63
amansızcasına təqib olunurdu. İrtica ədəbiyyata da öz mənfi
təsirini göstərmişdi. Tövfiq Fikrət və Məhəmməd Əmin kimi
tərəqqipərvər şairlər müstəsna olmaqla qalanları, hətta tənzimat
ədəbiyyatına mənsub olanlar da ―inzivaya‖ çəkilmişdilər.
Türkiyə ədəbiyyatında bədbinlik, xəyalpərvərlik, mübarizədən,
siyasətdən uzaqlaşmaq səciyyəvi bir hal almışdı. 1908-ci ildə
baş verən burjua inqilabı ədəbiyyatda bu düşkünlüyün qarşısını
ala bilməmişdi. Heç şübhəsiz ki, bu ədəbi mühitin, gənc Cavidə
də müəyyən mənfi təsiri olmuş, onun da şeirlərinə, ―Yadi-
mazi‖ şeirində olduğu kimi, bədbinlik, ümidsizlik motivləri
gətirmişdi.
Məhv etmədə şimdi məni alamü təhəssür;
Hər dəm qara xülyalar olub qəlbimə məhrəm,
Lərzan ediyor ruhimi min dürlü məzalim;
Əfsus ki, mazi ədəm, ati isə müzləm...
1
Bədbinlik, küskünlük motivləri gənc şairin İstanbuldan
Naxçıvana, qardaşlarından birinin məktubuna cavab olaraq
yazdığı ―Elmi-bəşər‖ şeirində daha qüvvətli idi:
―Kəsbi-ürfan için, fəzilət için —
Durma, yüksəl!‖ diyorsun... İştə mənim
Ən böyük, ən sevimli amalım,
Qayeyi-məqsədim budur, lakin
Nə için gizləmək gərək, yetişir...
Nə qədər pürümidü biaram –
Gecə-gündüz çalışsam, uğraşsam,
Yenə ən son nəticə, – heçlikdir
2
.
Cavidin belə ifrat bir bədbinliyə düçar olmasına o zaman
son dərəcə dindar bir mühit hesab olunan İstanbul darülfünunu
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 498.
2
H.Cavid. Seçilmiş əsərləri, səh. 504.
64
və xüsusən gənc şairə fəlsəfi axtarışlarda müəllimlik etmək
istəyən türk aqnostiki Rza Tövfiqin də təsiri olmuşdu. Rza
Tövfiq bu illərdə, yuxarıda deyildiyi kimi, Şərq ədəbiyyatında
sufi cərəyanlarını öyrənirdi; lakin o, sufizm tənqidi yanaşmaq
əvəzinə, özü də sufiyanə şeirlər yazmaqla məşğul idi.
Tələbəlik illərində yazılmış lirik şeirlər içərisində Cavidin
vətən, dost, əqrəba həsrətlərini ifadə edən, xüsusən qürbət
ellərdə çox darıxdığını, daima ―müztərib‖ olduğunu, ―acılar
duyduğunu‖ göstərən ―Ah!.. yalnız sən!‖, ―Son baharda‖ kimi
şeirlərə də rast gəlirik:
Ruhim, ey aşineyi-əsrarım!
Həp uzaq, bəzmi-vüslətindən uzaq,
Qürbət ellərdə təlxkam olaraq,
Səni özlər də sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim
Sənin alami-həsrətinlə sönər;
Fikrə gəldikcə həp keçən günlər,
Daima çırpınıb durur qəlbim.
...İştə! həp növbaharə nəşə verən
Qönçələr, nəğmələr, təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi səhər,
Mana biganə... ah!.. Yalnız sən!..
1
1907-ci ildə Cavidin ―H.P.Naxçıvani‖ imzası ilə ―Füyuzat‖a
göndərdiyi ―Bir ahi-məzlumanə‖ şeiri məzmun etibarilə onun
Türkiyədə yazdığı başqa şeirlərdən fərqlənirdi (bu, Cavidin
―Füyuzat‖ məcmuəsinə göndərdiyi birinci və axırıncı şeiri idi).
Bu şeirdə görkəmli Azərbaycan romantiki Məhəmməd Hadinin
vətənpərvərlik ruhunda yazdığı şeirlərin qüvvətli təsiri
görünürdü. Qürbətdə yaşayan gənc şair bu şeirində,
əvvəlkilərdən fərqli olaraq, yalnız şəxsi dostlarını, tanışlarını,
əqrəbasını deyil, ―Ey vətən! Ey könül pərəstari!‖— deyə
1
Yenə orada, səh. 559.
65
vətənini xatırlayır, vətənin keçmişini, hazırını və gələcəyini
düşünürdü. Şair:
Mayeyi-iftixarı hər kişinin
Vətən uğrunda bəzli-himmətdir —
— deyə vətənə xidmət etmək haqqında xəyallar bəsləyir və:
Bana gəl, gəl bana, zavallı vətən!
Heç unutmam səni bu hal ilə bən —
— deyirdi. Bu şeirin yazıldığı dövrdə Cavid hələ öz doğma
vətəni Azərbaycan haqqında, onun keçmişi, gələcəyi haqqında
tam, düzgün real təsəvvürə malik deyildi. Vətənə o hələ çox
birtərəfli baxırdı. Vətən onun nəzərində ―zəvalə uğramış‖,
―böyük bəlalərə düçar olmuş‖, ―ayaq altında paymal olmuş‖,
―dərmansız dərdə giriftar olmuş‖, ―ürəyi, cismi yaralı bir xəstə‖
idi.
Məlumdur ki, bu şeirin yazılıb nəşr edildiyi illərdə birinci
rus inqilabının təsiri ilə Azərbaycanın hər iki hissəsi inqilab
ocağına çevrilmişdi. Cavid vətənin bu yeni həyatını, tarixini
görə bilmirdi; öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə
qalxan xalqın qüdrətini qiymətləndirə bilmirdi. Gənc şair
vətənin, vətəndaşların azadlıq uğrunda vuruşmalarda aldığı
yaraları deyil, ―ancaq tarixi əsarət və köləlikdən qalan köhnə
yaraları müşahidə edə bilirdi. O, vətənə çox uzaqdan baxırdı və
bəzən də ―vətən‖ dedikdə konkret olaraq doğma vətənini deyil,
ümumiyyətlə məzlum Şərqi nəzərdə tuturdu. Bu halında gənc
şair özü də hələ mübarizəyə qoşulmuş, aydın siyasi-ictimai
görüşə malik olan bir vətəndaş səviyyəsinə yüksələ bilməmişdi.
Buna görə də o, vətəninə sadəcə ―bir ―ahi-məzlumanə‖ ilə
müraciət
etməklə, uzaqdan vətənin halına acımaqla
kifayətlənirdi. Bununla belə, müəyyən dərəcə mücərrəd şəkildə
olsa da, özünün vətəndaşlıq borcunu dərk etməsi və:
Dostları ilə paylaş: |