Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə16/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

davam etdirilirdi. Bacadan həm

içəri işıq düşür,  həm də ocağın

tüstüsü bayıra çıxırdı. Künbəzin

bayır tərəfi sıx döşənmiş pərdilər

vasitəsilə örtülür, üzərinə carcı

və avar döşənirdi. Damın

günbəzinə torpaq qatı  əlavə

etmək üçün, adətən kalafanın

içərisindəki torpaqdan istifadə

edilirdi. Bu torpaq qatı “kövər”

adlanır, onun qazılıb damın

üstünə atılmasına isə “damın

kövərinin atılması” deyilirdi.

Arxa və yan divarları torpağın

içərisində qalan qaradamın fasad

divarı daşdan hörülür, orada 90-

100 sm enində giriş yolu

qoyulurdu. Qaradamın qapısı

dabalı olmaqla, uc çıxıntıları vasitəsilə çərçivəyə geydirilirdi. Giriş

yolunun üstündə yağmurluq düzəltmək üçün iki dirək üzərində çardaq

qurulurdu.

   Etnoqrafik materiallardan məlum olur ki, Azərbaycanın Kiçik

Qafqaz regionunda qaradamların kompleks formalarına da təsadüf

olunmuşdur. Belə qaradamların nisbətən təkmilləşdirilmiş formalarının

səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, divarların hamısı daş

hörgüsü ilə  əvəz olunmuş, orada qab-qacaq, çıraq qoymaq üçün kiçik

divar açırımları düzəldilmişdir.

   


XIX-XX  əsrin  əvvəllərində  Naxçıvanın  dağlıq  hissəsində

qaradam tipli yaşayış evlərinin başqa bir variantı-eyvanlı qaradamlar

geniş yayılmışdı. Belə evlərin qarşısı tirlər üzərində tikilmiş eyvanla

tamamlanırdı. Eyvanların ya hər iki tərəfi açıq saxlanılır, ya da yanları

daşla hörülür, yalnız qabaq tərəfi açıq olurdu.



  

Özünün  ibtidai  formasında

eramızdan xeyli əvvəl meydana çıxmış

böyük patriaxal ailələr, sonralar

məhsuldar qüvvələrin inkişafı, maddi

istehsal və mübadilənin, əmtəə-pul

münasibətlərinin meydana gəlməsi

nəticəsində bölünərək kiçik ailələlərə

çevrilmiş, bunun məntiqi nəticəsi

olaraq onlara məxsus ümumi yaşayış

evləri də (qaradam) tədricən aradan

çıxmış, yerüstü evlərin yeni-yeni

tipləri meydana gəlməyə başlamışdır.

Bu proses uzun illər boyu davam

etmişdir. Dağ rayonlarında əhalinin

mədəni mərkəzlərdən uzaq olması və

sosial-iqtisadi gerilik ucbatından

böyük patriarxlar ailələr və onlara məxsus qaradamlar XX əsrin

ortalarına kimi mövcud olmuşdur.

    Aran kəndlərində inşaat materialları asanlıqla əldə edilən və

nisbətən tez tikilib başa çatdırılan yüngül konstruksiyalı yerüstü evlər

üstünlük təşkil edirdi. Qeyd etmək lazımdır ki, XIX-XX əsrin

əvvəllərində Azərbaycanda yüngül konstruksiyalı çubuq (qarğı, qamış)

evlərin müxtəlif lokal-məhəlli səciyyəli adları məlum olmuşdur. Belə

ki, onlar Naxçıvan, Qarabağ və Cənubi Azərbaycan bölgələrində

“çovustan”, Quba-Xaçmaz bölgəsində “çubuq ev”, “darbənd”,

Muğanda “qom ev”, “hörmə ev”, Şəki-Zaqatala bölgəsində “çubuq

hörmə”, “çəpərə ev”, “çitəmə”, Şirvanda “qarğı ev”, “qamış ev”. “tapan

ev”, qərb böləgisi və Gəncəbasarda isə “durma” adlanırdı.

   


Etnoqrafik  materiallardan  aydın  olur  ki,  Qərb  bölgəsində

durma tipli yaşayış evinin iki forması-yay evi və müvəqqəti

daldanacaq kimi nəzərdə tutulan “qarğı durma” (buna bəzən “qamış

durma” və ya “çubuqhörmə” də deyirdilər) və qış evi kimi daimi

istifadə edilən “kərpic durma” geniş yayılırdı.

   Qarğı durma sadə quruluşa malik olmaqla, adətən 3,5-4x7-8 m

ölçüdə tikilirdi. Bunun üçün evin dövrəsi boyunca 1,5-2 m aralı




basdırılmış dirəklərə sıyrıqla 4 yoğun qarğı (özək) köndələn bənd edilir,

arası qarğı ilə hörülür, divarları içəridən və çöldən saman qatılmış

palçıqla qalın suvanırdı.

   Ailə üzvlərinin sayından asılı olaraq durma bir və ikigözlü

tikilirdi. İctimai inkişafın və inşaat ənənələrinin təkmilləşməsinin

sonrakı mərhələlərinə uyğun olan buxarı, yük yeri (camaxatan), zeh

(rəf), taxça, dolab (dula) kimi divar açırımları qarğı durmada olmurdu.

[43]


   Durmanın dam örtüyü dirəklər üzərində qurulurdu. Dirəklərin

haçasına kərən (yoğun tir, mil) atılır, arasına pərdi döşənir, avarla

(carcı, heşən, cil və lığ qarışığı) örtülərək torpaqlanırdı. Dam örtüyündə

maililik yaratmaq üçün orta dirəklər (ana dirəklər) kənar dirəklərə

(harma və yaxud pota dirəklər) nisbətən hündür qoyulurdu.

Çovustan tipli evlərin meydana gəlməsi inşaat  imkanlarının

məhdud olduğu bir şəraitdə  əhalinin yerli tikinti materiallardan

bacarıqla istifadə etdiyini göstərir. Çovustanın divarları, damı, hətta

bəzən qapısı da qarğıdan düzəldilir, divarları “qom” və ya “tapan” üsulu

ilə hazırlanırdı. Divarın tapan üsulu ilə tikilişi qarğı durmanın

divarlarını xatırladırdı. Onu “qom” üsulu ilə tikdikdə isə, dirəklərin hər

iki tərəfinə qoşa vəziyyətdə köndələn ağac bənd edilir, sonra araları

qarğı qomları ilə doldururlurdu. Birinci qom, adətən, dirəyə, qalan

qomlar isə bir-birinə sıyrıqla bağlanırdı. Evin yanları hazır olduqdan

sonra hər iki tərəfdən suvanırdı. Qış evi kimi nəzərdə tutulan

çovustanlar adətən qom üsulu iə tikilirdi. Çovustanın damının tikmək

üçün yan və orta dirəklərin üzərinə tir düzür, üstünü əvvəlcə qarğı ilə

döşəyir, sonra isə avar töküb, “şiləsər” adlanan gil mala (suvaq)

çəkirdilər. [44]

     Kərpic durma ev qarğı durmanın təkmilləşmiş forması kimi

meydana çıxmışdır. Əvvəllər evi qızdırmaq və yemək hazırlamaq üçün

buxarı düzəltmək məqsədi ilə onun bir divarı, sonralar isə, inşaat

ənənələrinin təkmilləşməsi nəticəsində bütün divarları kərpicdən inşa

olunmuşdur. Düzbucaqlı planlı kərpic durma, digər ev tiplərinə nisbətən

ensiz, lakin, uzun olmaqla, adətən 3,5-4x6-7 m ölçüdə tikilirdi.

    Dam örtüyü qurmaq üçün evin üstünə, ucları yan divarların

üzərinə düşmək şərtilə yoğun tirlər (kərənlər) düzülürdü. Dam




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə