Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   2   3   4   5   6   7   8   9   ...   163

 
 

 
etdiyi  doktorluq  dissertasiyasında  öz  əksini  tapmışdır.  C.Əliyev  elmi  tədqiqat  işlərini  1951-ci  ildən  bu  günə 
kimi Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin fiziologiyası və 
biotexnologiya)  və  1971-ci  ildən  paralel  olaraq  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Botanika 
İnstitutunda  yaratdığı  məhsuldarlıq  proseslərinin  molekulyar-genetik  əsasları  (indiki  bioloji  məhsuldarlığın 
fundamental  problemləri)  şöbələrində  aparır.  Altmış  ildən  artıqdır  ki,  Cəlal  Əliyevin  fəal  elmi  yaradıcılığı 
kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının 
tədqiqinə həsr olunmuşdur. 
Elmi cəhətdən əsaslandırılmış buğdanın seleksiyası Azərbaycanda XX əsrin əvvəllərindən geniş vüsət 
almışdır.  Bu  illər  ərzində  Azərbaycanın  bir  çox  bölgələrində  ekspedisiyalar  keçirilmiş,  dörd  mindən  çox 
müxtəlif buğda və digər dənli bitkilər toplanmışdır. Bunlardan istifadə edən seleksiyaçı alimlər bir çox yerli 
buğda sortları yaratmış və istehsalata tətbiq etmişdir. Bununla belə, respublikada 1950-1970-ci illərdə taxılın 
orta  məhsuldarlığı  hər  hektara  0,9-1,2  ton  təşkil  etmiş,  ümumi  istehsal  isə  600-700  min  tondan  çox 
olmamışdır. 
1970-ci illərdən başlayaraq akademik C.Ə.Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə bu sahədə kəskin 
dönüş yarandı. Institutda ilk növbədə geriliyin aradan qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, 
elmi  əsaslı  kompleks  seleksiya  proqramı  hazırlandı.  Bu  proqramın  əsas  məqsədi  ilk  növbədə  Azərbaycan 
Respublikasının  müxtəlif  aqroekoloji  şəraitinə  uyğun,  quraqlığa,  duza,  yüksək  temperatura,  soyuğa,  şaxtaya, 
xəstəlik  və  zərərvericilərə  və  yatmaya  kompleks  davamlı,  kənd  təsərrüfatı  istehsalının  tələblərini  ödəyən 
intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının və 
təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, biokimya, texnologiya, 
genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan mütəxəssislər yaxından cəlb edildi. 
Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, keçən əsrin yetmişinci illərində taxılçılığın intensiv 
üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək məhsuldar və keyfiyyətli buğda 
sortlarına  tələbat  artdı.  Həmin  illərdə  Azərbaycana  bir  çox  ölkələrdən  gətirilən  qısa  boylu  buğda  sortları 
tezliklə yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə tutulurdular. Bu zaman müxtəlif institutlarda, seleksiya 
mərkəzlərində,  bölgə  təcrübə  bazalarında  intensiv  seleksiya  işləri  aparılırdı.  Lakin  yüksək  məhsuldar, 
keyfiyyətli,  xəstəliklərə  və  mühitin  əlverişsiz  amillərinə  davamlı  buğda  sortlarının  yaradılması  nəzəri 
tədqiqatlar aparmaqla seçmə üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac 
duyulurdu. 
1970-ci  illərə  qədər  respublikada  əkinçilik  sahəsində  müəyyən  kadrlar  hazırlansa  da,  elmi-tədqiqat 
işləri  görülsə  də,  taxıl  istehsalını  artırmaq,  əkinçiliyin  digər  problemlərini  həll  etmək  mümkün  olmamışdır. 
Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş yaratmadan, kənd təsərrüfatında 
böhran  keçirən  respublikada  çətinlikləri  aradan  qaldırmaq  mümkün  deyildi.  Ölkənin  misilsiz  milli  sərvəti 
hesab olunan elmi-texniki potensialın yaradılması kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca 
zəruri  idi.  Bu  zərurəti  akademik  C.Ə.Əliyev  elmi  uzaqgörənliyi,  təbii  fitri  istedadı  və  yüksək  intuisiyası  ilə 
hələ xeyli əvvəllər hiss etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi 
ki,  yüksək  istedadlı  gəncləri  elmi  işə  yaxından  cəlb  etməklə,  elmi  əsaslara  istinad  etməklə,  kənd  təsərrüfatı 
istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür. 
Uzaqgörən,  müdrik  akademik  biologiya,  kənd  təsərrüfatı  və  s.  üzrə  fundamental  və  tətbiqi  sahədə 
tədqiqat  aparmağa  qabil  kadrların  hazırlanmasını  ilkin  vəzifələrdən  biri  kimi  qarşıya  məqsəd  qoydu.  Bu 
məqsədə  1972-ci  ildən  başlayaraq  müxtəlif  elmi  sahələr  üzrə  yüksək  ixtisaslı  kadrlar:  bioloqlar,  kimyaçılar, 
aqronomlar,  fiziklər,  riyaziyyatçılar,  mühəndislər,  instituta  cəlb  edilərək  keçmiş  ittifaqın  müvafiq  elmi 
mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilirdi.Akademik 
C.Əliyevin  misilsiz  xidmətidir  ki,  80  nəfərdən  artıq  elmi  işçi  keçmiş  SSRİ-nin  nüfuzlu  elmi  mərkəzlərində 
biofizika,  biokimya,  biotexnologiya,  torpaq  fizikası,  aqrokimya,  molekulyar  biologiya,  genetika,  molekulyar 
genetika,  bitkilərin  fiziologiyası,  aqroekosistemin  riyazi  modelləşdirilməsi,  fotosintetik  proseslərin  riyazi 
modelləşdirilməsi,  radiobiologiya,  texniki  kibernetika  və  informasiya  nəzəriyyəsi,  fitopatologiya,  xəstəliyə 
qarşı  bitkilərin  immuniteti,  quraqlığa  davamlılıq  üzrə  seleksiya,  elektron  hesablama  maşınlarının  tətbiqi  ilə 
təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kurslarını keçmişlər. 
Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla Əkinçilik İnstitutunda 400-dən çox 
yüksək  ixtisaslı  elmi  kadrlar  hazırlandı.  Onlardan  255  nəfəri  dissertasiya  işlərini  müvəffəqiyyətlə  müdafiə 


 
 

 
edərək  elmlər  namizədi  alimlik  dərəcəsi  almış,  o  cümlədən,  bitkilərin  fiziologiyası  şöbəsində  aşağıdakı 
ixtisaslar  üzrə  76  elmlər  namizədi  hazırlanmışdır:  “bitkilərin  fiziologiyası”-32,  “bitkilərin  biokimyası”-12, 
“biofizika”-16, “molekulyar biologiya”-1, “bioüzvi kimya”-2, “radiobiologiya”-4, “mikrobiologiya”-2, “riyazi 
biologiya”-5. Onların 80-nə C.Əliyevin şəxsən özü rəhbərlik etmişdir. Onun bir çox tələbələri MDB-yə daxil 
olan, eləcə də ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi 
Koreya  və  başqa  ölkələrə  dəvət  olunmuş  və  hal-hazırda  orada  müvəffəqiyyətlə  çalışırlar.  Bu  gün  akademik 
C.Əliyevin  dünyanın  aparıcı  elmi  mərkəzlərilə apardığı  danışıqlar  nəticəsində  Əkinçilik  İnstitutunun  bir  çox 
elmi  işçiləri  dəfələrlə  CİMMYT,  İCARDA,  İPGRİ,  İCRİSAT,  İCBA  və  s.  beynəlxalq  təşkilatların  maliyyə 
dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq ixtisasartırma kurslarında təhsil 
almışlar.  Təsadüfi  deyildir  ki,  akademik  C.Əliyev  və  onun  hazırladığı  kadrlar  1993-cü  ildə  bioloji 
məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros 
Fondunun 8 qrantına layiq görülmüşlər. 
Geniş və əhatəli seleksiya proqramı Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal 
Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlandı. Ilk növbədə bu məqsədlə baş qərargahı 
Meksikada  yerləşən  Buğda  və  Qarğıdalının  Yaxşılaşdırılması  üzrə  Beynəlxalq  Seleksiya  Mərkəzinin 
(CİMMYT)  və  keçmiş  Sovetlər  birliyinə  daxil  olan  və  buğdanın  seleksiyası  ilə  məşğul  olan  institutların 
hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu-gen bankı yaradıldı. Bu genofond 
fotosintez əlamətlərinin nəslə keçirilməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar 
olunması və başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə 
olunmağa  başlanmışdır.  Bununla  da  C.Əliyevin  rəhbərliyi  ilə  Azərbaycanda  ilk  dəfə  olaraq  buğdanın 
seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir sözlə, hələ ötən 
əsrin  sonunda  qısaboylu  intensiv  tipli  buğda  sortlarının  məhsuldarlığının  artırılmasına  görə  akademik 
C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsl “Yaşıl inqilab” baş vermiş və bu bütün dünyada 
əks-sədaya  səbəb  olmuşdur.  Buğdanın  seleksiyasında  əsaslı  nailiyyətlərin  əldə  olunması  üçün  nəzəri 
tədqiqatların aparılmasının vacibliyinin qabaqcadan görən akademik C.Əliyev bu istiqamətdə tədqiqatları hələ 
keçən əsrin 70-ci illərdən aparmağa başlamışdır. Buğdanın fotosintez fəaliyyətinin sirrlərini aydınlaşdırmaqla 
bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda 
biologiya  sahəsində  tədqiqatları  inkişaf  etdirməklə  molekulyar  biologiyanın,  gen  biotexnologiyasının 
inkişafının  əsası  akademik  C.Əliyev  tərəfindən  qoyulmuşdur.  Onun  rəhbərliyi  ilə  aparılan  molekulyar 
tədqiqatlar  əsasında  uyğun  fermentlərin  vasitəsi  ilə  buğda  bitkisinin  genom  kitabxanası  yaradılmış,  sintez 
olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları 
alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd 
təsərrüfatı  bitkilərinin  klonal  çoxalma  sxemi  işlənib  hazırlanmışdır.  O  daima  əldə  etdiyi  elmi  nailiyyətləri 
dünyanın müxtəlif ölkələrinin və Beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində 
müzakirəsinə xüsusi diqqət yetirmişdir. 
Akademik  Cəlal  Əliyev  uzun  müddət  aparılmış  nəzəri  və  eksperimental  tədqiqatlarla  fototənəffüs 
hadisəsinin  əhəmiyyətinin  aydınlaşdırılmasına  nail  oldu.  Bu  ideya,  uzun  illər  tarla  şəraitində  müxtəlif  bitki 
genotipləri üzərində aparılan məqsədyönlü  və çoxşaxəli tədqiqatların nəticələrinə əsaslanmışdır. Bunun üçün 
ilk  növbədə  10  min  buğda  genotipini,  xəstəliklərə  və  mühitin  qeyri  əlverişli  amillərinə  (quraqlığa,  torpaq 
şoranlığına və  s.) davamlı  yüksək məhsuldar sortları özündə ehtiva edən zəngin buğda  genofondu  yaradıldı. 
Müəyyən olundu ki, yüksək məhsuldar (7-9t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı 
yüksək fototənəffüs ölçüləri də xasdır. Orta və aşağı məhsuldarlıqlı (3t/ha) genotiplərdə isə əksinə həm CO
2
 
assimilyasiyası,  həm  də  fototənəffüsün  intensivliyi  kiçik    qiymətlərə    malik  olmuşlar.    Aydınlaşdırıldı  ki, 
müxtəlif  məhsuldarlıqlı  genotiplərdə  həqiqi  fotosintezin  fototənəffüsə  olan  nisbəti  orta  hesabla  3:1-dir. 
Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən 
və  məhsuldarlığına  görə  təzadlı  olan  buğda  genotiplərindən  istifadə  edərək,  qaz  mübadiləsinin  intensivliyi, 
karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut 
etdi  ki,  fototənəffüs  təkamüldə  formalaşmış  olan  həyat  əhəmiyyətli  metabolik  prosesdir.  O,  tədqiqatlarda 
alınan  nəticələrə  əasalanaraq  bitkilərdə  məhsuldarlığın  artırılması  üçün  fototənəffüsü  müxtəlif  yollarla 
zəiflədilməsinin  əsassız  olduğunu  bir  daha  sübut  etdi.  Fotosintez  və  fototənəffüsün  əsas  fermentlərinin  – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə