Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu IL tarixli



Yüklə 290,03 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix29.05.2018
ölçüsü290,03 Kb.
#46652
1   2   3   4   5   6   7   8   9   10

 

29

VİRUS ETİOLOGİYALI MENİNGİTLƏR 

Bu cür infeksiya çox zaman qızdırma, psixi və emosional 

pozğunluqlar, bayılmalar və artmış oyanıqlıqla müşayiət edilir. 

OBM-də B tipli dəyişiklik qeyd olunur, EEQ və tomoqrafiya beynin 

alın və gicgah nahiyələrində ocaqlı  dəyişiklikləri müəyyən edir. Daha 

dəqiq diaqnoz beynin birbaşa biopsiyası nəticəsində qoyula bilər. Çox 

zaman asiklovirlə müalicə empirik olaraq təyin edilir. II tip sadə herpes 

virusu birincili genital infeksiya fonunda xoşxassəli meningit törədə 

bilər. Xəstəliyin bu forması I tiplə müqayisədə daha yumşaq hesab edilir. 

Suçiçəyi virusu da meninqoensefalit törədə bilər. Müalicə 

dezintoksikasiyaedicilər, qamma- qlobulin, antibiotiklər, asiklovirlə 

aparılır. OBM-də dəyişiklik B tipli olur. Daha bir törədici –Micoplazma 

pneumoniae – OBM-in B tip dəyişikliyinə  səbəb olur, lakin bəzən 

qlükozanın aşağı səviyyəsi qeyd olunur. 

Mikoplazma meninqoensefalitində çox zaman beyin qan dövranının 

pozulması, miyelit inkişaf edir. Tənəffüs sisteminin zədələnməsi olmaya 

bilər, lakin adətən sinir sisteminin zədələnməsindən  əvvəl ya sonra 

müşahidə edilir (bir neçə gündən bir həftəyə  qədər). MSS-nin virus 

etiologiyalı zədələnmələri zamanı pasiyentlər yaxın dövrdə başlamış baş 

ağrıları, işıqdan qorxma, əzələ  ağrıları  və boyun əzələlərinin 

gərginləşməsindən  şikayətlənirlər. Bu zaman temperatur artmaya bilər 

və  kəskin intoksikasiya nadir hallarda qeyd olunur. OBM-də 

dəyişikliklər B tipli olur, erkən dövrlərdə çoxlu miqdarda PNL aşkar 

oluna bilər. Virus infeksiyaları zamanı adətən OBM-də qlükozanın 

səviyyəsi aşağı olur; qızılca, limfositar xoriomeningit, sadə herpes

suçiçəyi, QİÇS zamanı, sitomeqalovirusla yoluxmuş  bəzi xəstələrdə 

qlükoza azalır. 

Virus meninqoensefalitlərinin daha çox yayılmış törədiciləri 

enteroviruslar və epidemik parotit virusu, daha az yayılmış törədiciləri – 

arboviruslar, limfositar xoriomeningit virusu, qrip və Epşteyn- Barr 

viruslarıdır. 

Bu törədicilərin epidemiologiyasını bilmək onların konkret virus 

etiologiyasını müəyyən edir. Məsələn, qışın sonu və yazda epidemik 

parotit, yayda və payızın əvvəlində arbovirus və enterovirusla yoluxma 

baş verir. Qrip və limfositar xoriomeningit virusuna yoluxma daha çox 

qışda, Epşteyn-Barr virusuna isə il boyu mümkündür. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

30

Heyvan populyasiyası, xüsusilə quşlar və atlar arasında ensefalitin 



olması onun arbovirus etiologiyası ehtimalını artırır. Xəstələrin 

gəmiricilərlə təmasda olmasına görə limfositar xoriomeningit virusuna 

yoluxması mümkündür. 

Diaqnozun qoyulması zamanı klinik simptomları da nəzərə almaq 

lazımdır. Belə ki, parotit, yaxud orxitin mövcudluğu epidemik parotitin 

olmasını güman etməyə əsas verir. 

Kəskin  İİV infeksiyası meninqoensefalit formasında, eləcə  də 

makulopapulyoz, yaxud urtikar ekzantema ilə təzahür edir. Bəzən Bell 

iflicinin (çox zaman ikitərəfli) olması  QİÇS-in xeyrinə olan etioloji 

meyardır. Lakin üz sinirinin iflici Epşteyn-Barr virusu, sadə herpes 

virusu ilə yoluxma, sifilis və Laym xəstəliyi zamanı da ola bilər. 

Arbovirus infeksiyası zamanı bayılmalar, stupor, koma ilə keçən 

ensefalit daha ehtimal olunandır. Poliomielit və digər enteroviruslar, 

xüsusilə Koksaki B virusları iflic verə bilər. Limfositar xoriomeningit 

virusu ilə yoluxma zamanı OBM-də limfositlərin miqdarı çox yüksək 

olur (1000 hüc/mkl-dən artıq). 



Enterovirus etiologiyalı meningitlər 

Enterovirus meningitləri Koksaki A, Koksaki B, ECHO və 

enterovirus 71 serotipləri tərəfindən törədilir. Enterovirus 

meningitləri bütün il boyu qeydə alınır, lakin xəstələnmənin yüksəlişi 

iyun-oktyabr aylarına təsadüf edir. 

Bütün aseptik meningitlərin 80-90%-ni enteroviruslar törədir. 

Yüngül, orta ağır, ağır gedişli olur.  

Əsas klinik əlamətləri: 

Hərarətin 38-39ºC-yə  qədər yüksəlməsi, hipertenzion-hidrosefal 

sindrom, kəskin baş  ağrıları, hiperesteziya, işıqdan qorxma, göz 

almalarında ağrı, qusma. 

Bakterial meningitlərdən fərqli olaraq ilk əvvəl kataral əlamətlər 

müşahidə olunur, herpangina, diarreya, mialgiya və hepatomeqaliya 

daha erkən qeydə alınır. Makulopapulyoz yaxud petexial səpgilər 

enterovirus meningiti ilə assosiasiya olunur. 



Laborator testlər: 

 

Lyumbal punksiya – likvor şəffaf, rəngsiz, təzyiq altında, 



100% halda limfositar xarakterli olur 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

31

 



Kardiospesifik fermentlər kreatinfosfokinaza və 

aspartataminotransferazanın artması 

 

“Ampli Sens” enterovirus-207 test sistemi ilə polimeraza 



zəncirvarı reaksiyasının aparılması  

 

Həssas hüceyrə kulturasında enterovirusların təcridi 



(neytrallaşma reaksiyası) 

PARAZİTAR ETİOLOGİYALI MENİNGİTLƏR 

Amöb meningiti 

Meninqoensefalitin bir səbəbi də  Naegleria fovleri-dir. Bu 

yoluxma durğun sularda çimən sağlam cavan şəxslərdə qeydə alınır. 

OBM yaxmasında Qram üsulu ilə törədici aşkar edilmir, lakin çoxlu 

eritrosit və leykosit olur. Bu törədici üçün davamlı krezil-violetlə 

boyama və Peyc üsulu ilə əkmə daha informativdir. Terapiya məqsədilə 

amfoterisin təklif olunur. Buna oxşar və akantamöb  tərəfindən törədilən 

amöb invaziyası immun çatışmazlığı olan xəstələrdə müşahidə olunur 

və patoloji prosesə ağ ciyərlər və dəri cəlb olunur. 

Malyariya 

Plazmodium falsiparum  tərəfindən törədilən malyariya MSS-də 

kəskin ağırlaşmalara gətirib çıxara bilər. Malyariyaya şübhə olduqda 

(əsasən xəstə endemik regionlardandırsa – Mil-Muğan,  Şirvan, 

Mərkəzi-Aran) periferik qanın yaxması müayinə olunmalıdır.  Vivax 

növlü plazmodiumlar nadir hallarda MSS-nin ciddi ağırlaşmalarına 

səbəb olur və həmişə xloroxinə həssas olurlar. 

Malyariya zamanı meningizm əlamətləri  əmələ  gələrsə, müalicə 

spesifik  preparatlarla aparılır (delagil və primaxin). 



Trixinoz 

Meningitlə  ağırlaşmış trixinoz bir sıra dəqiq meyarlar: periferik 

eozinofiliya, mialgiya, gözətrafı  şişkinlik, dırnaqaltı qansızmalar 

əsasında asan müəyyən olunur. OBM-in hərtərəfli müayinəsi 

eozinofiliyanı, bəzən isə  hətta törədicini aşkar edə bilər. Müalicə 

tiabendazol və ya mebendazol ilə aparılır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 290,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə