Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə52/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

149 

 

24 Aprel - Xalq artisti İsmayıl Osmanlının anadan olmasının  115 illiyi,  



                 (1902-1978) 

 

İsmayıl  Osman  oğlu  Osmanlı  Nuxada  (Şəki),  kasıb 



ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından 

yetim  qalan  İsmayıl  Şəki  İpək  Fabrikində,  dabbaqxanada 

işləyib.  1920-ci  ildə  rayondakı  Fəhlə-kəndli  klubunun  dram 

dərnəyinə  üzv  yazılıb.  1922-ci  ildə  Gəncəyə  köçüb  və  6  il 

buradakı  həvəskarlar  teatrında  çalışıb.  1928-ci  ildə  Tiflis 

Azərbaycan  Dram  Teatrına  dəvət  alıb.  1929-cu  ildə  Bakıya 

gələrək  Milli  Dram  Teatrının  truppasına  qəbul  olunub  və 

həyatının sonuna qədər burada işləyib. 

  

İsmayıl  Osmanlı  dram  və  faciə  janrında  xarakterik  obrazların,  dramatik 



pyeslərdə  yumorlu surətlərin, həm  də komediyalarda  məsxərəli  və satirik  rolların 

ifaçısı  olub.  Əsas  rolları  bunlardır:  Keçəl  Aslan,  Fon  Hols,  Şaliko  ("Xanlar", 

"İnsan"  və  "Vaqif",  Səməd  Vurğun),  Əmrah  ("Pəri  cadu",  Əbdürrəhim  bəy 

Haqverdiyev),  Şeyx  Hadi,  Vali,  Şakro  ("Şeyx  Sənan",  "Səyavuş"  və  "Knyaz", 

Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş 

("Qatır  Məmməd",  Zeynal  Xəlil),  Nikita  Pavloviç  ("Qızıl  çeşmə",  Qurban 

Musayev),  Məşədi  Cəfər  ("Dağılan  tifaq",  Əbdürrəhim  bəy  Haqverdiyev),  Mirzə 

Qərənfil,  Zakir,  Əhməd bəy,  Xəlil,  Qasım  ("Xoşbəxtlər",  "Aydınlıq", "Küləklər", 

"Əliqulu  evlənir"  və  "Nişanlı  qız",  Sabit  Rəhman),  Mirzə  Heydərqulu,  Şəkinski, 

("Həyat"  və  "Kəndçi  qızı",  Mirzə  İbrahimov),  Koxa  Məmməd  ("Qaçaq  Nəbi", 

Süleyman  Rüstəm),  Məşədi  Oruc,  Hacı Naib  ("Ölülər" və "Dəli  yığıncağı",  Cəlil 

Məmmədquluzadə),  Xaspolad,  Mirzə  Cavad  ("Oqtay  Eloğlu"  və  "Aydın",  Cəfər 

Cabbarlı),  Kefli  Bəşir  ("Bahar  suları",  İlyas  Əfəndiyev),  Cəbi  ("Hacı  Qəmbər, 

Nəcəf  bəy  Vəzirov),  Səfər  bəy  ("Hacı  Qara",  Mirzə  Fətəli  Axundzadə),  Əşrəf 

("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), 

Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr 

Şteyn),  Baş  senator,  Feste,  Gilderstern  ("Otello",  "On  ikinci  gecə"  və  "Hamlet", 

Vilyam  Şekspir),  Krutitski,  Tixon  və  karandışev  ("Müdriklər",  "Tufan"  və 

"Cehizsiz qız", Aleksandr Ostrovski).  

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər 

naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl 

dost"  (Usta  Şirəli),  "Yenilməz  batalyon"  (Yusif),  "Mən  ki  gözəl  deyildim"  (Poçt 

müdiri),  "26-lar"  (Şahbazov),  "Ulduzlar  sonmür"  (Hacı  Zeynalabdin  Tağıyev), 

"Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.  

  

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti, 21 



iyul 1949-cu ildə Xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına 

layiq görülüb.  

İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri Xiyabandadır. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 



150 

 

28 Aprel -  Xalq artisti, aktrisa Məhluqə Sadıqovanın anadan olmasının  



                   100 illiyi, (1917-2003) 

 

Məhluqə Ələsgər qızı Sadıqova Şuşa şəhərində doğulub. 

Beş  il  buradakı  1  saylı  qız  məktəbində  oxuyub.  1930-cu  ildə 

ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı sovet məktəbində 

yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun 

diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram 

dərnəklərində  məşğul  olub.  Məhluqə  Sadıqova  1936-cı  il 

sentyabr  ayının  27-də  Akademik  Milli  Dram  Teatrının 

truppasına  götürülüb.  Aktrisa  54  il  bu  teatrda  çalışıb.  1992-ci 

ildə  yenicə  yaradılan Bakı  Bələdiyyə  Teatrında aktrisalıq  edib. 

Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından 

biri  olub.  Öz  oyununda  xarakterik  ifadə  vasitələrinə  üstünlük  verən  Məhluqə 

Sadıqova  AMDT-də  Nadya,  Pəri,  Yaxşı,  Gülüş,  Turac,  Sona  ("Oqtay  Eloğlu", 

"Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), 

Süd  ("Göy  quş",  Moris  Meterlink),  Qiasinta  ("Skapenin  kələkləri",  Jan  Batist 

Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy 

Haqverdiyev),  Hərəmxana  qarısı,  Fitnə, Mehriban  ("Vaqif", "Fərhad və  Şirin" və 

"Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr 

Ostrovski),  Zəhra  ("Şeyx  Sənan",  Hüseyn  Cavid),  Paulina  ("Qış  nağılı",  Vilyam 

Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", 

Bernard  Şou),  Nata  xanım  ("Nazirin  xanımı",  Branislav  Nuşiç),  Pəri  xanım 

("Lənkəran  xanının  vəziri",  Mirzə  Fətəli  Axundzadə),  Dolores  ("Qadın  faciəsi", 

Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər 

ailəsi",  İlyas  Əfəndiyev),  Ana  ("Şöhrət  və  ya  unudulan  adam",  Nazim  Hikmət), 

Sofiya  ("Daş  qartal",  Pavel  Malyarevski),  Klavdiya  Vasilyevna  ("Şadlıq 

sorağında", Viktor Rozov) rollarını ifa edib.  

   Üslub  və  forma,  məzmun  və  mahiyyət,  estetik  dəyər  və  psixoloji  tutum 

baxımından  bütün  janrlarda  hazırlanmış  tamaşalarda  iştirak  edib.  Lakin  əsas 

uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlist 

diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük 

gətirib.  Məhluqə  Sadıqova  21  iyul  1949-cu  ildə  Azərbaycan  SSR-in  Əməkdar 

artisti  və  10  yanvar  1978-ci  ildə  Azərbaycan  SSR-in  Xalq  artisti  fəxri  adlarına 

layiq görülüb. Aktrisa 2000-ci il avqust ayının 15-də Bakıda vəfat edib. 

Filmoqrafiya:  “Bakıda  küləklər  əsir‖  (film,  1974),  ―Əgər  bir  yerdəyiksə‖  (film, 

1975),  ―İşarəni  dənizdən  gözləyin‖  (film,  1986),  ―Mücrü‖  (film,  1973),  ―Onun 

bəlalı  sevgisi‖  (film,  1980),  ―Sehrlənmiş  küpə‖  (film,  1979),  ―Yeddi  oğul 

istərəm...‖ (film, 1970), ―Yenilməz batalyon‖ (film, 1965) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə