Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə39/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   35   36   37   38   39   40   41   42   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

85 


dövriyyəsində  istifadəyə  imkan  verir.  Belə  ki,  bu  maliyyələşdirmə  lizinq 

kompaniyası tərəfindən həyata keçirilərək, üçüncü tərəfə müəyyən müddətə 

istifadə  üçün  əmlakın  icarəyə  verilməsidir.  Xüsusilə,  lizinq  çox  zaman 

firmanın yeni texnika ilə təchizində həyata keçirilir. 

 

Kiçik  biznesin  investisiyalaşdırılmasında  dövlətə  məxsus  mənbələrin 



rolu  əhəmiyyətli  olmaqla  yanaşı  xüsusi  mülkiyyətə  məxsus  kapitaldan  da 

istifadə edilməsi vacibdir. Ümumiyyətlə, Azərbaycanda kiçik biznesin inki-

ş

afında  müəssisələrin  xüsusi  vəsaitlərindən  (mənfəət  və  amortizasiya 



ayırmaları) istifadə səviyyəsi qənaətbəxş deyil. 

Xüsusi maliyyə mənbələrinə fərdi vəsaitlər, xüsusi mülkiyyətli müəs-

sisələrin  malik  olduğu  maliyyə  resursları  və  cəlb  edilmiş  vəsaitlər,  uzun-

müddətli kreditlər, qiymətli kağızların buraxılmasından əldə edilən vəsaitlər 

aiddir.  

Müvafiq  olaraq  bazar  iqtisadiyyatı  inkişafı  yolunu  tutmuş  Azərbay-

canda  rəqabətin  təşəkkül

 

tapmasını  təmin  edən  vasitələrdən  biri  kimi  kiçik 



biznes inkişaf etdirilməli, bunun üçün isə onların kapital təminatı məsələləri 

həll edilməlidir.  

Kiçik  müəssisələr  iqtisadi  inkişafda  əhalini  işlə  təmin  etməyə  şərait 

yaradır  və  işsizliyin  qarşısını  alaraq  cəmiyyətin  sosial-siyasi  stabilliyini  də 

təmin  edib  əhəmiyyətli  rola  malik  olmağa  çalışırlar.  Eyni  zamanda,  kiçik 

müəssisələr  iqtisadi  böhran  vaxtı  kütləvi  müflisləşməyə  baxmayaraq  daha 

elastik  olmağa  cəhd  edərək  iqtisadi  çətinliklərə  uyğunlaşaraq  vəziyyətdən 

çıxırlar. Onlar bu dözümlülüyə iri müəssisələrin istehsalın azaldılması və iş-

çilərin  ixtisara  salınması  ilə  deyil,  əmək  haqqını  aşağı  salaraq  iş  vaxtının 

uzadılması vasitəsilə nail olurlar.  

Qeyd  etmək  lazımdır  ki,  az  gəlirlə  fəaliyyət  göstərmələri,  keyfiyyətli 

məhsul buraxmaq və yüksək səmərəli istehsal yaratmaq cəhdi, kiçik biznes 

rəqabət mühitini formalaşdırır. Ona görə də, bəziləri rəqabət mübarizəsindən 

çıxaraq  fəaliyyət  göstərirlər  və  kiçik  biznes  sektoruna  daxil  olurlar.  Məhz 

buna  görə  də,  inkişaf  etmiş  ölkələrdə  əmək  məhsuldarlığını  artıran  rəqabət 

mübarizəsində  qalib  gələn,  yerli  əmtəəni  həm  daxili,  həm  də  xarici  bazar-

larda reallaşdıran kiçik biznesə böyük ümid bəsləyirlər. 

Kiçik  biznes  elmi-tədqiqat  və  təcrübi-konstruktor  işlərində  daha  sə-

mərəlidir. Kiçik biznesdə mikroprosessor, şəxsi kompyuter, interferon kimi 

mühüm yeniliklər yaradılmışdır. Kiçik biznes, eyni zamanda, riyazi təminat 

vəsaitlərini aktiv və müvəffəqiyyətlə işləyib hazırlayırlar. 

Məsələn, ABŞ-ın iqtisadiyyatında fəaliyyət göstərən kiçik innovasiya 

firmalarının ixtira sahəsində yüksək səmərəyə malik olduğu göstərilir. Belə 

ki, kiçik firmalar iri müəssisələrə nisbətən bir nəfərin məşğulluğu hesabına 4 

dəfə  çox  yenilik  yaradır  və  bir  mühəndisə  və  yaxud  tədqiqatçıya  isə  iri 

müəssisələrdən 2 dəfə az xərc düşür.  




Бизнесин тяшкили вя идаря едилмяси 

86 


Elmi-texniki tərəqqini inkişaf etdirmək və onun nəticələrini müntəzəm 

olaraq  istehsala  tətbiq  etməkdə,  yeni  ideyalarını  axtarıb  tapmaq  və  onu 

işləyib  hazırlamaqda,  bu  sahədə  yeni  texnologiyanı  və  ya  vasitəçiliyi  mə-

nimsəməkdə  istehsal  və  yeni  ideyalar,  texnologiya  və  məhsul  bazarını  əla-

qələndirməklə kiçik innovasiya müəssisələrinin iqtisadi və sosial əhəmiyyəti 

böyükdür.  

Kiçik  müəssisələr  ölkənin  ixracında  böyük  rol  oynaйıр,  iqtisadi  вə 

sosial  əhəmiyyətlilik  baxımından  çox  faydalıdır.  Bununla  yanaşı,  kiçik 

müəssisələrin  ölkənin  ixracat  məhsullarında  payının  artması  sosial-iqtisadi 

problemlərin  həll  olunmasına,  xüsusilə  də  yeni  iş  yerlərinin  yaranmasına, 

xarici  valyuta  daxilolmaları  hesabına  ölkənin  valyuta  ehtiyatlarının  artma-

sına və ən başlıcası isə inteqrasiya prosesinin güclənməsinə geniş imkanlar 

yaradır. 

Kiçik  biznesin  sosial-iqtisadi  əhəmiyyəti  bir  də  ondadır  ki,  onlar  bö-

yük  çeviklik  göstərərək  bazar  konyunkturasının  dəyişməsinə  tez  uyğunla-

ş

ırlar.  Bu  da  kiçik  biznesin  mobilliyini  göstərir.  Bu  çevikliyi  yaradan  əsas 



səbəb onların kiçik ölçüdə olmalarıdır. Məhz buna görə də kiçik müəssisələr 

bazarda  sərbəst  hərəkət  etməklə  dəyişməkdə  olan  məhsul  tələbatını  öz 

üzərinə götürürlər. 

Kiçik  biznesin  yüksək  səmərəliliyinin  başlıca  amili,  onların  məhsul 

istehsalı sahəsində və əmək vasitələrindən istifadə də dar ixtisaslaşmasıdır. 

Ona görə də, belə müəssisələr bir qayda olaraq məhdud sayda məhsul isteh-

sal  edir  və  eyni  zamanda,  dar  ixtisaslaşmış  avadanlıqlardan  istifadə  etməsi 

və  yüksək  məhsuldarlığı  ilə  fərqlənirlər  ki,  bu  da  qısa  müddətdə  istehsal 

texnologiyalarını dəyişməyə, bütövlükdə isə həm məhsul istehsalı prosesini, 

həm  də  əsas  fondların  təkrar  istehsalı  prosesini  intensivləşdirməyə  imkan 

verir.  

Bazar  iqtisadiyyatı  inkişafı  yolunu  tutmuş  bütün  ölkələrdə  kiçik  биз-

несин  inkişaf  etdirilməsi  həmin  dövlətlərdə  sahibkarlığın  inkişafı  istiqa-

mətində aparılan siyasətin uğurla nəticələnməsinə gətirib  çıxarır. O cümlə-

dən də, Azərbaycanda kiçik бизнесин daha da inkişaf etdirilməsi  ölkəmizin 

iqtisadi  artımında  qeyri-neft  sektorunun  payının  artırılmasına  xidmət  etmiş 

olar. 

 

6.4. Azərbaycanda kiçik biznesin rəqabətqabiliyyətliliyi  

 

Rəqabətqabiliyyətliliyi  anlayışı  öz  inkişafına  əmtəə  mübadiləsinin  for-



malaşması  dövründə,  ortaya  belə  mübadilənin  iştirakçılardan  hər  biri  üçün 

nə  qədər  faydalı  olması  haqda  məsələ  çıxdığı  zamanı  başlamışdır.  Daha 

sonra bu faydanı artırmaq zərurəti və deməli, rəqabət üstünlüyü əldə etmək 

imkanı  yaranmışdır.  Rəqabət  anlayışı  ticarət  sayəsində  yaranmışdır  və 

onunla  qırılmaz  şəkildə bağlıdır.  Bu  əlaqə  bu  gün  də  aktualdır,  çünki  tica-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə