10
fosfoenolpiruvatkarboksilaza və fosfoqlüka- latfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı
təyin edildi.
Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətləri, eləcə də ET Əkinçilik İnstitutunda bu əsasda
yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 24-30 iyul 2011-ci il
tarixdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş beynəlxalq
konfransda təmsil olunan 41 ölkənin xarici elm adamları tərəfindən yüksək dəyərləndirildi.
Konfransda Birləşmiş Krallıqdan Fotosintez tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti
Uilyam Ruzerford, həmin cəmiyyətin sabiq prezidenti Ceyms Barber, Yaponiyadan professor Norio Murata,
ABŞ-dan professor Bob Blankenşip, Almaniyadan professor Qernot Reyncer, Macarıstandan professor Qyozo
Qarab və başqaları akademik Cəlal Əliyevin uzun müddət fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə
olunan nailiyyətlərini yüksək qiymətləndirdilər. Bildirildi ki, professor C.Əliyevin bu illər ərzində əldə etdiyi
bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elmi də bəhrələnəcək.
Bu baxımdan akademik Cəlal Əliyevin 2012-ci ildə NyuYorkda Dioqo F.Neves və Joao D.Sanzın
redaktorluğu ilə çap olunan “Quraqlığa dair yeni tədqiqatlar” kitabında dərc olunan “Quraqlığa davamlı buğda
(
Triticum L.) genotiplərinin fizioloji və molekulyar əsasları”, İsveçdə “Fiziologiya Plantarum” jurnalında nəşr
olunan “Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı” məqalələrində qaldırılan
məsələlər və 40 ildən artıq bir dövr ərzində əldə olunan mühüm nəticələr dünya elmi ictimaiyyətinin böyük
marağına səbəb oldu.
Artıq keçən əsrin 80-ci illərin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik
C.Ə.Əliyev “İdeal buğda” bitkisinin modelini hazırlamış və onun testləri əsasında seleksiya materiallarının
seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və
əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial
imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı
təyin edən prinsiplər müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli
buğda hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında
ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya
Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan
ekoloji
sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılmış Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23,
Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə
respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi
kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq
üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək
məhsuldarlığına görə bu sortu Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar
vermişlər. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu
sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik
İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək məhsuldar
taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib hazırlanmış elmi
əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu sortlardan optimal şəraitdə
hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda yaradılmış sortların
əksəriyyəti məhz bu modelin
testləri əsasında həyata vəsiqə almışdır. Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin, ilkin
seleksiya materiallarını qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və
hərtərəflidir. O daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir
mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Baxmayaraq ki, buna 80-ci illərin
axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş, Əkinçilik İnstitutunun rəhbərliyi
dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır.
Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq Əkinçilik İnstitutunda
başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirərək, onları ruhdan
düşməyə qoymamışlar. Respublikamızın taxıla olan tələbatına və o, illərdə süni surətdə yaradılmış blokadanı
yaxşı başa düşən akademik tezliklə taxıl istehsalını artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə
göndərmişdi. Çox təəssüflər ki, o zaman belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala
bilməmişdir. Çətinliklərə baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul
11
vermək potensialına malik olan “Mirbəşir 50”, “Tərtər” və “Vüqar” bərk buğda sortları rayonlaşmış və
seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir.
Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının
yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və
zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda də nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik
olmalı idi. Məhz akademik C.Əliyevin son iyirmi beş ildə seleksiya proqramında inkişaf etdirdiyi
istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin alınmasında yerli buğda sortlarından
istifadə
olunmasına böyük üstünlük verildi. Xalq seleksiya tərəfindən seçilmiş «Qaraqılçıq», «Qırmızı buğda», «Sarı
buğda», «Ağ buğda», «Şərq» və başqa Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə
uyğunlaşan davamlı buğda genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər yaradıldı.
Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığı Əkinçilik İnstitutunda fəaliyyət
göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində sınaqdan
keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatların nəticəsində alınmış quraqlığa davamlı
«Bərəkətli 95» bərk buğda sortu ilə yanaşı «Əzəmətli 95», «Qobustan» və «Ruzi 84» yumşaq buğda sortlarının
əkin sahəsi respublikanın quraq dəmyə regionlarında artmaqdadır. Bu tipli bir çox hibrid formaların tarla
şəraitində suvarma rejimindən asılı olaraq fizioloji xüsusiyyətlərinin öyrənilməsi yeni quraqlığa davamlı
hibridlərin seçilməsinə zəmin yaratdı. Təsədüfi deyildir ki, Əkinçilik İnstiututunun təcrübə bazalarında
akademik C.Əliyevin kompleks seleksiya proqramını Beynəlxalq təşkilatlarda aparılan seleksiya işləri ilə
müqayisə edən CİMMYT-in bərk buğdanın seleksiya proqramının rəhbəri doktor H.Pfeyfer bu tip plastik
sortların hələ onların təşkilatında yaradıla bilmədiyini etiraf etmişdir. Yaradılmış «Bərəkətli 95» bərk buğda
sortunun şaxtaya və quraqlığa davamlılığı, yüksək keyfiyyəti, yüksək məhsul vermək qabiliyyətini bir
genotipdə cəmləşməsinə heyran olduğunu gizlətməmişdir.
Əkinçilik İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri də buğdanın
seleksiyası üzrə dünyada məhşur olan CİMMYT və Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları
Beynəlxalq Mərkəz (İCARDA) ilə aparılan birgə tədqiqatlardır. Akademik həmin təşkilatlarla birgə
əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildən başlayaraq CİMMYT və İCARDA-nın mərkəzi
Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiriciləri bir qayda olaraq Azərbaycanda səfərdə olurlar. Əkinçilik
İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan
sonra, onlar burada seleksiya işlərinin beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik
C.Əliyevin mütərəqqi seleksiya proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan
tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda
taxıl sortlarının seleksiyasının yüksək səviyyəsi CİMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan
birgə əməkdaşlıq haqqında protokol 1996-cı ildə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq mütəmadi
qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CTMMYT
və İCARDA təşkilatlarından Azərbaycana gönlərilməyə başlanılmışdır. Bu ənənə bu gün də davam edir.
Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilərək yeni yerli hibrid nəsillərin
yaradılması üçün istifadə olunur.
Akademik C.Əliyev vaxtaşırı olaraq hər il institutun təcrübə bazalarında olur, tədqiqatların gedişinə
şəxsən nəzarət edir, öz dəyərli məsləhətlərini verir. Onun son illərdə müntəzəm olaraq institutun
bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortları seçməsi
artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik Əzəmətli
95, Qobustan, Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızı gül1 yumşaq buğda sortlarının sürətlə istehsalata
tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. Eyni zamanda
perspektivli olan Qızıl buğda, Ləyaqətli 80, Zirvə 80, Yeganə, Şəfəq 2, Pirşahin 1 və Günəşli yumşaq buğda
sortları SNSMDK-da sınaqdadır. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində
sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli
yerləşdiyindən vegetasiya müddətində uzun müddət fotosintetik fəaliyyətdə olmasıdır. Akademik C.Əliyev
son illərdə seleksiyaçı alimlərin iştirakı ilə keçirilən beynəlxalq səyyar seminarlarda seleksiya proqramının
yeni istiqamətlərini şərh edərəkən qeyd etmişdir ki, artıq respublikada geniş əkin sahəsi tutan buğda
sortlarının optimal becərmə şəraitində hektardan 6-8 ton dən məhsulu almaq imkanı vardır. Bu tip sortlar
təcrübə sahələrində çoxdur. Artıq bu genitopilərdən iki dəfə çox, hektardan 10-12 ton dən məhsulu verə