Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə105/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   101   102   103   104   105   106   107   108   ...   134

ailələrə haqqında məlumat verilmişdir. [13] Lakin ailə üzvlərinin

sayının çox olması ailə icmaları üçün yeganə meyar hesab edilə bilməz.

Ailə icmaları üçün əsas meyalardan  biri də ailə üzvlərini sayı ilə yanaşı,

müxtəlif nəsilləri təmsil edən bir neçə kiçik ailənin birgə yaşamasıdır,

yəni valideylərin öz oğullarını ailələri ilə birlikdə yaşayıb  bir təsərrüfat

daxilində kollektiv həyat tərzi sürməsidir. Ailə üzvlərinin sayına

gəldikdə isə qeyd etmək lazmdır ki, Azərbaycanda o dövrdə üzvlərnin

sayı 11 nəfərdən çox olan “kiçik” ailələr də az deyildi.

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycanda  böyük

ailələr qalıq kimi  mövcud olsa da, onlarda klassik ailə icmalarının

qayda-qanunlar, ənənələri saxlanmışdır. Böyük ailə daxilində qarşılıqlı

münasibətlər adətlərlə tənzim olunurdu. Ailə üzvləri arasına yaş

xüsusiyyətlərini nəzərə almaqla xüsusi davranış qaydaları mövcud idi.

Böyük ailənin başçısı ağsaqqal hesab edilirdi. Bir qayda olaraq ailənin

başçısı–böyük ata olurdu. Ata vəfat etdikdən sonra  onun yerini böyük

oğul tuturdu. Odur ki, ata hələ sağ ikən oğlanlardan bacarıqlısının onu

əvəz edəcəyini vəsiyyət edirdi. XIX əsrin ikinci yarısı –XX əsrin

əvvəllərində Azərbaycanda böyük ailənin başçısına şəxsi adı ilə deyil,

qəbul olunmuş  ənənəyə uyğun olaraq, “baba”, “dədə”, “böyük ata”,

“dadaş”, “əmi”, “dayı”, “ağa”, “lələ” kimi müxtəlif adlarla müraciət

edirdilər.

    Ailə icmasnı başçısı olan “ağsaqqal”  böyük hüquqlara malik

idi. O, ailə üzvləri arasında onların yaş xüsusiyyətini və  şəxsi

qabiliyyətini nəzərə almaqla, vəzifə bölgüsü aparır, bütün təsərrüfatı

idarə edir, ailənin gəlirinin bir yerdə toplanmasına və bölüşdürülməsinə

nəzarət edirdi. İcma daxilində ailə başçısını böyük hüquqları olmasına

baxmayaraq hakimiyyəti qeyri-məhdud deyildi. Mövcud etik normaları

ailə daxilində və məşiətdə ailə başçısının hakimiyyətini

məhdudlaşdırırdı.  Ailə icmasıın başçısı mühüm  məsələlərin həllində

ailənin yaşlı üzvləri ilə, çox vaxt yaşlı qadınlar ilə məsləhətləşirdi. Ailə

icması daxilində ağsaqqalın hörməti və  nüfuzu da onun belə məsələləri

necə həll etməsindən asılı idi.

Böyük ailənin daxilində ev işlərinə bir qayda olaraq ailə başçısını

arvadı- ağbirçək qadın başçılıq edirdi. Böyük ailənin ağbirçəyinə də

hörmət əlaməti olaraq, ailə icmlarında ağbirçəyə “böynənə”, “nənə”,



“ana”, “cici” və s. adlarla müraciət edilirdi. Ailənin bütün qadınları –

gəlinlər və qızlar, eləcə də uşaqlar və nəvələr və nəticələr ağbirçək

anaya tabe idilər və öz hərəkətləri üçün onu qarşısında cavab verirdilər.

Ağbirçək ana ailə icmasının ərzaq məhsularının saxlanmasına və

yeməklərin paylanmasına nəzarət edir,  gəlinlər və qızlar arasında

vəzifə bölgüsü aparır,  onlar tapşırıqlar verirdi. Adətən müdrik ağbirçək

analar öz vəzifələrin bir hissəsini böyük gəlinə tapşırırdılar. Böyük

ailənin başçısı vəfat etdikdə onun “müdrik” və ya “hökmlü” arvadı-

ağbirçək ana ailəyə başçılığı öz əlinə alırdı. Bəzən ailənin  böyük

oğulları anlarının ağıllı və bacarıqlı qadın olduğu görüb özləri onun ailə

icmasına başçılıq etməsini xahiş edirdilər. Ağbirçək analar həm də

gözəl qayınana olurdular və ailəni gəlinləri arasında mehriban qarşlıqlı

münasibətlərin olmasına çalışırdlar. Bir sözlə, böyük ailə daxilindəki

qayda-qanunlar adətlərlə tənzimlənən demokratrik prinsiplərə uyğun

gəlirdi. Elə bu bu xüsusiyyətlərinə görə böyük ailə etnoqrafiya elmində

ailə icması adlandırılır.

