Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

E
i
%


23
kibində ən çox rast gəlinən çirkləndiricilər karbohidrogenlər, CO, 
SO
2
, CO
2
, CH
4
, NO
x
qazları və müxtəlif hissəçiklərdir.Tədqiqatlar 
zamanı Bakının mərkəzi küçələrində insan həyatı üçün son dərəcə 
təhlükəli olan karbon monoksidin (CO) miqdarının YVH-dən 10-17 
dəfəyə qədər yüksək olması müşahidə edilmişdir. 
2.
Külək və yağıntılar Abşeronun maqistral yollarının ətrafındakı 
ərazilərdə atmosferə atılan tullantıların yayılmasında böyük rol oynayır. 
Tədqiqatlar yoldan 100, 150, hətta 200 m uzaq ərazilərin torpaq nümunə-
lərində Pb, Cr, Cu və As kimi toksik metalların miqdarının uyğun olaraq 
530 mq/kq, 860 mq/kq, 575 mq/kq və 5,30 mq/kq olmasını göstərir. 
3.
Neft və qazın hasilatı, emalı və daşınması atmosferə külli 
miqdarda zərərli maddələrin atılması ilə müşayiət olunur. Müxtəlif 
vaxtlarda Abşeronun neft sənaye müəssisələrinin yerləşdiyi ərazilər-
də aparılmış tədqiqatlar əksər müşahidə nöqtələrində karbohidrogen-
lərin miqdarının qəbul edilmiş normadan 7-10 dəfə, CO-in miqdarı-
nın 2 dəfə, NO
2
-in miqdarının 1,7dəfə, H
2
S-in miqdarının 10% və to-
zun miqdarının 40% -ə qədər yüksək olması qeydə alınmışdır.
4.
Sumqayıt şəhərində nəqliyyat və kimya sənaye müəssisələri 
atmosfer havasının əsas çirklənmə mənbələridir. SAM zavodunda 
civə, CO, SO
2
, Cl, HCl və karbohidrogenlərin miqdarı YVH-dən də-
fələrlə yüksəkdir. Radioekoloji vəziyyətin öyrənilməsi üzrə aparılan 
müşahidələr zamanı Sumqayıt sənaye zonasında radiasiya fonunun 
səviyyəsinin norma daxilində, yəni 14 mkR/s-a qarşı 10-12 mkR/s 
olması müəyyən edilmişdir. 
5.
Neft-qaz yataqları ərazilərindəki neft gölləri və üzvi maddə-
lərlə zəngin tullantıların atıldığı sahələrdə neft karbohidrogenləri, xü-
susilə PAK, ilə yüksək çirklənmə dərəcəsi müşahidə olunur. Torpaq 
nümunələrində kanserogen PAK-in miqdarı 0,0-dan 33820 nq/q-a 
qədər geniş interval daxilində dəyişir. 
6.
Tədqiqatlar NQÇİ-lər ərazisində As, Ba, Cr, Cu, Pb və Zn 
kimi ağır metalların miqdarının respublikada qəbul olunmuş YVH-dən 
və FS-dən xeyli artıq olduğunu göstərmişdir. Buna baxmayaraq, çirk-
lənmə indekslərinin hesablanmasının nəticələri NQÇİ-lərin neftlə 
çirklənmiş ərazilərindəki torpaqlarda metallarla çirklənmə səviyyəsi-
nin aşağı potensial ekoloji risklə xarakterizə olunduğunu göstərir.


24
7.
Mikrobioloji tədqiqatların nəticələri neftlə çirklənmənin tor-
paqların mikrobioloji xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir et-
diyini göstərir. Abşeronun neft yataqları ərazisindəki torpaqlarda neft 
karbohidrogenlərini mənimsəyən, onları parçalamağa qadir olan mik-
roorqanizmlərin sayı təmiz torpaqlarla müqayisədə xeyli azdır. Bu 
torpağın özünü təmizləmə qabiliyyətinin zəifliyini və minerallaşma 
əmsalının çox kiçik olmasını təsdiqləyir. 
Tədqiqatların nəticələri Abşeron yarımadasında sənaye və nəq-
liyyat infrastrukturunun intensiv inkişafının və urbanlaşma prosesi-
nin genişlənməsinin atmosferə külli miqdarda zərərli maddələrin atıl-
ması ilə müşayiət olunduğunu göstərir. Bu tullantıların böyük hissəsi 
atmosferdə müəyyən fiziki-kimyəvi çevrilmələrə məruz qaldıqdan 
sonra yenidən yer səthinə düşərək torpaq örtüyünü və su hövzələrini 
çirkləndirir. Bunun qarşısının aıınması məqsədilə Abşeron regionun-
da, xüsusilə Bakı şəhərində, atmosfer tullantılarına kompleks nəzarət 
sistemi çərçivəsində tədbirlərin işlənib həyata keçirilməsi məqsədə-
uyğundur. Həmin tədbirlər, ilk növbədə, atmosferə atılan zərərli tul-
lantıların miqdarını ölçmək üçün müasir avadanlıqlarla təchiz olun-
muş səyyar laboratoriyaların təşkili və magistral yolların ətrafında 
əsasən kol ağaclardan ibarət yaşıllıqların salınması istiqamətində hə-
yata keçirilməlidir. Bu yolla havadakı tullantıların miqdarının azal-
dılması ilə yanaşı, eyni zamanda, onların tərkibindəki karbohidrogen-
lərin, ağır metaların və digər zərərli maddələrin torpaqlarda toplan-
masının qarşısını almaq mümkündür. Abşeronda neft, neft məhsulla-
rı və digər zərərli maddələrlə çirklənmiş torpaqların bərpası ərazinin 
təbii xüsusiyyətlərini, flora və faunasını, eyni zamanda çirkləndirici-
lərin miqrasiyası, akkumulyasiyası və kimyəvi transformasiyası şəra-
itlərini nəzərə alan üsulların tətbiqinə əsaslanmalıdır. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə