Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


QOŞMA 8 ANA ŞIRKƏTIN ÖHDƏLIKLƏRIN ICRA OLUNMASINA DAIR TƏMİNAT FORMASI (tələb olunarsa)



Yüklə 3,11 Mb.
səhifə9/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

QOŞMA 8
ANA ŞIRKƏTIN ÖHDƏLIKLƏRIN ICRA OLUNMASINA DAIR TƏMİNAT FORMASI (tələb olunarsa)

Əsas Şərtlər Toplusu üzrə İddiaçının üzərinə götürdüyü öhdəliklərin icra olunmasına dair Ana şirkətin Təminatı
Bununla mən _______________________(vəzifəsi, adı, soyadı) ______________________________________Şirkətinin (Ana şirkətin tam adı və hüquqi ünvanı, qeydiyyat şəhadətnaməsinin nömrəsi və tarixi) İddiaçı _______________________________ şirkət tərəfindən ARDNŞ-nin ___________________________20 -cu il tarixli Əsas Şərtlər Toplusunun qəbul etdiyini təsdiqləyirəm.

Şirkətimizin İddiaçı ______________________ şirkət tərəfindən ARDNŞ-nin elan etdiyi müsabiqə üzrə təqdim etdiyi müsabiqə təklifinin yerinə yetirilməsinə dair təminat veririk. _____________________ müsabiqə təklifini icra etməkdən imtina etdikdə Şirkətimiz İddiaçı müəssisə ilə bərabər məsuliyyət daşıyır


Adı: __________________________________________

İmza: __________________________________________

Vəzifə: __________________________________________

Tarix: __________________________________________

Telefon: __________________________________________


Şirkətin adı: __________________________________________

Ünvan: __________________________________________

__________________________________________

__________________________________________



QOŞMA 9

Analoji malların təchiz olunmasında təcrübə

________________________________________________________

İddiaçının adı

(Hər layihəniz üzrə yeni formanın doldurulmasını təmin edin)


1.

Layihənin məzmunu:



















Ölkə

2.

Sifarişçinin adı

3.

Sifarişçinin ünvanı

3A.

Telefon nömrəsi Faks nömrəsi

Sifarişçinin əlaqələndirici şəxsi

4.

Təchiz edilmiş mallar haqqında məlumat

























5.

Layihənin ümumi dəyəri

6.

ABŞ dollarında ekvivalent dəyəri

7.

Layihə üzrə müqavilənin imzalandığı tarix

8.

Malların çatdırılması müddəti

Tarix:______________________ 20 -cu il.

____________________

imza


____________________

ad

____________________



vəzifə (möhür)


QOŞMA 10
TƏKLIF OLUNAN MÜQAVILƏ

Əlavə II

ARDNŞ-nin __ ___ 2011-ci il tarixli

__ nömrəli əmri ilə təsdiq edilmişdir




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

İşlərin satın alınması üçün müsabiqəyə dəvət sənədləri

(SOCARSS – 002.2011)


Qeyd edilmiş Satınalma müsabiqəsinin Dəvət sənədləri ARDNŞ-nin 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş ARDNŞ-nin satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlərin tələblərinə müvafiq olaraq işlərin və xidmətlərin satınalınmasında nümünə olaraq istifadə olunur


(satın alınan işlərin adı) satınalınması



üçün
____________________(müsabiqə metodu qeyd edilir) MÜSABIQƏ

AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT NEFT ŞIRKƏTI (ARDNŞ)

(və ya ARDNŞ-nin strukturuna daxil olan müəssisənin adı) __________________________________________

______________ 20__

MÜSABIQƏ ÜZRƏ
DƏVƏT SƏNƏDLƏRİ (ƏSAS ŞƏRTLƏR TOPLUSU)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)-nin __________________________Sizi ARDNŞ-nin 105 nömrəli 31 iyul 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş ARDNŞ-nin satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlərin tələblərinə müvafiq olaraq «_____________________________» metoduna uyğun olaraq, ____________________________________________________ satınalınması məqsədi ilə təkliflərinizi təqdim etməyə dəvət edir.


Şərtlər Toplusuna əlavə edilmiş və iddiaçı tərəfindən müvafiq qaydada doldurularaq təqdim edilməsi zəruri olan sənədlər:


  • İşlər haqqında məlumat onlara dair tələblər və texniki spesifikasiyalar (işlərin təhlükəsizlik və ətraf mühitə təsirinə dair tələblər) (Qoşma 1)

  • Sifarişçiyə müraciət, müsabiqə şərtlərin təsdiqlənməsi və qəbul edilməsi (Qoşma 2);

  • İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma 3);

  • Analoji işlərin yerinə yetirilməsində təcrubə və işlərin keyfiyyətinə dair zəmanət (Qoşma 4);

  • Təklif edilən işçi heyətinin üzvlərinin təcrübəsi haqqında ətraflı məlumat (Qoşma 5) ;

  • İşlərin yerinə yetirilməsi üçün İddiaçının mövcud texniki imkanları (Qoşma 6) Qiymətləndirmənin əsas şərtləri (meyarları və metodları) (Qoşma 7);

  • Bank təminatının forması (tələb olunarsa) (Qoşma 8)

  • Ana şirkətin öhdəliklərin icra olunmasina dair təminat forması (tələb olunarsa) (Qoşma 9)

  • Təklif olunan müqavilə (Qoşma 10).

Müsabiqə təklifləri və tələb olunan digər sənədlər Azərbaycan dilində üç nüsxədə (bir nüsxədə əsli və iki nüsxədə surəti) ikiqat zərfdə (əgər tələb olunarsa) bağlanmış və möhürlənmiş şəkildə ___________________________________ ünvana, ARDNŞ-nin ___________________________________ Satınalma Qrupuna təqdim edilməlidir.


Zərflərin açılışı prosedurası ______________ tarixdə Bakı vaxtı ilə saat _______________ Bakı şəh., ______________________ünvanda aparılacaqdır.
Müsabiqə təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən ______ gün təşkil edir.
Təkliflərin verilməsinin son müddəti başa çatana qədər istənilən vaxtda ARDNŞ __________________________hər hansı səbəbdən əlavələr etməklə Müsabiqə şərtlərində dəyişiklik apara bilər. Əlavələr ARDNŞ-in dəvət sənədlərini göndərdiyi bütün iddiaçılara çatdırılır və onlar üçün məcburi qüvvəyə malikdir.
Təqdim olunmuş təkliflər ARDNŞ-nin_________________Əmri ilə yaradılmış Satınalma Qrupunun iclasında baxılacaqdır.İşlərin keyfiyyət göstəriciləri araşdırılacaqdır, Hazırki Müsabiqə şərtlərinə Qoşma 1-də göstərilmiş tələblərə cavab verən təkliflər onların texniki və maliyyə göstəricilərinə əsasən qiymətləndiriləcək və müqayisə ediləcəkdir.
Ən yüksək nəticə göstərmiş iddiaçı ilə Müsabiqə nəticəsi elan olunduqdan _____ bank günü ərzində razılaşdırılacaq satınalma müqaviləsi bağlanır.
Müsabiqədəki məlumatlar və sənədlərin konfidensiallığı.


  • İddiaçı hazırkı Müsabiqə ilə əlaqədar ARDNŞ-nin ___________________________ tərəfindən təqdim edilən bütün məlumatların konfidensiallığı təmin edilməlidir.

  • Müsabiqədəki məlumatlar və sənədlər ARDNŞ-in _____________________ yazılı razılığı olmadan üçüncü tərəflərə ötürülə bilməz.

  • Hazırkı Müsabiqə və ona əlavə edilən sənədlər ARDNŞ-nin ______________________ mülkiyyəti kimi saxlanılmalı və tələb edildikdə geri qaytarılmalıdır.

  • Müsabiqənin qəbul edilməsi və oradakı şərtlərin yerinə yetirilməsinə razı olduğunuzu təsdiqləmək üçün Qoşma 2-dəki forma imzalanaraq geri qaytarılmalıdır.


Müsabiqə təkliflərinin təqdim olunması


  • Müsabiqə təklifləri __________________20___-cu il Bakı vaxtı ilə saat _____________-dan gec olmayaraq yuxarıda qeyd olunan ____________________________ünvana təqdim edilməlidir.

  • Təkliflər Azərbaycan dillində təqdim edilməlidir.

  • Zəruri olduqda ətraflı məlumat göstərilməlidir. Məsələn ARDNŞ-in __________________ tələbini necə yerinə yetirməsi barədə yazılı şəkildə məlumat təqdim etmədən “Uyğundur” sözü yazmaqla cavab vermək qənaətbəxş hesab edilməyəcəkdir.

  • Müsabiqə təklifində Əsas şərtlər toplusunda göstərildiyi kimi qiymət bütün xərcləri və Azərbaycan Respublikası vergi və gömrük qanunvericliyi ilə tətbiq olunacaq bütün vergiləri, tutmaları və rüsumları əhatə etməlidir.

  • Müsabiqə təklifində işlərin təqdim olunması müddəti göstərilməlidir Hazırkı Müsabiqə təklifinin qüvvədə olma müddəti _____gün təşkil edir.

  • Qalib gəlmiş iddiaçı ilə müqavilə razılaşdırılmayana qədər heç bir Müsabiqə təklifi qəbul olunmuş hesab edilməyəcəkdir və bütün müsabiqə təklifləri qüvvədə olduğu müddət ərzində qiymətləndirilir.

  • Rəqəmlər və sözlər arasında uyğunsuzluq aşkar olunarsa sözlə yazılmış rəqəmlər əsas götürülür.

  • Təklifdəki qiymətlər manatla və ya dönərli valyuta ilə göstərilməlidir. MüsabiqəTəklifi dönərli valyutada göstərilərsə qiymətlər müsabiqə təkliflərinin qəbulunun son gününə Milli Bankın rəsmi məzənnəsi əsasında müqayisə olunacaqdır. Müsabiqə təklifində dəyişiklik, sətirarası əlavələr və düzəlişlər olmamalıdır.

  • Təklif yazılı çap şəkildə hazırlanır, hər səhifəsi iddiaçının səlahiyyətli şəxsi tərəfindən imzalanır, möhürlənir və ikiqat zərfə (əgər tələb olunarsa) qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənir.

  • Göstərilən qaydada və müsabiqə barədə elanda göstərilən vaxtda göndərilməyən müsabiqə təklifi açılmadan geri qaytarılır və iddiaçı müsabiqəyə buraxılmır.

  • Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu təsdiq edildikdə və tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə:

-həmin malgöndərənin təqdim etdiyi Müsabiqə təkliflərini rədd edir;



-malgöndərənin gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə qadağan edir.
Müsabiqə təklifində dəyişiklik edilməsi və onlarin geri alınmasi


  • İddiaçı təklif verdikdən sonra onu bu şərtlə dəyişdirə və ya geri götürə bilər ki, Satınalma qrupu (Sifarişçi) təklifin verilməsi üçün muəyyən edilən müddət qurtaranadək bu barədə yazılı bildiriş alsın.

  • Təklifin dəyişdirilməsi, yaxud geri götürülməsi barədə iddiaçının bildirişi bu toplunun müddəalarına müvafiq surətdə hazırlanmalı, çap edilməli və Sifarişçiyə göndərilməlidir. Bildiriş sonradan bunu yazılı surətdə təsdiq etməklə teleks və ya faksla göndərilə bilər, lakin bu şərtlə ki, müsabiqə təklifinin verilməsinin son müddətindən gec olmasın.

  • Müsabiqə təkliflərinin verilməsi müddəti qurtardıqdan sonra onlarda heç bir dəyişiklik edilə bilməz.

  • Müsabiqə təkliflərinin verilməsinin son müddətilə iddiaçı tərəfindən verilən təklifin qüvvədə olma müddəti arasındakı vaxtda müsabiqə təklifi dəyişdirilə və ya geri götürülə bilməz.


Müsabiqənin əsas şərtlər toplusuna dair izahat verilməsi və onda dəyişikliklərin edilməsi


  • İddiaçı satınalmalar qrupuna əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı ____ bank günü qalanadək verilməlidir. Sifarişçi belə sorğulara müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı _____ bank günü qalanadək cavab verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən, müsabiqənin əsas şərtlər toplusunu almış bütün İddiaçılara göndərilir. Müsabiqə zamanı iştirakçılardan alınmış bütün müraciətlər bütün müsabiqə prosesi boyunca yeganə əlaqə şəxsi olan Əlaqələndirici Şəxsə yönəldilməli və onun tərəfindən cavablandırılmalıdır. Telefonla heç bir müraciətə yol verilməməlidir, lakin telefonla zəng gələrsə müvafiq qeyd müvafiq satınalma sənədlərinə əlavə olunmalıdır. Müsabiqə təkliflərinin verilməsinə təsir edə biləcək bütün müzakirələr yazılı şəkildə olmalı və yuxarıda qeyd olunduğu kimi bütün iştirakçılara bildirilməlidir.

  • Sifarişçi müsabiqə təklifləri verilməsinin son müddəti qurtaranadək müsabiqənin əsas şərtlər toplusuna öz təşəbbüsü ilə və ya hər hansı İddiaçıin sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün İddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr İddiaçılar üçün məcburi qüvvəyə malikdir.

  • Sifarişçi müsabiqənin əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı İddiaçılarla görüş keçirə bilər. Bu görüşün nəticələri protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün İddiaçılara göndərilir.

  • Müsabiqə prosedurları zamanı verilmiş müsabiqə təklifi ilə əlaqədar Sifarişçila müsabiqədə iştirak edən İddiaçı arasında danışıqlar aparılmasına yol verilmir.


Müsabiqə təkliflərinin qiymətləndirilməsi prosesi


  • Müsabiqə təkliflərinə qiymət verilərkən Sifarişçi (Satınalma qrupu) öz mülahizəsinə əsasən İddiaçıdan onun müsabiqə təklifi barədə izahat ala bilər. İzahat barədə xahiş və onun cavabı yazılı şəkildə verilməlidir, bu şərtlə ki, həmin sorğu müsabiqə təklifinin qiymətinin, yaxud mahiyyətinin dəyişdirilməsinə aid olmayacaqdır.

  • Sifarişçi müsabiqə təkliflərinin tamlığını, hesablamalarda səhvlərin, lazımi təminatların, sənədlərdə bütün imzaların olub-olmamasını, habelə bütövlükdə təkliflərin müsabiqə sənədlərinin tələblərinə uyğun düzgün rəsmiləşdirilməsini yoxlayır və bunu yekun qiymətləndirmədə nəzərə alır..

  • Müsabiqə təkliflərində müsabiqə sənədlərinin şərtlərindən çox kənara çıxmayan və belə kənarlaşmaların təklifin qiymətləndirilməsinə təsir göstərmədiyi cüzi uyğunsuzluqları Sifarişçi qəbul edə bilər.

  • Müsabiqə təkliflərinin qiymətləndirilməsi başa çatdıqdan sonra ən yüksək nəticə əldə etmiş iddiaçının namizədliyi Satınalma qrupunın yekun qərarına əsasən təsdiq ediləcək və müsabiqənin qalibi elan ediləcəkdir.Bununla belə ARDNŞ-nin 105 nömrəli 31 iyul 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş ARDNŞ-nin satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlərin tələblərinə müvafiq olaraq satınalma prosedurunun yekunlarını ARDNŞ-nin Satınalma Komitəsində razılaşdırılması tələb olunarsa qalib yalnız bu cür razılaşdırma həyata keçirildikdən sonra elan oluna bilər.


Müsabiqə predmetinin iki və daha çox iddiaçı arasında bölüşdürülməsi
Səmərəlik kifayət qədər olarsa müsabiqə predmeti iki və daha çox İddiaçı arasında bölüşdürülə bilər(bilməz).
Satınalma qrupunun bütün müsabiqə təkliflərini rədd etmək hüququ
Satınalma qrupu dövlət mənafelərinin qorunması məqsədilə aşağıdakı hallarda bütün müsabiqə təkliflərinin rədd edilməsi barədə qərar qəbul edə bilər:

-müsabiqə prosedurlarının keçirilməsi zamanı İddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;

-müsabiqə təklifləri müsabiqəin əsas şərtlər toplusuna uyğun olmadıqda;

-müsabiqə predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

Müsabiqə təkliflərinin rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün İddiaçılara dərhal göndərilir.
Alternativ təkliflərlərin verilməsi
Alternativ təkliflər baxılmayacaq (baxılacaq).
Əlaqələndirici şəxs barədə məlumat


Əlaqələndirici şəxs :




Vəzifəsi:




Ünvan:





Əlaqə telefonu:




Satınalma Qrupunun sədri _________________

QOŞMA 1
İşlərin həcmi haqqında məlumat və onlara dair tələblər


9.4.4 Podratçının İşin hər hansı hissəsini Müqavilə müddətində tamamlamaqdan çəkindirildiyi və Podratçının Tikinti Planında göstərildiyi Sifarişçinin tələbi ilə müəyyən edilən metodun Sifarişçinin və Podratçının hər ikisinin nəzarəti xaricindəki səbəblərdən baş verdiyi halda, bu səbəbə görə itirilmiş vaxt bərabərində Müqavilənin müddətinin uzadılması Podratçının belə yubanma üçün müstəsna və eksklüziv tədbiri olmalıdır. Lakin buna baxmayaraq, əgər bu yubanmalar Podratçının Müqavilənin fundamental öhdəliklərini pozması nəticəsində, və ya Müqavilə Sənədləri altında icra olunması üzrə Sifarişçinin səhvinə görə və ya onun düşünülmüş səhlənkarlığı, qəsdən və ya böyük ehtiyatsızlığına görə baş veribsə və ya yubanma tərəflər tərəfindən əvvəlcədən düşünülməmiş şəkildə olubsa bu müddəa tətbiq olunmamalıdır. 294

9.4.5 Heç bir halda Sifarişçi və ya İnşaat Rəhbəri Podratçıya, onun hər hansı subpodratçısına, hər hansı təchizatçısına və hər hansı digər şəxs və ya təşkilata, və ya onlardan hər hansı birinin zamininə, işçisinə və ya vasitəçisinə, Podratçı tərəfindən, və ya Podratçının hərəkətinə məsul olacağı hər hansı bir şəxs tərəfindən səbəb olan yubanmadan nəticələnən zərərlər üçün, və ya Podratçı, İnşaat Rəhbəri və ya Sifarişçinin nəzarəti xaricində olan hadisələrin səbəb olduğu yubanmalara görə məsuliyyət daşımamalıdır. 294

9.4.6 Sifarişçinin səbəb olduğu halların nəticəsi olaraq əyər vaxtda hər hansı bir dəyəşəklək baş verərsə, Sifarişçi və Tİ təsdiqinə əsasən Sabit Xidmət Haqqı bərabər müddətə mütənasib olaraq dəyişdirilə bilər. 294

10.1 Gizli (İçəridə qalan) işlərin qəbulu 294

10.1.1 İcra edilmiş bütün gizli işlər başa çatdıqdan sonra iş qəbul edilməli və müvafiq akt tərtib olunmalı və İR, Podratçı və Layihəçi tərəfindən imzalanaraq təsdiqlənməlidir. 294

10.1.2 Əgər akt tərtib edilmədən podratçı tərəfindən işlər davam etdirilərək gizli işlərin üstü örtülmüşdürsə İR tərəfindən bu sahədə işlər dayandırılmalı, gizli işlərin üstü açılmalı, görülmüş işlərdə qüsur aşkarlanarsa, onu aradan qaldırmaqla akt tərtib edilməlidir. Bu akt İR, Podratçı və Layihəçi tərəfindən imzalanaraq təsdiqlənməli və işlərə dava edilməlidir. 294

10.1.3 10.1.2 bəndində göstərilən işlər podratçının hesabına icra edilməlidir və Tikinti qrafikinə təsir etməməlidir. 295

10.2 İşin aşkarlanması 295

10.2.1 Əgər hər hansı İş İnşaat Rəhbərinin razılığı olmadan təmin olunubsa, bu İş, İnşaat Rəhbəri tərəfindən tələb olunduğu təqdirdə, onun müşahidəsinə aşkar olunmalı və bundan sonra Podratçının hesabına Müqavilə Sənədlərinin tələblərinə uyğun olaraq tamamlanmalıdır. 295

10.2.2 Bu növ İşin artıq planlaşdırılmasından, həyata keçirilməsindən, və ya tamamlanmasından asılı olmayaraq, İnşaat Rəhbəri İşin əlavə təftişini və ya sınağını tələb edə bilər. 295

10.2.3 Əgər inşaat Rəhbəri görülmüş işin digərləri tərəfindən müşahidə olunmasını, təftişini yaxud sınaqdan keçirilməsini zəruri və ya məqsədəuyğun hesab edərsə, Podratçı, İnşaat Rəhbərinin sorğusu ilə, İnşaat Rəhbərinin İşin həmin hissəsini şübhəli hesab etdiyi təqdirdə bütün zəruri işçi qüvvəsini, material və ləvazimatları təmin etməklə müşahidə, təftiş yaxud sınaq üçün aşkarlamalı, nümayiş etdirməli və ya başqa yolla mümkün etməlidir. Əgər bu cür İşin Müqavilə Sənədlərinin tələblərinə cavab vermədiyi üzə çıxarsa, Podratçı mövcud aşkarlamanın, aydınlaşdırmanın, müşahidənin, təftişin və sınağın, həmçinin mühəndislərin, Layihəçilərin, müvəkilləri və digər mütəxəssislərin Xidmət Haqqı və xərcləri də daxil olmaqla kafi rekonstruksiyanın bütün bilvasitə, bilavasitə və digər zəruri, lakin bununla məhdudlaşmayan, xərclərini qarşılamalıdır. Həmçinin, bu cür İşin Müqavilə tələblərinə cavab verdiyi məlum olarsa, Podratçı bu cür aşkarlanma, aydınlaşdırma, müşahidə, təftiş, sınaq və rekonstruksiyaya bilavasitə əlavə olaraq Müqavilə qiymətində artım edə və ya Müqavilənin müddətini artıra, yaxud hər ikisini edə bilər. 295



10.3 Müvafiq Olmayan İşin Düzəldilməsi və ya Aradan Qaldırılması 295

10.3.1 İnşaat Rəhbəri tələb etdiyi təqdirdə, Podratçı, təxirəsalınmaz şəkildə, göstərildiyi kimi, ya hazırlanmış, həyata keçirilmiş və ya tamamlanmış vəziyyətdə olmasından asılı olmayaraq, Müqavilə Sənədlərinin tələblərinə cavab verməyən bütün işləri düzəltməli, ya da əgər İş İnşaat Rəhbəri tərəfindən yararsız hesab olunubsa, onu yerləşmə yerindən kənarlaşdırmalı və Müqavilə Sənədlərinin tələblərinə cavab verən işlə əvəz etməlidir. Podratçı bu cür düzəlişin yaxud kənarlaşdırmanın bütün bilvasitə, bilavasitə və digər zəruri xərclərini, o cümlədən müvəkkillərin Xidmət Haqqıları və mühəndislərin, Layihəçilərin, müvəkkilləri və digər mütəxəssislərin, lakin bununla məhdudlaşmayan, xərclərini ödəməlidir. 295



10.4 Bir İllik Qüsurların Aradan Qaldırılması Dövrü 295

10.4.1 Əgər, son tamamlanma tarixindən sonrakı 1 (bir) il və ya Azərbaycan Respublikası qanunlarında göstərilən bu cür daha uzun bir dövr ərzində, yaxud Müqavilə Sənədlərinin tələb etdiyi hər hansı müvafiq xüsusi zəmanətin şərtləri tərəfindən və ya Müqavilə Sənədlərinin hər hansı bir məxsusi müddəası tərəfindən, hər hansı İşin müqavilə Sənədlərinin tələblərinə cavab vermədiyi aşkar olunarsa, Podratçı təxirəsalınmaz şəkildə, Sifarişçiyə xərcsiz və İnşaat Rəhbərinin yazılı təlimatına müvafiq olaraq, Layihəçi tərəfindən hazırlanmış müvafiq layihə sənədləşməsinin müşayiəti ilə, ya bu İşi düzəltməli, yaxud əgər bu İş İnşaat Rəhbəri tərəfindən yararsız hesab olunubsa, onu yerləşmə yerindən kənarlaşdırmalı və Müqavilə Sənədlərinin tələblərinə cavab verən bir İşlə əvəz etməlidir. Əgər Podratçı bu təlimatların şərtlərinə təxirəsalınmaz şəkildə riayət etməzsə, yaxud yubanmanın ciddi itki və zərər risklərinə səbəb olduğu fövqəladə hallarda Sifarişçi münasib olmayan İşi düzəldə bilər, yaxud yararsız hesab edilmiş İşi kənarlaşdırmalı və əvəz etməli və bu kənarlaşdırmanın və əvəzolunmanın bütün bilvasitə, bilavasitə və digər zəruri xərcləri, o cümlədən mühəndislərin, Layihəçilərin, müvəkkillərin və digər mütəxəssislərin, lakin bununla məhdudlaşmayan, Xidmət Haqqı və xərcləri Podratçı tərəfindən qarşılanmalıdır. Xüsusi hallarda İşin əsaslı tamamlanmasından qabaq avadanlıqların hər hansı bir hissəsi uzunmüddətli bir xidmətə təqdim olunubsa, bu təqdirdə həmin hissənin bərpa olunma dövrü daha tez bir tarixdən başlaya bilər. 295



10.5 Yararsız İşin Qəbul Olunması 296

10.5.1 İnşaat Rəhbəri, Layihəçinin məsləhəti ilə, yararsız İşin bərpası və ya kənarlaşdırılması əvəzinə bu İşin qəbul olunmasını və əvəz edilməsini tövsiyə edə bilər. Podratçı İnşaat Rəhbərinin və Layihəçinin bu İşi qiymətləndirməsindən və onu qəbul etmək qərarından yaranan bütün bilvasitə, bilavasitə və digər zəruri xərcləri qarşılamalıdır və bu xərclərə mühəndislərin, Layihəçilərin, müvəkkillərin və digər mütəxəssislərin, lakin bununla məhdudlaşmayan, Xidmət Haqları və xərcləri daxil olmalıdır. Əgər hər hansı bu cür qəbul olunma İnşaat Rəhbərinin son ödəniş tövsiyəsindən əvvəl baş verərsə, İşə görə Müqavilə Sənədlərinin labüd nəzərdən keçirilməsini əhatə edən dəyişiklik sərəncamı verilməlidir və Sifarişçi Müqavilə qiymətini azaltmaq hüququ əldə etməlidir. Əgər qəbul olunma bu tövsiyədən sonra baş vermişdirsə, bu azaltmanın miqdarı Podratçı tərəfindən Sifarişçiyə ödənilməlidir. 296



11.1 Qiymətin Cədvəllə Bölüşdürülməsi 296

11.1.1 Hədəf Qiymət Sifarişçi və İnşaat Rəhbəri tərəfindən qəbul olunduqdan sonra, 8.2.5 Bəndində sadalanan nəzərdə tutulmuş cədvəl fəaliyyətlərin qiymətlərinin paylanması faktiki xərclərə əsaslanmaqla yenilənə bilər. 296

11.1.2 Podratçı tərəfindən hazırlanmış və Sifarişçi və İnşaat Rəhbəri tərəfindən “Faktiki Xərc Hesab Kitabı” qəbul olunduqdan sonra, 8.2.4 Bəndində göstərilən tamamlanmış fəaliyyətlər qrafiki üçün faktiki xərclərin paylaşdırılması məxaric səmərəliliyinin və Hədəf Qiymətlə müqayisədə podratçının məxaricə nəzarət həcmlərini qiymətləndirmək üçün hazırlanmalıdır. 296

11.2 Ödəniş üçün Ərizələr 297

11.2.1 Nəzərdə tutulan İşin başlanmasında sonra hər ay, Podratçı, əvvəlki ayda görülmüş işə görə Sifarişçi tərəfindən ödəniş üçün təsdiqlənmiş forma üçün aylıq sorğu hazırlamalıdır. Hər bir ödəniş sorğusu son ödəmə tarixindən qırx beş (45) gün öncədən, İnşaat Rəhbəri tərəfindən qiymətləndirilmək və Sifarişçi tərəfindən təsdiqlənmək üçün on beş (15 gün vaxt verməklə, təqdim olunmalıdır. 297

11.2.2 İnşaat Rəhbəri Podratçı tərəfindən təqdim olunmuş ödəniş sorğusunu, o cümlədən son ödəniş sorğusunu təhlil etməli və lazımi düzəlişlər etməlidir. İnşaat Rəhbəri Podratçının ödənişi ilə bağlı Layihəçi ilə məsləhətləşmələr apara bilər. 297

11.2.3 İşin qiyməti anlayışı işin irəliləyişi ərzində ortaya çıxan və ödənilən bütün xərclər mənasını daşıyır. Bu qiymətlər yerli qiymətlərdən çox olmamalı və Əlavə Şərtlərdə Əlavə 2-da göstərilən Sabit Xidmət Haqqına aid xərclər xaric olmalıdır. 297

11.2.4 Hər növbəti ödəniş vaxtından ən azı 5 (beş) gün əvvəl, lakin ayda bir dəfədən çox olmamaqla, Podratçı İnşaat Rəhbərinə İşin statusunu əks etdirən, ərizə tarixi ilə eyni olan və Müqavilə Sənədləri və İnşaat Rəhbəri tərəfindən tələb olunan sənədləşmələrlə birlikdə hesabat təqdim etməlidir. Podratçı İnşaat Rəhbəri ilə birgə işin faktiki gedişatı ilə onun planlaşdırılmış gedişatını müqayisə edən inşaat planı üzrə hesabat təqdim etməlidir. Gedişatın ödənişləri yuxarıda qeyd edildiyi kimi inşaat planı üzrə hesabata əsaslanmalı və “Faktiki Xərc Hesabının Qeydiyyatı” Podratçı tərəfindən hazırlanmalı və İnşaat Rəhbəri tərəfindən razılaşdırılmalıdır. 297

11.2.5 Podratçı zəmanət və təminat verir ki, Layihəyə cəlb olunan və ya olunmayan, hər hansı ödəniş ərizəsi tərəfindən qarşılanan bütün işlərin, material və avadanlıqların mülkiyyət hüququ ödəniş vaxtından gec olmayaraq, əvəzi ödənilmədən və girov qoyulmadan Sifarişçi ilə keçməlidir. 298

11.2.6 İnşaat Rəhbəri Podratçı tərəfindən icra olunan İş vahidinin dəyərinin faktiki kəmiyyətini və təsnifatını müəyyən etməlidir. Podratçı İnşaat Rəhbərinin bu kəmiyyətlər və hədəf qiyməti barədə ilkin qərarlarını nəzərdən keçirməlidir. Əgər İnşaat Rəhbərinin bu cür hər hansı qərarının tarixindən sonrakı 5 (beş) gün ərzində Podratçı İnşaat Rəhbərinin qərarından, əgər varsa, şikayət vermək istəyi barədə yazılı bildiriş təqdim etməzsə, İnşaat Rəhbərinin qərarı Podratçı üçün yekun və icbari olmalıdır. 298

11.3 Ödəniş üçün Tövsiyələr 298

11.3.1 Hər ödəniş ərizəsinin qəbzindən sonrakı on beş (15) gün ərzində İnşaat Rəhbəri ya ödəniş üçün yazılı şəkildə tövsiyə yazıb onu ərizə ilə birlikdə Sifarişçiyə təqdim etməli, ya da rədd edilən ödənişin səbəblərini yazılı şəkildə göstərməklə həmin ərizəni Podratçının özünə qaytarmalıdır. Sonuncu halda, Podratçı zəruri düzəlişləri etməli və ərizəni yenidən təqdim etməlidir. 298



11.4 Proqres Ödənişinin Yoxlanması 298

11.4.1 Sifarişçi Podratçının ödəniş ərizəsi ilə əlaqədar olaraq İnşaat Rəhbərinin tövsiyələri əsasında “Faktiki Dəyər Hesabının Qeydiyyatı” ilə yoxlanılıb yekun vurulmuş faktiki dəyər hesabı üzrə proqres ödənişini etməlidir. Qazanılmış hesaba nəzərən yoxlanılmış faktiki dəyərin hər hansı ləngiməsi sonrakı ərizə ilə, idarəetməni və plan gedişatını təkmilləşdirmək şərtləri altında Sifarişçinin və İnşaat Rəhbərinin səlahiyyəti ilə ödənilə bilər. İşin proqresi ilə bağlı bütün ödənişləri Müqavilə Sənədlərində bəyan edildiyi kimi hər ayın günündə ödənilməlidir. 298

11.4.2 Müqavilə Sənədlərinin ciddi tələbləri əsasında, ödəniş ərizələri üzrə İnşaat Rəhbərinin tövsiyələri, və ya işin gedişatının hər hansı ödənişi və ya Sifarişçi tərəfindən Layihənin istifadə olunması Podratçını bütün İşlərin təmin olunması və icra olunması öhdəliklərindən azad etməməlidir. 298

11.5 Mülkiyyətin istifadə hüquqları 298

11.5.1 Müqavilə Sənədlərinə əsasən, Podratçı İşi və İşin icra olunacağı yerləşmə yerini təmin olunmuş işçi qüvvəsi və materialları bütün növ yüklülükdən azad saxlamalıdır. Müqavilə Sənədlərinin tərkibinə zidd olmasına baxmayaraq, hər hansı bir şəkildə, əgər hər hansı bu cür istifadə hüququ qeydə alınıbsa və ya təsdiq olunubsa yaxud İşin gedişatı dövründə və ya bu Müqavilənin davam etdiyi dövr ərzində hər hansı yüklülük qeydə alınması və ya təsdiq olunmasına inanmaq üçün istənilən səbəb olarsa, Sifarişçi Podratçıya ödəməli olduğuna baxmayaraq, hər hansı ödəniş etməkdən imtina edə bilər və ya Sifarişçinin yetərli hesab etdiyi məbləği Podratçıya ödəməli olduğu ödənişdən tuta bilər və ya belə yüklülük hüququnu təmin etmək üçün tələb olunan bütün öhdəlik və məsrəfləri qarşılamaqdan imtina edə bilər və Müqaviləyə Podratçıya heç bir xərc ödəmədən xitam verə bilər. 299

11.5.2 Müqavilə Sənədlərinə əsasən, Podratçıya edilməli olan son ödəniş İşin və İşin icra olunacağı sahənin icra olunmuş İşə və təmin olunmuş materiallara görə yaranan bütün və hər hansı yüklülük hüquqlarından tam azad olunana qədər ödənilməyə bilər. 299

11.6 Tutulmuş Ödənişlər 299

11.6.1 İnşaat Rəhbəri ödənişi təsdiq etməkdən imtina edə bilər və Sifarişçi Podratçıya ödəniş etməkdən imtina edə bilər yaxud, sonradan aşkar olunmuş faktlara və ya nəticələrə görə, Sifarişçini itkilərdən və zərərlərdən mühafizə etmək üçün İnşaat Rəhbərinin fikri ilə tələb olunan səviyyədə əvvəlcədən qəbul olunmuş hər hansı ödəniş tövsiyəsini aşağıdakı hallara əsasən geri götürə bilər: 299

11.6.2 Əgər Podratçı ödənişin imtina olunması üçün hər hansı səbəbi Sifarişçinin seçiminə həvalə edərsə, Sifarişçi İnşaat Rəhbəri tərəfindən tövsiyə olunan məbləği xüsusilə ödənilməli olduğu Podratçıya qərəzsiz ödəməlidir. 299

11.7 Əsaslı Tamamlanma 299

11.7.1 İnşaat Rəhbəri Layihəçi ilə məsləhətləşmədən sonra İşin əsaslı tamamlanması zamanını müəyyən etməlidir. Podratçı İşin nəzərdə tutulan istifadə üçün hazır olduğunu hesab etdiyi təqdirdə, Podratçı İnşaat Rəhbərini yazılı şəkildə İşin əsaslı şəkildə tamamlanması barədə xəbərdar etməli İnşaat Rəhbərinin Əsaslı Tamamlanma Şəhadətnaməsini təqdim etməyi tələb etməlidir. Bundan sonra müvafiq bir zaman ərzində, İnşaat Rəhbəri və Layihəçi Sifarişçi və Podratçı ilə birlikdə tamamlanmanın statusunu müəyyən etmək üçün təftiş aparmalıdırlar. Əgər İnşaat Rəhbəri, Layihəçi ilə məsləhətləşmədən sonra, İşi əsaslı tamamlanmış hesab etməsə, İnşaat Rəhbəri Podratçını yazılı şəkildə səbəbləri göstərməklə xəbərdar etməlidir. Əgər İnşaat Rəhbəri İşi əsaslı tamamlanmış hesab edərsə, İnşaat Rəhbəri Əsaslı Tamamlanma Şəhadətnaməsini hazırlamalı və Sifarişçiyə çatdırmalıdır. Burada şəhadətnaməyə son tamamlanmadan əvvəl yekunlaşdırılmalı və ya düzəldilməli olan hissələrin siyahısı əlavə olunmalıdır. Podratçıya siyahıdakı hissələri tamamlamaq və ya düzəltmək üçün icazə verilməlidir. Əsaslı Tamamlanma Şəhadətnaməsi çatdırılarkən və Tərəflər arasında Təhvil-Təslim Aktı imzalanmalıdır, İnşaat Rəhbəri Podratçıya mühafizə, nəzarət, təhlükəsizlik, texniki xidmət, istilik, kommunal xidmətlər, sığorta və zəmanət üzrə Sifarişçi ilə Podratçı arasında son ödəniş barədə öhdəliklərin bölgüsü üzrə yazılı tövsiyə çatdırmalıdır. Bu tövsiyə Podratçıya son ödəniş olunana qədər icbari olmalıdır. 300



11.8 Qismən İstifadə 300

11.8.1 İşin əsaslı tamamlanmasından əvvəl Sifarişçi İşin Müqavilə Sənədlərində məhz bu hissəsi üçün nəzərdə tutulan, yaxud Sifarişçi tərəfindən Podratçının İşin qalan hissəsini icra etməsinə müdaxilə etməyən və İşin ayrılıqda tətbiq oluna bilən və faydalı hissəsini təşkil etdiyi barədə İşin Sifarişçinin, İnşaat Rəhbərinin və Podratçının razılaşdığı hər hansı tamamlanmış hissəsini istifadə edə bilər. İnşaat Rəhbəri istənilən vaxt Podratçıdan Sifarişçiyə İşin hər hansı bu cür hissəsindən istifadə etməsi üçün icazə verməsini tələb edə bilər. Bu cur tələbdən sonra müvafiq bir zaman ərzində Sifarişçi, Podratçı və İnşaat Rəhbəri İşin həmin hissəsini onun tamamlanma statusunu müəyyən etmək üçün təftiş etməlidirlər. 300



11.9 Yekun Təftiş 301

11.9.1 İnşaat Rəhbəri, Layihəçi ilə məsləhətləşmədən sonra, İşin son olaraq nə vaxt tamamlanacağını müəyyən etməlidir. Podratçı tərəfindən bütün İşin və ya onun razılaşdırılmış hissəsinin tamamlanması barədə yazılı bildiriş aldıqdan sonra, İnşaat Rəhbəri Sifarişçi və Podratçı ilə birlikdə son təftiş həyata keçirməli və İşin hər hansı hissəsinin Müqavilə Sənədlərinin tələblərinə cavab vermədiyi barədə Podratçıya yazılı bildiriş verməlidir. Podratçı bu çatışmazlıqları aradan qaldırmaq üçün dərhal zəruri ölçüləri götürməlidir. Son Tamamlanma Şəhadətnaməsi (Təhvil-Təslim Aktı) və ya son ödəniş bu çatışmazlıqlar aradan qaldırılmayana kimi həyata keçirilməməlidir. 301



11.10 Ödəniş üçün Son Ərizə 301

11.10.1 Podratçı bütün İşləri İnşaat Rəhbərinin qənaətində tamamladıqdan sonra və bütün texniki xidmət və istismar instruksiyalarını, Tikilmə planlarını, inşaat üçün yoxlanış sertifikatını, ehtiyat hissələrini, İstismar və Texniki Xidmət kitabçalarını, Sifarişçinin personalı üçün İstismar və Texniki Xidmət Seminarlarını, planları, zəmanətləri, razılaşmaları, təftiş sertifikatlarını, qiyməti artırılmış qeyd sənədlərini, çatışmazlıq öhdəlikləri üçün zəmanət forması və Müqavilə Sənədləri tərəfindən tələb olunan digər sənədləri çatdırdıqdan sonra və İnşaat Rəhbərinin İşin Müqavilə Sənədlərin ilə uyğunluğunu təsdiqlədikdən sonra Podratçı işin gedişatı üçün ödəniş proseslərinə uyğun olaraq ödəniş üçün ərizə təqdim edə bilər. 301

11.10.2 Ödəniş üçün son ərizə Müqavilə Sənədlərinin tələb etdiyi bütün sənədləşmələr, həmçinin İşdən meydana gələn və ya İlə bağlı bütün istifadə hüquqlarının tamamilə və hüquqi cəhətdən effektiv azad olunması və ya imtina olunması ilə müşayiət olunmalıdır. 301

11.11 Son Ödəniş 301

11.11.1 İşin inşaatı dövründə İnşaat Rəhbərinin müşahidəsi, onun son təftişi və Müqavilə Sənədlərinin tələb etdiyi ödəniş ərizəsinin yoxlanılması və sənədləşmələrin müşayiət olunması əsasında, və Sifarişçinin və İnşaat Rəhbərinin İşin tamamlanması və Podratçının digər öhdəliklərinin Müqavilə Sənədləri əsasında həyata keçirilməsi barədə razılığı əsasında, İnşaat Rəhbəri son ödəniş ərizəsinin qəbulundan sonra on (10) gün ərzində Sifarişçiyə yazılı şəkildə ödəniş tövsiyəsi təqdim etməli və Son Tamamlanma Sertifikatı təsdiqləməlidir. Ərizənin Sifarişçiyə təqdim olunmasından və sənədləşmənin müşayiətindən otuz (30) gün sonra müvafiq forma və tərkibdə və İnşaat Rəhbərinin tövsiyəsi və Son Tamamlanma Sertifikatı (Təhvil-Təslim Aktı) ilə birlikdə, İnşaat Rəhbərinin tövsiyə etdiyi məbləğ önə çəkilməli və Sifarişçi tərəfindən Podratçıya ödənilməlidir. 301

11.11.2 Əgər Podratçının heç bir səhvi olmadan, işin son tamamlanması nəzərə çarpacaq qədər təxirə salınırsa, və əgər İnşaat Rəhbəri bu yubanmanı təsdiqləyirsə, Podratçının son ödəmə ərizəsi və İnşaat Rəhbərinin tövsiyəsi üzrə, Razılaşmaya xitam vermədən, Sifarişçi İşin tamamlanmış hissəsinə görə ödəniş edə bilər. 302

11.12 Podratçının Davamlı Öhdəliyi 302

11.12.1 Podratçının Müqavilə Sənədlərinə uyğun olaraq İşi icra etmək və tamamlamaq öhdəlikləri mütləq olmalıdır. Nə hər hansı işin gedişatı və ya son ödəniş üzrə İnşaat Rəhbərinin tövsiyəsi, nə Əsaslı və ya Son Tamamlanma Sertifikatının verilməsi, nə Sifarişçi tərəfindən Podratçıya hər hansı ödəniş, nə İşin və ya onun hər hansı hissəsinin Sifarişçi tərəfindən hər hansı istifadəsi və ya kirayəsi, nə də hər hansı işçi çertyojunun, nümunəsinin hər hansı yoxlanışı və ya təsdiqlənməsi və ya digər təsdiqolunma Podratçını İşi Müqavilə Sənədlərinin bütün tələbləri ilə yerinə yetirmək öhdəliklərindən azad etməməlidir. 302



11.13 Son Tamamlanma 302

11.13.1 Əgər podratçı tikintini Müqavilə Vaxtında bitirməyə nail olmursa, yubanma zərərlərinin aradan qaldırılması üçün podratçı yubanmanın hər bir tam ayı üçün təsdiqlənmiş Hədəf Qiymətin 0.01% (sıfır tam yüzdə bir) dəyərində nağd pulla Sifarişçiyə, bu aradan qaldırılmış zərərlər son Hədəf Qiymətin 10%-dən (on faiz) çox olmadığı təqdirdə, məbləğ ödəməlidir. Aradan qaldırılmış bu zərərlərin ödənilməsi Podratçını bu Müqaviləyə uyğun olaraq Xidmətləri tamamlamaq öhdəliyindən azad etməməlidir 302



11.14 İddialardan İmtina 302

11.14.1 Son ödənişin edilməsinə və qəbuluna aşağıdakılar aid olmalıdır: 302



12.1 Podratçının Məsuliyyət Sığortası 303

12.1.1 Podratçı, hər hansı subpodratçı və ya onların bilvasitə və ya bilavasitə işə götürdükləri şəxslər tərəfindən və ya onların hərəkətlərinə cavabdeh olacağı hər hansı bir şəxs tərəfindən İşin icra və təmin olunmasından asılı olmayaraq, Podratçı belə icra və təmin olunmaqda olan İşə uyğun olan və Müqavilə Sənədlərinə əsasən Podratçının İşi icra etməsi və digər öhdəliklərinin nəticəsində meydana çıxan aşağıdakı iddialardan müdafiə etməli olan ümumi ticari öhdəliyi və digər sığortanı almalı və təmin etməlidir: 303



12.2 Müqavilə Məsuliyyətinin Sığortası 304

12.2.1 Bu Sazişin şərtləri altında 12-ci Bənddə tələb olunan komersiya ümumi məsuliyyət sığortasına Podratçının öhdəliklərinə müvafiq olaraq, müqavilə məsuliyyəti sığortası daxil olmalıdır. 304



12.3 Mülkiyyət Sığortası 304

12.3.1 Podratçı İşlərin sığortalanacaq tam dəyəri üçün mülkiyyət sığortasını alacaq və təmin edəcək. bu sığorta siyahıda sadalanan bütün sığortalanmış və əlavə olaraq sığortalanan şəxsləri, yəni, Sifarişçi, Podratçı, Subpodratçı, İR, Layihəçi, eləcə də, İR və Layihəçiun məsləhətçilərinin maraqlarını qoruyacaq məbləğdə olmalıdır. Bu sığorta, İnşaatçının mühüm Riskləri üzrə yazılacaq və ya İşlərin, müvəqqəti tikililərin, taxta şalban materialları, tranzit işləri üzrə fiziki itki və zərərlərin sığortalanmasını əhatə edəcək itki üsulu formasının təhlükə və xüsusi səbəblərini açıqlayacaq, o cümlədən, ən azı aşağıda göstərilən itkilərin təhlükə və xüsusi səbəblərini sığortalayacaq: yanğın, ildırım, qəsdən zərər vermə, oğurluq, vandalizm, zəlzələ, uçqun, inşaat qalıqlarının təmizlənməsi, qanun-qaydaların tətbiq edilməsi ilə meydana çıxan dağıntı, su zərəri və Əlavə Şərtlərlə tələb oluna biləcək xüsusi digər itki səbəbləri və təhlükələri; sığortalanmış istənilən bir mülkiyyətin (İR və Layihəçiun haqları və xərcləri də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan); və İşlərə əlavə edilməmişdən əvvəl Sifarişçi tərəfindən yazılı olaraq razılaşdırılan iş sahəsində və ya digər ərazidə saxlanılan material və avadanlıqları əhatə edəcək, yalnız o şərtlə ki, material və avadanlıqlar İR-nin tövsiyə etdiyi ödəniş müraciətinə daxil edilməlidir. Bundan əlavə, Podratçı sığortalanmış istənilən itkinin səbəb olduğu, eləcə də, sığortalanmış mülkiyyətin bərpası və dəyişdirilməsi zamanı meydana çıxan zərər-ziyanların və xərclərin kompensasiyalarını təmin edəcək. 304

12.3.2 Bununla bağlı Podratçı tərəfindən təmin olunacaq bütün lazımi sığorta metodları və ya şəhadətnamələri və digər dəlillər, 12.6-cı paraqrafda göstərilən imtina şərtlərindən də ibarət olacaq. 304

12.3.3 Sifarişçi Podratçının, subpodratçıların və ya İşə cəlb olunmuş digər şəxslərin mənafelərini qorumaq üçün mülkiyyətin sığortalanmasını təmin etməyə dair cavabdehlik daşımamalıdır. 304

12.3.4 Əgər Sifarişçi İşlərin əsaslı şəklidə tamamlanmasından əvvəl onun bir və ya bir neçə qisminin istismarını və ya istifadəsini zəruri hesab edirsə, o zaman bu həyata keçirilə bilər, yalnız o şərtlə ki, mülkiyyətin sığortalanmasını həyata keçirən sığorta idarəsi bildirişi qəbul etməmişdən və bununla bağlı tələb olunan kompensasiya dəyişikliklərini yazılı şəkildə yerinə yetirməmişdən əvvəl belə bir istismar və ya istifadə başlanılmır. Mülkiyyətin sığortalanmasını həyata keçirən sığorta idarəsi bunu təsdiq etməlidir, lakin mülkiyyətin sığortası bu qismən istifadə və ya istismara görə nə təxirə salınmalı, nə də buraxılmalıdır. 304

12.4 Sığorta Şəhadətnaməsinin Çatdırılması 305

12.4.1 İşin yerləşmə yerində başlanmasından əvvəl, Podratçı İnşaat Rəhbəri vasitəsilə Sifarişçiyə Podratçının almalı və təmin etməli olduğu sığorta və kompensasiya limitlərini əks etdirən sığorta şəhadətnaməsini çatdırmalıdır. 305



12.5 Sifarişçinin Sığortası 305

12.5.1 Sifarişçi öz öhdəçilik sığortasının alınmasına və təmin olunmasına cavabdeh olmalıdır və, Sifarişçinin seçimi ilə, Sifarişçini bu Müqavilə Sənədləri daxilindəki əməliyyatlar zamanı yarana bilən hər hansı iddiadan müdafiə etmək üçün bu sığortanı ala və həyata keçirə bilər. 305



12.6 Subroqasiyadan İmtina 305

12.6.1 Podratçı təmin olunmuş sığorta ilə əhatələnən istənilən təhlükənin törətdiyi itki və zərərlərə görə bir-birləri əleyhinə hüquqlarından və belə zərər və ziyanlara görə sığortalanmış Subpodratçılar, İR, Layihəçi, İR-nin və Layihəçiun məsləhətçiləri əleyhinə bütün belə hüquqlardan imtina edir. Yuxarıda qeyd olunan imtinaların heç biri, benefisiar kimi Sifarişçinin sahib olduğu sığorta gəlirlərindən və ya digər vasitələrlə ediləcək ödənişlərdən sığortalanmış digər tərəflərin heç birinin istifadə etməsi hüquqlarını əhatə etməyəcək. 305



13.1 Podratçı tərəfindən Maddi-mənfəətə Xitam Verilməsi 305

13.1.1 Əgər, Podratçının heç bir hərəkəti və ya səhvi olmadan, İş Sifarişçi tərəfindən yüz səksən (180) gündən artıq bir dövr ərzində təxirə salınırsa və ya əgər son olaraq müəyyən edilmiş verməli olduğu məbləği altmış (60) gün ərzində ödəyə bilmirsə, Podratçı yeddi (7) günlük yazılı bildiriş ilə bu Müqaviləyə xitam verə və ya bütün icra olunmuş İş üçün ödənişi və ayrılmış hər hansı məsrəfi, həmçinin müvafiq xitam məsrəflərini Sifarişçidən geri ala bilər. 305

13.1.2 Bu Bəndin şərtləri Podratçını 16.5.3 Bəndinə əsasən İşləri Podratçının İnşaat Planına uyğun olaraq və Sifarişçi ilə mübahisələr dövründə gecikmədən icra olunması öhdəliklərindən azad etməməlidir. 305

13.2 Sifarişçinin İstəyi ilə Xitam 305

13.2.1 Sifarişçi yeddi (7) günlük yazılı bildiriş ilə səbəbsiz və hər hansı hüquqa və ya tədbirə zərər vurmadan İşdən imtina edilməsinə və bu Müqavilənin xitam verilməsinə qərar verə bilər. 305

13.2.2 13.2.1 Bəndinə əsasən xitam verildiyi halda Podratçıya icra olunmuş bütün İşlərə görə ödəniş olunmalı və Podratçı tərəfindən bu Müqaviləyə uyğun olaraq çəkilmiş məsrəflər və bilavasitə xərclər ödənilməlidir. 305

13.3 Müqavilə Öhdəliklərinin Yerinə Yetirməməyə Görə Xitam 306

13.3.1 Bu Müqaviləyə müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə aşağıdakı halların hər hansı biri baş verdikdə xitam verilə bilər: 306

13.3.2 Aşağıdakı halların hər hansı biri baş verdikdə, Podratçının təsisçilərinin dəyişiklikləri haqqında Bildirişlər Podratçı tərəfindən yazılı şəkildə təqdim olunmalıdır: 306

13.3.3 Sifarişçi, Podratçıya və onun zamininə yeddi (7) gün əvvəlcədən yazılı bildiriş verdikdən sonra, Sifarişçi Podratçının hər hansı xidmətinə xitam verə, Podratçını İŞ sahəsindən kənarlaşdıra və İşin və Podratçının yerləşmə yerindəki bütün alətlərinin, cihazlarının, tikinti avadanlıqlarının və maşınlarına nəzarəti əla ala bilər. Həmçinin Sifarişçi bütün material və avadanlıqları İşdə cəmləşdirə və o cümlədən Podratçının məqsədəuyğun hesab etdiyi qaydada İşi tamamlaya bilər. Bu halda Podratçı İş tamamlanana kimi heç bir əlavə ödəniş almaq hüququna sahib olmamalıdır. Əgər müqavilə qiymətinin ödənilməmiş balansı İşin tamamlanmasının, o cümlədən mühəndislərin, Layihəçilərin, müvəkkillərin və digər mütəxəssislərin, lakin bununla məhdudlaşmayan, Xidmət Haqları və xərcləri və məhkəmənin xərclərinə nisbətən çoxluq təşkil edərsə, bu məbləğ Podratçıya ödənilməlidir. Əgər bu xərclər həmin balansdan artıq olarsa, Podratçı yaranan fərqi Sifarişçiyə ödəməlidir və Sifarişçi tərəfindən qarşılanan bu xərclər İnşaat Rəhbəri tərəfindən müəyyən olunmalı və dəyişiklik orderinə birləşdirilməlidir. Hər hansı hüquqları və tədbirləri bu bənd altında həyata keçirərkən, Sifarişçidən icra olunmuş işə görə ən aşağı qiyməti əldə etmək tələb olunmamalıdır. 307

13.3.4 Əgər Sifarişçi bu Müqaviləyə bütünlüklə və ya onun hər hansı bir hissəsinə 13.3 Bəndinə əsasən xitam verərsə, Sifarişçi Podratçıya Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq bu Müqavilədən irəli gələn ağlabatan xərcləri ödəməlidir. 307

13.4 Xitam Müddəaları 307

13.4.1 Sifarişçi tərəfindən 13.2 və ya 13.3 Bəndinə müvafiq olaraq xitam bildirişi qəbul etdikdən sonra Podratçı: 307

13.4.2 Bu Müqaviləyə əsasən İşə xitam verilməsindən son tamamlanma işlərindən üç (3) il müddətinə Podratçı bütün bu vaxtda Podratçının ofisində, Sifarişçiyə bilavasitə əlavə xərc olmadan, Podratçının bütün kitablarını, qeydlərini, sənədlərini və bundan sonra xitam verilmiş və ya İnşaat Rəhbəri tərəfindən müəyyən miqyasda bu Müqavilənin İşlə bağlı dəyərləri və məsrəfləri barədə digər məlumatları, (adi, mikro və rəqəmsal) fotoşəkilləri, videolentləri və ya digər müvafiq reproduksiyanı Sifarişçiyə təqdim etməlidir. 308

13.4.3 Bəndinə uyğun olaraq, Podratçıya çatmalı hər hansı məbləğ olduqda, aşağıdakılar hesaba alınmamalıdır (çıxılmalıdır): 309

13.4.4 Sifarişçi Sifarişçinin seçimi və Podratçının hesabına 13.4 Bəndi ilə əvəzi ödənilməli olan məsrəfləri Sifarişçi tərəfindən seçilmiş müstəqil sertifikatlı ictimai mühasiblər tərəfindən audit etdirə və yoxlatdıra bilər. 309

13.5 Sifarişçinin Hüquqları 309

13.5.1 13.2 və ya 13.3 Bəndlərinə müvafiq olaraq Sifarişçi tərəfindən Podratçının xidmətlərinə xitam verilərsə, bu xitam Sifarişçinin Podratçıya qarşı həmin vaxt mövcud olan və ya sonradan yarana biləcək hər hansı hüquqlarına və ya hüquqi vasitələrinə təsir etmir. 309

13.5.2 Sifarişçi tərəfindən Podratçıya ödənilməli olan pulun saxlanılması və ya ödənilməsi Podratçını İşin icra olunması ilə bağlı öhdəliklərdən azad etmir. 309

14.1 Əgər Fors Major halları, o cümlədən yanğın; daşqın; zəlzələ; digər təbii fəlakətlər; embarqo; hər hansı xarakterli hərbi əməliyyatlar; tətillər; Hökumət əmrləri və digər normativ aktlar, həmçinin, lakin bununla məhdudlaşmayan, icra olunma şərtlərində bu Müqavilənin həyata keçirilməsinə təsir etmişdirsə, Tərəflər Müqavilənin qismən və ya bütünlüklə icra olunmamağına görə məsuliyyət daşımamalıdırlar. 309

14.2 Bu Müqavilənin öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşən tərəf, mümkün qədər tez bir zamanda, lakin birinci Fors Major halının baş verdiyi tarixdən sonra yeddi (7) gündən gec olmayaraq, digər tərəfi Fors Major halının baş verməsi barədə yazılı şəkildə xəbərdar etməli və digər Tərəfə dəymiş ziyanın və itkinin aradan qaldırılması üçün bütün zəruri cəhdləri öz üzərinə götürməli və bu Müqavilənin bütün digər öhdəliklərini yerinə yetirməyə davam etməlidir. 309

14.3 Rəsmi hakimiyyət orqanları tərəfindən təqdim olunan aidiyyatı sənədlər Fors Major hallarının mövcud olması üçün sübutdur. 309

14.4 Əgər Fors Major vəziyyətinə görə, hər hansı bir Tərəf Fors major halının baş verdiyi gündən sonra doxsan (90) təqvim günü ərzində öz öhdəliklərini yerinə yetirə bilmirsə, Tərəflər dərhal Fors Majorun və fəaliyyət kursunun effektini dəyərləndirmək üçün, Tərəflərin bu hallarda zəruri qəbul etdikləri və qabaqcadan təyin etdikləri, müzakirələrə başlamalıdırlar; əgər Fors Major halları başlandıqları tarixdən sonra yüz iyirmi (120) gün ərzində davam edərsə, bu Müqaviləyə, Tərəflərdən biri yazılı şəkildə xitam tələb edərsə, xitam verilməlidir. 310

15.1. Bu Müqavilə və ya onunla bağlı yaran biləcək hər hansı və bütün mübahisələri və ya fərqləri Tərəflər qarşılıqlı danışıqlar yolu ilə, əgər mümkündürsə, həll etməlidirlər. Əgər Tərəflər qarşılıqlı danıçıqlar yolu ilə razılığa gələ bilmirlərsə, bu zaman Müqavilədən və ya onunla bağlı yaranan hər hansı mübahisə, ziddiyyət və ya iddia hər hansı məhkəmə hüququna müraciət etmədən, son olaraq Azərbaycan Respublikası məhkəmələrində həll olunmalıdır. 310



16.1 Tətbiq olunan Hüquq 310

16.1.1 Müqavilə və Müqavilə Sənədləri, o cümlədən 15-ci maddəyə uyğun olaraq tərəflər arasında meydana çıxmış mübahisələr Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcəkdir. 310



16.2 Məxfilik 310

16.2.1 Podratçı İnşaat Rəhbəri, Layihəçi və Podratçı, həmçinin onların müstəqil peşəkar mühəndisləri, memarları və digər məsləhətçiləri və subpodratçılar arasında Layihənin tamamlanması barədə kommunikasiya məlumatlarından və Sifarişçi tərəfindən təsdiqlənmiş informasiyanın açıqlanmasından və Layihənin planlaşdırılması və tikintisi üzrə qanunverici hüququ olan dövlət orqanları ilə kommunikasiya qeydlərindən savayı Müqavilə ilə bağlı bütün məlumatları məxfi saxlamalıdır. 310



16.3 Hüquqi varislər 310

16.3.1 Sifarişçi və Podratçının hər biri bu Müqavilənin şərtlərini özünə, hüquqi varislərinə, və qanuni nümayəndələrinə həvalə edirlər. 310

16.3.2 Sifarişçi və ya Podratçının heç biri bu Müqaviləni digərinin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə bilməz. 310

16.4 Yazılı Bildiriş 310

16.4.1 Müqavilə Sənədlərinin hər hansı müddəası yazılı bildiriş tələb etdiyi təqdirdə, əgər hər hansı fərdə və ya firmanın üzvünə və ya korporasiyanın rəsmisinə şəxsən göndərilmək üçün nəzərdə tutulubsa yaxud əgər bildirişi göndərənə məlum olan sonuncu işgüzar ünvana qeydiyyatlı və ya sertifikatlaşdırılmış poçt və ya ödənişli poçt vasitəsilə çatdırılıbsa və ya göndərilibsə, bu yazılı bildirişin həqiqiliklə göndərilməsi nəzərdə tutulmalıdır. 310



16.5 Podratçı ilə Sifarişçi arasındakı Mübahisələr 311

16.5.1 İşin qəbul olunması ilə və ya İşin icra olunması və təchiz edilməsi üzrə Müqavilə Sənədlərinin tələblərinin şərh olunması ilə bağlı mübahisələr və digər məsələlər İnşaat Rəhbərinə yazılı şəkildə təqdim olunmalıdır. İnşaat Rəhbəri münasib bir zaman ərzində yazılı şəkildə qərar verməlidir. 311

16.5.2 İnşaat Rəhbərinin mübahisələr və ya digər məsələlər ilə bağlı yazılı şəkildə qərarları, Müqavilə Sənədlərinin və ya bu Müqavilənin 15.1.1 Bəndində nəzərdə məhkəməyə müraciət hüququ da daxil olmaqla bu mübahisələrin və ya digər məsələlərin şərh olunduğu qanunlara əsasən Podratçının hüquqlarından sonra gəlir. 311

16.5.3 Podratçı İşin icra olunmasını davam etdirməli və bütün mübahisələr və fikir ayrılıqları dövründə Sifarişçi ilə birlikdə Podratçının Tikinti Planına riayət etməlidir. Heç bir İş yubadılmamalı və ya hər hansı mübahisənin və ya fikir ayrılığının gözlənilən qətnaməsi təxirə salınmamalıdır. 311



16.6 Sifarişçiyə İşçi mübahisələrinin bildirişi 311

16.6.1 Əgər Podratçı işçilər arasında hər hansı faktiki və ya potensial mübahisə müqavilənin vaxtında həyata keçirilməsini yubadırsa və ya yubatmaq ehtimalı varsa, Podratçı dərhal Sifarişçiyə və İnşaat Rəhbərinə, bütün əlaqədar məlumat da daxil olmaqla, bildiriş verməlidir. 311



16.7 Qarantiya 311

16.7.1 İşin lazımi icra olunmasını və Podratçının Müqavilə Sənədlərində göstərilən öhdəliklərinin ödənişinin təmin olunması məqsədilə, Podratçı icra olunma və ödəniş qarantiyası , daxil olmaqla Avans Ödəniş Zəmanəti, hər biri ən azı Hədəf Qiymətinin 10 % -na bərabər olan məbləğdə təmin etməlidir. Bu öhdəliklər son ödəniş olunan tarixdən sonra ən azı bir (1) il müddətinə qüvvədə qalmalıdır. Bütün qarantiyalar qanunda göstərilən formada olmalıdır. Hüquqi nümayəndə tərəfindən imzalanan bütün qarantiyalar bu səlahiyyəti təsdiq edən etibarnamənin təsdiq edilmiş surəti ilə təqdim olunmalıdır. Podratçı bu müqavilə Sifarişçi ilə bərabər imzalandıqdan və ya qüvvəyə mindikdən otuz (30) gündən az olmayan müddətdə İcra Qarantiyasını təqdim və/və ya təmin etməlidir. 311

16.7.2 Əgər Podratçı tərəfindən təmin olunan hər hansı razılaşma zaminliyi bankrot elan olunarsa və ya müflisləşərsə və ya Layihənin hər hansı hissəsinin yerləşdiyi yerdə hər hansı bir şəkildə onun biznes fealiyyətinə xitam verilərsə, Podratçı bu vəziyyətdə beş (5) gün ərzində Sifarişçi tərəfindən qəbul oluna biləcək başqa razılaşma və zaminlik təqdim etməlidir. 311

16.8 Bəndlərin Etibarlılığı 311

16.8.1 Sifarişçinin və ya İnşaat Rəhbərinin bu Müqavilənin hər hansı bir və ya bir neçə müddəasının ciddi icra olunması üzrə hər hansı bir və ya bir neçə mərhələdə təkid etməməsinin və ya burada qanun tərəfindən təmin olunan hər hansı hüququn icra etməsi bu müddəanın və ya hüququn imtina edilməsi kimi izah olunmamalıdır və bu hüquq və hüquqlar dəyişilməz qalmalı və hüquqi qüvvəsini saxlamalıdır. 311



16.9 Faiz 312

16.9.1 Bütün ödənilməmiş məbləğlər və ya Sifarişçi Podratçıya nağd pul kimi deyil digər üsulla ödəməli olduğu məbləğə, heç bir faiz hesablanmır. 312



16.10 Hər hansı Bəndin Etibarsız olması 312

16.10.1 Əgər bu Müqavilənin hər hansı bəndi qanuni qüvvəyə malik olmayan və ya etibarsız hesab olunarsa, bu Müqavilənin qalan hissəsi həmin bənd olmadan hüquqi qüvvəsini saxlayır. 312



16.11 Bu Müqavilə Azərbaycan dilində olmaqla iki nüsxə olmaqla tərtib edilmişdir. 312

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə