6.1.4.2.З.
İslam Konfransı Təşkilatının Onuncu Sessiyasında
Mədəniyyət və Sosial Məsələlər üzrə
qəbul edilmiş Məruzələr və
Qətnamələr (Ummanın tərəqqisi naminə
Bilik və Mənəviyyat
sessiyası)
Putrajaya, Malayziya
20-21 Şaban 1412H (miladi tarixi ilə 16-17 Oktyabr 2003-cü il)
Mənəviyyat və islam məsələləri üzrə Qətnamələr.
(çıxarış)
Hicri tarixi ilə 20-21 Şaban 1412H (16-17 Oktyabr 2003-cü ildə)
Putrajaya, Malayziyada keçirilmiş İslam Konfransı Təşkilatının
Onuncu Sessiyası (Ummanın tərəqqisi naminə Bilik və Mənəviyyat
sessiyası),
İslam Konfransı Təşkilatı Nizamnaməsinin prinsiplərinə və
məqsədlərinə istinad edərək;
İslam Konfransı Təşkilatının Zirvə Görüşlərində (Sammitlərində)
və digər orqanlannın islaslannda, xüsusən Doqquzuncu İslam
Konfransı Təşkilatının Zirvə Görüşündə (Sammitində) qəbul olunmuş
qətnamələrə istinad edərək;
Həmdə Baş Katibin Mədəniyyət və Sosial məsələlər üzrə
məruzəsini araşdınb;
aşağıdakı məsələlərə aid qətnamələr qəbul etdi:
Mədəniyyət məsələləri:
(j) Ermənistan Respublikasının Azərbaycan Respublikasına
qarşı
təcavüzü
nəticəsində
Azərbaycanın
işğal
olunmuş
ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi
və dağıdılması 1
1 .Azərbaycanın işğal olunmuş ərazilərində İslam irsinin tam məhv
edilməsinə
yönəlmiş
Azərbaycan
Respublikasında
emıəni
təcavüzkarlarının törətdiyi vəhşi aktları qətiyyətlə pisləyir;
2.Ermənistan Respublikasından BMT Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 nömrəli qətnamələrinin ciddi və qeyd-şərtsiz
232
yerinə yetirilməsini qəti şəkildə tələb edir;
3.
Hərbi təcavüzə son qoyulmasına, onun nəticələrinin aradan
qaldırılmasına və “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qo
runması haqqında” 1954-cü ildə Haaqada imzalanmış Konvensiyanın
müvafiq bəndlərində ifadə olunmuş öhdəliklərinə əməl edilməsinə
yönəlmiş Azərbaycanın beynəlxalq təşkilatlarda səylərinə öz dəstəyini
qeyd edir. Bu bəndlər nəzərdə tutur ki, hərbi münaqişə başlayan yerdə
işğal olunmuş ərazilərdən dəyərli mədəni sərvətlərin qaçaqmalçılığın
qarşısının alınmasına dair dövlətlər öhdəliklər daşıyırlar. Bundan əla
və, hökumətlər oğurluğun və hər bir soyğunçuluq növünün, (təcavüzə
bərabər tutulan) mədəni sərvətlərin qanunsuz pozulmasının və həmdə
yuxanda göstərilən sərvətlərə əvəzoluna bilməyən zərərin vurulması
nın qadağan edilməsi üzrə öhdəlik daşıyırlar. Onlar zərurət olduğu hal
da belə hərəkətlərin və yabelə hərəkətlərin nəticələrinin qarşısının alın
masında tam qətiyyətlidirlər.
4.
Təsdiqləyir ki, Azərbaycanın ona vurulmuş zərərə görə adekvat
ödəmə almaq hüququna malikdir və hesab edir ki, belə zərərin tam
ödənilməsinə görə Ermənistan Respublikası məsuliyyət daşıyır.
5.
İKT müvafiq törəmə orqanlarından və ixtisaslaşdırılmış təşkilat
larından xahiş edir İKT üzv dövlətlərin köməyi ilə işğaldan azad
edilmiş Azərbaycan ərazilərində məscidlərin, təhsil müəssisələrinin,
kitabxanaların və muzeylərin yenidən tikilməsində kömək etmək üçün
proqramın tərtib edilməsi imkanını öyrənsin.
6.
Baş Katibi, bu məsələyə dair İKT üzv dövlətlərin mövqeyini
BMT-yə, ATƏT-ə və digər beynəlxalq orqanlara çatdırdığına və İKT
törəmə, ixtisaslaşdırılmış və assosiativ orqanları çərçivəsində görül
müş prosedurların koordinasiya edilməsinə görə təşəkkür edir. O,
həmdə, bu orqanlara və təşkilatlara onların cavablarına, xüsusən İDB
və İSESC'O tərəfindən Azərbaycan Respublikasında İslamın müqəddəs
yerlərini müdafiə etmək layihələrinin həyata keçirilməsi üzrə proq
ramları qəbul etməsinə görə öz minnətdarlığını bildirir.
233