Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

6

İxtisarların siyahısı: 



DNT 

 – dezoksiribonuklein turşusu 



ELISA  

– 

Enzyme-linked Immunosorbent Assay  

 (immunoferment analizi) 

XBT-10 

 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



İFA 

 – immunoferment analizi 



İFR 

 – immunoflüoressensiya reaksiyası 



İgG 

 – immunoqlobulin G 



İgM 

 – immunoqlobulin M 



İİV 

 – insan immunodefisiti virusu 



MPR  

– 

mikropresipitasiya 



reaksiyası 

PHA  

– 

Passive hemagglutination assay (passiv  

 hemaqqlütinasiya reaksiyası) 

PZR 

 – polimeraz zəncir reaksiyası  



RKT 

 – randomizasiya olunmuş klinik tədqiqat 



RPR  

– 

rapid plasma reagin test (sürətli plazma reaginləri  

 testi) 

TPHA  

– 

T. pallidum haemagglutination assay (T. pallidum  

 hemaqqlütinasiya reaksiyası) 

TRUST  

– 

Toluidin Red Unheated Serum Test (toluidin  

 qırmızısı və qızdırılmamış zərdab testi) 

VDRL  

– 

Venereal Disease Research Laboratory test 



ÜST 

 – Ümumdünya Səhiyyə Təşkilatı 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

7

Protokol həkim-dermatoveneroloqlar,  seroloji laboratoriyalarda 



çalışan həkim-laborantlar üçün nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: sifilis xəstəliyi olan və ya bu xəstəliyə  şübhəli 

olan böyük və uşaq yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 

Diaqnostik metodları  şərh etməklə, ilkin tibbi yardım 



səviyyəsində bu metodların tətbiqini həyata keçirmək. 

 



Dövlət tibb müəssisələrində  və özəl sektorda aparılan laborator 

diaqnostik metodların düzgün yerinə yetirilmə qaydalarını  və 

ardıcıllığını təmin etmək. 

ÜMUMİ MÜDDƏALAR 

Sifilis – insanın infeksion xəstəliyi olub, solğun treponem 

(Treponema pallidum) tərəfindən törədilir. Xəstəlik çox zaman cinsi 

yolla keçir və dalğavarı gedişlə xarakterizə olunur, bu zaman kəskin 

dövrlər uzun müddətli gizli dövrlərlə əvəz olunur. 

Sifilis  anadangəlmə və qazanılmış ola bilər. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

A50 Anadangəlmə sifilis 

A50.0   Simptomlu erkən anadangəlmə sifilis. 

A50.1   Gizli erkən anadangəlmə sifilis.  

A50.2   Dəqiqləşdirilməmiş erkən anadangəlmə sifilis. 

A50.3   Gözlərin gecikmiş anadangəlmə sifilislə zədələnməsi. 

A50.4   Gecikmiş anadangəlmə neyrosifilis (yuvеnil neyrosifilis) 

A50.5   Gecikmiş anadangəlmə sifilisin simptomlu digər formaları. 

A50.6   Gecikmiş gizli anadangəlmə sifilis.  

A50.7   Gecikmiş dəqiqləşdirilməmiş anadangəlmə sifilis. 

A51 Erkən sifilis 

A51.0   Cinsi orqanların birincili sifilisi 

A51.1   Anal dairənin birincili sifilisi. 

A51.2   Digər lokalizasiyalı birincili sifilis.  

A51.3   Dəri və selikli qişaların ikincili sifilisi. 

A51.4   İkincili sifilisin digər formaları. 

A51.5   Erkən gizli sifilis. 

A51.9   Erkən dəqiqləşdirilməmiş sifilis 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

8

A52 Gecikmiş sifilis 

A52.1   Ürək-damar sisteminin sifilisi 

A52.2   Simptomlu neyrosifilis 

A52.3   Asimptom neyrosifilis. 

A52.7   Gecikmiş sifilisin digər simptomları. 

A52.8   Gecikmiş gizli sifilis.  

A52.9   Gecikmiş dəqiqləşdirilməmiş sifilis.  



A53 Sifilisin digər dəqiqləşdirilməmiş formaları 

A53.0  


Dəqiqləşdirilməmiş gizli sifilis. 

A53.9  


Dəqiqləşdirilməmiş sifilis. 

QAZANILMIŞ SİFİLİSİN KLİNİK XÜSUSİYYƏTLƏRİ 

Birincili sifilis 

Sifilisin inkubasion dövrü 9 gündən 90 günə kimi davam edə 

bilər. Sifilisin birinci dövrü solğun treponemin daxil olduğu yerdə 

ləkə yaranması ilə başlayır. Sonra zədə tez bir zamanda papulaya 

çevrilir, o da sonradan eroziyalaşır və xoralaşır. 

Birincili sifiloma (ulcus durum) – çox vaxt tək eroziya və ya xora 

olub, ağrısızdır,  ətrafında iltihab əlamətləri qeyd edilmir, əsasında 

qığırdağabənzər sərtlikdə  və  dəqiq sərhədli infiltrat olur. Birincili 

sifiloma çox  vaxt regional limfa düyünlərinin böyüməsi ilə müşayiət 

olunur, ilkin sifilomanın xarici cinsiyyət üzvlərində yerləşməsi 

zamanı qasıq limfa düyünlərinin orta bərklikdə, bilateral, məhdud 

böyüməsi müşahidə edilir. 

 

İlkin şankrın ən çox rast gələn lokalizasiya yerləri – tac şırımı və 



ya penisin cismi, vagina, vulva, uşaqlıq boynu, düz bağırsaq, dil 

və dodaq. 

 

Bərk  şankr düz bağırsaqda və  uşaqlıq boynunda yerləşdikdə 



nəzərə çarpmaya bilər. 

 



İlkin  şankr ikincili infeksiya ilə  ağırlaşdıqda qeyri-tipik 

formalarda ola bilər. 

 

Bərk şankr 3-8 həftə müddətində spontan reqressiyaya uğrayır və 



adətən çapıq əmələ gətirmir.  

 



Əksər pasiyentlərdə birinci dövrün sonunda poliadenit əlamətləri 

yaranır. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə