yemək verilərdi. Qadınlar yemək yeyib dağlışardılar, qızlar isə oxuya-
oxuya o biri otağa keçərdilər. Gəlin qızın yengəsi hənanı xonçadan
götürüb bir qabda isladar, gəlin qızı yatağına uzuadıb əl-ayağına həna
yaxar, yorğan-döşək bulanmasın dəyə üstündən qırmızı şilə dolayıb
bağlayardılar.
Qız evində olan sonuncu toy şənliyi Azərbaycanı əksər
bölgələrində “xıyaxdı”, bəzi bölgələrində “xına toy”, Bakı, lənkəran və
Şəki bölgəsində həm də “qız toyu”, Qazax bölgəsində “qız başı”, Quba
bölgəsində “xına gecəsi”, Təbriz bölgəsində isə “yegəl” adlanırdı.
“Xınayaxdı” gecəsində başlayaraq nişanlı qıza “gəlin qız”, adaxlı
oğlana “bəy oğlan” deyilirdi.
Toy-düyün prosesinin adət-ənənələrlə zəngin mərhələlərindən
biri də gəlin qızın köçürülməsidir. Gəlin gətirilən gün oğlan evindən toy
xörəyi üçün tədarük görülərdi. Qız evində isə gəlinin cehizinin siyahısı
tutulardı. Siyahı tutma mərasimində həm qız, həm də oğlan evinin
adamları iştirak edərdilər. Cehiz şeylərinin siyahısının tutulmasında
axund və ya molla ilə birlikdə kəndin və ya məhəllənin ağsaqqalları
da dəvət edilərdirlər. Siyahıya ən öncə “Quran”, sonra “canamaz” və
“möhür” yazılırdı. “Quran” və namaz dəstgahından başqa qalan
şeylərə qiymət qoyulardı. Qızın siyahıda göstərilən cehizlərin
aparmasının şahidləri kimi, biri oğlan, digər isə qız evindən olmalqla,
iki nəfər siyahınnı imzaladıqdan sonra onu qız atasına təqdim edir, qız
atası da onu saxlamaq üçün arvadına verərdi.
Cehiz siyahıya alındıqdan sonra kəbin kəsilməsinə başlanardı.
Kəbin keçmişdə adətən, nişan-şirni mərasimində kəsilərdi. Bəzən isə
kəbinkəsmə mərasimində oğlan və qızın vəkilləri (adətən, ataları,
əmiləri, dayıları və ya qardaşları) iştirak edərdilər. Kəbin kağızına
“mehr”in miqdarı, yəni nikaha girmənin haqqı da qeyd edilirdi. Şəriətə
görə, kişi arvadını boşamaq istədikdə kəbin kağızında qeyd olunmuş
mehri ona verməli idi. [61] Odur ki, çox vaxt nikahın möhkəmliyini
təmin etmək, boşanmanı çətinləşdirmək məqsədilə kəbin kağızına elə
şeylər yazırdılar ki, onu vermək müşkül olsun. Kəbin kağızını nikaha
girən oğlan və qızdan əlavə, hər iki tərəfdən bir nəfər olmaqla şahidlər
imzalayırdı, sonra isə axund, qazı imza və möhürlə təsdiq edirdi. Kəbin
kağızı bir müddət qızın atası evində saxlanırdı.
Kəbin kəsildikdən sonra qızın cehizi oğlan evinə daşınır və gəlin
otağı döşənib bəzənirdi. Həmin gün axşam bəy oğlan sağdış soldış və
tay-tuşları ilə birlikdə “bəylik hamamına” gedərdi. Qız evində bəy
hamamı üçün xüsusi “bəy xonçası” gələrdi. Xonçada ipək köynək,
araqçınlar, corablar, ipək yaylıqlar və s. hədiyyələr olurdu. Hamamdan
sonra bəy oğlan qızın hədiyyəsi olan ipək köynəyi və corabın bir
cütünü geyər, araqçınlardan birinin başına, yaylıqlardan birini cibinə
qoyar, qalanlarını sağdış və soldışa verərdi. Azərbaycanda qız
tərəfindən bəy oğlana hədiyyə köynək göndərilməsi adəti qədimdə də
mövcud olmuşdur. “Kitabı-Dədə Qorqud” dastanında deyilir:
“Adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək qaftanı geydi”.
[62]
Bəy oğlan hamamından qayıtdıqdan sonra, təxminən axşam saat
8-də toya çağırılmış qonaqlara xörək verilərdi. Hazırlanmış xörəklərdən
ən əvvəl bir-iki qab çəkib qız evinə göndərərdilər, sonra məclisə xörək
paylanardı. Kişilər xörək yedikəri vaxt qadınlar başqa bir otaqda çalıb-
oynayardılar. Kişilər yeyib qutardıqdan sonra cavanalar gəlini
gətirməyə gedərdilər. Gəlin gətirməyə gedənlər məşəllər yandırıb
musiqinin sədaları altında qız evinə yürüş edərdilər. Yolda tüfəng və ya
fişəng atar, papaqları göyə-atıb tutar, hurray çəkərdilər.
Adətə görə, gəlin gətirmək üçün bəyin atası, qardaşı, bacısı,
əmisi, dayısı, əmidostusu, dayıdostusu, böyük qardaşın arvadı və ya
başqaları gedərdi. Gəlini gətirmək üçün gedən adamlar arasında oğlan
yengəsi də olardı. Keçmişdə Qazax bölgəsində bəy oğlan da “qardaşlıq”
adlanan sağdışı ilə birlikdə gəlin gətirməyə gedərdi. Zəngəzur
bölgəsində gəlin gətirməyə bəy deyil, onun sağdışı və soldışı gedərdi.
Oğlan adamları qız evinə çatdıqda həyətdə kişilər dayanar, oğlan
yengəsi isə gəlin geyinən otağa girərdi. Bu zaman qız yengəsi gəlin
geyindirməyi başa çatdırardı. Oğlan yengəsi gəlinin başına duvaq
salaraq: “Mübarək olsun, ayağı düşərli oldun” –deyərdi. Sonra bəy
oğlanın qardaşını və ya əmisi oğlunu gəlinni belini bağlamq üçün içəri
çağırardılar. O, qırmızı rəngli ipək qurşaq və ya atlas şərid (lent) ilə
duvağın üstündən gəlinin belini bağlayaraq deyərdi:
Anam, bacım qız gəlin,
Əli, ayağı düz gəlin!
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!
Gəlinin atası evindən çıxması və ər evinə qədəm qoyması
zamanı ayrı-ayrı bölgələrdə müxtəlif adət və ayinlər icra olunurdu.
Adətən, gəlin gətirməyə gedənlər qız evindən bir şey oğurlamağa
çalşardılar.qızın anası isə buna yol verməmək üçün gəlinin qurşağına
bir çörək bağlayar və ya qoltuğuna bir çərək verər və bununla da
bildirərdi ki, qızını çörəklə yola salır. Qız evindən gəlinlə birlikdə çörək
aparırlırdığna görə oğurluq etmək olmazdı. Bu, duz-çörəyə hörmətsizlik
sayılardı.
Ata evindən çıxmasına yaxın gəlin ağ duvaq altında otağın
ortasında “bəxt güzgüsü” ilə üzbəüz durardı. Gəlini aparmağa gələnlər
onun üzünü görməməli idilər. Gəlinin duvağı yalnız ər evində
gərdəkdə bəy oğlan qaldırmalı idi. Qızın atasın və belini bağlayan qaynı
qollarında tutub çırağın ətrafında üç dəfə dolandırardılar. Gəlin otaqdan
çıxanda qapı ağzında döşəməyə üzüqoylu atılmış şüşə və ya saxsı
boşqabı sındırıb keçməli idi ki, ər evinə “bədbəxtlik” aparmasın. Gəlini
qapıdan çıxarkən müqəddəs “Quran”ın altında keçirərdilər. Qapının
astanasında atası və ya əmisi, yaxud dayısı onu dayandırardı. Oğlan
adamı burada kəbin kağızını saxlamaq üçün qızın anasına təqdim
etməli idi. El adətinə görə, oğlan adamı kəbin kağızı ilə birlikdə qızın
anasına “süd pulu” adlanan müəyyən məbləğ “halallıq” pulu da verməli
idi.
Şəhər yerlərində gəlini faytonla aparardılar. Faytona əvvəlcə
qızın yengəsi oturardı. Onun əlində şirniyyatla dolu bağlama olardı.
Sonra gəlin qızın atası və əmisi onu faytona mindirərdilər. Onun
dalınca isə oğlan yengəsi faytona minərdi. O, əlində yanan çırağı
tutuardı. Faytonçunun yanında otumuş ooğlan uşağının əlində gəlini
“bəxt güzgüsü” olardı. Gəlini aparan fayton yavaş getməli idi ki,
piyadalar onunla ayaqlaşa bisinlər. Gəlin karvanın əlində məşəllər
tutmuş cavanlar müşayiət edərdilər.
Kənd yerlərində gəlini at arabası, yaxud da at ilə aparardılar.
Görünür, el arasında gəlinin ər evinə köçməsi üçün işlədilən “gəlin
atlanması” ifadəsi də gəlinin atla aparılması ilə əlaqədar deyilmişdir.
Dostları ilə paylaş: |