Ailə icması üzvləri arasında

əmək bölgüsü mövcud idi.

Təsərrüfatda ağır işlərin görülməsi

ilə kişilər məğul olurdular. Kişilərin

bir neçəsi əkinçilik, bir neçəsi

maldalrq, bie neçəsi günədlik ev

təsərrüfatı iə məşğul olurdu. Kişilər

arasında əmək bölgüsü aparılan

zaman  onların  təcrübələri, vərdişləri

və bacarıqları nəzərə alnırdı. Bu da

bir tərəfdən gənlərin işə açmasına,

digər tərəfdən yaşlıların iş

təcrübələrinə

vərdişlərinə



yiyələnmələrinə imkan yaradırdı.

Ailə icmalarında mal-qaranın sağılması, süd məhsullarını hazırlanması,

xalça-palaz toxunması, yemək hazırlanmsı, qab-qacağın və paltarların

yuyulması, ev-eşiyin sahmana salınması işləri ilə qadınlar məşğul

olurdular. Qadınların arasında da əmək bölgüsü yaş xüsusiyyətləri və iş

təcrübələri nəzərə alınmaqla aparılırdı.




Ailə icmasına daxil olan ailələr bir evdə birgə yaşayışdılar. Xanlar

rayonu ərazisində apırlanan arxeoloji qazıntılar zamanı  böyük ailələr

məxsus uzunsov formalı  çoxlu yaşayış  evi yerləri aşkar edilmişdir.

[14] Azərbaycanda böyük ailələr XIX əsrdə də birgə yaşamaqda davam

etmişlər. Naxçıvanın Kolanı kəndində XIX əsrdə tikilmiş və 100 kv.m

sahəsi olan “qaradam” tipli yaşayış evinin böyük ailəyə mənsub olduğu

müəyyən edilmişdir. [5] Qazax, Zəngəzur, Gəncə və Qarabağ

bölgələrində “qaradam”  tipli yaşayış evlərinin bəzilərində də 30-35

nəfərlik böyük ailə yaşamışdı. [16] XIX əsrdə  Azərbaycanın kənd

əhalisinin iqtisadi məişətinin öyrənilməsinə hərs olunmuş materiallarda

Şəki və Quba bölgələrində  bir neçə  evli qardaşın  birgə yaşadıqları

“Г” çəkilində tikilmiş böyük evlər  haqqında məlumat verilir. Hər biri

5-6 otaqdan ibarət olan belə evlər Quba bölgəsində XX əsrin 20-30-cu

illərinə qədər  qalmışdı. [17]

XIX əsrin sonunda Rusiyada kəndli islahatları, kapitalist

münasibətlərin Azərbaycan kənd təsərrüfatına yol tapması, kənddə

əmtəə-pul münasibətlərinin formalaşması böyük ailələrin parçalanması

üçün zəmin yaradır. Böyük ailə daxilində kiçik ailələrin xüsusi

mülkiyyətə meyli artır. Evli qardaşların hər biri uşaqları böyüdükdə

müstəqilliyə can atır ki, ata mirasını öz varislərinə ötürə bilsin. Böyük

ailələrin dağılması prosesi XX əsrin  30-cu illərinədək davam edir. XX

əsrin 30-cu illərində ailənin təsərrüfat  özəyi funksiyasını itirməsi

nəticəsində  “qalıqlar” halında mövcud olan  tək-tük ailə icmaları da

dağılaraq aradan çıxır.

 Böyük ailənin başçısı olan atanın sağlığında ailə icmasının

əmlakının bölüşdürülməsinə adət və ailə etikası icazə vermirdi. Hələ

XIX əsrdə R.Əfəndiyev yazırdı ki, oğul ata malının qanuni varisi

sayılsa da, atasının sağlığında varidatın bölüşdürülməsini tələb etməyə

hüququ yox idi. [18] Ailə icmasını dağılması adətən ailə başçısı olan

atanın vəfatında sonra baş verirdi.



Patronimiya. Ailə icmaları parçalana zaman böyük ailəyə

məxsus  torpaq sahəsi bir neçə yerə bölünməli idi. Bu isə təsərrüfatın

dağılmasına səbəb ola bilərdi. Ona görə də bir ailə icmasını dağılması

nəticəsində yaranmış yeni ailələr bir-biri ilə  əlaqələr kəsmir, bir həyət

daxilində, yaxud bir-birinə yaxın yerlərdə, bir məhəllədə, ayrı-ayrı



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə