26
Elçin Əfəndiyevin irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi zəruridir.
Gecəni ―MöhtəĢəm qələmin möcüzələri‖ baĢlığı ilə adlandırmaq olar. Tədbirin
ssenarisini sizə təqdim edirik:
Tədbirin əvvəlində iştirakçılara Elçin Əfəndiyevin yaradıcılığından bəhs edən
slayd təqdim olunur. Səhnə yazıçının portreti, əsərlərindən ibarət sərgi ilə, uşaqlar
üçün yazdığı hekayələri əks etdirən şəkillərlə, haqqında yazılmış sitatlarla
bəzədilir. Gecəyə Elçin Əfəndiyev, onun yaradıcılığına yaxından bələd olan
tanınmış yazıçılar, tənqidçilər, jurnalistlər dəvət olunur. Aparıcılar səhnəyə çıxıb,
tədbiri açıq elan edirlər.
I Aparıcı:
Salam əziz və hörmətli tədbir iĢtirakçıları! Bu günkü
tədbirimiz xalq yazıçısı, görkəmli nasir, dramaturq, tənqidçi,
ədəbiyyatĢünas, publisist və ictimai xadim Elçin Əfəndiyevin
həyat və sənət yoluna həsr olunmuĢdur. Hamımıza məlumdur
ki, Azərbaycan nəsrində müĢahidə olunan maraqlı keyfiyyət
dəyiĢikliyi prosesində özünü təsdiq etmiĢ yazıçılar içərisində
Elçin Əfəndiyev xüsusi yer tutur. Yazıçının povest və
hekayələri bu cəhətdən səciyyəvi olub, nəsrimizdəki məzmun və
sənətkarlıq axtarıĢlarının bəzi cəhətləri haqqında aydın təsəvvür
oyatmağa kömək edir.
II Aparıcı:
Vətənimizin dünəni ilə bu günü, cəmiyyətimizin bu günü ilə
sabahı arasındakı əlaqə və vəhdətin sarsılmazlığı ideyası Elçin
Əfəndiyevin əsərlərində öz təcəssümünü tapmıĢdır. Ġnsan
Ģəxsiyyətinin, xarakterin təĢəkkülündən mühüm mərhələ olan
yeniyetməlik cağlarında bu yeniyetmələrin düĢdüyü vəziyyətlər,
keçirdiyi həyacanlar, yaĢadığı fikir və duyğular vasitəsilə yazıçı
inandıra bilir ki, onlar sabahın ləyaqətli vətəndaĢı kimi
yetiĢəcək. 40-45 il bundan əvvəl Elçin Əfəndiyev dilinin
gözəlliyi, təzəliyi, süjetlərinin orijinallığı, üslubunun əlvanlığı
ilə diqqətimizi çəkirdi. Bu əlamətlər bu qələm sahibinin yazıçı
gələcəyinə inam təlqin edirdi. Bununla da Elçin Əfəndiyev hələ
çox cavan yaĢında, ilk yaradıcılıq nümunələrindən istedadını
elan etdi. O, bu gün 70 yaĢının tamam olduğu bir dövrdə də
yaradıcılığının monumentallığı ilə bizi heyrətləndirir.
Hörmətli tədbir iĢtirakçıları! Gəlin oxucumuzun ifasında
sevimli Ģairimiz Fikrət Qocanın Elçin Əfəndiyevin yubileyi
27
münasibəti ilə qələmə aldığı ―AltmıĢ yaĢın mübarək‖ Ģeirinə
―YetmiĢ yaĢın mübarək‖ deyək və dinləyək:
Oxucu:
Dostumuz, qardaĢımız
El yanında üzün ağ!
Dünyanı seldə boğar
Bir damla göz yaĢımız
Bir gün baĢına yağır
Sənin güllər, çiçəklər
Qocalığın gəncliyi
YetmiĢ yaĢa deyirlər
Səni istəməyənlər
BaĢın daĢa döyürlər.
Dostlar sənə əl çalır.
YaĢa! YaĢa – deyirlər
Hələ qılınc kimisən,
MaĢallah, hələ cağsan.
Allah qoysa, sən hələ
Yüz il yaĢayacaqsan!
Sən yaĢa, biz də görək!
Hələlik, dostum Elçin,
YetmiĢ yaĢın mübarək!
I Aparıcı:
Bizim ölkədə 20-80 yaĢ arasında elə bir insan təsəvvür
etmək olmaz ki, Elçin Əfəndiyev yaradıcılığının çox qismini
doyulmaz zövq ala-ala, ruhi bir qüdrət qazana-qazana
oxumasın, onun lirik-psixoloji üslubu, poeziya ovqatlı, duzlu-
məzəli dram əsərlərinə tamaĢa etməsin. Ustad sənətkarın
istedad və zəhmətlə nail olduğu yazı mədəniyyəti, özünü sözə
çevirmə tərzi insanın hiss və həyəcanlarını, duyğu və
düĢüncələrini ifadə etmək baxımından doğma Azərbaycan dilini
həsəd aparılacaq bir ucalığa yüksəltmiĢdir. Belə bir bacarıq hər
yazıçıya qismət olmur. Elçin Əfəndiyevdə dil ürək kimi çırpınır,
beyin kimi düĢünür, su kimi axır, gün kimi iĢıq saçır, axĢam
kimi düĢür, dərd kimi ağrıdır, ruh kimi susur... Elçin
Əfəndiyevin bu xüsusiyyətləri qələm yoldaĢları tərəfindən
həmiĢə yüksək qiymətləndirilmiĢdir.
II Aparıcı: Bəlkə buna görə də Elçin nəsrinin, Elçin yaradıcılığının
qüdrətini canlandırmaq çox çətindir. Çünki bu yaradıcılıq
28
baxılmağa, araĢdırılmağa layiqdir. Elçin Əfəndiyevdə bədii
idrak duyğusu güclü və cəlbedicidir. Yazıçı Azərbaycan
ədəbiyyatına bir-birindən gözəl hekayələr bəxĢ edib. Eyni
zamanda ―Bir görüĢün tarixçəsi‖, ―Toyuğun diri qalması‖, ―Poçt
Ģöbəsində xəyal‖, ―Dolça‖ və baĢqa məĢhur povestlər də
yazıçıya uğur gətirib. Bununla bərabər hər biri milli nəsrimizin
inkiĢafında önəmli yer tutan, Azərbaycan bədii təfəkkürünü
irəliyə aparan ―Ağ Dəvə‖, ―Mahmud və Məryəm‖, ―Ölüm
hökmü‖ əsərləri hekayə, povest ustası Elçin Əfəndiyevi romançı
olaraq təqdim edir. Bəli, Elçin Əfəndiyev romançıdır. Onun ən
yığcam hekayəsində, ən kiçik povestində də roman tutumu,
roman dərinliyi, roman siqləti var. Elçin Əfəndiyev Ģöhrət üçün
yox, ürəyinin hökmü ilə yaradan sənətkardır. Milli nəsrin ən
qiymətli inciləri olan bu əsərlər həm də çağdaĢ dünya nəsrinin
hadisələri olaraq qiymətləndirilə bilər.
I Aparıcı:
Elçin Əfəndiyev ilk hekayələrindən həyata cəsarətlə müdaxilə
edir. ĠĢdə və fəaliyyətdə, düĢüncə və münasibətdə, ailə və
məiĢətdə baĢ verən nöqsanlarla barıĢmır. Yazıçı gənclərin
narahat və yaradıcı axtarıĢlarından, onların romantik xəyal,
arzu və düĢüncələrindən, məiĢətdən, ailə həyatından yazanda
Ģirin söyləmə üsulu seçir, mənalı yumor lirizmə qarıĢır, surətin
mündəricəsini sətiraltı qənaətlər tamamlayır. Əgər belə
olmasaydı, nə ―BaladadaĢın ilk məhəbbəti‖, ―Toyuğun diri
qalması‖, ―BaladadaĢın toy hamamı‖, nə də ―Bir görüĢün
tarixçəsi‖ndə haqqın, iĢığın, gözəlliyin mövcudluğu, hətta bir
çox hallarda təntənəsi barədə ürəkdən tikan çıxaran epizodlar və
xallar olmazdı. Belə olmasaydı, BaladadaĢ, əli pulla, ―brilyant
medalyon‖la oynayan Murada, on altı-on yeddi yaĢlı məsum
Məsməxanım harınlamıĢ ―Qızıl AğadadaĢ‖a, həssas məktəbli
Əbili ―çəhrayı qızlara‖, ―Çəhrayı oğlanlara‖, ―Sürücü Ağababa‖
―GümüĢ Malik‖ə qarĢı qoyulmazdı.
II Aparıcı:
Elçin Əfəndiyev həyatı, bədii obrazı dərindən düĢünür. Ġnsanı
özünəməxsusluğu, daxili ziddiyyətləri ilə təsvir edir. Təkcə
hekayələrində yox, povestlərində də geniĢ tərcümeyi-hal
vermir, portret yaradanda təfərrüata varmır. Rənglərlə,
mükalimələrlə, bədii mahiyyətdən doğan haĢiyələrlə surətin
mühiti, ömür yolu haqqında dolğun təsəvvür oyadır. Çox zaman