26
II sindrom – meninqokokkemiya hərarətin kəskin artması, şok,
çoxsaylı petexiyalar, qansızmalar beyin qişalarının prosesə cəlb
olunmaması ilə səciyyələnir. Bu sindrom ildırımvari sürətlə baş
verərək bir neçə saat ərzində ölümlə nəticələnə bilər. Onurğa beyni
mayesinin (OBM) müayinəsi az miqdarda törədicini, tək-tək PNL
olmasını, eyni zamanda zülal və qlükozanın normal səviyyəsini
müəyyən edir.
Pnevmokok meningiti
Bir neçə əhəmiyyətli meyar vardır ki, onlar pnevmokokları
meningitlərin etioloji səbəbi hesab etməyə əsas verir. Birincisi,
pnevmekoklar pnevmoniya, sinusit, otit, mastit zamanı ikincili
meningitlərin adi törədicisidir. İkincisi, baş beyin travması,
alkoqolizm, oraqvari hüceyrə anemiyası, miyeloma, splenektomiya
zamanı meningit pnevmokoklar tərəfindən törədilir. Residivləşən
meningitlər zamanı pnevmokoklar çox hallarda etioloji agent olurlar.
Pnevmokokk meningiti zamanı erkən mərhələdə OBM-də yalnız
törədici aşkar edilir.
Son illərdə pnevmokokların penisillinə davamlılığının artması
qeyd olunur. Ona görə də empirik terapiyanın başlanğıcında
törədicinin antimikrob preparatlara qarşı həssaslığı təyin edilənədək
sefotaksim ayrılıqda, yaxud vankomisinlə kombinə olunmuş şəkildə
təyin edilə bilər.
Haemophilus influenzae tərəfindən törədilən meningit
Bu tip meningit bütün il boyu, ən çox payız və qışda qeydə alınır.
Bu zaman birincili infeksiya ən çox faringit, sinusit, epiqlotit, otit
şəklində təzahür edir. Bu infeksiya zamanı petexiyalar nadir hallarda
olur. H.influenza tərəfindən törədilən meningit ən çox 5 yaşadək
uşaqları, nadir hallarda alkoqolizmə düçar olmuş, yaxud
immunoqlobulin hasilatı pozulmuş yaşlı şəxsləri zədələyir. Ölüm
5%-ə qədərdir. Ağırlaşma kimi beynin böyük yarımkürələrinin
trombozu ola bilər. Qram üsulu ilə boyama zamanı H.influenza-nın
identifikasiyası çətinlik törədir (meninqokokk və pnevmokoklara
oxşarlığına görə).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
27
Bakterial meningitlərin digər səbəbləri
Sinusit, otit və ya bakteriemiya zamanı streptokoklar ikincili olaraq
meningit törədirlər. Uşaqlarda B qrup streptokokları ən çox yayılmış
etioloji agentdir. Erkən yaşlı uşaqlarda enterobakteriyalar və göy-yaşıl
irin çöpləri Pseudomonas xüsusi rol oynayırlar. P.aeruginosa ilə
yoluxma qeyri-steril şəraitdə lumbal punksiya zamanı baş verir.
Yaşlılarda K. pneumonia ilə yoluxma şəkərli diabet xəstələrində birincili
ocaqdan və sidik-cinsiyyət sistemindən baş verir.
L.monocytogenes OBM-də A tipi üzrə dəyişiklik törədir. Erkən
yaşlı uşaqlarda, alkoqolizmlə xəstə və T-hüceyrə immuniteti
zəifləmiş şəxslərdə L.monocytogenes OBM-in A və B tip dəyişikliyi
zamanı meningit törədə bilər. Qram üsulu ilə çətin ayırd edilir, əkmə
zamanı “nizamsız hərəkətli” olmalarına görə asan müəyyən olunur.
Qeyd etmək lazımdır ki, 3-cü nəsil sefalosporin listeriyalara təsir
etmir. Listeriyalara qarşı ampisillin, penisillin, yaxud baktrim tətbiq
etmək tövsiyə edilir. Bundan başqa anatomik meyllilik, beynin dəlib
keçən travması, neyrocərrahi əməliyyatlar da meningitlərin inkişafına
səbəb olur ki, bu zaman koaqulaza-mənfi stafilokoklar, difteroidlər,
enterobasillər əsas rol oynayırlar.
Spesifik törədicilərin törətdiyi meningitlər
Sifilis fonunda kəskin, yaxud yarımkəskin meningit törədici
orqanizmdə bir il ərzində olduqda baş verə bilər. 10% hallarda MSS-
nin zədələnməsi sindromu ikincili sifilisin səpgiləri ilə eyni vaxtda
aşkar edilir. İkincili sifilis olan xəstələrdə adətən qızdırma olmur və
meningitin öz-özünə keçməsinə baxmayaraq, kəllə-beyin sinirlərinin
qalıq iflici, beynin ocaqlı zədələnməsi ehtimalını azaltmaq üçün
penisillinin təyini vacibdir. QİÇS və sifilitik infeksiya olan bəzi
xəstələrdə OBM-də qlükozanın səviyyəsinin azalması müşahidə olunur.
Vərəm meningiti
Vərəm meningiti yarımkəskin başlayır və OBM-də 1 mkl-də 200-300
leykosit, limfositə qədər proqressivləşir. Xəstəlik proqressivləşdikcə
qlükozanın miqdarı tədricən aşağı düşür, zülalın miqdarı isə artır.
Vərəm meningiti cavan insanlarda birincili infeksiya, yaşlılarda
latent ocaqların reaktivasiyası kimi gedə bilər. Bu zaman tuberkulin
dəri sınağı 80% hallarda müsbət olur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
OBM mayesinin müayinəsi həlledici sayılmır. Yaxma mənfi
nəticə göstərir. Törədicinin 3/4 halda aşkar edilməsinə baxmayaraq,
onun əkilməsi üçün 2-6 həftə tələb olunur. Ona görə də vərəm
meningitinə şübhə olduqda OBM əkilmə nəticələri alınanadək
müalicəni başlamaq lazımdır, əks halda ağır meningeal dəyişikliklər
baş verə bilər. VI sinirin bilateral iflici vərəm üçün çox səciyyəvidir.
Ölüm 25%-ə çatır, vərəm meningitindən sağalan şəxslərin 25%-ində
psixi və ya nevroloji pozğunluqlar qalır.
Laym xəstəliyi
Laym xəstəliyi spiroxetlər tərəfindən törədilən və MSS-nin
zədələnməsi ilə gedən xəstəlikdir. Törədicinin daxil olduğu yerdə
“xroniki miqrasiya edən eritema“ adlı geniş zədələnmə sahəsi, onun
ardınca meninqoensefalit inkişaf edir. Laym xəstəliyinin nevroloji
formasının əlavə təzahürü kəllə-beyin sinirlərinin iflici (xüsusilə
CVII siniri) və radikulitdir. Spesifik müalicə antibiotiklərlə aparılır
və yanaşı simptomatik terapiya təyin olunur.
Leptospiroz meningiti
Leptospiroz qızdırma, baş ağrısı, mialgiya və konyunktivanın
hiperemiyası ilə müşayiət edilən meningitin səbəbi ola bilər. Bu
zaman sarılığın olması diaqnostik meyar hesab edilir, lakin əksər
xəstələrdə o müşahidə olunmaya da bilər. Diaqnostika üçün xəstənin
gəmiricilərlə, kənd təsərrüfatı heyvanları ilə təmasda olması
haqqında məlumatlar əhəmiyyətlidir.
Xəstəliyin tipik təzahürü 2 mərhələdə keçir:
Birinci mərhələdə qızdırma, titrətmə, mialgiya və baş ağrıları 3-6
gün ərzində qeyd olunur. Bu dövrdə mikroorqanizmlər qanda və
OBM-də aşkar olunur. 1-3 gün davam edən asimptomatik müddətdən
sonra ikinci, immun mərhələ başlayır ki, bu zaman əvvəlki
simptomların fonunda bəzən böyrək və qaraciyərin disfunksiyası baş
verir. Leptospiroz meningiti zamanı adətən proteinuriya olur. Bu
xəstəliyin antibiotiklərlə müalicəsinin səmərəsi mübahisəlidir, lakin
bəzi tədqiqatlarda qeyd olunur ki, G qrup penisillin, yaxud
tetrasiklinin erkən dövrlərdə istifadə edilməsi qaraciyər və böyrək
çatışmazlığı kimi ağırlaşmaların baş verməsinin qarşısını ala bilər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |