Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

28 
 
 
 
 
 
 
 
Omalararası eni 
6). Arxanın ĢiĢliyi indeksi = -------------------------------- x100 
   Oturaq çıxıntılar qarası 
 
Bu sağrının enliyini göstərir. YaĢ artdıqca çoxalır. 
 
 
 
 
 
 
 
        Ġncik qucumu 
7). Sümüklülük indeksi = ------------------------------ x100 
      Cidov hündürlüyü 
 
Bu  skletin  inkiĢafını  göstərir,  iĢ  heyvanlarında  yüksək  olur.  YaĢ  artdıqca  bu  indeks  artır. 
Yüksəkliyi, qabasümüklülüyü və bədən qruluĢunun qabalığını göstərir. 
 
 
 
 
 
 
 
      Alının böyük eni 
8). Enlialınlılıq indeksi = --------------------------- x100 
      BaĢın uzunluğu 
 
Südlük cinslərdə ətliyə nisbətən az olur. YaĢla əlaqədar olaraq azalır. 
 
 
 
 
 
 
 
      DöĢ qucumu 
9). Kütləlik (massivlik) indeksi = -------------------------- x100 
       Cidov hündürlüyü 
 
Bu  gövdənin  nisbi  inkiĢafını  göstərir.  Xüsusən  atlar  üçün  öyrənilir.  Ağır  atlarda  çox,    minik 
atlarda az olur. Massivliyi diri çəkinin (kq) cidov hündürlüyünə (sm)  bölməklə də təyin edirlər. 
YaĢ artdıqca cüzi azalır. 
 
 
 
 
 
 
 
 
                  Arxanın yarım qucunu 
     10). Əzələ, sklet və ya ətlilik indeksi   =   --------------------------------- x100 
       cidov hündürlüyü 
 
Ətlik  tipdə  artıq    olur,  yaĢ  artdıqca  bir  qədər  artır.  Somotoqrafiya,  yəni  heyvanların 
fotoĢəkillərini  çəkmə  üsulu:  onların  təbii  halda  bütünlüklə  düzgün  Ģəkilləri,  bədən  qruluĢu 
göstərilir. Bunun üçün heyvanlar hamar yerdə düzgün dayandırılır. Profildən, yandan və lazım 
gələrsə ön tərəfdən, yaxud yelin hissəsinin arxa tərəfindən də Ģəkil çəkilir. 
 
 Heyvanların  nəsli  üzrə  qiymətləndirmə  heyvanların  irsiyyəti  və  döllük  keyfiyyətini 
öyrənmədə  bu  daha  ümüdverici  yoldur.  Burada  döllüyün  verdiyi  balaları  keyfiyyəti  nəzərə 
alınır. Adətən bu üsul erkəklər üçün tətbiq edilir. Çox bala verən heyvanlarda, quĢlar, donuzlar, 
adadovĢanları,  qismən  qoyunlarda  onlar  üzərində  də  tətbiq  edilir.  Erkəklər  çox  bala  törətdiyi 
üçün naxırın yarısı hesab edilir. Onların genotipi keyfiyyətcə aĢağı olduqda naxır tez pozulur və 
məhsuldarlıq  azalır.  Döllüklərin  sınanmasında  məqsəd,  ən  yüksək  keyfiyyətlərinin  müəyyən 
edib  onları  seçilmiĢ  ana  heyvanlarla  çütləĢdirmək və gələcəkdə  daha  yüksək keyfiyyətli  nəsil 
almaqdır. Döllükdən baĢqa balalara ana orqanizmi və mühüt  Ģəraiti təsir edir. 
 
Dəri  məhsuldarlığı  və  onun  ölçülməsi.  Dəri  çox  qiymətli  və  əvəzedilməz  xammaldır.  Ona 
görədə  mütəxəssislər  dərinin  keyfiyyət  göstəricilərini  bilməli  və  onun  qiymətləndirilməsini 
öyrənməlidirlər. Dəri və dəri örtüyü orqanizmi zərərli mexaniki təsirlərdən, soyuqdan qoruyur. O,  
tempratur  tənzimində  aktiv  iĢtirak  edən  ifrazat  orqanıdır  və  tənəffüsdə  iĢtirak  edir.  Dəriyə  təsir 


29 
 
edən amillər müxtəlifdir. Canlı kütlədən, cinsdən, yemləmədən,  yaĢ,  cinsiyyət və çarpazlaĢmadan 
asılıdır.  Ona  görədə  ilkin  növbədə  dəri  quruluĢu  ilə  tanıĢ  olmaq  və  sonra  müxtəlif  növ  dərilərin 
mexaniki və  fiziki möhkəmliyini öyrənmək və  qruplar üzrə  dərinin  təhlilini  vermək  əsaslı olardı.  
Dəri üç qatdan ibarətdir.  
Epidermis,  dəri  əsası  və  dərialtı  təbəqədən  ibarətdir.  Epidermis  yastı,  çoxlaylı  epiteli 
hüceyrəsindən təĢkil olunmuĢ nazik hüceyrə qatıdır. Onda  iki təbəqə olur-dərin və ya törədici 
təbəqə  və  səthibuynuz  təbəqə.Törədici  təbəqə  bir  cərgə  yerləĢən,  dəri  əsasının  əmzikli  qatını 
örtən  prizmatik  hüceyrələrdən  əmələ  gələrək,  dəri  əsasından  əsas  pərdə  və  ya  membranla 
ayrılır.  Bu  hüceyrələrin  çoxalma  qabiliyyəti  vardır.  Hüceyrələrin  törədici  qatında  piqment 
toplanır.  Buynuz  təbəqə  yastı,  cansız,  nüvəsiz  buynuzlaĢmıĢ  hüceyrələrdən  ibarətdir.  Onun 
səthindəki hüceyrələrin pulcuqlar Ģəklində qopub ovularaq kəpək əmələ gətirir. Tökülən laylar 
törədici  təbəqənin  çoxalması  nəticəsində  yeniləri  ilə  əvəz  olunur.  Epidermis  dərinin  tüksüz 
sahəsində,  tüklü  sahəsinə  nisbətən  qalındır.  Epitelinin    dəri  əmələ  gətirici  qatı  əsas  dəriyə 
yapıĢır  və  ondan  əsas  zarla  ayrılır.  Dəri  qatlarının  normal  inkiĢaf  funksiyası  yemləmə, 
cinsiyyət və  yaĢ dövründən çox asılıdır. Yüksək yemləmə tədbiq olunanda dəri həcmili, iri və 
ağır çəkili olur. Eyni zamanda həmin dəri fiziki-mexaniki xüsusiyyətləri ilə fərqlənir.    Bu isə 
əsasən onların əmtəəlik xüsusiyyətlərinə təsir edir .Dərilərdə müxtəlif qalınlıq göstəriciləri sahə 
statlarına (topoqrafik) uyğun olaraq fərqlidir. Bu fərq cinsdən və  yemləmə səviyyəsindən çox 
asılıdır.  Dərilərdə  intensiv  böyümə  ən  çox  8  aylıq  dövrə  kimi  təsadüf  olunur.  Çoxsaylı 
tədqiqatçıların    (Kotlyarov.Y.A,  YarıĢkina  .T.m.,  Bayeva.L.  1993)  apardıqları  nəticələrdə  bu 
faktların əsaslı olduöu qeyd edilir. Heyvanlardan alınmıĢ gönün keyfiyyəti kəsim qabağı canlı 
kütlədən və təzə alınmıĢ dəridən asılıdır. Aparılan tədqiqatlar nəticəsində eyni zamanda hibrid 
dərilərin  adi  qaramal  dərisindən  fiziki-mexaniki,  dartılma,  möhkəmlik  xüsusiyyətlərinə  görə 
üstün olmaları təsdiq edilmiĢdir. (Buynaya P.N, Musienko Y.S, ġevxujev A.F, Pubenkov A.A. 
Verdiyev Z.K.)  
Müxtəlif  qrup  heyvanlarda  xüsusən  doğulduqda  3,  6,  9,  12,  15,  18  və  24  aylıqda  dəri 
xammalının  keyfiyyətini  öyrənmək  üçün  aĢağıdakı  göstəriciləri  bilinməlidir.  Ġlkin  növbədə 
müxtəlif yaĢ dövürlərində müqayisəli olaraq dirsək və qabırğa (axırıncı ) nahiyəsində dəri qalınlığı 
ölçülməlidir  (Sirkul  vasitəsilə  ).  Dərinin  əmtəə-texnoloji  xarakterizəsi:  çəkisi  (kq  ),  dərinin  eni, 
uzunluğu və sahəsi (mm), dərinin qalınlığı (mm), dirsək və qabırğa nahiyyəsindən ölçü götürülür. 
Dərinin fiziki mexaniki sınaqdan keçirmə göstəriciləri: gönün qalınlığı(mm), dartılma (kq/sm), 
dartılma  qırılma  (%),  dartılma  zamanı  möhkəmliyi(kq/sm),  dəri  və  gönün  əmtəə-texnoloji 
xüsusiyyətlərinin  öyrənilməsi  xüsusi  metodika  (Xluduev  D.K.,Moskva,1986)  əsasında  yerinə  
yetirilir. Ölçmə və dartılmanın öyrənilməsi aĢağıdakı Ģəkillərdə göstərilmiĢdir. 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə