Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   2   3   4   5   6   7   8   9   ...   163

 
 

 
M.Y.Rzayev,  E.F.İlyasov.  Şəki  rayonunun  suvarma  şəraitində  əsas  becərmə  amillərinin  qarğıdalının  dən 
məhsuldarlığına və keyfiyyətinə təsiri........................................................................................................  
S.Ə.Məmmədova,  H.M.Şıxlinski,  A.F.Axundov.  Toxumların  səpinqabağı  işlənilməsində  ozon 
texnologiyasından istifadə................................................................................................................................  
Z.S.Ellazov,  C.M.Təlai,  A.M.Əliyev.  Dəmyə  əkinçiliyində  bərk  və  yumşaq  buğda  sortlarının 
məhsuldarlığının  və  keyfiyyətli  toxum  istehsalının  artırılmasına  kompleks  aqrotexniki  tədbirlər  sisteminin 
təsiri...................................................................................................................................................................... 
İ.M.Cümşüdov. Müxtəlif səpin və gübrə normalarının payızlıq buğdanın məhsuldarlığına təsiri………….  
A.M.Əliyev. Sələf, qida şəraiti və səpin normalarının payızlıq buğda sortlarında qışlamadan çıxan  bitkilərin 
miqdarına təsiri...............................................................................................................................................  
E.F.İlyasov, Q.A.Novruzlu, M.Y.Rzayev. Şəki-Zaqatala bölgəsinin suvarma şəraitində qarğıdalının dən üçün 
becərilməsi........................................................................................................................................................ 
 
V. KEYFİYYƏT 
Q.M.Həsənova, Ə.Y.Kərimov. Yumşaq buğda sortlarında fenotip-genotip və ətraf mühit arasında qarşılıqlı 
əlaqələr.............................................................................................................................................................  
S.İ.Hüseynov
,  S.A.Abdulbagiyeva.  Suvarma  rejimindən  asılı  olaraq  buğda  dəninin  keyfiyyəti  və  texnoloji 
göstəriciləri.......................................................................................................................................................  
M.Q.Əhmədov,  Q.M.Həsənova,  X.N.Rüstəmov,  V.F.İbadov,  E.R.İbrahimov,  Ə.C.Musayev.  Müsabiqəli 
sort 
sınağında 
öyrənilən 
buğda 
sortnümunələrinin 
məhsuldarlıq 
və 
keyfiyyət 
göstəriciləri.........................................................................................................................................................  
M.Y.Nəsrullayeva. Qobustan şəraitində arpa sortnümunələrində aqromorfoloji və  biokimyəvi göstəricilərin 
tədqiqi............................................................................................................................................................... 
N.A.Məmmədova, G.Ə.Məmmədova, N.Ə.Gəraybəyova. Yumşaq (T.aestivum L.) və bərk (Tr.durum Desf.) 
buğdalarda texnoloji göstəricilərin tədqiqi.....................................................................................................  
Г.К.Рафиева,  А.Э.Мустафаева,  Г.Б.Садыгов.  Изучение  популяций  S.  Segetale  L.  (Zhuk.)  Roshev  из 
различных эколого-географических зон Aзербайджана и S.Cereale  L. (Aзерб., России)  выращенных 
на Апшероне........................................................................................................................................................  
Ə.İbrahimov. Yem payında yemlərin həzm olunmasına selenin təsiri..........................................................  
 
Vİ. TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA 
 
N.Q.Hümmətov. Torpaqlarda struktur əmələgəlmə mexanizmləri və modelləri...............................................  
İ.M.Hacıməmmədov,  S.R.Vəliyeva.  Abşeronun  boz-qonur  torpaqlarında  payızlıq  buğdanın  azotu 
mənimsəməsinin üzvi və mineral gübrələrin norma və nisbətlərindən asılılığı.............................................. 
S.R.Vəliyeva.  Nəmliklə  təmin  olunmamış  açıq-şabalıdı  torpaqlarda  gübrələrin  payızlıq  buğdanın  inkişaf 
fazasından asılı olaraq azotu mənimsəməsinə təsiri........................................................................................  
V.H.Həsənov,  R.H.Aslanova,  B.N.İsmayılov.  Gəncə-Qazax  massivi  suvarılan  boz-qəhvəyi  (şabalıdı) 
torpaqların morfogenetik diaqnostikasına üzüm bitkisinin təsiri.........................................................................  
E.R.Nuriyev. Göy-Göl milli parkı torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirilməsi............................ 
 
 
 
 
DÜNYA ELMİNİN KORİFEYLƏRİ 


 
 

 
AKADEMİK CƏLAL ƏLİYEV – 85 İL 
DÜNYA BİOLOGİYA ELMİNİN XƏZİNƏSİNİ 
ZƏNGİNLƏŞDİRƏN ALİM  
 
 
 
Görkəmli  şəxsiyyətlər  xalqın  zəkasını,  elmini, 
mədəniyyətini,  mənəviyyatını  dünyaya  nümayiş 
etdirirlər. Belə dahi şəxsiyyətlərdən biri, aldığı dəyərli 
universal  nəzəri-tətbiqi  nəticələrlə  dünya  biologiya 
elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını 
dünyanın  tanınmış  elm  korifeyləri  ilə  bir  sırada 
yazmış  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyevin 85 yaşı tamam 
olur.  
 
 
 
Azərbaycan qədim əkinçilik diyarıdır. Ölkənin yerləşdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti burada 
qədim  dövrlərdən  əkinçiliyin  hərtərəfli  inkişafı  üçün  zəmin  yaratmışdır.  Arxeoloji  qazıntı  materialları  bunu 
sübut  edir  ki,  Azərbaycan  taxılçılığın,  əsas  formalaşma  mərkəzlərindən  biri  olmuşdur.  Taxılçılıqda  strateji 
əhəmiyyət  kəsb  edən  buğdanın  orta  məhsuldarlığının,  ümumi  istehsalının  artırılması  ölkədə  daima  diqqət 
mərkəzində saxlanılır. Odur ki, çörək bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas qida mənbəyidir və 
buğdadan  hazırlanan  müxtəlif  çeşidli  məhsullar  neçə  minilliklərdir  ki,  əhalinin  ərzağa  olan  tələbatının 
ödənilməsində önəmli yer tutur. Bu qiymətli ərzaq bitkisinin qorunaraq nəsildən-nəsilə ötürülməsi, ona sitayiş 
edilməsi, onun yaxşılaşdırılması, istifadə formalarının təkmilləşdirilməsi əsrlər boyu yerli əhalinin müqəddəs 
borcu olmuşdur. Bu baxımdan fəaliyyət  göstərdiyi 60 ildən artıq bir dövr ərzində Azərbaycan Elmi Tədqiqat 
Əkinçilik İnstitutunun ölkənin ərzaq təhlükəsizliyinin elmi təminatında misilsiz xidmətləri olmuş və tarixdə öz 
dərin  izlərini  buraxmışdır.  Bu  illər  ərzində  tədqiqatlara  yanaşma  üsulları  və  baxışlar  dəyişmiş  və  bir-birini 
əvəzləyən  alimlər  öz  sələflərinin  elmi  irsini  inkişaf  etdirmiş,  yerinə  yetirilmiş  saysız-hesabsız  tətbiq  və 
fundamental  xarakterli  elmi  işlərdə  buğda  və  eləcə  də  digər  prioritet  hesab  olunan  bitki  sortlarının 
yaxşılaşdırılması, istiqamətində böyük müvəffəqiyyətlər əldə etmişlər. 
Ömrünün  60  ildən  artıq  bir  hissəsini  əsasən  müqəddəs  nemətimiz  olan  buğdanın  tədqiqinə  həsr  edən 
əməkdar  elm  xadimi,  akademik  Cəlal  Əlirza  oğlu  Əliyev  1928-ci  il  iyun  ayının  30-da  Azərbaycan 
Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimə 
sonrakı həyat yolunu müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan 
Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya 
fakültələrini  fərqlənmə  diplomları  ilə  bitirmişdir.  Hələ  üçüncü  kurs  tələbəsi  olarkən  C.Əliyev  bitkilərin 
fiziologiyası  kafedrasında  laborant  vəzifəsində  işləməyə  başlayır  və  biologiyanın  bu  sahəsini  gələcək  elmi 
fəaliyyəti üçün seçir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını 
bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda 
namizədlik dissertasiyasını müdafiə edir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə 
“Bitkilərin  fotosintetik  fəaliyyəti,  mineral  elementlərlə  qidalanması  və  məhsuldarlığı”  mövzusunda  müdafiə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə