7
AKADEMİK CƏLAL ƏLİYEV – 85 İL
DÜNYA BİOLOGİYA ELMİNİN XƏZİNƏSİNİ
ZƏNGİNLƏŞDİRƏN ALİM
Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini,
mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş
etdirirlər. Belə dahi şəxsiyyətlərdən biri, aldığı dəyərli
universal nəzəri-tətbiqi nəticələrlə dünya biologiya
elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını
dünyanın tanınmış elm korifeyləri ilə bir sırada
yazmış Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyevin 85 yaşı tamam
olur.
Azərbaycan qədim əkinçilik diyarıdır. Ölkənin yerləşdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti burada
qədim dövrlərdən əkinçiliyin hərtərəfli inkişafı üçün zəmin yaratmışdır. Arxeoloji qazıntı materialları bunu
sübut edir ki, Azərbaycan taxılçılığın, əsas formalaşma mərkəzlərindən biri olmuşdur. Taxılçılıqda strateji
əhəmiyyət kəsb edən buğdanın orta məhsuldarlığının, ümumi istehsalının artırılması ölkədə daima diqqət
mərkəzində saxlanılır. Odur ki, çörək
bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas qida mənbəyidir və
buğdadan hazırlanan müxtəlif çeşidli məhsullar neçə minilliklərdir ki, əhalinin ərzağa olan tələbatının
ödənilməsində önəmli yer tutur. Bu qiymətli ərzaq bitkisinin qorunaraq nəsildən-nəsilə ötürülməsi, ona sitayiş
edilməsi, onun yaxşılaşdırılması, istifadə formalarının təkmilləşdirilməsi əsrlər boyu yerli əhalinin müqəddəs
borcu olmuşdur. Bu baxımdan fəaliyyət göstərdiyi 60 ildən artıq bir dövr ərzində Azərbaycan Elmi Tədqiqat
Əkinçilik İnstitutunun ölkənin ərzaq təhlükəsizliyinin elmi təminatında misilsiz xidmətləri olmuş və tarixdə öz
dərin izlərini buraxmışdır. Bu illər ərzində tədqiqatlara yanaşma üsulları və baxışlar dəyişmiş və bir-birini
əvəzləyən alimlər öz sələflərinin elmi irsini inkişaf etdirmiş, yerinə yetirilmiş saysız-hesabsız tətbiq və
fundamental xarakterli elmi işlərdə buğda və eləcə də digər prioritet hesab olunan bitki sortlarının
yaxşılaşdırılması, istiqamətində böyük müvəffəqiyyətlər əldə etmişlər.
Ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən
əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan
Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimə
sonrakı həyat yolunu müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan
Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya
fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin
fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlayır və biologiyanın bu sahəsini gələcək elmi
fəaliyyəti üçün seçir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını
bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda
namizədlik dissertasiyasını müdafiə edir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə
“Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə