Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu IL tarixli



Yüklə 290,03 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix29.05.2018
ölçüsü290,03 Kb.
#46652
1   2   3   4   5   6   7   8   9   10

 

26

II sindrom – meninqokokkemiya hərarətin kəskin artması,  şok, 

çoxsaylı petexiyalar, qansızmalar beyin qişalarının prosesə  cəlb 

olunmaması ilə  səciyyələnir. Bu sindrom ildırımvari sürətlə baş 

verərək bir neçə saat ərzində ölümlə  nəticələnə bilər. Onurğa beyni 

mayesinin (OBM) müayinəsi az miqdarda törədicini, tək-tək PNL 

olmasını, eyni zamanda zülal və qlükozanın normal səviyyəsini 

müəyyən edir. 



Pnevmokok meningiti 

Bir neçə  əhəmiyyətli meyar vardır ki, onlar pnevmokokları 

meningitlərin etioloji səbəbi hesab etməyə  əsas verir. Birincisi, 

pnevmekoklar pnevmoniya, sinusit, otit, mastit zamanı ikincili 

meningitlərin adi törədicisidir.  İkincisi, baş beyin travması, 

alkoqolizm, oraqvari hüceyrə anemiyası, miyeloma, splenektomiya 

zamanı meningit pnevmokoklar tərəfindən törədilir. Residivləşən 

meningitlər zamanı pnevmokoklar çox hallarda etioloji agent olurlar.  

Pnevmokokk meningiti zamanı erkən mərhələdə OBM-də yalnız 

törədici aşkar edilir. 

Son illərdə pnevmokokların penisillinə davamlılığının artması 

qeyd olunur. Ona görə  də empirik terapiyanın başlanğıcında 

törədicinin antimikrob preparatlara qarşı  həssaslığı  təyin edilənədək 

sefotaksim ayrılıqda, yaxud vankomisinlə kombinə olunmuş  şəkildə 

təyin edilə bilər. 

Haemophilus influenzae tərəfindən törədilən meningit 

Bu tip meningit bütün il boyu, ən çox payız və qışda qeydə alınır. 

Bu zaman birincili infeksiya ən çox faringit, sinusit, epiqlotit, otit 

şəklində təzahür edir. Bu infeksiya zamanı petexiyalar nadir hallarda 

olur.  H.influenza  tərəfindən törədilən meningit ən çox 5 yaşadək 

uşaqları, nadir hallarda alkoqolizmə düçar olmuş, yaxud 

immunoqlobulin hasilatı pozulmuş yaşlı  şəxsləri zədələyir. Ölüm 

5%-ə  qədərdir. Ağırlaşma kimi beynin böyük yarımkürələrinin 

trombozu ola bilər. Qram üsulu ilə boyama zamanı  H.influenza-nın 

identifikasiyası  çətinlik törədir (meninqokokk və pnevmokoklara 

oxşarlığına görə). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

27

Bakterial meningitlərin digər səbəbləri 

Sinusit, otit və ya bakteriemiya zamanı streptokoklar ikincili olaraq 

meningit törədirlər. Uşaqlarda B qrup streptokokları  ən çox yayılmış  

etioloji agentdir. Erkən yaşlı  uşaqlarda enterobakteriyalar və göy-yaşıl 

irin çöpləri  Pseudomonas xüsusi rol oynayırlar.  P.aeruginosa ilə 

yoluxma qeyri-steril şəraitdə lumbal punksiya zamanı baş verir. 

Yaşlılarda K. pneumonia ilə yoluxma şəkərli diabet xəstələrində birincili 

ocaqdan və sidik-cinsiyyət sistemindən baş verir. 

L.monocytogenes OBM-də A tipi üzrə  dəyişiklik törədir. Erkən 

yaşlı  uşaqlarda, alkoqolizmlə  xəstə  və T-hüceyrə immuniteti 

zəifləmiş şəxslərdə L.monocytogenes OBM-in A və B tip dəyişikliyi 

zamanı meningit törədə bilər. Qram üsulu ilə çətin ayırd edilir, əkmə 

zamanı “nizamsız hərəkətli” olmalarına görə asan müəyyən olunur. 

Qeyd etmək lazımdır ki, 3-cü nəsil sefalosporin listeriyalara təsir 

etmir. Listeriyalara qarşı ampisillin, penisillin, yaxud baktrim tətbiq 

etmək tövsiyə edilir. Bundan başqa anatomik meyllilik, beynin dəlib 

keçən travması, neyrocərrahi əməliyyatlar da meningitlərin inkişafına 

səbəb olur ki, bu zaman koaqulaza-mənfi stafilokoklar, difteroidlər, 

enterobasillər əsas rol oynayırlar. 

Spesifik törədicilərin törətdiyi meningitlər 

Sifilis fonunda kəskin, yaxud yarımkəskin meningit törədici 

orqanizmdə bir il ərzində olduqda baş verə bilər. 10% hallarda MSS-

nin zədələnməsi sindromu ikincili sifilisin səpgiləri ilə eyni vaxtda 

aşkar edilir. İkincili sifilis olan xəstələrdə adətən qızdırma olmur və 

meningitin öz-özünə keçməsinə baxmayaraq, kəllə-beyin sinirlərinin 

qalıq iflici, beynin ocaqlı  zədələnməsi ehtimalını azaltmaq üçün 

penisillinin təyini vacibdir. QİÇS və sifilitik infeksiya olan bəzi 

xəstələrdə OBM-də qlükozanın səviyyəsinin azalması müşahidə olunur. 

Vərəm meningiti 

Vərəm meningiti yarımkəskin başlayır və OBM-də 1 mkl-də 200-300 

leykosit, limfositə qədər proqressivləşir. Xəstəlik proqressivləşdikcə 

qlükozanın miqdarı tədricən aşağı düşür, zülalın miqdarı isə artır. 

Vərəm meningiti cavan insanlarda birincili infeksiya, yaşlılarda 

latent ocaqların reaktivasiyası  kimi gedə bilər. Bu zaman tuberkulin 

dəri sınağı 80% hallarda müsbət olur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

OBM mayesinin müayinəsi həlledici sayılmır. Yaxma mənfi 



nəticə göstərir. Törədicinin 3/4 halda aşkar edilməsinə baxmayaraq, 

onun  əkilməsi üçün 2-6 həftə  tələb olunur. Ona görə  də  vərəm 

meningitinə  şübhə olduqda OBM əkilmə  nəticələri alınanadək 

müalicəni başlamaq lazımdır, əks halda ağır meningeal dəyişikliklər 

baş verə bilər. VI sinirin bilateral iflici vərəm üçün çox səciyyəvidir. 

Ölüm 25%-ə çatır, vərəm meningitindən sağalan şəxslərin 25%-ində 

psixi və ya nevroloji pozğunluqlar qalır. 

Laym xəstəliyi 

Laym xəstəliyi spiroxetlər tərəfindən törədilən və MSS-nin 

zədələnməsi ilə gedən xəstəlikdir. Törədicinin daxil olduğu yerdə 

“xroniki miqrasiya edən eritema“ adlı geniş zədələnmə sahəsi, onun 

ardınca meninqoensefalit inkişaf edir. Laym xəstəliyinin nevroloji 

formasının  əlavə  təzahürü kəllə-beyin sinirlərinin iflici (xüsusilə 

CVII siniri) və radikulitdir. Spesifik müalicə antibiotiklərlə aparılır 

və yanaşı simptomatik terapiya təyin olunur. 



Leptospiroz meningiti 

Leptospiroz qızdırma, baş  ağrısı, mialgiya və konyunktivanın 

hiperemiyası ilə müşayiət edilən meningitin səbəbi ola bilər. Bu 

zaman sarılığın olması diaqnostik meyar hesab edilir, lakin əksər 

xəstələrdə o müşahidə olunmaya da bilər. Diaqnostika üçün xəstənin 

gəmiricilərlə, kənd təsərrüfatı heyvanları ilə  təmasda olması 

haqqında məlumatlar əhəmiyyətlidir.  

Xəstəliyin tipik təzahürü 2 mərhələdə keçir:  

Birinci mərhələdə qızdırma, titrətmə, mialgiya və baş ağrıları 3-6 

gün  ərzində qeyd olunur. Bu dövrdə mikroorqanizmlər qanda və 

OBM-də aşkar olunur. 1-3 gün davam edən asimptomatik müddətdən 

sonra ikinci, immun mərhələ başlayır ki, bu zaman əvvəlki 

simptomların fonunda bəzən böyrək və qaraciyərin disfunksiyası baş 

verir. Leptospiroz meningiti zamanı adətən proteinuriya olur. Bu 

xəstəliyin antibiotiklərlə müalicəsinin səmərəsi mübahisəlidir, lakin 

bəzi tədqiqatlarda qeyd olunur ki, G qrup penisillin, yaxud 

tetrasiklinin erkən dövrlərdə istifadə edilməsi qaraciyər və böyrək 

çatışmazlığı kimi ağırlaşmaların baş verməsinin qarşısını ala bilər. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 290,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə