Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat


ƏLAVƏ Suveren Fondlar (SF)



Yüklə 364,74 Kb.
səhifə6/6
tarix04.04.2018
ölçüsü364,74 Kb.
#35862
1   2   3   4   5   6


ƏLAVƏ

Suveren Fondlar (SF)

Santyaqo Prİnsİplərİ”

Ümumİ Qəbul olunmuş Prİnsİp və Normalar

(ÜQPN) üzrə qİymətləndİrmə
May, 2012


Prinsiplər/Alt-prinsiplər

Cavablar

A. Hüquqi Əsaslar, Məqsədlər və Makroiqtisadi Siyasətlə Əlaqələndirmə

Prinsip 1.

SF-in hüquqi əsasları möhkəm olmalı, onun effektiv fəaliyyətini və məqsədlərinə nail olmasını dəstəkləməlidir.


Alt-prinsip 1.1.

SF-in hüquqi əsasları SF-in və onun əməliyyatlarının hüquqi cəhətdən möhkəmliyini təmin etməlidir.


Alt-prinsip 1.2.

SF-in hüquqi bazasının və strukturunun, eləcə də SF ilə digər dövlət orqanları arasında hüquqi əlaqələrin əsas xüsusiyyətləri ictimaiyyətə açıqlanmalıdır.


ARDNF-nin hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə”də (bundan sonra “ARDNF-nin Əsasnaməsi”) aydın şəkildə təyin olunmuşdur.


ARDNF büdcədənkənar dövlət təsisatı, hüquqi şəxsdir və onun fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Prezidentin fərman və sərəncamları və “ARDNF-nin Əsasnaməsi” rəhbər tutulur.
ARDNF-nin hüquqi əsasları, strukturu və digər dövlət qurumları ilə əlaqələrinə dair bütün hüquqi sənədlər ictimaiyyətə açıqlanır və Fondun rəsmi internet səhifəsindən əldə oluna bilər.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25

http://www.oilfund.az/az/content/13



Prinsip 2.

SF-in fəaliyyətinin məqsədi aydın şəkildə müəyyən olunmalı və ictimaiyyətə açıqlanmalıdır.



ARDNF-nin yaradılmasının əsas məqsədi neft və qaz sazişlərinin icrasından əldə olunan gəlirlərin toplanmasını və səmərəli idarə olunmasını təmin etməkdir.


ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi stabilliyin (valyuta daxilolmalarının mənfi təsirlərinin neytrallaşdırılması) qorunması və vəsaitlərin indiki və gələcək nəsillər üçün toplanıb artırılmasıdır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/9

http://www.oilfund.az/az/content/3


Prinsip 3.

SF-in fəaliyyətinin ölkədə birbaşa makroiqtisadi təsirləri olarsa, bu fəaliyyətin ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmasını təmin etmək məqsədi ilə, o, yerli maliyyə və pul-kredit orqanları ilə yaxından əlaqələndirilməlidir.



ARDNF-in qanunvericiliyinə əsasən Fondun vəsaitləri Azərbaycan Respublikası daxilində investisiya edilə bilməz. Fondun xərcləri Milli Məclis tərəfindən təsdiq olunan icmal büdcənin tərkib hissəsidir.


Büdcə Sistemi Haqqında qanuna əsasən icmal büdcə müvafiq dövlət qurumları ilə (Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və s.) məsləhətləşmələr və ARDNF-in iştirakı ilə hazırlanır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156


Prinsip 4.

SF-in maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair ümumi yanaşmaya uyğun olaraq dəqiq və ictimaiyyət üçün açıq olan siyasət, qaydalar, prosedurlar və ya mexanizmləri olmalıdır.


Alt-prinsip 4.1

SF-in maliyyələşmə mənbələri ictimaiyyətə açıqlanmalıdır.


Alt-prinsip 4.2

SF-in vəsaitlərinin xərclənməsinə aid ümumi yanaşma ictimaiyyət üçün açıq olmalıdır.



Fondun maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydalar “ARDNF-nin Əsasnaməsi” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qaydaları”nda (bundan sonra “ARDNF-nin büdcəsinə dair qaydalar”) aydın şəkildə müəyyən olunmuşdur. Bu qaydalar Neft Fondunun rəsmi internet səhifəsində yerləşdirilmişdir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156


Prinsip 5.

SF-ə aid müvafiq statistik məlumatlar Fondun ali idarəedici orqanına və ya lazım olan hallarda makroiqtisadi məlumatlar sisteminə daxil edilməsi məqsədi ilə digər lazımi orqanlara vaxtlı-vaxtında təqdim olunmalıdır.



ARDNF-yə aid statistik məlumatlar aylıq əsasda Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə, rüblük və illik əsasda Dövlət Statistika Komitəsinə göndərilir. Fond həmçinin özünün gəlir və xərcləri ilə bağlı məlumatları Hesablama Palatasına və digər müvafiq məlumatları Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və digər əlaqəli dövlət orqanlarına təqdim edir. Əlavə olaraq, Fond öz fəaliyyəti ilə bağlı müvafiq məlumatları müntəzəm olaraq Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna təqdim edir.


ARDNF-nin fəaliyyəti ilə bağlı bütün məlumatlar (audit olunmuş illik hesabatlar, rüblük hesabatlar və s.) Fondun rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account


B. İnstitusional əsaslar və İdarəetmə strukturu

Prinsip 6.

SF güclü idarəetmə strukturuna malik olmalı və bu idarəetmə strukturu Fondun məqsədlərini həyata keçirmək üçün hesabatlılıq və əməliyyat müstəqilliyini dəstəkləyən rol və öhdəliklərin aydın və effektiv bölgüsünü təmin etməlidir.



ARDNF-nin üç-pilləli idarəetmə strukturu var və ölkə Prezidenti ali idarəetmə səlahiyyətlərinə malikdir.


ARDNF-nin fəaliyyətinə nəzarəti Baş Nazirin sədrlik etdiyi Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının digər üzvləri Milli Məclis sədrinin müavini, Maliyyə Naziri, İqtisadi İnkişaf Naziri, Mərkəzi Bankın İdarə Heyətinin sədri, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Milli Elmlər Akademiyasının Prezidentidir.

ARDNF-in əməliyyat idarəetməsi İcraçı Direktora həvalə olunmuşdur. Ölkə Prezidenti, Müşahidə Şurası və İcraçı Direktorun hüquq və vəzifələri “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə göstərilmişdir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 7.

Ali idarəedici orqan SF-in məqsədlərini müəyyən etməli, aydın şəkildə müəyyən olunmuş pro-sedurlara əsasən Fondun idarəetmə orqan(lar)ının üzvlərini təyin etməli və SF-in əməliyyatları üzərində nəzarəti həyata keçirməlidir.



ARDNF-nin məqsədləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə müəyyən edilmişdir. Ölkə Prezidenti Fondun Müşahidə Şurasının üzvlərini və İcraçı Direktoru təyin edir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 8.

İdarəetmə orqan(lar)ı SF-in maraqları çərçivəsində fəaliyyət göstərməli və öz funksiyalarını həyata keçirmək üçün aydın şəkildə müəyyən olunmuş mandata, müvafiq səlahiyyət və səriştəyə malik olmalıdır.



Fondun Müşahidə Şurasının müvafiq səlahiyyətini təmin etmək üçün, Müşahidə Şurası Milli Məclis, Hökumət və Elmlər Akademiyasının nümayəndələrindən təşkil olunur. Müşahidə şurasının bütün vəzifələri müvafiq normativ qanunvericilikdə aydın şəkildə müəyyən olunmuşdur.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 9.

SF-in əməliyyat idarəetməsi onun strategiyalarını müstəqil əsasda və aydın şəkildə müəyyən olunmuş öhdəliklərə uyğun olaraq həyata keçirməlidir.



“ARDNF-nin Əsasnaməsi”,“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (bundan sonra “Investisiya qaydaları”) və “ARDNF-nin büdcəsinə dair qaydalar” İcraçı Direktorun rol və öhdəliklərini aydın şəkildə müəyyən edir.


Bu rol və öhdəliklərə müvafiq olaraq, İcraçı Direktor Fon-dun əməliyyat idarəetməsində müstəqilliyə malikdir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Prinsip 10.

SF-in əməliyyatlarına dair hesabatlılıq sistemi müvafiq qanunvericilik, nizamnamə, digər təsisat sənədləri və ya idarəetmə razılaşmasında aydın şəkildə müəyyən olunmalıdır.



ARDNF-də hesabatlılıq sistemi “ARDNF-nin Əsasnaməsi”, “İnvestisiya qaydaları” və “ARDNF-nin büdcəsinə dair qaydalar”da aydın şəkildə müəyyən olunmuşdur. Fondun fəaliyyətini əks etdirən rüblük hesabatlar və audit olunmuş illik hesabatlar müntəzəm olaraq hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin fəaliyyətinə dair bütün məlumatlar Fondun daimi yenilənən rəsmi internet səhifəsində mövcuddur. Fond həmçinin vaxtaşırı olaraq mətbuat konfransları təşkil edir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guid.pdf

http://www.oilfund.az/az/content/25/156




Prinsip 11.

SF-in əməliyyatları və fəaliyyəti üzrə illik hesabatı və onu müşaiyət edən maliyyə hesabatları nizamlı şəkildə tanınmış beynəxalq və ya Milli mühasibat standartlarına uyğun olaraq hazırlanmalıdır.



ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar və onu müşaiyət edən maliyyə hesabatlarını hazırlamışdır.


Fondun bütün illik hesabatları və onu müşaiyət edən, müntəzəm qaydada Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (İFRS) uyğun olaraq hazırlanan maliyyə hesabatları ARDNF-in rəsmi internet səhifəsində yerləşdirilir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account




Prinsip 12.

SF-in əməliyyatları və maliyyə hesabatları beynəlxalq və ya milli audit standartlarına uyğun olaraq ardıcıl surətdə illik audit olunmalıdır.



ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu müstəqil audit şirkətləri tərəfindən audit olunur. ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar və onu müşaiyət edən maliyyə hesabatları Fondun rəsmi internet səhifəsində yerləşdirilir.


ARDNF-də eyni zamanda müntəzəm olaraq daxili audit hesabatlarını hazırlayan daxili auditor fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account


Prinsip 13.

Peşəkar və etik standartlar aydın şəkildə müəyyən olunmalı, SF-in idarəetmə orqanının, rəhbərliyinin və işçi heyətinin üzvlərinə bildirilməlidir.



Davranış və etik standartlar “İnvestisiya qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur.


Fondun vəzifəli şəxsləri və əməkdaşlarının peşə davranışı Beynəlxalq Maliyyə Bazarları Assosiasiyasının (ACİ, Paris) Davranış Məcəlləsi ilə təsbit edilmiş etik normalara və davranış qaydalarına uyğun gəlməlidir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf




Prinsip 14.

SF-in əməliyyatlarının idarə olunması məqsədi ilə üçüncü tərəflərlə qurulmuş bütün münasibətlər maliyyə və iqtisadi əsaslara söykənməli, eyni zamanda aydın qayda və prosedurlara əsaslanmalıdır.



Fondun üçüncü tərəflərlə əlaqəli fəaliyyəti maliyyə və iqtisadi əsaslara söykənir. Fondun “İnvestisiya qaydaları” və “İnvestisiya siyasəti” üçüncü tərəflərlə münasibətlərini tənzimləyir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf


Prinsip 15.

SF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi ölkələrin bütün normativ qaydalarına və şəffaflıq tələblərinə riayət etməlidir.



Fond əməliyyat və fəaliyyətlərini həyata keçirdiyi ölkələrin bütün müvafiq normativ qaydalarına və şəffaflıq tələblərinə riayət edir.




Prinsip 16.

SF-in idarəetmə strukturu, məqsədləri, eləcə də SF-in ali idarəedici orqandan əməliyyat müstəqilliyi ictimaiyyətə açıqlanmalıdır.



Fondun idarəetmə strukturu, məqsədləri və əməliyyat müstəqilliyi müvafiq qanunvericilikdə aydın şəkildə müəyyən olunmuşdur.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154



Prinsip 17.

SF, beynəlxalq maliyyə bazarlarında sabitliyin təmin edilməsinə dəstək vermək, eləcə də investisiya etdiyi ölkələrdə etibarını artırmaq zəminində öz fəaliyyətinin iqtisadi və maliyyə istiqamətlərinə dair müvafiq maliyyə məlumatlarını ictimaiyyətə açıqlamalıdır.



Fondun illik olaraq hazırlayıb, ictimaiyyətə açıqladığı hesabatlarda eyni zamanda audit olunmuş maliyyə hesabatları da yer alır.


Rüblük hesabatlar və Fondun fəaliyyətinə dair bütün digər maliyyə məlumatları Fondun rəsmi internet səhifəsində yerləşdirilir. Fondun vəsaitinin ümumi məbləği, vəsaitlərinin bölüşdürülməsi, seçilmiş bençmark, illik gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə məlumatlarına daxildir.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account

http://www.oilfund.az/az/content/20/249


C. İnvestisiya və Riskin idarə olunmasının Əsasları

Prinsip 18.

SF-in investisiya siyasəti aydın, eyni zamanda ali idarəedici orqan və ya idarəetmə orqan(lar)ı tərəfindən müəyyən olunan Fondun məqsədlərinə, risk dözümlülüyünə, investisiya strategiyasına uyğun olmalı və fundamental portfel idarəetməsi prinsiplərinə əsaslanmalıdır.


Alt-prinsip 18.1.

İnvestisiya siyasəti SF-in maliyyə risklərinin səviyyəsini və borclanmadan mümkün istifadəni müəyyən etməlidir.


Alt-prinsip 18.2.

İnvestisiya siyasəti daxili və (ya) xarici investisiya menecerlərindən hansı dərəcədə istifadə olunma səviyyəsini, onların fəaliyyət və səlahiyyət çərçivələrini,eyni zamanda onların seçilməsi və icrasına nəzarət prosesini təyin etməlidir.


Alt-prinsip 18.3.

SF-in İnvestisiya siyasətinin məzmunu ictimaiyyətə açıqlanmalıdır.



Fondun investisiya və risklərin idarə olunması siyasəti “İnvestisiya Qaydaları”na və hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Prezident tərəfindən təsdiq olunan “İnvestisiya Siyasəti”nə əsaslanır.


Maliyyə riski üzrə tələblər Neft Fondunun “İnvestisiya Qaydaları”nda təyin olunmuşdur ki, bu qaydalara görə də ARDNF hər hansı bir borclanmadan istifadə edə bilməz. Derivativlər (svop, forvard, fyüçers və s.) yalnız mümkün riskin minimuma endirilməsi (hedcinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədi ilə istifadə oluna bilər.
Xarici menecerlərlə əlaqəli bütün məsələlər Fondun fəaliyyətinə dair müvafiq sənədlərdə aydın şəkildə müəyyən olunmuşdur. Fondun xarici menecerləri yalnız “İnvestisiya Qaydaları” çərçivəsində təyin olunan aktiv növlərinə investisiya edə bilərlər. Xarici menecerlərin təyin olunması “Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xarici menecerlər menecerin kredit reytinqi, idarə olunmada olan aktivlərin həcmi, aktivlərin idarə olunması sahəsində təcrübə, təklif olunan gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş norması və s. kimi meyarlar əsasında seçilir. Xarici menecerlərin investisiya fəaliyyətinin onların mandatına uyğunluğu gündəlik əsasda, portfellərinin gəlirliliyi isə aylıq əsasda yoxlanılır.
Fondun “İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” Fondun rəsmi internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıqlanır.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf


Prinsip 19.

SF-in investisiya qərarları Fondun investisiya siyasətinə uyğun olaraq risklər nəzərə alınmaqla gəlirlərin maksimallaşdırılmasına istiqamətlənməli, eləcə də maliyyə və iqtisadi əsaslara söykənməlidir.


Alt-prinsip 19.1.

Əgər investisiya qərarları iqtisadi və maliyyə əsaslarına malik olmazsa, bu qərarlar, investisiya siyasətində aydın şəkildə əks olunmalı və ictimaiyyətə açıqlanmalıdır.


Alt-prinsip 19.2.

SF-in vəsaitlərinin idarə edilməsi bu sahədə özünü doğrultmuş, qabaqcıl prinsiplərə əsaslanmalıdır.



“İnvestisiya Siyasəti”nə əsasən Fondun investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsaslanır. Fondun bütün investisiyaları vəsaitlərin idarə olunması sahəsində qabaqcıl təcrübəyə əsasən sırf iqtisadi və maliyyə qərarlarına söykənir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf




Prinsip 20.

SF, özəl qurumlarla rəqabət şəraitində ikən hər hansı xüsusi əhəmiyyətli informasiyadan və ya dövlətin təsir vasitələrindən faydalanmamalıdır.



“ARDNF-nin Əsasnaməsi”nə əsasən Fond daxili bazarda investisiya edə bilməz. “İnvestisiya Qaydaları”na əsasən ARDNF öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir. ARDNF-nin hüquqi əsasları onun hər hansı xüsusi əhəmiyyətli informasiyadan istifadəsinin qarşısını alır.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_guide.pdf

http://www.oilfund.az/az/content/25/154


Prinsip 21.

SF səhmdar mülkiyyət hüquqlarını onun səhmlərə investisiya dəyərinin əsas elementi hesab edir. SF öz səhmdar hüquqlarından istifadə etdikdə, bunu SF-in investisiya siyasətinə uyğun şəkildə, investisiyaların maliyyə dəyərinə ziyan vurmadan həyata keçirməlidir.

SF, onun səhmdar hüquqlarından istifadəsini müəyyən edən əsas meyarlar da daxil olmaqla, səsvermə hüququna sahib, katirovka olunmuş qurumların səhmlərinə ümumi yanaşmanı ictimaiyyətə açıqlamalıdır.

Fondun vəsaitləri əsasən sabit gəlirli qiymətli kağızlara investisiya edilmişdir. Bununla belə, Fond yaxın zamanlarda səhmlərə investisiya etməyi planlaşdırır və bu istiqamətdə səhmdar hüquqlarının həyata keçirilməsi üzrə daxili siyasət və prosedurlar hazırlanır.Fondun internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıq olacaq bu siyasət və prosedurlar “İnvestisiya siyasəti”nə uyğun olacaq və Fondun investisiyalarının maliyyə dəyərinə ziyan vurmayacaq.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf




Prinsip 22.

SF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri müəyyən edən, qiymətləndirən və idarə edən struktura malik olmalıdır.

Alt-prinsip 22.1.

Risklərin idarə edilməsi sistemi etibarlı informasiyaya və müntəzəm hesabatvermə sistemlərinə əsaslanmalı və bunlar da öz növbəsində müvafiq risklərin məqbul hesab olunan ölçü və səviyyələrdə, nəzarət və həvəsləndirmə mexanizmləri, davranış kodeksləri, biznesin davamlı planlaşdırılması və müstəqil audit funksiyası çərçivəsində monitorinqi və idarə edilməsinə imkan verməlidir.


Alt-prinsip 22.2.

SF-in risklərin idarə edilməsi sisteminə ümumi yanaşması ictimaiyyətə açıqlanmalıdır.



ARDNF-də ayrıca bir departament (Risklərin idarə edilməsi departamenti) risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına cavabdehdir. Risklərin idarə edilməsi departamentinin öhdəliklərinə bazar və kredit riskinin ölçülməsi, gəlirliliyin hesablanması və hesabat vermə daxildir.


Bazar riski aşağıdakılar vasitəsi ilə nəzarətdə saxlanılır: faiz dərəcəsi həssaslıq təhlili (“key rate” durasiya, PV01 və s.), riskin mərkəzləşməsinin təhlili (qruplar üzrə durasiya, qruplar üzrə VaR, marjinal VaR və s.) və “tail” hadisələri (şərti VaR, stress test). “İnvestisiya Siyasəti” gündəlik əsasda yoxlanılan kredit riski üzrə tələbləri aydın şəkildə müəyyən edir.
ARDNF-nin əməliyyat riskləri daxili prosedur və qaydalar, eləcə də fasiləsiz işgüzar iş planı əsasında idarə olunur.
Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf




Prinsip 23.

SF-in vəsait və investisiyalarının gəlirliliyi (bençmarkdan istifadə olunduğu təqdirdə, mütləq və bençmarkla nisbətdə) aydın müəyyən olunmuş prinsip və standartlara uyğun olaraq hesablanmalı və bu informasiya hesabat şəklində Fondun ali idarəedici orqanına göndərilməlidir.



ARDNF-nin vəsaitləri ilə bağlı ətraflı məlumatlar (xarici valyutalar, kredit reytinqləri, yerləşdirilmə müddəti və coğrafi regionlar üzrə təsnifata dair məlumatlar daxil olmaqla) rüblük pres-relizlər vasitəsi ilə ictimaiyyətə çatdırılır. Fondun investisiyalarının gəlirliliyi bu sahədə mövcud olan ən yaxşı təcrübə əsasında hesablanır və illik hesabata daxil edilir. İllik hesabatlar və rüblük məlumatlar Fondun rəsmi internet səhifəsində yerləşdirilir.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account



Prinsip 24.

ÜQPN-nin tətbiqi SF və ya onun verdiyi səlahiyyətlər əsasında başqa bir qurum tərəfindən müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır.



Bu hesabat ilk dəfə ARDNF-nin rəsmi internet səhifəsində 2011-ci ilin aprel ayında yerləşdirilmişdir və illik əsasda nəzərdən keçirilir.




Yüklə 364,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə