123
2. А.А.Созинов, Ф.А.Попереля. Полиморфизм глиадина и возможности его
использования. Растительные белки и их биосинтез. М.: Наука, 1975: 65-76.
3. А.А.Созинов. Полиморфизм белков и его значение в генетике и селекции. М.: Наука,
1985.
4. А.В.Конарев, В.Г.Конарев, Н.К.Губарева, Т.И.Пенева. Белки семян как маркеры в
решении проблем генетических ресурсов растений, селекции и семеноводстива.
«Цитология и генетика», 2000, т.34, № 2, с. 91-104.
5. Э.Б.Алиев, З.А.Мамедов, Д.М.Талаи, А.Д.Мусаев, К.К.Алиева. Генетическая
паспортизация сортов мягких и твердых пшениц Азербайджанской местной селекции. В
жур. «Аграрная наука Азербайджана». Баку, 2006, №7-8, с.60-61.
6. Э.Б.Алиев, З.А.Мамедов. Генетическая паспортизация – надежная гарантия познания
генотипов. «Проблемы прикладной биологии». Материалы Республиканской научной
конференции, БГУ, 2007, с.115-116.
7. Ахундова Э.М. Экологическая генетика. Баку, «Тахсил», НПМ, 2004, 263 с.
8. См. сайт http://for-ua. сom/ukraine /2007/11/15/143640.html.
9. E.B.Əliyev, Z.A. Məmmədov. Genetik pasportlaşdırmanın seleksiya prosesində rolu.
Azərbaycan Aqrar Elmi jurnalı, №3, Bakı-2008 s. 34-36.
10.Биологические
особенности
кукурузы
http://www.sadyk.ru/zlaki/biologicheskie-
osobennosti-kukuruzi.
11. Биология кукурузы http://www.agrocounsel.ru/biologiya-kukuruzy
12. КУКУРУЗА http://dic.academic.ru/dic.nsf/enc_colier/6914
13. Qarğıdalı. http://az.wikipedia.org/wiki/Qarğıdalı.
H.R.Məmmədova, E.B.Əliyev, С.M. Təlai
AZƏRBAYCANIN QARĞIDALI QENOFONDUNUN SORT VƏ HİBRİD XƏTLƏRİNİN
SELEKSİON-GENETİK PASPORLAŞDIRILMASININ PERSPEKTİVLƏRİ
Azərbaycan Elmi Tədqiqat Əkinçilik Institutu
Hazırki məqalədə ME Akademiyasının Genetik Ehtiyatlar İnstitutu tərəfindən təqdim olunan
490 sort və hibridlərdən ibarət qarğıdalı qenofondunun bəzi əlamətlərə görə öyrənilməsi ilə
bağlı tədqiqat işlərinin nəticələri verilmişdir. Tədqiq olunan hər bir sortun cücərmə faizi,
çiçəkləmə vaxtı, mum yetişmə və ümumi vegetasiya dövrü, bitkinin hündürlüyü, bitkilərdə
qıcaların sayı, qıcalarda dənlərin sayı və dənin rəngi kimi təsərrüfat əhəmiyyətli əlamətlər
öyrənilmişdir. Sadalanan əlamətlər üzrə genotiplərin ilkin pasportlaşdırılması aparılmışdır.
Açar sözlər: qarğıdalı, genofond, sort, hibrid xətt, genetik pasport
H.R.Mammadovа, E.B.Aliyev, J.M.Talai
PERSPЕCTIVE OF SELECTIVE-GENETICAL PASSPORTISATION OF MAIZE
VARIETIES AND HYBRIDS BELONGING TO AZERBAIJAN MAIZE GENOFOND
Azerbaijan Research Institute of Crop Husbandry
In this article there have been listed the results of research of some features of Azerbaijan
maize genе fоnd consisting of 490 varieties and hybrids which were given kindly by the
authorities of the Institute of Genetic Resources at Azerbaijan National Academy of Sciences.
Each genetical type was studied according to economic data such as germination percentage,
blossoming time, wax
ripeness and vegetation period,
height of plants,
the number of maize-cobs
124
per plant, the number of grains per cob and the colors of the grains. Preliminary passportisations
of genotypes have been conducted according to the features listed above.
Key words: maize, genefoond, variety,
hybrid line,
genetic passport
UOT 633.1
DÜZƏN QARABAĞIN SUVARMA ŞƏRAİTİNDƏ İNTRODUKSİYA OLUNMUŞ
İKİNCİ NƏSİL (F
₂
) YUMŞAQ BUĞDA HİBRİDLƏRİNİN MƏHSULDARLIQ
ELEMENTLƏRİNİN TƏDQİQİ
B.B.NƏZƏROV
(Dissertant)
Azərbaycan Elmi Tədqiqat Əkinkçilik İnstitutu, Az4351, Zolgörən kəndi,Tərtər BTS
Məqalədə Beynəlxalq Mərkəzlərdən (CİMMYT, İCARDA) introduksiya olunmuş payızlıq
yumşaq buğda hibridlərinin suvarma şəraitində tədqiqinə dair nəticələr qeyd olunmuşdur. Belə
ki, ikinci nəsil hibridlərdə standartlarla müqayisəli şəkildə məhsuldarlıq elementləri
müəyyənləşdirilmiş transqressiv əlamətlərə malik xətlər seçilmişdir.
Açar sözlər: seleksiya, hibrid , pitomnik, introduksiya,transqressiya
Dünya əhalisinin ərzaq təhlükəsizliyinin təminatı dünya siyasətinin iqtisadi sahədə mühüm
istiqamətlərindən biridir. Bu sahədə əsas prioritet rol kənd təsərrüfatının, xüsusəndə taxılçılığın
üzərinə düşür. Dünyada eləcədə Respublikamızda taxılçılığın inkişaf etdirilməsi, onun
məhsuldarlığının yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması kənd təsərrüfatının əsas
prioritet istiqaməti olmaq etibarı ilə hər bir ölkənin iqtisadi təhlükəsizliyini təmin edilməsində
mühüm rola malikdir.
Məhsuldarlığın yüksəldilməsi üçün iqtisadi cəhətdən ən səmərəli tədbirlərdən biri
seleksiya yolu ilə daha məhsuldar, yatmaya və xəstəliklərə qarşı davamlı, yüksək dən
keyfiyyətinə malik ekoloji baxımdan plastik yeni sortların yaradılmasıdır. Ölkəmizdə seleksiya
yolu ilə bir çox buğda sortları yaradılmışdır, bunlar qısa müddətdə geniş sahələrdə yayılaraq
əlverişli şəraitdə əvvəlki sortlara nisbətən daha çox məhsuldar olmaqları ilə fərqlənmişlər.
Hazırda bizim apardığımız təcrübələrdə də əsas məqsəd, taxılçılığın inkişaf proqramına
əsasən Beynəlxalq Mərkəzlərdən (CIMMYT, İCARDA) introduksiya olunmuş hibrid
nümunələri
üzərində dərin tədqiqat işləri apararaq müasir əkinçiliyin tələblərinə cavab verən, yüksək
məhsuldarlığa və keyfiyyətə malik, xəstəlik və zərərvericilərə davamlı, ideal buğda modelinə
uyğun yeni buğda sortlarını yaratmaqdır. Təcrübələr Qarabağ bölgəsinin suvarma şəraitində,
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında həyata keçirilmişdir.
Təcrübələrin həyata keçirildiyi ərazidə çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yayılmışdır,
bu torpaqların aşağıdakı yarımtiplərinə rast gəlinir: gilli zəif şorakətləşmiş çəmən boz qəhvəyi
(şabalıdı), ağır gillicəli zəif şorakətləşmiş çəmən boz qəhvəyi (şabalıdı) və orta gillicəli zəif
şorakətləşmiş çəmən şabalıdı. Torpaqların qranilometrik tərkibi gilli və ağır gillicəlidir. Qarabağ
düzünün torpaqlarının 80-90%-i hidroliz olunan azotla zəif, mənimsənilən fosforla çox zəif və
zəif, 10-20%-i azot və fosforla orta və çox az hissəsi yəni 30%-i mübadiləvi kaliumla yaxşı
təmin olunmuşdur [1,2,3].
Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti, yarımsəhra və quru steplər iqlimi tipinə
aiddir. Zona üzrə orta illik temperatur 13,3-14,5°C arasında dəyişir, qış mülayim keçir, belə ki,
ilin ən soyuq ayı olan yanvarın orta aylıq temperaturu 2,0°C, ən isti ayın (iyul) orta aylıq