Бизнесин тяшкили вя идаря едилмяси
89
VII FƏ
S L. VENÇUR VƏ
OFŞ
OR B ZNES
7.1. Vençur biznesinin mahiyyəti və məzmunu
Vençur biznesi ilk dəfə 1957-ci ildə ABŞ-da təşəkkül tapmışdır. Bu
biznes növünün yaradıcıları mühəndis-tədqiqatçı Yuçin Klyaner, biznes-
menlər Artur Rok, Tom Perkiniç və başqaları olmuşdur. Artur Rok 1961-ci
ildə vençur fondu yaratmışdır. XX əsrin 70-ci illərində vençur kapitalından
Avropada istifadə edilməyə başlanılmışdı və hazırda çoxlu sayda vençur şir-
kətləri fəaliyyət göstərir. MDB ölkələrində vençur biznesi TAS S və Avropa
Yenidənqurma və nkişaf Bankının təşəbbüsləri əsasında inkişaf etməyə
başlamışdır.
Elmi-texniki tərəqqinin sürətləndirilməsi və elmtutumlu istehsal sa-
hələrinin inkişafı innovasiya maraqlarını təmsil edən elmi-texniki tədqiqat-
lar və təcrübi konstruktor işləmələri sferasında kiçik sahibkarlığa əhəmiy-
yətli təsir edə bilən yeni maliyyələşdirmə mənbələrindən istifadə olunmasını
ön plana çəkir.
Son illərdə inkişaf etmiş bir çox ölkələrdə vençur maliyyələşdirməsi
geniş yayılmaqdadır. Bu, mahiyyətcə vəsait qoyuluşunun geri qaytarıl-
masına zəmanət almadan sürətlə inkişaf edən kiçik innovasiya şirkətlərinin
nizamnamə kapitalına investisiya qoyuluşudur. Vençur maliyyələşdirməsi
riskli olmaqla yanaşı investisiyanın daha yüksək gəlir gətirəcəyini ehtimal
edir, çünki vəsait elmtutumlu layihələrin icrasına qoyulur.
Biznesin maliyyələşdirilməsinin alternativ, spesifik forması kimi
vençur kapitalı maliyyə qoyuluşlarının diversifikasiyalılığına qadir olan iri
innovasiya şirkətlərilə assosiasiya olunur. Lakin o, yeni növ xammalın,
enerji resurslarının, texnoloji xətlərin və s. işlənməsinə istiqamətlənmiş
kiçik sahibkarlığın inkişafında da az rol oynamır. Vençur maliyyələşdirməsi
faktiki olaraq yeni texnologiyaların maliyyələşdirilməsinin bir növ sinonimi
olmuşdur. Bu zaman kiçik innovasiya şirkətlərinin investisiya obyekti tez-
tez onun təsisçilərinin əqli mülkiyyəti olur.
XX əsrin ikinci yarısında məhz vençur kapitalı informatika, hesab-
lama texnikası, mikroelektronika və digər elmtutumlu istehsal sahələrində
ilk dəfə ABŞ-da, sonra isə dünyanın digər ölkələrində iri elmi-texniki layi-
hələrin reallaşdırılmasında çox vacib rol oynadı. Bir sıra qiymətləndirmələrə
görə hazırda dünyada bütün vençur investisiyalarının təqribən 50 faizi
ABŞ-ın payına düşür.
Vençur (riskli) maliyyələşdirməsi sayəsində fərdi kompyuterlərin,
mikroprosessorların, gen mühəndisliyinin və s. elmi-texniki və praktiki işlə-
mələri meydana gəlmişdir. Bu gün bütün dünyada məşhur olan ən iri
Mikrosoft, Lotus, Cisko Sistems, Tutel, Apple Computers şirkətləri
Бизнесин тяшкили вя идаря едилмяси
90
tərəfindən dəstəklənmişdilər.
Vençur kapitalı əsasən yeni texnologiyaların yaradılmasına və yeni
elmtutumlu məhsulların istehsalına oriyentasiyalı yeni yaradılan və ya artıq
fəaliyyətdə olan kiçik müəssisələrə qoyulur.
Ölkənin iqtisadi inkişafının aktual məsələlərinin həlli yüksək texno-
logiyalı kiçik şirkətlərin maliyyələşdirilməsinin nisbətən yeni forma və
mənbələrinin mümkün istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Belə
mənbələrə hər şeydən əvvəl vençur maliyyələşdirməsi aiddir.
Vençur maliyyələşdirməsinin adi bank kredit verməsindən prinsipial
fərqləri vardır:
−
nvestor öz vəsaitini vəsait qoyuluşuna kompensasiya zəmanəti
olmadan kiçik müəssisələrin nizamnamə kapitalına qoyur. Başqa sözlə, pul
vəsaitləri onların qaytarılmasına əvvəlcədən müəyyən edilmiş müddət ol-
madan verilir. Vençur investoru perspektivdə ancaq bu müəssisələrin səhm-
lərinin əvvəlcədən danışılmış hissəsini əldə etməyi nəzərdə tuta bilər;
−
Vençur təklifinin uğursuz reallaşdırıldığı halda kiçik innovasiya
ş
irkətinə vəsait qoymuş investor sərf olunmuş vəsaitin hansısa bir qanuni
yolla qaytarılması imkanına malik deyil;
−
Kiçik müəssisələrə vençur investisiyası onların tərəfindən hər hansı
bir girov qoyulmadan verilir;
−
Əgər banklar kiçik biznes subyektlərinə onların gələcək fəaliyyətini
müfəssəl öyrənmədən kredit verirsə (burada ancaq kreditin qaytarılma
imkanları maraq kəsb edir), vençur investorları innovasiya şirkətinə pul
qoyaraq şirkətin səhmlərinin bir hissəsinə sahib olmaq hüququ alır və biznes
üzrə onun partnyoru olur;
−
Kiçik müəssisənin nizamnamə kapitalına vəsait qoyan investor həm
təsisçi və həm də innovasiya layihəsinin rəhbərlərindən biri kimi müəssi-
sənin maliyyə-iqtisadi və texniki problemlərinin müzakirəsində aktiv iştirak
edir;
−
Şirkətin özünün kapitalına vəsait qoyan investor əvvəlcədən şirkətin
biznes planı ilə tanış olur (ola bilsin ki, texniki-iqtisadi əsaslandırma ilə də),
investisiya layihəsinin cəlbetmə dərəcəsini; özünü maliyyələşdirmə,
rentabellik səviyyəsini, xalis mənfəətini, şirkətin imicini, rəhbərlərin
ixtisasını, anoloji texniki layihələrin tətbiqedilmə təcrübəsini və s. nəzərdən
keçirir;
−
Kredit verən banklardan fərqli olaraq vençur şirkəti illik faiz
ödəmələri tələb etmir.
Təcrübə göstərdi ki, bir çox vençur şirkətləri səhmlərini bir və ya bir
neçə fiziki şəxsdə qapalı yerləşdirmə vasitəsilə öz maliyyələşdirməsini
həyata keçirirdilər. Sonuncular səhmdar kapitalında öz payını alırlar, çox
vaxt şirkətin direktorlar şurasında yer tutur və gələcəkdə yüksək divi-