Бизнесин тяшкили вя идаря едилмяси
91
dendlərə ümid edirlər. Biznes inkişaf etdikcə innovasiya layihələrinin əlavə
maliyyələşdirilməsinə tələbat artdı. Bu halda vençur kapitalı fondu yara-
dıldı, fondun rəhbərləri isə vençur kapitalistləri adını aldılar.
Vençur fondları eyni vaxtda bir neçə kiçik şirkətə vəsait qoymaq
imkanına malik idilər ki, bu da fondun portfelini (portfolio companies)
formalaşdırmağa imkan verdi. Bu zaman vençur kapitalisti onların portfe-
linə daxil olan şirkətlərin direktorlar şurasının üzvlərinə çevrilərək qoyulan
vəsaitin istifadəsinin effektivliyinə nəzarət etməyi bacarırdılar.
Bir qayda olaraq vençur fondlarının fəaliyyəti 7-10 illik dövrlə
məhdudlaşır. Həmin müddət başa çatdıqdan sonra onlar ləğv edilir, portfelə
daxil olan şirkətlərin səhmləri isə açıq bazarda satıla, ya da sadəcə olaraq
fondun investorları (payçıları) arasında bölüşdürülə bilər.
7.2. Vençur biznesinin təşkilati əsasları
Kiçik innovasiya biznesinin inkişafı böyük pul məbləğlərinin cəlb
edilməsi zəruriliyini artırır. Buna görə də vençur fondlarının meydana gəl-
məsi tamamilə qanunauyğun prosesdir.
Vençur fondları müvəqqəti təşkilati strukturlardır. Onlar bir və ya bir
neçə hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin birləşdirilməsi yolu ilə
müqavilə əsasında yaradılırlar.
Vençur fondlarından az tanınan, lakin investisiya qoyuluşu üçün po-
tensial cazibədar yeni şirkətlərin dəstəklənməsinə istiqamətlənən pul axın-
ları vətəndaşların şəxsi pullarının qısa müddət ərzində gəlir gətirməyən
innovasiya layihələrinə transformasiya etməsinə imkan verərək texniki tə-
rəqqinin aşkar katalizatoru rolunu oynadılar. Vençur biznesinin inkişafı
müəyyən üstünlüklərə malikdir:
−
Bazar konyukturunun dəyişilməsinə çevik, cəld reaksiyavermə
qabiliyyəti;
−
Yeni ideyaların sınaqdan keçirilməsinə vaxtında oriyentasiya etmək
imkanı;
−
Sərt bürokratik qaydaların yoxluğu. Kiçik biznes sferasında şir-
kətlərin işçiləri (bir qayda olaraq, istedadlı mühəndislər, alimlər, ixtiraçılar)
ə
mək intizamının ümumi qəbul edilmiş “çərçivəsindən” kənara çıxaraq
müəyyən yaradıcılıq azadlığına malikdirlər.
Vençur fondunun öhdəliklərinə cavab verən və ancaq fonda qoyduğu
vəsaitin məbləği həddində risk edən təsisçi məhdud məsuliyyətli tərəfdaş
sayılır (limited partner).
Bir qayda olaraq vençur fondunun işçisi şirkətin direktorlar şurasının
tərkibinə daxil edilir, lakin bu zaman o, şirkətin icraçı direktoruna çevrilmir.
Onun rolu əsasən vacib strateji qərarların qəbulunda aktiv iştirak etməklə
Бизнесин тяшкили вя идаря едилмяси
92
məhdudlaşır, vençur fondunun rəhbərliyi investorların pul vəsaitlərindən
səmərəli istifadə olunmasında maraqlıdır.
Beləliklə, vençur fondunun idarə heyəti şirkətin maliyyə-təsərrüfat
fəaliyyətinə daim nəzarət etməklə yanaşı onun investisiya cəlbediciliyinin
artmasına görə öz təkliflərini verə bilər.
nvestisiyanın yatırma prosesinin son mərhələsi (exit) qapalı şəxsi
ş
irkətdən açıq səhmdar şirkətinə çevrilməsindən ibarətdir.
Ş
irkətin açıq bazara çıxışı olan açıq (kütləvi) şirkətə çevrilməsinin
müəyyən üstünlükləri və çatışmazlıqları vardır.
Üstünlükləri:
−
Müxtəlif maliyyə alətlərinə pul qoyuluşunu diversifikasiya etmək
imkanı;
−
Gələcəkdə xarici maliyyələşdirmə mənbələrinin asan və ucuz cəlb
edilməsi. Belə ki, səhmlərin açıq bazarda yerləşdirilməsi və informasiyanın
elan edilməsi nəticəsində potensial investorlar şirkətlə yaxından tanış
olacaqlar və şirkətə qarşı etibarlılıq dərəcəsi yüksələcəkdir;
−
Açıq şirkətlərdə qiymətli kağızların pula çevrilmə ehtimalı qapalı
səhmdar cəmiyyətlərilə müqayisədə çox azdır. Belə ki, səhmləri xarici in-
vestorlara satmaq çətindir, şirkətin həmtəsisçiləri və sahibkarı mümkün ma-
liyyə risklərinə görə öz şirkətinin səhmlərini almaqdan imtina edə bilərlər;
−
Satış bazarının əhəmiyyətli dərəcədə genişləndirilməsi. Belə ki,
qapalı şirkətlərdə bunu həyata keçirmək çətindir və s.
Çatışmazlıqları, nöqsan cəhətləri:
Ş
irkətin sahibi kimi rəhbərliyin onun üzərində real nəzarəti
itirməkdən ehtiyatlanması;
Xarici bazarda nəzarət səhm paketinin alınması yolu ilə yeni in-
vestorlar tərəfindən şirkətin udulma təhlükəsi;
Rüblük və illik hesabatların tərtibinə çəkilən xərclərin çox olması,
hesabatların dərc olunması və məxfi informasiyanın açılması.
nnovasiya fəaliyyəti ilə, müvafiq olaraq riskli təsərrüfat fəaliyyəti ilə
məşğul olan kiçik və orta ölçülü xüsusi şirkətlər üçün büdcə maliyyələş-
dirməsindən çox az istifadə edirlər.
Dövlət investorlarından fərqli olaraq, vençur şirkətləri öz vəsaitlərini
gələcəkdə onların ilkin kapital qoyuluşunu əhəmiyyətli dərəcədə kompen-
sasiya edə bilən və qaçılmaz risklərə haqq qazandıran səhmlərin əldə edil-
məsini nəzərdə tutaraq daha həvəslə vençur fondlarına qoyurlar.
Vençur fondunun və şirkətin başında duran vençur kapitalistləri bir
tərəfdən fərdi və ya kollektiv investorlar, digər tərəfdən isə vençur ideya-
larının daşıyıcıları olan sahibkarlar arasında vasitəçilərdir. Buna görə də
gələcəkdə əldə olunacaq gəlir bütün vençur biznesi iştirakçıları arasında
ə
dalətlə bölünməlidir.