Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
1.7.2. bank və xarici bankın yerli filialı dövlət qeydiyyatına alındıqdan sonra bank
lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılmasını əhatə edən ikinci
mərhələ.
1.8. Bank lisenziyaları və icazələrin alınması üçün müraciətlərə “Banklar haqqında”
Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılır.
2. Bank lisenziyasının alınması üçün ilkin müraciət
2.1. Bank lisenziyasının alınması üçün ilkin müraciət (Əlavə N 1) bankın bütün təsisçiləri
tərəfindən və ya onların müvafiq qaydada vəkil etdikləri şəxs tərəfindən imzalanır və imza
(imzaları) notariat qaydasında təsdiq olunur. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:
2.1.1. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında
təklif edilən hər bir səhmdarın payı haqqında məlumat;
2.1.2. bankın səhmlərini əldə edəcək hər bir sahibi üçün:
2.1.2.1. Həmin sahib hüquqi şəxs olduqda:
2.1.2.1.1. onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, onun digər
təşkilatlarda mühüm iştirak paylarını, habelə onun kapitalında digər şəxslərin mühüm iştirak
paylarını göstərən məlumat (Əlavə N 4);
2.1.2.1.2. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə
orqanının qərarı (protokoldan çıxarış və ya notariat qaydasında təsdiq edilmiş surəti);
2.1.2.1.3. azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son
maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarının
(balansın, mənfəət və zərər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti haqqında hesabat)
və auditor rəyinin (rəylərinin) əsilləri və ya notariat qaydasında təsdiq edilmiş surətləri;
2.1.2.2. Həmin sahib xarici hüquqi şəxs olduqda:
2.1.2.2.1. bu Təlimatın 2.1.2.1-ci yarımbəndində nəzərdə tutulan məlumat (Əlavə N 4);
2.1.2.2.2. onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə
(əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı
(balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) və
auditor rəyi;
2.1.2.3. Həmin sahib fiziki şəxs olduqda:
2.1.2.3.1. onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və
ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət
növünü, habelə digər təşkilatlarda onun mühüm iştirak paylarını göstərən məlumat (Əlavə N
5);
2.1.2.3.2. şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin notariat
qaydasında təsdiq edilmiş surəti;
2.1.2.3.3. məşğuliyyət növünü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş
surəti;
2.1.2.4. Həmin sahib əcnəbi olduqda – bu Təlimatın 2.1.2.3-cü yarımbəndində nəzərdə
tutulan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının
müsbət tövsiyələri (bu şəxslə hansı vaxtdan işgüzar münasibət yaratdığını və maliyyə
vəziyyətini xarakterizə edən müsbət göstəriciləri əks etdirməlidir) və/və ya bank
hesablarından çıxarışlar;
2.1.2.5. bankda təklif edilən mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:
2.1.2.5.1. onun icra orqanlarının rəhbərlərinin siyahısı;
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
2.1.2.5.2. hər rəhbər üçün onun tərəfindən imzalanmış və imzası notariat qaydasında
təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə N 7);
2.1.2.5.3. Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;
2.1.2.5.4. əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna
daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda
mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqqında məlumatlar (sərbəst
formada ətraflı və dürüst şəkildə tərtib olunmalı, fiziki və hüquqi şəxslərin adları ixtisarsız
yazılmalıdır);
2.1.2.5.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun
tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş, vətəndaş qüsursuzluğuna
dair ərizə (Əlavə N 7);
2.1.2.5.6. Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin
müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı
barədə verilmiş arayış;
2.1.2.5.7. bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə
orqanlarının formalaşdırılması haqqında bütün təsisçilər tərəfindən imzalanmış qərarın (Əlavə
N 8) notariat qaydasında təsdiq edilmiş surəti və bankın təsisçiləri və ya onların səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi.
2.1.2.5.8. bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati
strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını
(balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında)
müəyyənləşdirən biznes-plan (Əlavə N 9);
2.1.2.5.9. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə
ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti
haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş
anket (Əlavə N 6), bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı
və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə (Əlavə N 7);
2.1.2.5.10. İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət
orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş
arayış;
2.1.2.5.11. xarici bank və ya xarici bank holdinq şirkəti yerli törəmə bank təsis etdiyi
halda bu Təlimatın 2.3-cü bəndində göstərilmiş sənədlər;
2.1.2.5.12. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən
sənəd.
2.2. Xarici bankın yerli filialının açılmasına dair ilkin müraciətə (bankın səlahiyyətli şəxsi
tərəfindən imzalanmalıdır) aşağıdakı sənədlər əlavə olunur:
2.2.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının
qərarının notariat qaydasında təsdiq edilmiş surəti;
2.2.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;
2.2.3. əgər bank şirkətlər qrupuna daxildirsə, bu qrup haqqında məlumatlar, o cümlədən
qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin
inzibatçıları haqqında məlumatlar (sərbəst formada ətraflı və dürüst şəkildə tərtib olunmalı,
fiziki və hüquqi şəxslərin adları ixtisarsız yazılmalıdır);