Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   2   3   4   5   6   7   8   9   10   ...   95

15 
 
adlandırılan qərbi-rus torpaqları üçün xarakterik idi. Bu səbəbdən Reç Pospolitanın 
qərb  və  mərkəz  əyalətlərində  gedən  almanların  kütləvi  məskunlaşması  prosesi 
qərbi-rus torpaqlarını əhatə etmədi. Yalnız  Lüteran və Katolik kilsələri tərəfindən 
təqibə məruz qalan yevangelist-xristian baptistlərdən ibarət bir neçə mühacir qrupu 
Qərbi Ukraynanın Kiselin və Slavutiç kəndlərində məskunlaşdı. 
XVIII əsrin əvvəllərindən Rusiya imperiyasında XVI— XVII əsrlərdə işğal 
yolu ilə ələ keçirilmiş ərazilərin məskunlaşdırılması siyasətinin fəal şəkildə həyata 
keçirilməsinə başlandı. 
Bu  siyasətin  ən  vacib  istiqamətlərindən  biri  ölkəyə  əcnəbi  mühacirlərin 
dəvət  olunması  idi.  XVIII əsrin əvvəllərindən Rusiyada  məskunlaşan əcnəbilərin, 
xüsusən də almanların sayı nəzərəçarpacaq dərəcədə artdı ki, bu da çar I Pyotrun 
fəaliyyəti ilə bağlı idi. 
Gənc yaşlarından o, əcnəbilərlə və əsasən də Alman Slabodasının sakinləri 
ilə  əhatə  olunmuşdu.  Elə  o  vaxtdan  I  Pyotrda  «almanlara  vərdiş,  onlarla  tanışlıq, 
Qərbə rəğbət hissləri formalaşdı».
11 
Rusiyada  hərtərəfli  islahatların  aparılması  zərurəti  yaransa  da,  bu  vəzifəni 
həyata keçirmək üçün savadlı, işini bilən mütəxəssislər çatışmırdı. Bu səbəbdən çar 
I Pyotr əcnəbi, əsasən də alman mənşəli mütəxəssislərin Rusiyaya cəlb edilməsini 
xarici  siyasətinin  ən  prioritet  istiqamətlərindən  biri  elan  etdi  və  bununla  əlaqədar, 
16  aprel  1702-ci  il  tarixində  müvafiq  manifest  imzaladı.
12
  Manifestin  məzmunu 
Avropa  ölkələrində,  xüsusən  də  alman  torpaqlarında  böyük  maraq  doğurdu  və 
minlərlə  qabaqcıl  mütəxəssislər,  həkimlər,  müəllimlər,  hərbi  mühəndislər, 
arxitektorlar,  kimyaçılar,  tarixçilər,  botaniklər,  arxeoloqlar  və  sair  peşə  sahibləri 
Rusiyaya  axışdılar.  Burjua  islahatlarının  həyata  keçirilməsində  fəal  iştirak  edən 
alman  mühacirləri  tezliklə  böyük  siyasi  nüfuz  qazandılar  və  Rusiyanın  dövlət 
orqanlarında təmsil olunmağa başladılar. Təkcə onu demək kifayətdir ki, Peterburq 
administrasiyasının 25%-ni artıq alman mənşəli məmurlar təşkil edirdi.
13
 
Ordu generalları, admirallar və zabitlər arasında da almanlar çox böyük faiz 
təşkil edirdilər. 
Çar  I  Pyotrun  niyyəti  Rusiyada  alman  elementinin  mövqelərini,  sadəcə, 
gücləndirmək  deyil,  daha  dərinə  gedərək  rus  çar  nəslini  tanınmış  alman  knyaz 
nəsilləri  ilə  qohumlaşdırmaq  idi.  Bu  məqsədlə  hələ  I  Pyotrun  sağlığında  iki  nəsil 
arasında  çoxsaylı  nikahlar  bağlandı:  I  Pyotrun  qardaşı  qızları  Meklenburq  və 
Kurlandiya  knyazlarına  ərə  getdilər;  I  Pyotrun  oğlu  Aleksey  1712-ci  ildə 
Braunşveyq-Volfenbüttel  şahzadəsi  Şarlotta  Xristiana  Sofiya  ilə  nişanlandı;  I 
Pyotrun  I  Yekaterina  ilə  nikahından  doğulan  Anna  Petrovna  (1708-1728) 
Qolşteyn-Qottop hersoqu Fridrix Karla ərə getdi və onların oğlu Karl Peter Ulrix 
sonralar III Pyotr adı ilə Rusiya imperatoru olmuşdu. 
Çar  I  Pyotr  tərəfindən  almanların  məskunlaşdırılmasının  dəstəklənməsi  və 
alman  nəsilləri  ilə  qohumluq  əlaqələrinin  yaranması  sadə  rus  xalqı  üçün  başa 
düşülən  deyildi  və  tarixçi  F.Platonovun  sözləri  ilə  desək,  «almanların  hədyan 


16 
 
ədaları  xalqda  narazılığın  yaranmasına  gətirdi».  Təsadüfi  deyil  ki,  1705-ci  ildə 
Həştərxanda  baş  verən  üsyan  «boyarlara,  voyevodlara  və  almanlara  qarşı» 
yönəlmişdi.
14
 
Beləliklə, I Pyotrun dövründə Rusiyada, əsasən yaradıcı insanlar—alimlər, 
həkimlər,  mühəndislər,  hərbi  mütəxəssislər  və  sair  intellektual  peşə  sahibləri 
yerləşirdilər  və  əsasən  iri  şəhərlərdə  məskunlaşan  bu  kateqoriya  mühacirlər 
Rusiyanın  qabaqcıl  Avropa  dövlətinə  çevrilməsində  mühüm  rol  oynasalar  da, 
Rusiyada mövcud boş qalmış ərazilərin mənimsənilməsinə əməli fayda vermədilər. 
23 noyabr 1719-cu il tarixdə çar I Pyotr imzaladığı fərmanla Svyatoy Krest 
(indiki  Rusiyanın  Budyonovsk  şəhəri)  qalası  ətrafı  ərazilərində  gürcü  mənşəli 
mühacirlərin  məskunlaşması  «onlara  ilk  vaxtlarda  pul  və  çörək  yardımının 
ayrılması»  haqqında  göstəriş  vermişdi.
15
  Fərmanın  mətnindən  görünür  ki,  adı 
çəkilən ərazidə məskunlaşmaq istəyən gürcülərin sayı 100-dən artıq deyil və onlar 
gürcü  knyaz  nəsillərinin  nümayəndələridir  ki,  siyasi  motivlərlə  bağlı  Gürcüstanı 
tərk  edərək  Rusiyada  sığınacaq  axtarırdılar.  Fərmanda  nəzərdə  tutulan  torpaq 
sahəsi  ilə  təmin  olunduqdan  sonra  gürcü  mühacirlərə  «pul  vəsaiti  ayrılmasının 
dayandırılması»  onu  göstərirdi  ki,  çar  hökuməti  boş  qalmış  ərazilərin  iqtisadi 
mənimsənilməsində  gürcü  mühacirlərə  ümid  bəsləmirdi.
16
  Boş  torpaqların 
məskunlaşdırılması dövlət üçün o qədər əhəmiyyət kəsb edirdi ki, hətta I Pyotrun 
ölümündən  sonra  başlanan  saray  çevrilişləri  zamanı  belə  bu  mühüm  məsələ  çar 
hökumətinin diqqətindən kənarda qalmamışdı. 
Rusiya  rəsmi  dairələri  yaxşı  başa  düşürdülər  ki,  XVI—XVII  əsrlərdə 
Rusiyaya birləşdirilmiş Volqaboyu və Sibir regionlarının iqtisadi mənimsənilməsi, 
həm də geosiyasi əhəmiyyət kəsb edir,
17
 çünki Uzaq Şərq və Mərkəzi, Cənub-Şərqi 
Asiya  ölkələri  ilə  əsas  ticarət  yolları  bu  ərazilərdən  keçirdi.  Volqaboyu  regionun 
vəziyyəti daha acınacaqlı idi, belə ki, de-yure Rusiyanın tərkibinə qatılan bu bölgə 
faktiki  olaraq  müxtəlif  köçəri  xalqların—noqayların,  qırğızların,  qazaxların, 
başkirlərin, kalmıkların  və  sair Volqaboyu xalqlarının  nəzarətində idi. Volqaboyu 
Rusiya  üçün  strateji  əhəmiyyət  kəsb  edirdi.  Bir  tərəfdən  Volqaboyu  vasitəsilə 
imperiyanın  Asiya  hissəsi  ilə  kommunikasiya  saxlanırdı  və  Volqaboyunun 
itirilməsi  Rusiyanın  Uraldan  şərqə  hakimiyyətinin  itirilməsi  demək  idi;  ikinci  bir 
tərəfdən  iqtisadi  cəhətdən  inkişaf  etmiş  Volqaboyu  regionu  gələcəkdə  Rusiyanın 
cənuba—Qafqaza və Mərkəzi Asiyaya ekspansiyası zamanı forpost rolunu oynaya 
bilərdi.  Bütün  bunları  nəzərə  alan  imperateritsa  Anna  İvanovna  (1730—1740) 
Volqaboyunun  mənimsənilməsi  istiqamətində  bir  sıra  mühüm  tədbirlərə  əl  atdı. 
1731-ci  ildə  çar  hökuməti  bu  regionda  əhalinin  könüllü  məskunlaşmasına  icazə 
verdi  və  köçkünlərə  hər  cür  maddi  dəstək  göstəriləcəyini  vəd  etdi.  Gələcək 
sakinləri  qorumaq  məqsədilə  Volqa  sahillərinə,  hətta  üç  batalyon  əsgər 
göndərildi.
18
  Ancaq  Anna  İvanovnanın  Volqaboyunu  məskunlaşdırmaq  cəhdi  bir 
nəticə  vermədi:  Volqaya  göndərilən  əsgərlər  yerli  köçəri  xalqlar  tərəfindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə