Бизнесин тяшкили вя идаря едилмяси
87
rətdə iştirak etmək (əmtəə, müəssisə və ya ölkə üçün) rəqabət mübarizəsində
iştirak etməyin çıxış nöqtəsidir, yalnız indi bu mübarizədə uğur daha geniş
amillər dəsti ilə müəyyən olunur.
Rəqabətqabiliyyətliliyi
bazarda rəqabət mübarizəsini uğurla həyata
keçirmək qabiliyyətliliyidir və rəqabətlə qırılmaz şəkildə bağlıdır. O, rəqa-
bətin yarandığı yerdə və vaxtda ortaya çıxır və inkişaf edir. Bazar və rəqabət
rəqabətqabiliyyətliliyini məhək daşlarıdır. Bu o deməkdir ki, rəqabət nə qə-
dər qlobal xarakter əldə edirsə, bazarların sərhədləri nə qədər çox yuyulursa,
ə
mtəə istehsalçıları üçün daima dəyişən şəraitdə uğurlu rəqabət mübarizəsini
aparmaq bir o qədər çox əhəmiyyət kəsb etməyə başlayır.
Müə
ssisə
nin rə
qabə
tqabiliyyə
tliliyi
sahibkarların indiki və gələcək
dövrdə milli və dünya bazarlarında qiymətinə və keyfiyyətinə görə xarici və
ya milli rəqiblərdən daha cazibədar əmtəələr istehsal etmək qabiliyyətidir.
Kiçik biznes işgüzar mühiti müəyyən edən çoxsaylı amillərin və on-
ların kombinasiyalarının fəaliyyətindən xüsusilə asılıdır və nəticə etibarilə,
iri və orta ölçülü bizneslə müqayisədə daha zəifdir. Müasir inkişaf mər-
hələsində Azərbaycanda kiçik biznesin rəqabətqabiliyyətliliyinin əsas prob-
lemləri arasında aşağıdakıları fərqləndirmək lazımdır.
1. Verilmiş anlayışın çoxmənalılığının nəticəsi olaraq, kiçik müəssi-
sə
lə
rin rə
qabə
tqabiliyyə
tliliyi sə
viyyə
sinin müə
yyə
n edilmə
sinin çə
tinliyi
.
Çoxmənalılıq aşağıdakılarla müəyyən olunur:
- rəqabətqabiliyyətliliyinin dəyişməsinə təsir göstərən proseslərin
dinamikliyi və nisbi sürətliliyi;
- rəqabətqabiliyyətliliyi yalnız iqtisadi obyektin rəqib-analoqla mü-
qayisə edilməsi yolu ilə müəyyən oluna bilər;
- rəqabətqabiliyyətliliyi anlayışı iqtisadi fəaliyyətin müxtəlif sub-
yektlərinə münasibətdə tətbiq oluna bilər;
- əmtəənin rəqabətqabiliyyətliliyi bir çox amillərin fəaliyyətinin
nəticəsini əks etdirən göstəricilər kompleksidir;
- rəqabətqabiliyyətliliyi və keyfiyyət, rəqabətqabiliyyətliliyi və tex-
niki (və ya texniki-iqtisadi) səviyyə anlayışları arasında sıx qarşılıqlı əlaqə;
- müəssisənin rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi özünə
firmanın istehsal və innovasiya potensialını, müəssisənin maliyyə stabilliyi-
ni, əmtəələrin irəlilədilməsi şəbəkələrini, rəqabət mühitinin vəziyyətini və
ə
sas rəqiblərin sayını müəyyən edən göstəricilər qrupunu daxil edir.
2.
Azə
rbaycanda kiçik müə
ssisə
lə
rin sayının nisbə
tə
n az olması.
Ümumiyyətlə müasir tədqiqatlar milli iqtisadiyyatın rəqabətqabiliyyət-
liliyinin əsası kimi müəssisələrin rəqabətqabiliyyətliliyinə xüsusi diqqət ve-
rirlər. Öz növbəsində Azərbaycanın kiçik biznesinin rəqabətqabiliyyətliliyi
səviyyəsi milli müəssisələrin və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının
rəqabətqabiliyyətliliyi ilə sıx bağlıdır. Bununla yanaşı, inkişaf etmiş ölkə-
lərlə müqayisədə Azərbaycanda kiçik müəssisələrin sayı çox deyildir.
Бизнесин тяшкили вя идаря едилмяси
88
3.
Kiçik biznesin ə
n yeni texnologiyalardan istifadə
edilmə
sində
iş
-
tirakı aş
ağ
ıdır
, buna baxmayaraq, inkişaf etmiş ölkələr müəssisələrin rə-
qabət qabiliyyətliliklərinin artırılması strategiyalarında kiçik biznesin
müasir elmi-tədqiqatlar və texnologiyalardan istifadə etməsinin asanlaş-
dırılmasını əsas tuturlar, çünki o, çox çevikdir və rəqabət mühitinin istənilən
dəyişikliyinə tez reaksiya vermək qabiliyyətinə malikdir. Azərbaycanda
kiçik müəssisələrin innovasiyasına çəkilən xərclər nisbətən azdır, buna
baxmayaraq, bu xərclərin artımı, xüsusilə hasilat sənayesində nəzərə çarpır.
4. Giriş baryerləri. Azərbaycan vətəndaşlarının kiçik sahibkarlıqla
zəif məşğul olması bu biznesə giriş zamanı nisbətən yüksək giriş
baryerlərinin mövcud olması, kiçik biznesin açılması və həyata keçirilməsi
zamanı ortaya çıxan problemlər və onun inkişaf perspektivlərinin öncədən
görülməsi qabiliyyətinin olmaması ilə bağlıdır. Bundan başqa, ləğv edilən
müəssisələrin əhəmiyyətli faizi rəqabət mübarizəsinin həyata keçirilməsi
strategiya və bacarıqlarının olmaması ilə əlaqədardır. Ən geniş yayılmış
çətinliklər arasında aşağıdakıları fərqləndirmək lazımdır.
- Start kapitalının olmaması.
- ri müəssisələr tərəfindən yüksək rəqabət.
- Yeni müəssisənin qeydiyyatının çətinliyi.
- Kiçik müəssisənin və ya fərdi sahibkarlığın mühasibat hesabdarlığı
ilə bağlı problemlər.
5. Kiçik müəssisələrin maliyyə problemləri. Bu sahədəki əsas
problemlərdən biri borc alınmış maliyyə resurslarının bahalılığıdır ki, bu da
tarixi olaraq formalaşmış yüksək kreditləşdirmə dərəcəsi ilə müəyyən olu-
nur. Kreditlər üzrə faizlərin azalması tendensiyasının (2005-ci ildə 15%-dən
2008-ci ildə 12%-ə qədər) nəzərə çarpmasına baxmayaraq, resurslar yenə də
bahalı olaraq qalmaqdadırlar və kiçik müəssisələrin kütləvi inkişafına nəinki
yol verir, əksinə buna mane olurlar.
6. Kiçik biznesin rəqabətqabiliyyətliliyinin əsas şərti kimi Azərbay-
can biznesinin rəqabətqabiliyyətliliyi səviyyəsi.
Ancaq kiçik müəssisənin
hansı sferasında işləməsindən asılı olmayaraq, işgüzar mühitin inkişaf sə-
viyyəsi və vəziyyəti belə müəssisələrin çiçəklənməsi üçün mühüm və zəruri
şə
rtlərdən biri kimi çıxış edir. Məhz buna görə də iri beynəlxalq təşkilatların
milli biznesin rəqabətqabiliyyətliliyinə həsr olunmuş ciddi tədqiqatlarında
həm milli firmaların rəqabət üstünlüklərinə, həm də ölkədə bu firmaların
inkişafını təmin edən işgüzar mühitin qiymətləndirilməsinə bərabər diqqət
ayrılır.