Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu IL tarixli



Yüklə 290,03 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix29.05.2018
ölçüsü290,03 Kb.
#46652
1   2   3   4   5   6   7   8   9   10

 

14

Simptomlar və fizikal müayinə 

Aşağıdakı  əlamətlər qeyd edilərsə, o zaman meningitin olması 

ehtimalı artır:  

 

Ekzantema – 5-15 saat sonra, bəzən xəstəliyin 2-ci günü 



meydana çıxır. Səpgilər qeyri-düzgün formalı,  əl ilə yoxladıqda 

bərk olur, dəri səthindən qalxır. Hemorragik, qızılcayabənzər, 

rozeolyoz, papulyoz və petexial ola bilər.  Ətraflarda, bədəndə, 

sağrı nahiyəsində, az hallarda üzdə aşkar olunur. 

 

“Meyit ləkələri” (livors mortalis) – bədənin vəziyyəti dəyişən 



zaman dəri üzərində yerini dəyişən tünd qırmızı, göyərmiş ləkələr 

(ildırımsürətli meninqokokkemiya zamanı). 

 

Baş ağrıları son dərəcə şiddətli, əziyyətli, diffuz şəkildə olur. Bədən 



vəziyyətini dəyişdikdə, güclü səs, parlaq işıq zamanı güclənir. 

 



Qusma – ürəkbulanma və qida ilə  əlaqə olmadan, qəflətən, 

”fəvvarə ilə” baş verir. 

 

Dəri hiperesteziyası, eşitmənin artması (hiperakuziya), işıqdan 



qorxma (fotofobiya), ağrının artması (hiperalgeziya)  

 



Qıcolmalar (klonik, tonik və ya qarışıq) – xəstəliyin birinci 

saatlarında baş verir. Kiçik yaşlı uşaqlarda qıcolmaların müşahidə 

edilməsi meninqokokk meningitinin ilk dəfə olmasını göstərir. 

 



Məcburi vəziyyət – başı dala dartılmış, ayaqlar diz və bud-çanaq 

oynaqlarında bükülmüş, qarına doğru dartılmış şəkildə böyrü üstə 

(“Qaldırılmış çaxmaq vəziyyəti“). 

 



Ənsə  əzələlərinin rigidliyi. Qeyd: Vərəm, poliomielit zamanı 

meningitlərdə ənsə əzələlərinin rigidliyi olmaya bilər. 

 

Kerniq, Brudzinski (aşağı, orta, yuxarı), Giyen, Bexterev, Meytus 



simptomları. 

Xəstəyə baxış zamanı  tənəffüsün sayı  və xarakteri, nəbz və 

hərarət müəyyən olunur. Hərarət bakterial infeksiyalar zamanı 

yüksək olur, bəzən isə  aşağı ola bilər (vərəm zamanı). Dəridə 

səpgiləri axtarmaq lazımdır.

 

Simptomların əmələ gəlməsi və ya güclənməsi 

 

Gecə vaxtı  



 

Güclü səs, parlaq işıq olduqda 

 

Bədən vəziyyəti dəyişdikdə 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

15

Meningitlər zamanı qeydə alınan                                     



əsas nevroloji simptomlar 

 



Kerniq simptomu – xəstə arxası üstə uzanmış vəziyyətdə həkim 

düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və 

sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının 

qıcıqlanması zamanı diz oynağında  ətrafın açılması  əzələlərin 

tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. 

 



Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış  xəstədə 

həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı 

önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür.  

 



Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə 

reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür. 

 

Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi 



bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz 

oynağında bükülür. 

 

Mendel simptomu – xarici qulaq keçəcəyinin ön divarına təzyiq 



etdikdə hətta huşsuz vəziyyətdə olan xəstədə həmin tərəfdə ağrı 

və üzdə ağrılı ifadə yaranır. 

 

Bexterevin yanaq refleksi – nevroloji çəkiclə yanaq qövsünü 



döyəclədikdə üzün həmin tərəfində baş  ağrısı  və  ağrılı ifadə 

yaranır. 



Uşaqlarda meningitlərin əsas simptomları 

Meningitlərin 2/3 hissəsi 15 yaşdan aşağı, onlardan 80%-i isə 5 

yaşa qədər uşaqlarda qeydə alınır. Yenidoğulmuşlar və 6-9 aylıq 

uşaqlar xüsusi risk qrupuna daxildir. 

Uşaqda oyanıqlıq, ağlağanlıq və dəfələrlə qusma qeydə alınarsa, 

meninqokokk infeksiyasından şübhələnmək olar. 

 

Kiçik yaşlı  uşaqlarda qoltuq altından asma (Lesaj, Amos), 



sacayaq, ”dizi öpmə” (Meytus) simptomları. 

 



Südəmər uşaqlarda  əmgək triadası:  əmgəyin  şişməsi, gərginliyi 

və pulsasiyası. 

 

Patoloji reflekslərin olması (Babinski, Qordon, Rossolimo, 



Oppenheymer refleksləri, pəncələrin klonusu) 

 



Çəpgözlük, nistaqm, burun-dodaq büküşünün hamarlanması, 

üzün asimmetriyası, göz qapaqlarının yumulmaması, eşitmənin, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

16

görmənin zəifləməsi və itməsi, hemiparezlər, qırmızı 



dermoqrafizm. 

Yenidoğulmuşlarda və 2 aya qədər körpələrdə antibakterial 

terapiya ilə yanaşı və ya 10-20 dəqiqə əvvəl deksametazonun təyini 

mütləqdir (0,15 mq/kq hər 6 saatdan bir 2-4 gün ərzində), xüsusilə 



H.influenzae etiologiyalı meningitlər zamanı  (A). Lakin körpədə 

antimikrob müalicə başlandıqdan sonra deksametazonun təyini 

xəstənin sağalmasında əhəmiyyətli deyil (A)

Uşaqlarda meningit zamanı patoloji reflekslərin əmələ 

gəlməsi və yoxlanması 

 



Babinski simptomu – təhrif olunmuş ayaqaltı refleksdir. Piramid 

fəaliyyətinin pozulması zamanı meydana çıxır. Bu refleksi 

yaratmaq üçün pəncəaltının lateral hissəsini cızmaqla 

qıcıqlandırmaq lazımdır. Bu zaman baş barmaq açılır, o biri 

barmaqlar yelpikvari vəziyyət alır. 

 



Rossolimo simptomu – bu simptomu almaq üçün pəncənin II və 

V barmaqlarının altına çəkiclə vurulur. Bu zaman cavab olaraq 

həmin barmaqlar bükülür. 

 



Oppenheymer simptomu – əlin baş  və  şəhadət barmağını qamış 

sümüyünün ön səthinə yuxarıdan aşağıya doğru təzyiqlə çəkdikdə 

əmələ gəlir: cavab reaksiyası ayaq baş barmağının açılması və o 

biri barmaqların yelpikvarı vəziyyət alması ilə özünü göstərir.  

 

Qordon simptomu – ayaq baş barmağının həmin qaydada 



reflektor açılmasıdır: bu simptom, müayinə edən həkim  əli ilə 

xəstənin baldır əzələlərini sıxdıqda baş verir. 



MENİNGİTLƏRİN LABORATOR DİAQNOSTİKASI 

I. Əsas müayinə üsulları: 

 



Qanın ümumi müayinəsi (leykositoz, leykoformulada sola 

meyllilik, neytrofilyoz, EÇS-in artması) 

 

Qanda elektrolitlər, kreatin, trombositlər, şəkər, sidik cövhərinin 



müayinəsi  

 



Meninqokokların, pnevmokokların və  Haemophilus influenzae-

nin (qanda, burun-udlaq seliyində) təyini üçün Lateks-testin 

aparılması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 290,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə