

qayınana kimi sevdiyi əziz adamlarını hər sözünün başına  ip salmırdı.

Beləlikə, gəlin-qayınana, gəlin-baldız, gəlin-qayınlar  və eləcə də

qudalar problemləri aradan  götürülürdü.

   

Keçmişdə ortokuzen nikah adətin, xüsusilə də  əmioğlu və



əmiqızının nikahına daha  çox üstünülk verilirdi. Bu nikah adət

ihaqqında el arasında belə zərb-məsəl də vardı: “Əmioğlu ilə əmiqızının

kəbinlərini göydə mələklər kəsib” əmioğlu ilə  əmiqızını nikah xalq

bayatılarında da təbliğ edilirdi. Bir bayatıda deyilirdi.

“Bülbül oxur yuvada

Qanad çalar havada.

Əmim oğlu sağ olsun

          Mən niyə gedim yada”. [35]




Lakin azad  məhəbbəti və qarşılıqlı sevgi ruhunda tərbiyə

olunmuş azəri qızları  çox zaman kuzen nikah adətinə qarşı çıxır, ata-

analarına etirazlarına bildirir və yaxın qohumlarının məcburi

nişanlananda, ona ərə getməyə könülsüz razı olurdular. Xalq

qohumlarında da yaxın qohumla  nikah pislənir. Naxçıvan bölgəsində

çöl-təsərrüfat  işləri zamanı ifa olunan  bir məkə nəğməsində deyilir.

“Pəncərənin mili çək,

           Yandır odun, külünü  çək.

       Qohuma  qız verənin ey!

       Əngini əz, dilini çək!”

Yaxın qohumlarla nikahın sosial-iqtisadi və mənəvi psixoloji

məziyyətlərini nəzərə almaqla yanaşı, onun ehtimal olunan  mənfi

bioloji  cəhətlərini də yaddan  çıxarmaq olmaz. Yaxın qohumla evlənən

tibb elmində “ikiqat qohumluq” adlanır və zərərli adət sayılır. Tibbi

statistikanın  verdiyi məlmata görə, son illərdə “ikiqat qohumluq”

əsasında qurulmuş ailələrin 3-5 faizində sonsuzluq və digər irsi

xəstəlikər baş verir, yəni belə nikahların nəticəsində ya  kəmağıl, lal-kar,

ya da anadangəlmə əsəb, qansızlıq və ürək qüsuru kimi irsi xəstəlikləri

olan uşaqlar dünyaya  gəlirlər. [36]

    XX əsrdə Azərbaycanın ziyalı  və mədəni ailələrinədək yeni və

mütərrəqi fikirli yaşlı nəsillərin nümayəndələri uşaqlarını evləndirərkən

kuzen nikahlara mənfi münasibət bəsləmiş və yaxın qohum olmayanlara

nikaha  üstünlük vermişlər.

   


Nikahla  bağlı adətlərə cavan  yaşlarında  ölmüş kişinin dul

qalmış arvadına mərhumun qardaşlarından birini evlənməsi adət idə

aiddir. Bu nikah adəti levirat (atınca-“levir” –“qayın” sözündəndir)

adlanır. Azərbaycanda levirat nikah adəti  çox qədimdən mövcud

olmuşdur. Alban xristian kilsəsi 488-ci ildə Aluen böyük kilsə

məclislərində qəbul olunmuş qanunla Albaniyanın xristian əhalisi

arasında qardaş arvadı ilə evlənməyi qadağan  etmişdir. [37]

    Levirat nikah adətinə Azərbaycanda   keçmişdə  əhalinin bütü

təbəqələri arasında əməl olunuşdu. Tarixdən məlumdur ki, hələ XI



əsrdə Şirvanşah Manuçöhr düşmən tərəfindən öldürülmüş qardaşı Əbu

Mənsurun  dul  qalmış  arvadına,  XII  əsrdə  isə  sultan  Qızıl  Arslan

mərhum qardaşı Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvanını

dul qalmış qadını İnanc  xatun ilə evlənmişdi.

   Levirat nikah adətində bir tərəfədən dul qalmış cavan gəlinin

ailədən çıxıb getməsinin qarşısını almaq, digər tərəfdən mərhumun

uşaqlarını saxlamaq və böyütmək zərurəti nəzərə alınardı. Levirat

adətinə görə dul qalmış gəlinlə ilk növbədə subay qayın evlənməli idi.

Bu adət Azərbaycanda da evli qardaşla  mərhum qardaşın dul qalmış

arvadı ilə evlənməyə icazə verirdi. Lakin levirat nikah üçün hər iki

tərəfin razılığı olmalı idi, yəni Azərbaycanda levirat nikah adəti  dul

qalmış gəlin ilə qayın evlənməsinə icazə verirdi, onu məcburiyyətə

çevirmirdi.

    


Azərbaycanda  yalnış  nikah adətlərindən biri də  arvadı  vəfat

etmiş cavan kişinin subay baldızı ilə evlənməsində olmuşdur. Bu nikah

adəti sororat (latınca “soror”-“bacı” sözündəndir) adlanır. Sororat adəti

anasız qalmış uşaqların saxlanması zərurəti ilə icra olunurdu. Çünki

vəfat etmiş bacının uşaqlarına  hamıdan yaxşı xalçaları baxa bilərdi.

Sororat adəti haqqında el arasında  geniş yayılmış  bir zərb-məsəl də

var: “Qoy arvadı ölən o kişi fikir çəksin ki, subay baldızı yoxdur”.

Azərbaycanda sororat nikah adəti də levirat nikah adəti kimi məcburi

deyildi. Adət dul qalmış kişiyə subay baldızı ilə evlənməyi icazə verirdi,

onu buna  məcbur etmirdi, həm də dul kişi yalnız baldızının razılığı ilə

onunla evlənə bilərdi.

Azərbaycanda nikah adətləri ilə bağlı ənənələri sırasında azyaşlı

qızların ərə verilməsi, həm də özlərində yaşlı adamlara  ərə verilməsi

ənənənsi xüsusi yer tuturdu. Məsum qızların çox erkən yaşlarında

özlərindən yaşlı adama  ərə veriməsi  ənənəsi etnoqrafik ədəbiyyatda

xalqın cəhaləti  kimi qələmə verilir və pislənilir. Əlbəttə, bu ənənənin

məhdud  cəhətləri çox idi. Azyaşlı qızları  uşaqlıq səadətindən  mərhum

edər, çox vaxt əminlikərini alçaldıb, “babaları yaşında” kişiyə  ərə

verərdilər. Lakin keçmişdə qız uşaqlarının ərə verimləsinin obyektiv

səbəbləri var idi.

Əvvələn, keçmişdə qızlar  nə  ərə gedir, nə işləyir, yaşları

çatanda oturub ərə getmək haqqında düşünür, bir yerə yığışanda, böyük




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə