Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu IL tarixli



Yüklə 290,03 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix29.05.2018
ölçüsü290,03 Kb.
#46652
1   2   3   4   5   6   7   8   9   10

 

6

İxtisarların siyahısı: 



 

AT  

arterial təzyiq  



EÇS  

– eritrositlərin çökmə sürəti 



EEQ  

– elektroensefaloqrafiya 



İİV  

– insan immun çatışmazlığı virusu 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu baxış) 



KT  

– kompüter tomoqrafiyası 



QİÇS  – 

qazanılmış immun çatışmazlığı sindromu 



MRT  

– maqnit rezonans tomoqrafiyası 



MSS  – 

mərkəzi sinir sistemi 



OBM  

– onurğa beyni mayesi 



PNL  

– polimorf nüvəli limfositlər 



RKT  

– randomizasiya olunmuş klinik tədqiqatlar 

 

 

 



 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  və stasionarlarda 



çalışan terapevtlər, infeksionistlər, nevropatoloqlar, ailə  həkimləri 

üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: meningit xəstəliyi olan böyük yaşlı  şəxslər və 

uşaqlar. 

 

Protokolun məqsədləri:  

 



Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 

meningitin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

Meningitlə xəstələnmə və ölüm hallarının azaldılması 



ÜMUMİ  MÜDDƏALAR 

Meningit – baş beyin və/və ya onurğa beyni qişalarının iltihabi 

xəstəliyidir. 

 



Bütün yaş qruplarında rast gəlinir. 

 



Hava-damcı yolu ilə keçir. 

 



Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, 

haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), 

viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik 

parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və 

göbələklər tərəfindən törədilir. 

 

Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və 



meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və 

meninqoensefalitə qədər) olur. 

 

Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, 



karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü 

vəzin çatışmazlığı və s. 



Proqnoz 

Pasiyentlərin bir hissəsində (təqribən yarısında) tam sağalma 

olmur (25% xəstələrdə davamlı nevroloji dəyişikliklər, 11% 

xəstələrdə ağır əlillik). 

Bakterial meningitlərdə ümumi ölüm 19-27% (B), 60 yaşdan 

yuxarı yaş qrupunda isə – 38%-dir (A)

Meninqokokk meningitlərdə ölüm faizi aşağıdır – 7,5% (B)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

8

Letallıq və ağır nevroloji pozulmaların amilləri (cəhətləri): 



 

arterial hipotenziya (B) 

 

qıcolmalar (B) 



 

huşun dəyişikliyi (B) 

 

kəllədaxili arteriyaların stenozu (A) 



 

xəstəxanaya daxil olarkən anemiya (Hb < 110q/l) (B) 

 

yaşa dolmuş (ahıl) insanlar (B) 



Epidemiologiya 

XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə 

qeyd olunur və Ümumdünya Səhiyyə  Təşkilatının məlumatına görə 

(2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5-10 hadisə 

baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan 

dərəcədə çox təsadüf olunur. XX əsrin 50-70-ci illərində ən yüksək 

xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı  və bu 

region “meningit zonası”, yaxud ”meningit qurşağı” adlanırdı. 70-80-

ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu 

xəstəliyə rast gəlinirdi. Azərbaycan Respublikasında 2007-ci ildə 

meninqokok infeksiyası ilə 3 xəstələnmə halı qeydə alınmış, 1 hadisə 

17 yaşında, 2 hadisə yaşlı şəxslərdə aşkar edilmişdir. 



Meningitlərin inkişafının ən əhəmiyyətli risk faktorları 

 



Meninqokokk gəzdiriciliyinin olması  

 



Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzun 

müddətli ünsiyyət 

 

Temperatur və rütubət rejiminin pozulması  



 

İmmunoloji reaktivliyin aşağı düşməsi  



 

Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə 



təmasda olur ki, bu da kriptokokların mənbəyidir). 

 



Mövsümilik  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


XBT-10 ÜZRƏ TƏSNİFAT 

A17.0+ Vərəm meningiti (G01*) 

A17.1 Meningeal 

tuberkuloma(G07*) 

A32.1 

Listeriozlu meningit (G01*) və meninqoensefalit (G05.0*) 



A39.0 Meninqokokk 

meningiti 

(G01*) 

A39.2 Kəskin meninqokokkemiya 



A39.3 Xroniki 

meninqokokkemiya 

A39.4 Dəqiqləşdirilməmiş meninqokokkemiya  

A87 Virus 

meningiti 

A87.0 Enterovirus 

meningiti 

(G02.0*) 

A87.1 Adenovirus 

meningiti 

(G02.0*) 

A87.2 Limfositar 

xoriomeningit 

A87.8 Digər virus meningiti 

A87.9 Dəqiqləşdirilməmiş virus meningiti 

B00.3+ Herpetik 

meningit 

(G02.0*) 

B01.0+ Meningitlə gedən su çiçəyi (G02.0*) 

B05.1+ Meningitlə ağırlaşmış qızılca (G02.0*) 

B06.0 Məxmərək meningiti (G02.0*) 

B26.1+ Parotit 

mənşəli meningit (G02.0*) 

B37.5+ 


Kandidoz meningiti (G02.1*) 

B38.4+ Koksidioidomikoz 

meningiti 

(G02.1*) 

B45.1+ Kriptokokk 

meningit 

(G02.1*) 

G00.0 Qrippoz 

meningit 

G00.1 Pnevmokokk 

meningiti 

G00.2 Streptokokk 

meningiti 

G00.3 Stafilokokk 

meningiti 

G00.8 Digər bakteriyalar tərəfindən törədilən meningit 

(Fridlender çöpləri, E. Coli, Klebsiella) 

G00.9 Dəqiqləşdirilməmiş bakterial meningit 

G02.0* Digər rubrikalarda təsnif olunmuş virus xəstəliklərində 

meningit 

G02.1 Mikozlarda 

meningit 

G02.8* Digər rubrikalarda təsnif olunmuş  dəqiqləşdirilmiş başqa 

infeksion və parazitar xəstəliklərdə meningit 

G03 Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 290,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə