Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

23 
 
Dəftərxananın  əldə  etdiyi  binalarda  yerləşdirmək  mümkün  olmadı.  Problemi  həll 
etmək  üçün  30  aprel  1764-cü  il  tarixində  qraf  Orlov  II  Yekaterinaya  müraciət 
edərək  gündən-günə  sayı  artan  mühacirlərin  Peterburq  yaxınlığındakı  kiçik 
Orienbaum  şəhərində  yerləşdirilməsi  təklifini  irəli  sürdü.
43
  Qraf  Orlovun  fikrincə, 
bu  şəhərcikdə  Avropadan  gələn  bütün  mühacirlər  üçün  müvəqqəti  dayanacaq 
mərkəzi yaratmaq məqsədəuyğun olardı. 
Beləliklə,  1764-cü  ilin  baharında  Avropadan  Baltik  dənizi  ilə  gələn 
mühacirlərin bir hissəsi Orienbaumdakı ağac baraklarda, qalanları isə yerli əhalinin 
mənzillərində  yerləşdirilirdilər.  Rusiyanın  müxtəlif  regionlarına  bölüşdürülənə 
qədər, bəzən mühacirlər Orienbaumda bir neçə ay qalmalı olurdular və bu müddət 
ərzində  rəsmi  dairələr  əcnəbi  kolonistlərin  yerli  Rusiya  şəraitinə  uyğunlaşması 
istiqamətində  iş aparırdılar ki, onlar Rusiya  qanunvericiliyi, rus adət  və  ənənələri 
ilə  tanış  edilir,  müalicəyə  ehtiyacı  olanlar  dövlət  hesabına  müalicə  olunurdular. 
Orienbaumda  müvəqqəti  qaldıqları  müddətdə  kolonistlər  siyahıya  alınır,  onların 
ailə  tərkibi,  uşaqlarının  yaş  həddi,  gəldikləri  ölkə,  peşə  və  konfessional 
mənsubiyyətləri  haqqında  məlumat  toplanılırdı.  Müvəqqəti toplanış  məntəqəsində 
kolonistlərlə  iş  aparmaq  üçün  hökumət  orqanları  mühacirlərin  dilini,  adət  və 
ənənəsini,  mentalitetini  bilən  xüsusi  hazırlıqlı  mütəxəssislər  cəlb  etmişdi. 
Mühacirlər  arasında  kurator  adlandırılan  bu  şəxslər  mühacirlərin  müvəqqəti 
yaşadıqları  dövrdə  onların  problemlərinin  həlli  ilə  məşğul  olurdular.  XVIII  əsrin 
60-cı  illərində  Orienbaum  məntəqəsində  tanınmış  kuratorlardan  Adam  Assen-
Delfti  göstərmək  olar  ki,  nöqsansız  xidmətinə  görə  çar  hökuməti  tərəfindən  ona 
şəxsi mənzil və ayda 400 rubl məvacib ayrılmışdı.
44
 
Yeni  yaşayış  yerinə  göndərilməmişdən  əvvəl  hər  kolonist  rus  taxt-tacına 
sadiqlik haqqında and içməli idi və bu müqəddəs andın mətni 03 avqust 1763-cü il 
tarixində təsdiqlənmişdi.
45
 
Baxmayaraq ki, 22 iyul 1763-cü il Manifestində kolonistlərə yaşayış yerini 
sərbəst seçmək hüququ verilmişdi, çar hökuməti onların əhalisiz Volqa, Ural, Sibir 
regionlarında  məskunlaşmasında  maraqlı  idi  və  buna  görə  «Əcnəbi  kolonistlərə 
qəyyumluq Dəftərxanası» mühacirləri məhz bu regionlarda yerləşdirməyə çalışırdı. 
Kolonistlər  Rusiyanın  coğrafiyasına  yaxşı  bələd  deyildilər  və  Avropadakı 
rus  diplomatlarının  təbliğatından  sonra  onlarda  Volqaboyu  haqqında  münbit 
torpaqlara,  sağlam  iqlimə  malik  region  təsəvvürü  yaranmışdı.  Bu  səbəbdən 
kolonistlərin 
əksəriyyəti  könüllü  olaraq  Volqaboyunda  məskunlaşmaq 
arzusundaydılar ki, bu da hökumətin köçürmə siyasətinə uyğun gəlirdi. Qeyd edək 
ki, çar hökuməti ölkəyə əkinçiliklə məşğul olan əhalinin köçməsində daha maraqlı 
idi. Ancaq 22 iyul 1763-cü il Manifestinin reklam xarakterli müddəaları Rusiyaya 
minlərlə  sənətkar  ailəsini  cəlb  etdi.  Rusiya  tarixçisi  İ.R.Plevenin  tədqiqatlarına 
görə  Volqaboyuna  köçən  kolonistlərin  60%-ni  əkinçilər,  40%-ni  isə  150  peşə 
növünə  aid  sənətkarlar  təşkil  edirdilər
46
.  Sənətkarlarla  manipulyasiya  edən  çar 


24 
 
hökumət orqanları onlara, eyni zamanda həm sənətkarlıqla, həm də kənd təsərrüfatı 
ilə məşğul olmağı təklif edirdilər. 
Sənətkarların  böyük  hissəsi  Dəftərxana  məmurlarının  tələbləri  ilə 
razılaşmalı  oldular  və  kənd  yerlərində  məskunlaşdılar.  Ancaq  sənətkarların  bir 
qismi  Volqaboyu  və  sair  kənd  təsərrüfatı  regionlarında  məskunlaşmaqdan  imtina 
edərək şəhərlərdə yaşamaq və öz peşələri ilə məşğul olmaq əzmində idilər. Bu cür 
mühacirlərə qarşı çar hökuməti sərt mövqe tutur, onların şəhərlərdə azad sənətkar 
kimi  fəaliyyət  göstərməsinə  müxtəlif  maneələr  yaradırdı.  Məsələn,  1776-cı  ildə 
qəbul edilmiş yeni pasport qaydalarında  göstərilirdi ki,  «əkinçilikdən imtina edən 
əcnəbilər  gəlirlərindən  xəzinəyə  olan  borclarını  qaytarmalıdırlar»  və  onların 
pasportlarında borcun məbləğini göstərən qeyd edilirdi. Qaydalara görə onlar hər il 
«Əcnəbilərə  qəyyumluq  Dəftərxanasında»  pasportlarını  təzələməli  idilər,  başqa 
halda bu cür mühacirlərin işə və yaxud hər hansı bir xidmətə götürülməsi qadağan 
olunurdu
47
. Yalnız çox az sayda sənətkar öz hüquqları uğrunda mübarizə apararaq 
şəhərlərdə məskunlaşmağa nail oldu. 
Ümumi  götürdükdə  1763-1770-ci  illər  ərzində  əcnəbilər  Rusiyada  117 
koloniya  yaratdılar  ki,  onların  böyük  əksəriyyəti  102  koloniya  Volqaboyu 
regionunda, qalanları Sankt-Peterburq və Çerniqov quberniyalarının hər birində 6, 
Liflyandiyada  2  və  Voronej  quberniyasında  1  koloniya  yerləşirdi.  Bu  dövrdə 
Rusiyada  məskunlaşan  mühacirlərin  ümumi  sayı  32  min  təşkil  edirdi.
48
  Bu  həm 
Rusiya  hökumətinin,  həm  də  onun  yaratdığı  «Əcnəbi  kolonistlərə  qəyyumluq 
Dəftərxanasının» bacarıqlı fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. 
Adı  çəkilən  Dəftərxana  xaricdə  kolonistlərin  cəlb  edilməsindən  tutmuş, 
onların  yerləşməsi,  həyat  və  fəaliyyətləri  ilə  bağlı  bütün  məsələlərin  həlli  ilə 
məşğul  olurdu.  Səlahiyyətlərinə  görə  Dəftərxana  dövlət  kollegiyalarına  bərabər 
tutulurdu  və  xüsusi  nazirlik  kimi  yalnız  çariça  II  Yekaterina  qarşısında  hesabat 
verirdi. Volqaboyu regionu alman məskunlaşmasının mərkəzinə çevrildikdən sonra 
yaranan problemlərin operativ həll edilməsi məqsədilə regionun mərkəzi şəhəri—
Saratovda «Əcnəbilərə qəyyumluq Dəftərxanasının Kontoru» yaradıldı.
49
 Kontorun 
əsas  vəzifəsi  Volqaboyu  koloniyalarının  idarə  edilməsinə  nəzarət  etmək, 
kolonistlərin təsərrüfat  və  şəxsi həyatının tənzimlənməsini  təmin etməkdən ibarət 
idi.  Bu  məqsədlə  1768-ci  ildə  Saratov  Kontoru  «Müvəqqəti  Nizamnamənin» 
proyektini  hazırladı  və  bu  proyekt  1769-cu  ildə  «Əcnəbilərə  qəyyumluq 
Dəftərxanası» tərəfindən təlimatnamə kimi təsdiq edildi.
50
 Məskunlaşma prosesinin 
ən fəal dövrü 1763-1768-ci illərə təsadüf edir və bundan sonra əcnəbi mühacirlərin 
Rusiyaya  axını  əhəmiyyətli  dərəcədə  zəiflədi  ki,  bu  da  həm  ölkədaxili,  həm  də 
xarici  siyasət  amilləri  ilə  izah  olunurdu.  Mühacirlərin  sayının  azalmasının  ən 
başlıca  səbəbi  kimi  Çar  hökumətinin  22  iyul  1763-cü  il  Manifestində  verdiyi  bir 
sıra  vədlərin  və  birinci  növbədə  «mühacirlərin  Rusiyada  sərbəst  yerləşmək 
hüququnun»  yerinə  yetirilməməsi  oldu.  Manifestin  1-ci  punktunda  mühacirlərə 
«bizim  bütün  quberniyalarımıza  gəlmək  və  hər  kəsə  arzuladığı  yerdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə