Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   2   3   4   5   6   7   8   9   ...   95


 
Postsovet  məkanında  almanlar  Pribaltika,  Şimal-Qərb  rayonu  (Peterburq), 
Mərkəzi  rayon  (Moskva),  Cənub-Qərbi  Ukrayna,  Şimali  Qara  dəniz  sahilləri, 
Şimali  və  Cənubi  Qafqaz,  Volqaboyu,  Ural,  Qazaxıstan,  Mərkəzi  Asiya,  Qərbi 
Sibir,  Şərqi  Sibir,  Altay,  Uzaq  Şərq  (Saxalinə  qədər)  kimi  regionlarda  kompakt 
halda  məskunlaşmışlar.  Postsovet  məkanının  elə  bir  guşəsi  olmamışdır  ki,  orada 
almanlar  məskunlaşmasınlar.  Yuxarıda  yalnız  onların  kompakt  yaşadığı  regionlar 
göstərilir. 1897-ci ildə əhalinin siyahıyaalınmasına görə çar Rusiyasının ərazisində 
2 milyona yaxın alman yaşamışdır. XX əsrin əvvəllərində onların sayı bir qədər də 
artmışdır.
1
 
Stalinizm  dövründə  SSRİ-nin  başqa  xalqları  ilə  yanaşı,  almanlar  da 
repressiyalara  məruz  qalmış,  ədalətsiz  olaraq  onlara  «casus»,  «diversant» 
damğaları  vurulmuş,  yaşadıqları  ərazilərdən  Orta  Asiya,  Sibir  və  Uzaq  Şərqə 
deportasiya  edilmişlər.  Bütün  bunlara  baxmayaraq,  SSRİ  dövründə  də  alman 
əhalisi  sovet  cəmiyyətinin  əhəmiyyətli  hissəsini  təşkil  etmişdir:  1989-cu  ildə 
əhalinin  siyahıyaalınmasının  nəticələrinə  görə,  SSRİ-də  2  milyondan  artıq  alman 
əhalisi  qeydə  alınmışdır.
2
  Son  20  il  ərzində  onların  müəyyən  hissəsi  xaricə 
mühacirət  etsə  də,  bu  gün  postsovet  məkanında  almanların  sayı  700  mindən 
artıqdır və onların da təqribən 30 mini Qafqazda yaşayır.
3
 
Təqdim  olunan  monoqrafiyanın  tədqiqat  obyekti  Qafqazda  XVIII  əsrin 
sonlarından  yaranmağa  başlamış  alman  məskənlərinin  sosial-iqtisadi,  siyasi,  dini 
və mədəni həyatının aktual məsələləridir. 
Qafqazda almanlar kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Şimali 
Osetiyada, Kabarda-Balkariyada, Şimali Dağıstanda, Çeçenistanda, Azərbaycan və 
Gürcüstanda  məskunlaşmışlar.  Əgər  XX  əsrin  əvvəllərində  Azərbaycanda  8, 
Gürcüstanda  19  koloniya  mövcud  olmuşsa,  Şimali  Qafqazda  koloniyaların  sayı 
220-yə çatırdı və bu koloniyalarda 120 minə yaxın əhali yaşayırdı. 
Tədqiqat  işinin  xronoloji  çərçivəsi  XVIII  əsrin  sonlarından  1914-cü  ilə 
qədər olan dövrü əhatə edir. Xronoloji çərçivənin alt hüdudu XVIII əsrin sonlarına 
təsadüf edir. Məhz 1770—1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir 
hissəsini  işğal  etdi  və  bu  vaxtdan  başlayaraq  Qafqazda  alman  kolonistlərinin 
məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. 
Xronoloji  çərçivənin  üst  hüdudu  1914-cü  illə  məhdudlaşır,  çünki  I  Dünya 
müharibəsinin  başlanması  ilə  həm  Şimali,  həm  də  Cənubi  Qafqazın  siyasi 
həyatında  mühüm  dəyişikliklər  baş  verdi  və  Qafqaz  almanlarının  tarixində 
məzmunca  yeni  bir  dövr  başladı  ki,  bu  da  tədqiqat  obyekti  kimi  xüsusi  yanaşma 
tələb edir. 
Ərazi  baxımından  əsərdə  Qafqaza  daxil  olan  bütün  regionlarda  yaşayan 
alman əhalisinin keçdiyi tarixi yol araşdırılmışdır. Qafqazın böyük hissəsini əhatə 
edən Şimali Qafqaz bu gün Rusiya Federasiyasının tərkibinə daxil olan 10 federal 
subyektdən—Rostov vilayətindən, Stavropol və Krasnodar diyarlarından, Adıgey, 



 
Qaraçay-Çərkəz,  Kabarda-Balkariya,  Şimali  Osetiya,  İnquşetiya,  Çeçenistan  və 
Dağıstan respublikalarından ibarətdir. 
Tədqiqat işinin xronoloji çərçivəsində, yəni XVIII əsrin sonlarından 1914-
cü  ilədək  Şimali  Qafqaz  ərazisində  dəfələrlə  inzibati  islahatlar  keçirilmiş,  yeni 
inzibati vahidlər yaradılmış, köhnələri ləğv edilmiş, onların birləşməsi və ayrılması 
nəticəsində  sərhədlər  dəfələrlə  dəyişdirilmişdir.  Yalnız  XIX  əsrin  60-cı  illərindən 
başlayaraq  Şimali  Qafqazın  inzibati  quruluşunda  nisbi  sabitlik  yaranmışdı.  Kiçik 
ərazi  vahidlərinin  birləşdirilməsi  nəticəsində  5  böyük  inzibati  vahid  -  Don  Hərbi 
Dairəsi,  Stavropol,  Kuban,  Terek  və  Dağıstan  vilayətləri  yaradıldı.  I  Dünya 
müharibəsinin sonlarınadək bu inzibati bölgü dəyişməz qalmışdır. 
İnzibati  bölgünün  qeyri-sabitliyi  Qafqazın  ikinci  hissəsinə  —  Cənubi 
Qafqaza  da  xas  olmuşdur.  XIX  əsrin  I  yarısında  çarizmin  inzibati  siyasəti 
dəyişkənliyi  ilə  xarakterizə  olunurdu.  Yalnız  XIX  əsrin  II  yarısından  Cənubi 
Qafqaz  ərazisi  əhalinin  əksəriyyətinin  azərbaycanlılardan  ibarət  olan  Bakı, 
Yelizavetpol,  İrəvan  və  gürcülərin  çoxluq  təşkil  etdiyi  Tiflis  və  Kutais 
quberniyalarına  bölündü.  Cənubi  Qafqaz  almanları  dispers  şəkildə  bütün  adı 
çəkilən  quberniyalarda  yaşasalar  da,  onların  kompakt  yaşayış  məntəqələrinə 
Yelizavetpol,  Kutais  və  xüsusən  də  Tiflis  quberniyalarında  rast  gəlinirdi.  Şəhərdə 
alman əhalisi daha çox Bakıda və Tiflisdə məskunlaşmışdı. 
Qafqaz  almanlarının  tarixi  lazımi  səviyyədə  hələ  tədqiq  olunmamışdır  və 
keçmiş  Rusiya  ərazisində  almanların  məskunlaşması  problemi  ilə  məşğul  olan 
müasir tədqiqatçılar bu məsələyə dəfələrlə diqqət yetirmişlər
4

Rusiya imperiyasının əhalisinin etnik tərkibi haqqında yazılan ilk əsərlərdən 
biri  rus  tədqiqatçısı  P.İ.Keppenə  məxsusdur
5
.  Toplanmış  məlumatlar  əsasında 
İ.P.Keppen  1851-ci  ildə  Rusiyanın  etnik  xəritəsini  nəşr  etdirdi  və  Rusiyanın 
əhalisinin  etnik  tərkibini  tədqiq  etmək  üçün  tarix  elmi  çox  qiymətli  mənbə  əldə 
etdi. 
XIX  əsrin  70-ci  illərinin  əvvəllərində  tədqiqatçı  A.Klaus  alman 
kolonistlərinin  tarixinə  aid  bir  neçə  əsər  yazdı
6
.  Tədqiqatçı  alman  kolonistlərinin 
XVIII əsrin ortalarından başlayan iqtisadi, siyasi, mədəni fəaliyyətini təhlil edərək 
gələcək üçün çox dəyərli təkliflər irəli sürürdü. A.Klausun əsərləri birbaşa Qafqaz 
almanlarının tarixinə aid olmasa da, müəllifin Rusiya almanlarının sosial-iqtisadi, 
mənəvi  həyatı  haqqında  nəticələri  almanların  məskunlaşma  prosesinin  ümumi 
qanunauyğunluqlarını  və  onun  regional  xüsusiyyətlərini  ayırd  etməkdə  böyük 
əhəmiyyət kəsb edir. 
XIX  əsrin  90-cı  illərində  Rusiya  ictimaiyyətinin  diqqətini  cəlb  edən 
əsərlərdən biri A.A.Velitsina məxsus olmuşdur
7
. Bu əsərin çatışmayan cəhəti kimi 
müəllifin  alman  kolonistlərinin  Rusiya  tarixində  oynadığı  rola  bir  qədər  qərəzli 
münasibət  bəsləməsidir:  müəllifin  fikrincə,  alman  əhalisinin  Rusiyada 
məskunlaşmaqda  əsas  niyyəti  burada  panqermanizm  ideyalarını  təbliğ  etmək, 
Almaniyanın gələcək işğalları üçün platsdarm yaratmaq olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə