Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

18

Tədqiqatın aparılması 

 

Material metanol və ya soyudulmuş asetonla 5-10 dəq  ərzində 



fiksə edilir. Rənglənməyə qədər preparat -20°C-də 1 ay saxlanıla 

bilər. 


 

Otaq temperaturuna qədər isidilmiş preparata 30 mkl həcmində 



həll olunmuş monoklonal anticisimlər əlavə edilir və onu 15 dəq 

müddətinə 20-25°C temperaturda rütubətli kameraya 

yerləşdirirlər. 

 



Rəngləndikdən sonra preparat 10 saniyə fosfat buferlə yuyulur və 

havada qurudulur. 

 

Montaj edici məhluldan 1 damcı preparata əlavə edilir və örtük 



şüşəsi ilə örtülərək mikroskopda baxılır. 

Nəticənin qiymətləndirilməsi 

Preparatlar x200, x400, x1000 böyütmə ilə lüminessent 

mikroskopda tədqiq edilir. Bu vaxt hüceyrələr qırmızı-narıncı və ya 

sarı  rəngə boyanır, solğun treponem parlaq yaşıl rəngdə 

flüoressensiya edir və bütün morfoloji əlamətlərini saxlayır. 

Nuklein turşularının amplifikasiyası metodu 

Nuklein turşularının amplifikasiyası metodu, məs., polimeraz 

zəncir reaksiyası, törədicinin yeganə DNT-sini milyonlarla digər 

molekullar arasında tapmağa imkan verir. 

PZR müayinəsi üçün şankrdan və digər səpgilərdən (papula, enli 

kandiloma və s.) qaşıntı götürülə, beyin-onurğa beyni mayesi, 

amniotik maye, qan zərdabından istifadə edilə bilər. 

İlkin diaqnozun qoyulması üçün istifadə edilən metodlar 

Müalicə olunmamış sifilisdə spesifik anticisimlərin yaranması  

solğun treponemin orqanizmə daxil olması zamanı orqanizmin 

humoral immun reaksiyası,  İgM sintezi ilə izah edilir. Müəyyən 

edilmişdir ki, infeksiyadan 10-14 gün sonra pasiyentin qanında İgM 

anticisimləri yaranır, bunlar əsasən spesifik T.pallidum zülal 

antigenlərinə qarşı yönəlmiş olur və qeyri-spesifik reaksiyalar 

vasitəsilə  təyin edilə bilmirlər. Treponemə spesifik İgM 

anticisimlərinin yaranması sifilisi erkən dövrlərdə müəyyən etməyə 

və bəzən inkubasion dövrdə diaqnozun qoyulmasına imkan verir. 4-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

19

cü həftənin sonunda spesifik İgG anticisimləri yaranır. Orqanizmin 



müdafiə reaksiyasında əsas rolu bu anticisimlər oynayırlar. 

İgM-in maksimal miqdarı müalicə olunmamış qazanılmış 

sifilisdə  xəstəliyin 6-8-ci həftəsinə – solğun treponemin massiv 

hematogen dissiminasiyası  və klinik əlamətlərin maksimal təzahürü 

dövrünə təsadüf edir. 

Sonrakı 6 ay ərzində  İgM anticisimlərinin miqdarı azalır, lakin 

müalicə qəbul etməyən xəstələrdə onlar uzun müddət – illərlə aşağı 

titrdə qala bilərlər. 



Sifilisin müalicəsindən sonra  

spesifik anticisim yaranmasının dinamikası 

Hal-hazırda erkən sifilisin effektiv müalicəsinin meyarı 

anticisimlərin tədricən azalması ilə müəyyənləşdirilir. Bu, qeyri-

treponem seroloji reaksiyalarla təyin edilir (Respublikamızda 

kardiolipin antigeni vasitəsi ilə MPR – mikropresipitasiya reaksiyası 

aparılır, xarici ölkələrdə VDRL və RPR ilə müəyyən olunur) (C). 



Erkən sifilisdə aparılmış müalicənin effektivliyinin 

qiymətləndirilməsi 

MPR anticisimlərinin müalicədən sonra bir il ərzində 4 dəfə 

azalması müalicənin effektivliyini göstərir. MPR nəticələrinin 

spesifik müalicədən 12 ay sonra müsbət qalması erkən sifilisdə təkrar 

müalicənin aparılmasına göstərişdir. Bunun əksinə olaraq, gecikmiş 

sifilisdə müsbət seroloji reaksiyalar aşağı titrdə uzun müddət qeyd 

oluna bilər. Aparılmış tam antibiotik müalicəsindən sonra spesifik 

antitreponem anticisimlər xəstənin zərdabında uzun illər qalır, belə 

ki, bu, aparılmış terapiyanın qeyri-effektivliyini göstərmir. Sifilisin 

müalicəsinin effektivliyinin göstəricisinə bunlar aiddir: 

 

Seroneqativ statusa qayıdış  və ya müalicədən bir il sonra 



anticisim titrinin MPR-də dörd dəfə azalması. 

ÜST-nin təkliflərinə əsasən aşağıdakı hallarda aparılmış spesifik 

terapiya qeyri-effektiv hesab edilir: 

 



Sifilisin klinik əlamətlərinin qalması və ya residiv verməsi. 

 



Qeyri-spesifik seroloji reaksiyalarla müayinə zamanı ilkin 

vəziyyətlə müqayisədə titrin davamlı olaraq 4 dəfə azalması 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

20

QEYRİ-TREPONEM TESTLƏR (D) 

Qeyri-treponem testlərdə antigen olaraq kardiolipin, lesitin və 

xolesterin qarışığından istifadə edilir. Bu testlər kütləvi skrininq üçün 

istifadə edilməklə yanaşı, aparılan terapiyanın effektivliyini 

qiymətləndirmək və reinfeksiya diaqnozunu təsdiq etmək üçün 

yerinə yetirilir. Qeyri-treponem testlər follikulyasiya hadisəsinə 

əsaslanır (reaksiyanın məhsulu lopa şəklində çökür). Bu testlərlə 

təyin edilən solğun treponem lipidlərinə qarşı  İgG və  İgM 

anticisimləri bərk şankr formalaşdıqdan təqribən 1 həftə sonra, qanda 

yaranır. Qeyri-treponem testlərin üstünlüyü onların aşağı qiyməti, 

texniki sadəliyi və  nəticələrin alınmasının sürətliliyi ilə bağlıdır. 

Reaksiyanın kəmiyyət variantında qoyulması  və anticisim titrinin 

təyin olunması, bu metodun reinfeksiya, residiv hallarının müəyyən 

edilməsində 

və ya aparılmış terapiyanın effektivliyinin 

qiymətləndirilməsində  tətbiqinə imkan verir. Bu testlərin tətbiqini 

məhdudlaşdıran cəhətlər həssaslığın az olması  və yalançı müsbət 

nəticələr verməsidir.  

Sifilisin seroloji diaqnostikasında 

qeyri-treponem testlərin həssaslığı və spesifikliyi 

Xəstəliyin müxtəlif dövrlərdə həssaslığı % 

Reaksiyanın 

tipi 

Birincili 

sifilis 

İkincili 

sifilis 

Erkən 

gizli 

sifilis 

Gecikmiş 

sifilis 

Spesifiklik 

Qeyri-


treponem 

 

 

 

 

 

MPR  


81 

(70-90) 


91 94 

(88-100)


70 

(57-80) 


98 

(93-99) 


VDRL  

78 


(59-87) 

100 95 


(88-100)

71 


(37-94) 

98  


(96-99) 

RPR 86 


(77-100) 

100 98 


(95-100)

73 


(57-85) 

98 


(93-99) 

TRUST 85 

 

(77-86) 


100 98 

(95-100)


------ 99 

(98-99) 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə