evlərdə yaşasalar da torpaq faktiki olaraq bölünmür, yenə birgə əkilib-
becərilirdi. Yeni kiçik ailələr müstəqil təsərrüfatlara malik olsalar da,
əksər hallarda təsərrüfat əlaqələrində və ictmai münasibətlərində birliyi,
ideoloji ümumiliyi müəyyən müddət qoruyub saxlıyırdılar. Böyük
ailələrdə mövcud olmuş vahid təsərrüfatın yerini iməcilik, əvrəz, hoy,
mödgəm və s. qarşlıqlı yardım firmaları bir-birinə kömək edən kiçik
ailə təsərrüfatları tuturdu. Belə qohum ailələr qrupu patronimiya
adlanır. [19]
Azərbaycanın müxtəlif bölgələrində patronimik qruplar uşağı,
əqrəba, nəsil, övlad, toxum, tirə, kürək, törəmə və s. adlarla mövcud
olmuşdur. Patronimiyaya daxil olan ailələr çox vaxt bir-birinə yaxın
yerlərdə yurd salıb kənd daxilində məhəllə təşkil etmişlər. Patronimik
qrupların təşkil etdikləri məhəllələr Azərbaycanın müxtəlif bölgələrində
məhlə, oba, oymaq, dəkkə, dingə, tirə, coma, basalaq və s. adlarla
tanınmışlar.
Hər bir patronimiyanın ağsaqqalı olurdu. Xeyir-şər işlərində
patronimiyanın üzvləri başçı sayılan ağsaqqalla məsləhətləşirdilər. Hər
bir məhəllənin öz ictmai yeri var idi. İctimai yerlər ayrı-ayrı
bölgələrində meydan, ortalıq, gim, gəmgə, gimgə, dingəxana və s.
adlanırdı. Belə meydanları kəndin ortasında, arx kənarında, qovaq və
çinar kimi böyük ağacların kölgəliyində salırdı. Patronimiyanın yaşlı
kişiləri meydanlara yığılıb dincələr, həm də məhəllə və kəndlə bağlı
problemləri müzakirə edərdilər.
Patrnomiyanın ictimai birliyi qohumları bir-birinə qarşılıqlı
yardımlarında toy və yas mərasimlərində, qan intiqamı məsələlərində
özünü göstərirdi. Cavanların patronimiya daxilində evlənməsinə
üstünlük verilirdi. Bir ailənin düşməni patonimiyaya daxil olan bütün
ailənin düşməni hesab edilirdi.
Patronimyanı mənəvi birliyi məsciddə ibadətdə, pirlərdə və
qəbirstanlıqlarda özünü təzahür etdirirdi. Məclislərdə patronimik
qrupların toplaşdıqları və birgə ibadət etdikləri, namaz qıldıqları daimi
yerləri, həmçinin öz qəbirstanlıqlar və pirləri olurdu. Hazırda böyük
kəndlərdə bir neçə qəbirstanlığın olması da, vaxtilə mövcud olmuş
patrinimik
qəbirstanlıqlarla
bağlıdır. Pirlərin
bəziləri
ulu
əcdadların
qəbirləri ondən
ibarət olmuşdur.
Öz
qəbirstanlıqları
olmayan
patronimiyalar öz
ölülərini
ulu
əcdadlarını pirə
çevrilmiş qəbri ətrafında dəfn edirdilər. Beləliklə, bir çox kəndlərin
ümumi qəbirstanlıqlarında patronimiyalara məxsus ayrıca qəbirlər
sahəsi əmələ gəlmişdir. Bu onu göstərir ki, əcdada sitayiş, uluların
xatirəsinə hörmət patronimiyanın mənəvi birliyin əsas ünsürlərindən
biri olmuşdur.
İctmai-iqtisadi inkişafın müəyyən mərhələsində patonimik
qurplar arasında qohumluq əlaqələrin artması nəticəsində
patronimiyaların qapalılığı aradan qalxır, ictimai və mənəvi birliyi
tədricən mahiyyətini itirir, nəticədə patronimiya yaxın və uzaq
qohumların “qalıq” ları halında bizə gəlib çatan arxaik ictimai
institutuna çevrilir.
Kiçik ailə. Azərbaycanda orta əsrlərdə olunduğu kim, XIX-XX
əsrlərdə ailənin əsas forması kiçik ailə idi. Böyük ailə ilə kiçik ailə
arasında fərq yalnız ailə üzvlərinin sayında olamamışdır. Onlar arasıda
kəmiyyət fərqli ilə yanaşı əsas iki keyfiyyətə fərqi də olmuşdur.
Əvvələn, böyük ailənin varidatı bütün ailəyə məxsus olduğu halda,
kiçik ailədə mülkiyyətin başçısı yalnız onju başçısı olan kiş ihesab
edilirdi. İkinci fərq nəsillərin durumu ilə bağlı idi. Məlum olduğu kimi,
böyük ailə 3-4 və daha çox nəsildən ibarət idi. Böyük ailə şaquli
istiqamətində baba, ata, oğul və nəvələrin, üfüqi istiqamətdə isə
qardaşların ailələrinin birliyi idi.
Kiçik ailələr üçün xarakterik cəhət onun yalnız şaqüli
istiqamətdə iki və üç nəsildən ibarət olmasıdır.
Kiçik ailə iki yolar-“qalıqlar” halında mövcud olan böyük
ailənin parçalanması və ailədə həddi buluğa çatmış oğulun evləndikdən
sonra müstəqil ailə təşkil etməsi yolu ilə yaranmışdır.
Kiçik
ailələr
özləri də
quruluşlarına görə iki tipə bölünürlər: sadə və mürəkkəb ailələr. Sadə
ailə iki nəsidlən yəni, ata-ana və onların uşaqlarından ibarət olurdu.
Mürəkkəb ailənin tərkibində isə üç nəil-baba-nənə, ata-ana və nəvələr
olurdu. Sadə ailələrdə uşaqlardan biri evləndikdən sonra ata-anası iə
birlikdə yaşadıqda aiənni tipi dəyişir və sadə ailə mürəkkəb ailəyə
çevrilir, lakin kiçik ailə olaraq qalmaqda davam edir. Çünki gənc ailə
müstəqil ailə kimi özünü doğrultmur, hələ ailə içərisində ailəyə çevrilə
bilmir. Baba və nənə nəvələrinnə də öz uşaqları kimi münasibət
bəsləyirlər. Belə mürəkkəb kiçik ailələri cəmiyyət vahid ailə kimi qəbul
edir. Sadə ailələrdə uşaqlarıdan ikisi evləndikdən sonra ata-anaları ilə
birlikdə yaşayırlarsa, bu zaman ailənin tipi deyil, forması dəyişir, o,
artıq böyük ailə hesab olunur.
Sadə ailə bütün ailələrin özəyirdir. Bütün ailə formaları və tipləri
onnu əsasında təşəkkül tapırlar. Məhz bu keyfiyyətlərinə görə sadə ailə
elm aləmində nuklear (latınca-“nukleus”, “nüvə”, “özək” sözündəndir)
ailə adlanır. [20] Nuklear ailə üçün uşaqların sayı həlledici əlamət deyil.
Sadə ailələrdə 1-2 nəfər uşaq olduqda onu azuşaqlı ailə, 3-4 nəfər
olduqda orta saylı ailə, 5 nəfər və daha çox olduqda-çoxuşaqlı ailə
hesab edirdilər.
Çox uşaqlı ailələrə Azərbaycan üçün səciyyəvi və ənənəvi hal
hesab olunmuşdur. Uşaqların sayı 9-12 olan ailələr az deyildi. Ailədə
uşaqların sayı artdıqca onun valideynlərinə deyirdilər: “Allah payıdır”.
Çoxuşaqlı ailə xoşbəxt ailə heab edilirdi. Çox uşağı olan valideynlər
cəmiyyətdə böyük hörmət və nüfuza sahib idilər. Göründüyü kimi, ailə
üzvlərinin sayının çoxluğu və ya azlığı ilə onu böyük ailə və ya kiçik
ailə, sadə və ya mürəkkəb ailə olma arasında birbaşa əlaqə asılılığı
yoxdur. Sadə kiçik ailələr də ailə üzvlərinin sayına görə “böyük ailə”
ola bilirlər. Lakin belə “böyük ailələr” klassik böyük ailə, yəni ailə
icması hesab edilmirlər.
Azərbaycanda kiçik ailənin yaranamsı, yəni həm böyük ailənin
parçalanması, həm də oğulun evləndikdən sonra ata-anasından ayrılıb
müstəqil ailə təşkil etməsi zamanı əmlak bölgüsü baş verirdi. Əmlak
bölgüsünün həyata keçirlməsi eyni prinsiplərə əsaslanırdı və ailənin
üzvləri tərəfində zərurət kimi qarşılanırdı. Bu zərurilik bir zərb
məsəlində də öz əksini tapmışdır: “Qardaşıq, amma cibimiz ayrı”.
Əmlak bölgüsü ailənin ümumi mülkiyyətini əhatə edirdi. Böyük
ananın və gəlinlərin cehizi, mehr (kəbin haqqı) və gəlin ər evinə gələn
zaman qayınatası tərəfindən bağışlanmış “dizdayağı” qadınların şəxsi
mülkiyyəti hesab edilirdi. Ailə əmlakına bir hissəsi ailənin ümumi
mülkiyyətinə aid edilmirdi. Ailəni ümumi mülkiyyəti torpaq sahəsi,
yaşayış evləri, təsərrüfat tikiliəri, mal-qara, əmək alətləri, ev əşyaları,
qızıl-gümüş və pul vasitəsindən ibarət olurdu. Ailə mülkiyyyətinin
bölgüsü əksər hallarda məhəllə ağsaqqalının, bəzən mollanı iştirakı ilə
həyata keçirlirdi. Ailə mülkiyyətini bölünməsi zamanı payayırma
qaydaları Azərbaycanın hər yerinə, ayrı-ayrı bölglərində lokal xarakterli
fərqlər isitisna olmaqla, təxminə eyni olmuşdur. Ailə əmlakının el
arasında deyildir kimi “ata malının” bölüşdürülməzdən öncə qadınların
Dostları ilə paylaş: |