Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

19 
 
Yelizaveta  Petrovnanın  bacarıqsız  məskunlaşdırma  siyasəti  istənilən 
nəticəni  vermədi:  1751-1762-ci  illər  ərzində  «Yeni  Serbiya»  kolonistlərinin 
yerləşdirilməsi üçün dövlət büdcəsindən, o dövr üçün çox böyük məbləğ 700 min. 
rubl  sərf  edilsə  də,  arzulanan  nəticə  alınmadı.
28
  Əksinə,  çar  hakimiyyətinin 
ukraynalılara  qarşı  ədalətsiz  mövqeyi  onların  cənub  əraziləri  tərk  edərək  qonşu 
dövlətlərin  ərazilərinə  köçməsinə  gətirib  çıxardı.  Çar  hakimiyyət  dairələrinin 
fikrincə, boş qalmış ərazilərin məskunlaşdırılmasında «bironovçuluq» dövründə və 
sonrakı  illərdə  Rusiyanı  məcburən  tərk  edərək  xarici  ölkələrdə  yaşayan  minlərlə 
rus  mənşəli  əhali  mühüm  rol  oynaya  bilərdi.  Onların  doğma  vətənə  qaytarılması 
vəzifəsini  qarşıya  qoyan  Yelizaveta  Petrovna  04  sentyabr  1755-ci  il  tarixində 
«Polşada  və  Litvada  yaşayan  rus  təbəələrinin  əfv  edilməsi  haqqında  Manifest» 
imzaladı. Manifestdə vurğulanırdı ki, «1 yanvar 1757-ci il tarixinə qədər onlar heç 
bir  qorxusuz  Vətənə  qayıda  bilərlər».
29
  03  oktyabr  1756-cı  il  tarixdə  imzalanmış 
fərman özündən əvvəlki Manifestin şərtlərini bir daha Rusiyadan xaricdə yaşayan 
qaçqın əhalinin nəzərinə yetirdi.
30
 
02  yanvar  1761-ci  il  tarixdə  yeni  fərman  imzalandı  və  bu  fərmana  görə 
Polşada  yaşayan  qaçqın  rus  əhalisinin  könüllü  qayıtması  üçün  ayrılan  müddət 
həmin  ilin  01  sentyabr  tarixinə  qədər  uzadıldı.  Fərmana  görə  Rusiyaya 
«qayıdanlara vergilərin ödənilməsində güzəştlər vəd edilir və onlar 6 il  müddətinə 
bütün mükəlləfiyyətlərdən azad olunurdular».
31
 Yelizaveta Petrovnanın bu fərmanı 
da  konkret  heç  bir  nəticə  vermədi.  Onun  köçürmə  siyasətinin  uğursuzluğu, 
fikrimizcə,  həm  obyektiv,  həm  də  subyektiv  amillərlə  bağlı  idi.  Belə  ki,  1756-cı 
ildə başlayan Yeddiillik müharibə bütün Avropanı cənginə aldı və xam torpaqların 
mənimsənilməsi ilə bağlı bir çox proyektlərin həyata keçirilməsi ikinci plana keçdi. 
Subyektiv  amil  kimi,  Yelizaveta  Petrovna  dövründə  çar  hökumətinin 
fəaliyyətindəki bacarıqsızlığı, passivliyi göstərmək olar, belə ki,  hökumət  Avropa 
mühacirlərini cəlb edə biləcək dəqiq, aydın, sadə formada ifadə olunan miqrasiya 
qaydaları  tərtib  edə  bilmədi.  Zamanın  tələblərinə  cavab  verən,  Şimali  və  Cənubi 
Amerikaya, Avstraliyaya və sair ölkələrə üz tutmuş avropalı mühacirlərin diqqətini 
Rusiyaya cəlb edə biləcək konkret hərəkət proqramına ehtiyac duyulurdu. 
Beləliklə,  XVIII  əsrin  ortalarında  Rusiyanın  yalnız  bir  regionunda—
Baltikyanı  ərazilərdə  (Liflyandiya,  Kurlyandiya,  Estlandiya)  alman  əhalisi 
kompakt şəkildə yaşayırdı. Çoxsaylı yazılı mənbələrin təhlili əsasında XVIII əsrin 
I yarısında Rusiyada yaşayan alman əhalisinin sayı  haqqında məlumat əldə etmək 
olar.  Bu  baxımdan  tədqiqatçı  V.M.Kabuzanın  elmi  araşdırmaları  çox  önəmlidir. 
Rusiyada  XVIII  əsrin  20-ci,  40-cı  və  60-cı  illərində  keçirilən  reviziyaların 
materialları  əsasında  tədqiqatçı  Baltikyanı  ərazilərdə  1720-ci  illərdə  53,1  min, 
1740-ci  illərdə  55,2  min  və  1760-ci  ilin  əvvəllərində  60  min  almanın  yaşadığını 
göstərir.
32
  Nəzərə  alsaq  ki,  yuxarıda  adı  çəkilən  Baltikyanı  ərazilərdən  savayı 
almanlar  dispersiya  şəklində  Moskvada,  Peterburqda,  Kiyevdə  və  sair  şəhərlərdə 


20 
 
də  məskunlaşmışdılar,  XVIII  əsrin  ortalarında  Rusiyada  onların  ümumi  sayı  60 
mindən artıq olmuşdu. 
Əcnəbi  kolonistlərin,  o  cümlədən  almanların  Rusiyada  kütləvi 
məskunlaşması  imperateritsa  II  Yekaterinanın  (1762—1796)  adı  ilə  bağlıdır. 
Hakimiyyətə  gəldikdən  sonra  o,  dövlət  siyasətini  Avropa  maarifçilərinin 
ideyalarına əsaslanaraq qurmağa başladı. XVIII əsrin II yarısında Avropada geniş 
yayılmış  fiziokratların  ideyaları  II  Yekaterinanın  praktiki  fəaliyyətinə,  xüsusən 
böyük təsir göstərdi. Fiziokratların təliminə görə zənginliyin mənbəyi sənaye deyil, 
guya  hər  şeyin  öz-özünə  bitdiyi  kənd  təsərrüfatıdır.
33 
Rusiya  üçün  bu  tezis  çox 
aktual  idi,  çünki  XVIII  əsrin  II  yarısında  Rusiya  imperiyası  feodal-təhkimçilik 
münasibətlərinin  hökm  sürdüyü  aqrar  ölkə  olaraq  qalırdı.  36  mln.  əhalinin  yalnız 
4%-i şəhərlərdə yaşayırdı. 
XVIII  əsrin  II  yarısında  Rusiyanın  kənd  təsərrüfatı  ekstensiv  inkişaf 
etdiyindən və bütün işlər əllə yerinə yetirildiyindən kənd təsərrüfatının inkişafının 
ən başlıca şərti azad kənd təsərrüfatı əhalisinin mövcudluğu idi. 
II  Yekaterina  boş  qalmış  ərazilərin  iqtisadi  mənimsənilməsinin  və  bu 
ərazilərdə əhalinin məskunlaşdırılmasının strateji əhəmiyyətini yaxşı başa düşürdü. 
Bu barədə o, yazırdı: «Bizim əhaliyə ehtiyacımız var. Əgər mümkünsə, elə edin ki, 
xalq  bizim  boş  düzənliklərimizdə  qarışqa  kimi  qaynaşsın».
34
  Əhali  problemi, 
əsasən Rusiyanın Volqaboyu regionunda, Krım xanlığı və  Osmanlı imperiyası ilə 
sərhədyanı  ərazilərdə  daha  kəskin  idi.  Adı  çəkilən  əraziləri  məskunlaşdırmaq 
məqsədilə  çar  hökuməti  rus  mülkədarlarına  torpaq  sahələri  paylasa  da,  bu  addım 
heç bir müsbət nəticə vermədi: mülkədarlar Mərkəzi Rusiyada öz təsərrüfatlarının 
əsasına  xələl  gətirərək  təhkimli  kəndlilərini  ucqar  ərazilərə  köçürmək  və  burada 
yeni  təsərrüfatlar  yaratmağa  meyil  etmirdilər.  Qeyd  etmək  yerinə  düşər  ki,  yeni 
torpaqların  mənimsənilməsi  üçün  rus  mülkədarları  lazımi  miqdarda  maliyyə 
vəsaitinə də malik deyildilər. 
II  Yekaterina  başa  düşürdü  ki,  təhkimçilik  qaydalarının  hökm  sürdüyü 
Rusiyada  məskunlaşma  siyasətinin  daxili  rezervlər  hesabına  həyata  keçirilməsi 
mümkün  olmayacaq  və  bu  səbəbdən  o,  xarici  məskunlaşmaya  maraq  göstərməyi 
üstün  tutdu.  Bu  sahədə  onun  ilk  addımı  04  dekabr  1762-ci  il  tarixində  «Xaricə 
qaçmış rus əhalisinin azad şəkildə vətənə qayıtması və yəhudilərdən savayı, bütün 
əcnəbilərin  Rusiyaya  gələrək  məskunlaşmasına  icazə  haqqında»  Manifestin 
imzalanması oldu.
35
 Manifestin mətni çox qısa idi və orada göstərilən qaydalar və 
şərtlər sırf deklarativ xarakter daşıyırdı. Rusiyadan xaricə qaçanlar vətənə dönərək 
cəmiyyət  üçün  faydalı  işlə  məşğul  olduqları  halda,  onların  əvvəllər  törətdikləri 
bütün  cinayətlər  bağışlanılırdı  və  əcnəbi  mühacirlərə  bütün  fəaliyyət  sahələrində 
dövlət dəstəyi vəd edilirdi. Manifestin mətni rus, fransız, alman və ingilis dillərində 
min nüsxədə çap etdirilərək Avropa ölkələrində  yayıldı. Qeyd edək ki, Rusiyanın 
Avropada fəaliyyət  göstərən diplomatik korpusları bu işdə xüsusi fəallıq nümayiş 
etdirirdilər.  Manifestin  qeyri-konkret,  deklarativ  müddəaları  Avropa  əhalisi  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə