Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   2   3   4   5   6   7   8   9   ...   163

 
 
12 
 
biləcək  buğda  sortlarının  seçilməsi  və  ekoloji  sınaqlarının  keçirilməsi  qarşıda  duran  əsas  vəzifələrdən  biri 
kimi qoyulmuşdur. 
Əkinçilik  institutunun  təcrubə  bazalarında  uzun  illər  morfofizioloji  əlamətlərə  görə  fərqlənən  buğda 
genofondu  əsasında  seleksiya  işlərinin  həm  nəzəri,  həm  də  praktiki  əsaslarının  əlaqələndirilməsi,  stress 
amillərə  davamlı  genotiplərin  yaradılması  üçün  fizioloji  proseslərin  molekulyar  mexanizminin 
aydınlaşdırılması,  hüceyrə-toxuma  seleksiyasının  birgə  tədqiqi  və  bunların  nəticəsində  əldə  olunan 
nailiyyətlərin  təsərrüfatlara  tətbiqi  məsələsinə  qədər  bütün  proseslərin  akademikin  özünün  rəhbərliyi  ilə 
kompleks şəkildə aparılması CİMMYT və İCARDA-nın aparıcı mütəxəssislərində xoş təsüratlar yaratmışdır. 
Akademik  C.Əliyevi  tanınmış  elm  korifeyləri,  Nobel  mükafatı  almış  alimlərlə  bir  sırada  qymuşlar.  
Akademik  C.Əliyevi  hələ  gənc  yaşlarında  tanıyan  Azərbaycanda  dəfələrlə  olan  Rusiya  Elmlər 
Akademiyasının  akademiki  İ.A.Tarçevski  institutda  aparılan  elmi-tədqiqat  işləri  ilə  tanışlığından  sonra 
bildirmişdir ki, yaşıl bitkilərdə fotosintez prosesinin müxtəlif istiqamətlərini hələ də 30 il bundan əvvəl birgə 
öyrənməyə  başlasaq  da,  bu  gün  əldə  edilən  uğurlar  bu  tədqiqatların  Azərbaycanda  nəinki  dərinləşdiyinin, 
dünya  elmi  səviyyəsinə  yüksəldiyini,  həm  də  nəzəri  tədqiqatların  kənd  təsərrüfatında  bilavasitə  tətbiq 
olunmasının, bunun nəticəsində əhalinin güzaranını yaxşılaşdığının şahidi olduğunu vurğulamışdır.  
Ağır  ekoloji  vəziyyət,  o  cümlədən  kənd  təsərüfatı  bitkilərində  toplanan  radioaktiv  parçalanma 
məhsulları  olan  radionuklidlərlə  torpağın  çirklənməsi  ilə  əlaqədar  1970-ci  ildən  uzunömürlü  nuklidlərin 
torpaq-bitki  örtüyündə  paylanma  qanunauyğunluqlarının  öyrənilməsi  C.Əliyevin  daha  bir  tədqiqat 
istiqamətini  müəyyən  etdi.  Bu  elemenitlərin  torpaq-bitki  sistemində  miqrasiya  siklinin  analizi  əsasında 
Azərbaycanın  torpaq-bitki  örtüyündə  sitronsium-90  və  sezium-137-nin  dövranının  ümumi  biogeokimyəvi 
xəritəsi  verilmiş,  bitkilərin  mümkün  çirklənmə  proqnozları  müəyyən  olunmuş  və  bu  hallarda  kənd 
təsərrüfatında  həyata  keçirilməsi  zəruri  olan  praktiki  təkliflər  işlənib  hazırlanmış,  başqa  sözlə,radiasiya 
təhlükəsizliyi tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür. 
Akademik  C.Əliyev  və  onun  rəhbərlik  etdiyi  kollektiv  Beynəlxalq  konqress,  konfrans  və 
simpoziumlarda  elmi  məruzələrlə  fəal  iştirak  etmişlər  və  əldə  olunan  qiymətli  nəticələr  dünyanın  nüfuzlu 
beynəlxalq  dövri  nəşrlərində  çap  olunmuşdur.  Akademik  C.Əliyevin  əldə  etdiyi  elmi  nailiyyətlər  müəllifi 
olduğu,  respublikada  və  xaricdə  nəşr  olunan  500-dən  artıq  elmi  əsərdə,  25  monoqrafiya  və  kitablarda  öz 
əksini tapmışdır. 
Dünyanın  bir  çox  ölkələrinin  beynəlxalq  təşkilatları,  mütəxəssisləri  və  ölkədə  çalışan  tanınmış  elm 
xadimləri əldə  olunan  nailiyyətlərlə tanış  olduqdan  sonra etiraf  etmişlər  ki,  Azərbaycanda  akademik  Cəlal 
Əliyevin  rəhbərliyi  ilə  bu  gün  buğda  tədqiqatları  üzrə  dünyada  güclü  bir  seleksiya  mərkəzi  yaranmışdır. 
Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi ilə müntəzəm olaraq inteqrasiyada olan bu 
mərkəz  daima  dinamik  inkişaf  yolundadır.  Yaradılmış  elmi  baza,  zəngin  taxıl  genofondu,  elmi 
əsaslanldırılmış selekisya proqramı bu mərkəzin əsas hərəkətverici qüvvəsidir.  
 Akademik C.Əliyevin əldə etdiyi elmi nəticələrin və nailiyyətlərin fermer təsərrüfatlarında geniş  yer 
tutması  Müsabiqəli  Qrantlar  Proqramının  həyata  keçirilməsində  də  mühüm  rol  oynamışdır.  Bu  proqram 
akademik  C.Əliyevin  gərgin  zəhməti  və  əvəzsiz  xidmətləri  nəticəsində  «Kənd  Təsərrüfatının  İnkişafı  və 
Kreditləşdirilməsi» (KTİKL) layihəsinin tərkibinə daxil edilmiş və 2000-ci ilin oratlarından Azərbaycanda 
həyata  keçirilməyə  başlanılmışdır.  Bununla  da  ilk  dəfə  bu  proqram  vasitəsilə  Azərbaycan  aqrar  elminə 
sərmayə  qoyulur.  Bu  proqram  vasitəsilə  elmi-tədqiqatların  bilavasitə  fermerlərin  iştirakı  ilə  aparılmasına 
imkan verilməsi ilə bərabər tədqiqat müəssisələrinin maddi-texniki və kadr potensialı gücləndirilir, fermerlər 
isə  yeni mütərəqqi texnologiyalardan istifadə etməklə həm gəlirlərini artırmış, həm də  yüksək  və  səmərəli 
məhsul yetişdirmək vərdişlərini qazanmışlar.  
Bu  proqramdan  əldə  edilmiş  nəticələrə  əsaslanaraq  akademik  C.Ə.Əliyevin  rəhbərliyi  ilə  Kənd 
Təsərrüfatları  Tədqiqatları  Şurası  tərəfindən  Milli  Kənd  Təsərrüfatı  Sisteminin  İslahatı  Strategiyası  işlənib 
hazırlanmışdır. Bu strategiya yüksək hökumət səviyyəsində Dünya Bankının nümayəndələrinin də iştirakı ilə 
müzakirə  edilmiş  və  əsas  fəaliyyət  sənədi  kimi  qəbul  olunmuşdur.  Bu  baxımdan  ilk  addımda,  ölkə  üçün 
prioritet  hesab  olunan  və  əksər  bölgələrdə  müqayisəli  üstünlüyü  olan  buğda,  arpa,  qarğıdalı  və  dənli-paxlalı 
bitkilər sahəsində fəaliyyət göstərməklə, Elmi Tədqiqat Əkinçilik İnstitutunun və onun Tərtər Bölgə Təcrübə 
Stansiyasının  pilot  model  kimi  götürülməsi  və  tam  modernləşdirilməsi  təxirəsalınmaz  vəzifə  olaraq  seçildi. 


 
 
13 
 
Artıq bununla bağlı məsələlər 2 KTİKL çərçivəsində öz müsbət həllini tapmış və hal-hazırda da bu istiqamətdə 
işlər davam etdirilməkdədir.  
Akademik C.Əliyevin elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belorus kənd Təsərrüfatı 
Elmləri  Akademiyaları  1995-1996-cı  illərdə  onu  bu  akademiyaların  xarici  üzvü  seçmişlər.  Ona  təqdim 
olunan diplomlar alimin işinə verilən yüksək qiymət və ehtiramın bariz nümunəsidir. 
C.Əliyev  bir  sıra  beynəlxalq  və  milli  cəmiyyətlərin,  o  cümlədən  Bitkilərin  Molekulyar  Biologiyası 
üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları 
üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya  Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə 
Beynəlxalq  Cəmiyyətin  (1998)  üzvüdür.  Eyni  zamanda  YUNESKO  yanında  «Bioetika,  elmi  bilikilərin  və 
texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azəçrbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar 
Cəmiyyətinin  (1999)  sədridir.  Professor  C.Əliyev  həmçinin  1994-cü  ildən  etibərən  Azərbaycanda 
«Biologiya  Elminin  Yeni  Sahələrinin  İnkişafı»  Fondunun  (BEYSİF)  prezidenti,  Bitki  Genetik  Ehtiyatları 
üzrə  Rəhbər  Komitənin  sədri  və  Genetik  Ehtiyatlar  üzrə  Milli  Proqramın  rəhbəri  (1996),  Yeni  Bitki 
Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin səlahiyyətli nümayəndəsidir (2004). 1995-ci ildən bu günə 
qədər  Milli  Məclisin  deputatı  olan  akademik  C.Əliyev  parlamentdə  təhsillə,  elmlə  və  kənd  təsərrüfatı  ilə 
bağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə fərqlənmişdir. 
Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı əmək bayrağı» (1978, 
1986),  Müstəqil  Azərbaycan  Respublikasının  ən  ali  mükafatı-  «İstiqlal»  (1998)  və  Gürcüstan 
Respublikasının «Şərəf» (2003) ordenləri ilə təltif olunmuşdur.  
Dünya şöhrətli alimin yaratdığı 23 buğda sortu, seleksiya məktəbi, zəngin buğda genofondu,  yazdığı 
qiymətli  əsərlər    Azərbaycan  xalqının  Milli  sərvətidir.  Xalqımız  bilməlidir  ki,  onun  çörəyə  ehtiyacının 
respublika  daxilində  ödənilməsi  üçün  daim  əzimlə  çalışan  akademik  C.Əliyevin  məktəbi  vardır.  Əkinçilik 
İnstitutunun  və  eləcə  də  Aqrar  Elm  Mərkəzinin  və  onun  strukturuna  daxil  olan  digər  elmi  tədqiqat 
institutlarının  kollektivləri  ömrünün  85-ci  baharına  qədəm  qoymuş  akademik  Cəlal  Əliyevin  elmi 
fəalimyyəti  ilə  fəxr  edir.  O,  indiyə  kimi elmin  çətin,  lakin  şərəfli  yollarında  böyük  dünya  elminə  nə töhfə 
veribsə,  doğma  ölkəmiz,  xalqımız,  millətimiz,  insanların  xoş  güzaranı  naminə  etmişdir.  Biz  bu  yorulmaz 
fizioloq-seleksiyaçı  alimin  Azərbaycan  xalqı  üçün  bundan  sonra  da  yaşayıb  yaratmasından  ötürü  ona  ulu 
tanrıdan uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Akademik C.Əliyevin buğdanın seleksiyası 
sayəsində  əldə  etdityi  nailiyyətləri  onun  elmi  fəaliyyətinin  ancaq  bir  hissəsidir.  Biz  böyük  şəxsi  insani 
keyfiyyətlərə malik alimin bitki fiziologiyası, fotosintez, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya 
elminin digər sahələrində eldə etdiyi nailiyyətlərin gələcək nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi 
yaşatmaq,  onu  qoruyub  gələcək  nəsillərə  olduğu  kimi  çatdırmaq  çağdaş  seleksiya  məktəbinin  hər  bir 
üzvünün,  Azərbaycan xalqını müstəqil və qüdrətli  bir dövlət kimi görmək istəyən hər bir vətən övladının 
müqəddəs borcu olmalıdır.    
 
 
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivi adından: 
Ə.C.Musayev, C.M.Təlai, M.Q.Əhmədov 
 
 
 
 
КОРИФЕИ МИРОВОЙ НАУКИ 
АКАДЕМИК ДЖАЛАЛ АЛИЕВ – 
85
 ЛЕТ 
 
УЧЕНЫЙ-ОБОГАЩАЮЩИЙ СОКРОВИЩА МИРОВОЙ БИОЛОГИЧЕСКОЙ НАУКИ 
 
 
Академику Национальной Академии Наук Азербайджана, руководителю отделов Физиологии 
растений и биотехнологии  Института Земледелия МСХ и Фундаментальных проблем биологической 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə