Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə39/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

8.1.6. Məişət və istehsalat tullantı sularının qarışığında əsas çirkləndirici maddələrin bioloji təmizləmə qurğularına daxil olduqda yol verilən qatılığı (orta sutkalıq nümunədə), həmçinin təmiz-ləmə prosesində onların kənar edilmə dərəcəsi “İstehsalat tullantı sularının yaşayış məntəqələrinin kanalizasiya sisteminə qəbulu qaydaları”na əsasən təyin edilməlidir.

Q e y d:

1. Su obyektinin suyunda çirkləndirici maddələrin yol verilən qatılığını təmin etmək mümkün olmadıqda,təmizləyici qurğulara daxil olmaqdan əvvəl istehsalat və məişət tullantı suları yaranma yerlərində ilkin təmizlənməlidir.

2. Biogen elementlərin miqdarı: hər 100 mq/l OBTtam-a azot (N) 5 mq/l-dən , fosfor P 1mq/l-dən az olmamalıdır.

8.1.7.Çoxkomponentli qarışığın orta oksidləşmə sürəti təcrübə göstəricilərinə əsasən təyin edilməlidir; belə göstəricilər olmadıqda oksidləşmə sürəti çoxkomponentli qarışığa daxil olan maddələrin oksidləşmə sürətlərinin orta ölçülmüş qiymətinə bərabər qəbul edilməsinə yol verilir.

8.1.8. Tullantı sularındakı çirkləndirici maddələrin tərkibində və qatılığında onların su kəmərinin suyunda miqdarı, həmçinin tullantı sularının çöküntülərini emal edən qurğulardan, dərin təmizləmə qurğularının yuyulma suyundan və s. daxil olan çirkləndirici maddələr də hesaba alınmalıdır.

8.1.9. İstehsalat tullantı sularını təmizləyən və alınmış çöküntüləri emal edən qurğuların hesablanması bu normalar, müvafiq sənaye sahələri müəssisələrinin, binaların və qurğuların inşaat layihələndirilməsi normaları, elmi-tədqiqat institutlarının tövsiyələri və fəaliyyətdə olan qurğuların istismar təcrübəsi əsasında yerinə yetirilməlidir.

8.1.10. Tullantı sularının hesabi sərfləri təmizləyici qurğulara nasoslarla verilən, yaxud basqısız daxil olan axımın cəm qrafikinə əsasən təyin edilməlidir.

8.1.11. Tullantı sularının bioloji təmizlənmə qurğuları (məişət tullantı suları üçün OBTtam= OBT20 qəbul edilməlidir) üzvi çirkləndiricilərin OBTtam-la ifadə olunmuş cəminə hesablanmalıdır.

8.1.12. İstehsalat və məişət tullantı suları birlikdə bioloji təmizləndikdə onların ayrılıqda, eləcə də birlikdə mexaniki təmizlənməsinə yol verilir.

Partlama təhlükəsi olan istehsalat tullantı suları üçün, həmçinin istehsalat tullantı sularının kimyəvi, yaxud fiziki-kimyəvi təmizlənməsinə ehtiyac olduqda və istehsalat və məişət tullantı sularının çöküntüləri müxtəlif üsullarla emal edildikdə ayrılmış mexaniki təmizləmə tətbiq olunmalıdır.



8.1.13. Qurğuların tərkibi təmizlənməyə daxil olan tullantı sularının səciyyəvi xüsusiyyətlərindən və miqdarından, təmizlənmənin tələb olunan dərəcəsindən, çöküntünün emal üsulundan və yerli şəraitdən asılı olaraq seçilməlidir.

8.1.14. Təmizləyici qurğular, bir qayda olaraq, yaşayış zonasından əks istiqamətdə ilin isti günlərində əsən hakim küləklər istiqamətində və suaxarda axım istiqamətində yaşayış məntəqəsindən sonra seçilmiş sahədə yerləşdirilməlidir.

8.1.15. Qurğuların yerləşdirilmə vəziyyəti aşağıdakıları təmin etməlidir:

ərazidən qurğuların gələcəkdə genişləndirilə bilməsi və tikintinin növbə ilə aparılması üçün

səmərəli istifadə edilməsi;

müxtəlif təyinatlı bina və qurğuların bloklaşdırılmasının mümkünlüyü və sahədaxili kommunikasiyaların uzunluğunun mümkün qədər az olması;

tullantı sularının əsas axımının qurğulardan bütün basqı itkiləri də nəzərə alınmaqla və yerləşmə ərazisinin mailliyindən istifadə etməklə basqısız keçməsi.

8.1.16. Təmizləyici qurğuların tərkibində nəzərdə tutulmalıdır:

tullantı suları və çöküntünün qurğuların ayrı-ayrı elementləri arasında bərabər paylanmasını, həmçinin qurğuların, kanalların və boru kəmərlərinin təmir, boşaldılma və yuyulma üçün işdən ayrılmasını təmin edən qurğular;

tullantı suları və çöküntünün sərfini ölçmək üçün cihaz və qurğular;

təmizlənməyə daxil olan və təmizlənmiş tullantı sularının keyfiyyət göstəricilərinə nəzarət etmək üçün cihazlar və laboratoriya avadanlığı.



8.1.17. Kanalizasiya təmizləyici qurğularının kanalları və novları tullantı sularının 1,4 əmsalı nəzərə alınmaqla maksimal saniyəlik sərfinə hesablanmalıdır.

8.1.18. Tullantı sularını təmizləyən komplekslərin köməkçi və laboratoriya otaqlarının tərkibi və sahələri yerli şəraitdən asılı olaraq (bu rayonda müvafiq profilli laboratoriyanın olması, avadanlıq və cihazların təmiri və onlara xidmət üzrə təşkilatların olması, digər təşkilatlarla bu sahələrdə kooperasiyanın mümkünlüyü və s.) TNvəQ 2.09.04-ə əsasən təyin edilməlidir.

İlkin layihələndirmədə bu məqsədlə cədvəl 31-dən istifadəyə yol verilir.

 

Cədvəl 31. Tullantı sularını təmizləyən komplekslərin köməkçi və laboratoriya otaqlarının tərkibi vəsahələri



Otaqlar

Təmizləyici qurğuların aşağıdakı məhsuldarlığında (min m3/sut.) otaqların sahələri, m2

1,4-dən çox 10-a qədər

10-dan çox 50-ə qədər

50-dən çox 100-ə qədər

100-dən çox 250-ə qədər

 

250-dən çox



Fiziki-kimyəvi nəzarət laboratoriyası:

 

 

 

40 (hər biri 20 m2, iki otaq)

50 (hər biri 25 m2, iki otaq)

tullantı sularına

20

25

25

tullantı sularının çöküntülərinə

-

-

15

15

20

Bakterioloji laboratoriya

-

20

22

33 (iki otaq, 18 və 15)

35 (iki otaq, 20 və 15)

Çəki

-

6

8

10

12

Yuma və avtoklav

-

10

12

15

15

Reaktivlərin və qabların saxlanılması üçün otaqlar

6

6

12

15

20

Laboratoriya müdirinin kabineti

-

10

12

15

20

Nümunə götürücülər üçün otaq

-

-

6

8

8

Yerli dispetçer məntəqəsi

Dispetçerləşdirmə və avtomatlaşdırma sistemindən asılı olaraq təyin edilir

Stansiya rəisinin kabineti

10

15

15

25

25

Texniki heyət üçün otaq

10

15

20

25 (iki otaq, 10 və 15)

30 (hər biri 15 iki otaq)

Növbətçi heyət üçün otaq

8

15

20

25

25

Xırda avadanlığın cari təmir emalatxanası

10

15

20

25

25

Cihaz emalatxanası

15

15

15

20

20

Kitabxana və arxiv

-

-

10

20

30

Təsərrüfat inventarı üçün otaq

-

-

6

8

8

Q e y d:

1.Köməkçi otaqlar bir binada yerləşdirilməlidir.

2.Laboratoriya nasos və hava üfürən stansiyalarında o vaxt yerləşdirilə bilər ki, avadanlıqdan titrəmənin divarlara ötürülməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülsün.

3.Məhsuldarlığı 1,4 min m3/sut-dan az olan stansiyalar üçün otaqların sahəsi və tərkibi yerli şəraitdən asılı olaraq təyin edilməlidir.

8.2. Tullantı sularının mexaniki təmizlənməsi üçün qurğular

8.2.1. Barmaqlıqlar

8.2.1.1. Tullantı sularını təmizləmə stansiyalarının tərkibində sudakı iri dispersli çirkləndiriciləri tutmaq üçün avadanlıq nəzərdə tutulmalıdır. Bunun üçün düzbucaq formalı milləri arasındakı məsafə 16 mm-dən çox olmayan barmaqlıqlar, yaxud barmaqlıq-xırdalayıcılar nəzərdə tutulmalıdır. Barmaqlıq milləri arasındakı məsafə 10 mm-dən böyük olmamalıdır.

Q e y d: Tullantı suları təmizləyici qurğulara qarşısında milləri arasındakı məsafə 16 mm-dən çox olmayan barmaqlıq, yaxud barmaqlıq-xırdalayıcı qoyulmuş nasoslar vasitəsilə verildikdə barmaqlıq qoyulmaya bilər, bu zaman:

basqılı boru kəmərinin uzunluğu 500 m-dən çox olmamalı;

nasos stansiyalarında barmaqlıqlarda tutulmuş tullantıların daşınması təmin edilməlidir.

8.2.1.2. Barmaqlıqların və barmaqlıq-xırdalayıcıların sayı, millər arasından suyun keçmə sürəti, tullantıların götürülmə norması, qoyulmuş avadanlıqlar arasındakı məsafə və s. 7.2.13-7.2.17 maddələrinin göstərişlərinə uyğun təyin edilməlidir.

8.2.1.3. Tutulan tullantıların miqdarı 0,1 m3/ sut və bundan çox olduqda barmaqlıqların tullantılardan mexaniki təmizlənməsi və xırdalayıcılara nəql etdirilməsi nəzərdə tutulmalıdır. Tullantıların miqdarı bundan az olan hallarda əl ilə təmizlənən barmaqlıqların qəbul edilməsinə yol verilir.

Barmaqlıqların milləri arasındakı məsafə 5-80 mm olduqda şəhər tullantı sularından tutulan tullantıların miqdarı ildə 25-dən 1,5 l/ƏES-na bərabər olur. Tutulan tullantıların orta sıxlığı 750 kq/m3 təşkil edir.



8.2.1.4. Tullantıların barmaqlıqlardan texniki su ilə yuyulması və preslənməsi tövsiyə edilir. Müvafiq əsaslandırma olduqda barmaqlıqda tutulmuş tullantıları kip bağlanan qapaqları olan konteynerlərə yığaraq bərk məişət və sənaye tullantıları emal edilən yerlərə daşımağa yol verilir.

Tullantılar 2 sutkadan artıq müddətə toplandıqda hər bir layın üstünə toplandıqca zərərsizləşdirici reagent səpələnməlidir. Tullantıların 5 sutkadan artıq müddətə toplanmasına yol verilmir.

Tutulmuş tullantılar bərk məişət və sənaye tullantılarının emal edildiyi (basdırıldığı) yerlərə daşınmalı, susuzlaşdırılmalı, tullantı sularının çöküntüləri ilə birlikdə termiki emala yönəldilməli və tullantı sularının çöküntüləri ilə birlikdə kompostlaşdırılmalıdır.

8.2.1.5. Barmaqlıq-xırdalayıcıları binalardan kənarda, birbaşa kanallarda yerləşdirməyə yol verilir.

8.2.1.6. Barmaqlıq yerləşən binalarda suyu gətirən və aparan kanallar vasitəsilə soyuq havanın daxil olmasının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır.

Barmaqlıq yerləşən binaların döşəməsi kanaldakı hesabi su səviyyəsindən ən azı 0,5 yuxarıda yerləşdirilməlidir. Barmaqlıqlarda basqı itkisi istehsalçının pasport göstəricilərinə əsasən qəbul edilməlidir. Hər bir barmaqlıqdan əvvəl və sonra onları işdən ayırmaq üçün bağlaqıcı armatur nəzərdə tutulmalıdır.



8.2.1.7. Barmaqlıqları, xırdalayıcıları və digər avadanlığı quraşdırmaq və təmir etmək üçün TNvəQ 2.04.02-yə müvafiq olaraq qaldırıcı-nəqletdirici avadanlıq qoyulması nəzərdə tutulmalıdır. Konteynerlərin yerini dəyişmək üçün qaldırıcı-nəqletdirici avadanlıq elektrik ötürücülü olmalıdır.

8.2.2. Qumtutanlar

8.2.2.1. Qumtutanlar məhsuldarlığı 100 m3/sut-dan çox olan təmizləyici qurğularda nəzərdə tutulmalıdır. Qumtutanların, yaxud qumtutan bölmələrinin sayı ikidən az olmamalıdır. Bütün qumtutanlar, yaxud bölmələr işləyən olmalıdır. Hər bir qumtutandan əvvəl və sonra onları axımın minimum sərfində və təmir zamanı işdən ayırmaq üçün bağlaqıcı armatur nəzərdə tutulmalıdır.

Qumtutanın növü (üfüqi, tangensial, aerasiya olunan) təmizləyici qurğuların məhsuldarlığı, tullantı sularının təmizlənmə və çöküntülərin emalı sxemləri, asılı maddələrin səciyyəvi xüsusiyyətləri, qurğuların qarşılıqlı yerləşmə variantı və s. nəzərə alınmaqla seçilməlidir.



8.2.2.2. Üfüqi və aerasiya edilən qumtutanların uzunluğu (31) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image572.jpg

burada Kq- cədvəl 32-ə əsasən qəbul edilən əmsal;



Hq- qumtutanın hesabi dərinliyi, m (aerasiya edilən qumtutanlar üçün ümumi dərinliyin yarısı qəbul edilməlidir);

v- tullantı sularının hərəkət sürəti, m/s (cədvəl 33-ə əsasən qəbul edilməlidir);

u- qumun hidravlik iriliyidir, mm/s (tutulması tələb olunan qum hissəciklərinin diametrin-

dən asılı olaraq qəbul edilməlidir).

Cədvəl 32. Kq əmsalının qiymətləri


 

Tutulan qum hissəciklərinin diametri,mm



 

Qumun hidravlik iriliyiu0mm/s



Kq əmsalının qumtutanın növündən və aerasiya edilən qumtutanların eninin B dərinliyinə H olan nisbətdən asılı qiymətləri

üfüqi

aerasiya edilən

B : H = 1

B : H = 1,25

B : H = 1,5

0,15

0,20


0,25

13,2

18,7


24,2

-

1,7


1,3

2,62

2,43


-

2,50

2,25


-

2,39

2,08


-

Cədvəl 33. Qumtutanların texnoloji parametrləri

 

Qumtutanlar



Qumun hidravlik iriliyi u0mm/s

Tullantı sularının hərəkət sürəti vqm/s, su axınında

 

DərinlikHm



Tutulan qu-mun miqdarı,l/nəf-sut

Qumun nəmliyi, %

Çöküntüdə qumun miqdarı, %

minimal

maksimal

Üfüqi..........................

Aerasiya edilən..........

Tangensial.................


18,7-24,2

13,2-18,7

18,7-24,2


0,15

-

-



0,3

0,08-0,12

-


0,5-2

0,7-3,5


0,5

0,02

0,03


0,02

60

-

60



55-60

90-95


70-75

 

8.2.2.3. Müxtəlif növ qumtutanlar üçün ümumi hesablanma parametrləri cədvəl 33-ə əsasən qəbul edilməlidir:

a) üfüqi qumtutanlar üçün-maksimal axında tullantı sularının qurğudan keçmə müddəti ≥30 s;

b) aerasiya edilən qumtutanlar üçün:

deşikli borulardan aeratorların qoyulması - qumu toplamaq üçün novun üstündəki uzununa divarlardan birinə paralel 0,7Hdərinliyində;

aerasiyanın intensivliyi – 3-5 m3/(m2.st);

dibin qum novu istiqamətində eninə mailliyi - 0,2-0,4;

suyun daxilə buraxılması - qumtutanda suyun fırlanma istiqaməti ilə üst-üstə düşən, suyu qurğudan buraxan – batırılmış;

bölmənin eninin dərinliyə nisbəti -B:H =1:1,5;

c) tangensial qumtutanlar üçün:

maksimal axımda hidravlik yük - 110 m3/(m2.st);

suyun daxilə buraxılması – hesabi dərinlik boyu toxunan xətt istiqamətində;

dərinlik – diametrin yarısına bərabər;

diametr – 6 m-dən çox olmayaraq.

Aerasiya edilən qumtutanlarda qurğunun divarı ondakı su səviyyəsindən ən azı 0,5 m, digər növlərdən olan qumtutanlarda isə 0,3 m hündür qəbul edilməlidir.



8.2.2.4. Bütün növlərdən olan qumtutanlarda tutulmuş qumun həcmi 0,05m3/sut-ya qədər olduqda onu əl ilə, bundan artıq olduqda isə hidroelevatorlar, qum nasosları və digər mexaniki, yaxud hidromexaniki üsullarla qurğudan kənar edilməsi nəzərdə tutulmalıdır.

8.2.2.5. Qumu hidromexaniki üsulla kənar edəndə(qum novuna döşənmiş və su sıçradanla təchiz edilmiş boru kəmərinin köməyiilə hidroyumada) istehsalat suyunun sərfi (32) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image574.gifl/s (32)

burada vh- yuma suyunun novda aşağıdan yuxarı qalxma sürəti (0,0065 m/s qəbul edilməlidir);



lq.n- qum novunun uzunluğu (qum toplanan çuxurun uzunluğu çıxılmaqla qumtutanın uzunluğuna bərabər qəbul edilməlidir, m);

bq.n- qum novunun enidir (0,5 m qəbul edilməlidir).

8.2.2.6. Qumtutanda tutulan qumun miqdarı məişət tullantı suları üçün 0,02 l/(nəf.sut), qumun nəmliyi 60%, həcm çəkisi (sıxlığı) 1,5 t/m3 qəbul edilməlidir.

8.2.2.7. Qum çuxurunun həcmi iki gündə çökən qumun həcmindən çox, çökəklik divarlarının üfüqə görə mailliyi 600-dən az olmamalıdır.

8.2.2.8. Qumtutanlardan daxil olan qumun qurudulması üçün hündürlüyü 1-2 m olan torpaq yastıqla əhatə olunmuş meydançalar nəzərdə tutulmalıdır. Meydançaların hər 1 m2 sahəsinə il ərzində qum yükü 3 m3-dən çox olmamalı, qurumuş qum vaxtaşırı çıxarılıb tələb olunan yerlərə daşınmalıdır. İldə 3 m qalınlığında qum tökülə bilən toplayıcıların qəbul edilməsinə yol verilir. Qum sahələrindən kənarlaşdırılan su texnoloji sxemin birinci təmizləyici qurğusuna yönəldilməlidir.

Nəqliyyat vasitələrinin qum sahələrinə yaxınlaşması üçün xüsusi enişlər düzəldilməlidir.



8.2.2.9. Qumun yuyulması və susuzlaşdırılması üçün sonradan məhsulun hərəkət edən nəqliyyat vasitəsinə yüklənməsini təmin edə bilən bunkerlərin nəzərdə tutulmasına yol verilir. Bunkerlərin tutumu 1,5-5 günlük qumun saxlanılmasına hesablanmalıdır. Qumun yuyulma səmərəsini artırmaq üçün bunkerlər diametri 300 mm olan hidrosiklonlarla təchiz edilməli və hidrosiklonlardan əvvəl pulpa xəttində basqı 2 bar olmalıdır. Qum bunkerlərinin drenaj suyu qumtutanlardan əvvəl kanala qaytarılmalıdır.

İqlim şəraitindən asılı olaraq bunker isidilən binalarda yerləşdirilməli, yaxud onun qızdırılması nəzərdə tutulmalıdır.



8.2.2.10. Üfüqi qumtutanlarda tullantı sularının sabit hərəkət sürətini təmin etmək üçün qurğunun çıxışında enli astanalı suaşıran nəzərdə tutulmalıdır.

8.2.3. Ortalaşdırıcılar

8.2.3.1. Tullantı sularının sərf və tərkibinin ortalaşdırılmasına ehtiyacın olması texniki-iqtisadi hesablamalarla təyin edilməlidir.

8.2.3.2. Ortalaşdırıcının növü (barbotaj, mexaniki qarışdırıcılı, çoxkanallı) tullantı sularındakı çirkləndirici maddələrin qatılığının dəyişmə xarakterindən (dövrlü, sərbəst enib qalxma və qəfil atılmalar), həmçinin asılı maddələrin növündən və miqdarından asılı olaraq seçilməlidir.

8.2.3.3. Ortalaşdırıcı hər ikisi işləyən olmaqla ən azı iki bölmədən ibarət qəbul edilməlidir. Boşaltmadan ondakı çöküntünü mexaniki üsulla təmizləmək mümkün olan hallarda bir bölməli ortalaşdırıcılardan istifadəyə yol verilir.

8.2.3.4. Tullantı sularında asılı maddələr olduqda onların ortalaşdırıcılarda çökməsinin qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

8.2.3.5. Tullantı sularında asanlıqla sudan ayrılıb uçan zəhərli maddələr olduqda barbotajlı, yaxud mexaniki qarışdırıcılı ortalaşdırıcılar örtülməli və ventilyasiya sistemi ilə təmin olunmalıdırlar.

8.2.3.6. Barbotaj növlü ortalaşdırıcılar tərkibində hidravlik iriliyi 10 mm/s-yə və miqdarı 500 mq/l-ə qədər asılı maddələr olan və istənilən rejimdə daxil olan tullantı sularını ortalaşdırmaq üçün tətbiq edilməlidir.

Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə