Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

17 
 
öldürüldülər  və  könüllü  şəkildə  bu  regiona  köçmək  arzusunda  olanlar  da  öz 
niyyətlərini dəyişdilər. 
Bu  hadisədən  sonra  1732-ci  ildən  başlayaraq  Anna  İvanovna  regionun 
məskunlaşdırılmasında məcburi metodlara əl atdı. Yeni müdafiə xəttinin tikilişi adı 
altında  Don  ərazisindən  1057  kazak  ailəsi,  həmçinin  sürgünə  məhkum  olunanlar, 
öz mülkədarından qaçan kəndlilər, müxtəlif cinayətlər törədən ünsürlər zorla Volqa 
sahillərinə  köçürülürdülər. Çar hakimiyyətindən narazı olan əhali təbəqəsi,  nəinki 
Volqaboyunun  mənimsənilməsinə  fayda  verdi,  əksinə,  tezliklə  onlar  özləri  çara 
təhlükə yaradacaq cinayətkar qüvvəyə çevrildilər. 
Beləliklə,  Anna  İvanovnanın  Volqaboyu  regionun  geniş  ərazilərinin  daxili 
məskunlaşma hesabına mənimsənilməsi siyasəti bir nəticə vermədi. Bütün bunların 
fonunda  çar  hökuməti  yeni  ərazilərin  mənimsənilməsində  əcnəbilərdən  istifadə 
etmək  qənaətinə  gəldi.  4  iyul  1738-ci  il  tarixdə  Anna  İvanovnanın  imzaladığı 
qərarda  rus  ordusu  tərkibində  İran  və  Türkiyəyə  qarşı  müharibələrdə  iştirak  edən 
erməni və gürcü əhalisinin imperiyanın cənub hüdudlarında məskunlaşdırılmasının 
əhəmiyyəti  vurğulanır,  xüsusən  də  ermənilərin  «sərhədlərin  dağlı  xalqlarının 
hücumlarından  qorunmasında»  oynaya  biləcəyi  rol  qeyd  olunurdu.
19 
Yeni məskən 
salanlara  tövsiyə  olunurdu  ki,  «onlar  məktub  yazaraq  qohumlarını  da  Rusiya 
imperiyasına  köçməyə  səsləsinlər»
20
  Göründüyü  kimi,  çar  hökuməti  Rusiyada 
əcnəbilərin kütləvi məskunlaşdırılması planları ilə çıxış etməyə hələ  hazır deyildi 
və bu problemi mühacirlərin şəxsi təşəbbüsləri hesabına həll etmək niyyətində idi 
ki, bu səbəbdən qəbul edilən qərarlar arzulanan effekt vermirdi. 
Boş qalmış ərazilərin məskunlaşdırılması XVIII əsrin ortalarında Rusiyanın 
daxili  siyasətində  ən  prioritet  məsələlərdən  biri  kimi  qalmaqda  idi.  Anna 
İvanovnanı əvəz etmiş çariça Yelizaveta Petrovna (1741-1761) hakimiyyətinin ilk 
illərində  öz  sələflərinin  apardığı  məskunlaşdırma  siyasətinin  səhvlərini  təkrar 
edərək daha çox daxili məskunlaşma rezervlərinə üstünlük verirdi. Problemin həlli 
yollarının  araşdırılması  məqsədilə,  hətta  qabaqcıl  dövlət  məmurları, 
formalaşmaqda olan burjua nümayəndələri də cəlb edilmişdilər. XVIII əsrin 40-cı 
illərində  Həştərxan  qubernatoru  V.M.Tatişev  və  Simbirsk  zavod  sahibi  A.Duxov 
Aşağı  Volqaboyunun  məskunlaşdırılması  planları  ilə  çıxış  etsələr  də,  əhali 
resurslarının çatışmazlığı səbəbindən onların həyata keçirilməsi baş tutmadı.
21
 
Rusiyada  mövcud  təhkimçilik  münasibətləri  əhalinin  sərbəst  şəkildə 
miqrasiyasına  maneə  yaradırdı.  Mülkədarlar  sərhədyanı,  xam  ərazilərdə,  siyasi 
cəhətdən  qeyri-sabit  regionlarda  yeni  təsərrüfatlar  yaratmaqda  maraqlı  deyildilər. 
Bundan  başqa,  Prussiyanın,  Avstriyanın  və  Şimali  Amerika  koloniyalarının 
təcrübəsi  göstərirdi  ki,  boş  qalmış  ərazilərin  mənimsənilməsi,  yeni  təsərrüfatların 
yaradılması torpaq sahibi ilə torpaqdan istifadə edən arasında yeni münasibətlər—
kapitalist  münasibətlər  sisteminin  bərqərar  olmasını  tələb  edirdi.  Rusiyada 
təhkimçilik qaydalarının ləğv edilməsi və yaxud zəiflədilməsi siyasi hakimiyyətin 
məhvinə  gətirə  bilərdi  və  bu  səbəbdən  XVIII  əsrin  ortalarında  məskunlaşdırma 


18 
 
siyasətinin  daxili  rezervlərin  hesabına  aparılması  mümkün  olmadı.  Rusiya 
tarixşünaslığında  əcnəbilərin  Rusiyada  kütləvi  məskunlaşdırılması  nəzəriyyəsinin 
banisi  1760-cı  ildə  Rusiyaya  dəvət  olunmuş  alman  tarixçisi  Auqust  Lüdviq  fon 
Şletser  hesab  olunur.
22 
Ancaq  tarixi  mənbələrdən  görünür  ki,  ilk  dəfə  olaraq 
Rusiyaya  əcnəbi kolonistlərin kütləvi  köçürülməsi  məsələsini  müzakirəyə  çıxaran 
imperateritsa Yelizaveta Petrovna olmuşdur. 
XVIII əsrin ortalarında Şərqi və Cənub-Şərqi Avropada, Şimali Amerikada 
fəal  şəkildə  alman  kolonistlərinin  məskunlaşması  prosesi  gedirdi.  Anna 
İvanovnanın  hakimiyyəti  illərində  başda  E.İ.Biron  olmaqla  alman  məmurlarının 
törətdikləri  özbaşınalıqlardan  sonra  Yelizaveta  Petrovna  alman  elementinə  çox 
mənfi  yanaşırdı  və  buna  görə  alman  kolonistlərinin  Rusiyada  məskunlaşması 
variantı qəbul edilməz sayılırdı. O, hesab edirdi ki, Rusiyada rus xalqı ilə həm dil 
cəhətdən,  həm  dini  nöqteyi-nəzərdən  yaxın  olan  Balkan  yarımadasının  slavyan 
xalqlarını yerləşdirmək daha məqsədəuyğun olardı. Bu məqsədlə 24 dekabr 1751-
ci il tarixində Yelizaveta Petrovna məskunlaşmaq istəyən serblərin rus təbəəliyinə 
qəbul  edilməsi  haqqında  fərman  imzaladı.
23
  Serb  kolonistləri  üçün  Zaporojye 
kazaklarının torpaqları nəzərdə tutulmuşdu. 
Yelizaveta  Petrovna,  həmçinin  katoliklər  tərəfindən  təqiblərə  məruz  qalan 
fransız  protestantlarının  da  Rusiyada  məskunlaşmasını  təqdirəlayiq  sayırdı.  Bu 
proyektin həyata keçirilməsi məqsədilə 1752-ci ildə fransız mənşəli məmur De La 
Fontenin başçılığı ilə xüsusi komissiya yaradıldı.
24
 
Qeyd edək ki, Yelizaveta Petrovna dövründə Rusiyaya köçənlər Volqaboyu 
regionunda  məskunlaşmaqdan  imtina  edir,  əsasən  indiki  Ukraynanın  cənub 
ərazilərinə  daha  çox  üstünlük  verirdilər.  İmperiyanın  cənub  hüdudlarında 
əcnəbilərin yerləşdirilməsi yerli ukraynalıların öz torpaqlarından sıxışdırılması ilə 
müşayiət  olunurdu.  Belə  ki,  Çariçanın  fərmanında  «bu  ərazilərdə  serblərdən  və 
başqa  gəlmə  əhalidən  savayı  heç  kəsin  məskunlaşmasına  yol  verməmək»  tələb 
olunurdu.
25 
Nəticədə, çar hökumətinin köçürmə siyasətindən narazı qalan Ukrayna 
əhalisi öz əmlakını satır, Rusiya imperiyasını tərk edərək xarici ölkələrə köçməyə 
məcbur  olurdu.  Onların  bir  hissəsi  Reç  Pospolitanın  tərkibindəki  Sağsahili 
Ukraynada,  başqaları  isə  Osmanlı  dövlətinin  tərkibindəki  «Xan  Ukraynasında» 
(indiki  Dnestryanı  ərazilər  —  İ.A.)  məskunlaşdılar.  Ukrayna  əhalisinin  xaricə 
mühacirətinin  qarşısını  almaq  məqsədilə  1753-cü  ildə  Yelizaveta  Petrovna  yeni 
fərman  imzaladı  və  bu  fərmana  görə  «hər  bir  kəsə  «Yeni  Serbiya»  adlandırılan 
ərazidə məskunlaşmağa icazə verilirdi».
26
 
1754-cü  ildən  «Yeni  Serbiya»nın  intensiv  şəkildə  məskunlaşdırılması 
başladı.  Bütün  bu  məskunlaşma  prosesi  serblərin  adı  ilə  bağlı  olsa  da,  onlar 
kolonistlərin  ümumi  çəkisində  12%  təşkil  edirdilər.  Yeni  sakinlər  arasında  əsas 
kütlə  moldovanlardan  ibarət  idi  —  75%.  Yerdə  qalan  kolonistlər  13%  təşkil 
edirdilər,  o  cümlədən:  makedonlar  6%,  macarlar  4%,  bolqarlar  2%  və  nəhayət, 
almanlar 1%.
27
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə