Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   9   10   11   12   13   14   15   16   17

 

                                                

 

41 



 

etdiyi  ―Nənənin,  babanın    sevməcələri‖  Ģeirinə  balaca 

oxucumuzun ifasında qulaq asaq. 

Oxucu: 


 

GünəĢi aya qatdım, 

Mən bir nəğmə yaratdım. 

Bu nəğmə Günayımdır, 

Körpə torağayımdır. 

Aydı bu, 

Günaydı bu, 

Nənəsinə paydı bu, 

Babasına haydı bu! 

Aydı bu, 

Günaydı bu! 

Gün çıxdı, 

Gündüz oldu. 

Düzənlər düm-düz oldu. 

Oyandı Günay balam, 

Bir sevincim yüz oldu

Ay balam, 

Günay balam! 

Ay çıxdı, 

AxĢam oldu, 

Göy üzü Ģam-Ģam oldu. 

Günay beĢiyə girdi, 

BeĢiyi bağçam oldu; 

Ay balam, 

Günay balam!  

I Aparıcı:             Miniatürlər silsiləsində isə AbĢerondan, bu bərəkətli torpağın  

dadlı meyvələrindən bəhs olunur. Burada üzüm, gül, dana, dam 

kimi  sözlərin  mənaları  verilib.  Elçinin  uĢaq  hekayələrinin 

hamısı maraqla oxunur, adamı düĢündürür. 

   


Elçin  Əfəndiyevin  baĢ  məsləhətçi  olduğu  ―Mən  və  mənim 

dünyam‖  layihəsi  əsasında  körpələrimiz  üçün    çoxlu  kitablar 

nəĢr  olunub:  ―Hacı  Zeynalabdin  Tağıyev‖,  ―Osmanlı  təpələri‖, 

―Surxay qalası‖, ―Hüseynqulu xan‖, ―ġeyx ġamil‖, ―Duz dağı‖, 

―Fətəli xanın beĢiyi‖, ―ÇarıqdaĢ‖, ―Yeddi gəlin dağı‖, ―Tomris 

ana‖,  ―Mətə  xan‖,  ―Gavur  quyusu‖  və  s.  Bu  kitablar 

kitabxanamıza verildiyi gündən balaca oxucularımız tərəfindən 



 

                                                

 

42 



 

həvəslə  oxunur.  Elçin  Əfəndiyevin  həyata  keçirdiyi  bu  layihə 

təqdirəlayiqdir.  Bu  kitablar  sayəsində  balaca  oxucularımız 

Azərbaycanın  tarixi,  tarixi  Ģəxsiyyətləri,  coğrafiyası  ilə 

yaxından tanıĢ olurlar.   

                               UĢaqlar, indi isə gəlin Elçin Əfəndiyevin uĢaqlar üçün yazdığı 

―Sözlər,yanıltmaclar, tapmacalar‖ kitabında yer alan   

yanıltmaclardan bır neçəsini məktəbli oxucularımızın ifasında  

dinləyək.  



İştirakçılar səhnəyə çıxıb yanıltmacları söyləyirlər. 

I Oxucu: 



 

―Nənəm yaman hirsləndi..‖ 

Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA

DAĞ nə DAĞ!.. Elə xoĢlayıram, elə xoĢlayıram DAĞI!.. 

MeĢələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd... 

Nə yaxĢı ki, biz bütün yayı qalacağıq DAĞDA! 

Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı əritmək üçün qazana 

töküb ocağa qoydu. 

Yağ əridi, qaynadı, DAĞ oldu. 

Mən də qaçanda, az qaldı ayağım dəyə qazana, az qaldı 

DAĞIDAM yağı. YaxĢı ki, DAĞ YAĞ DAĞILMADI, məni də 

yandırmadı. 

Nənəm yaman qorxdu, hirsləndi: 

Sənin ayağına, dedi. DAĞ basacağam! 

Amma mən bilirəm, nənəm məni çox istəyir, ayağıma DAĞ 

basmayacaq!... 

Nənə elə deyir ki, mən eləcə qaçmayım, DAĞ yağı yerə 

DAĞITMAYIM! Axı, DAĞ yağ yandırar məni... 

II Oxucu:      

―Qar yağıb, yağmayıb?‖ 

QAR!.. QAR!,, 

                   

Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar? 

Yox... Sən demə, qarğadı, ağacın budağına qonub, QAR - QAR 

salıb: 

                   



QAR –R-R... QAR -R-R... 

III Oxucu:    

―Qumru quĢları‖ 

O qumru quĢlarına bax, nə hirslə QURULDAYIR,,, 

Qumru  quĢu  QUR  -  QUR  QURULDAYIR.  Elə  bil  deyir  ki, 

mənə yuva QUR, 

                

 

QURMARAM, ay tənbəl qumru quĢu, özün QUR, 




 

                                                

 

43 



 

                

 

Sən QURA bilməsən, yaxĢı mən QURARAM. 



                

 

QURULDAMA QUR- QUR, uç özün QUR. 



IV Oxucu:    

―Kim uçundu, nə uçdu, nə uçmadı ― 

                

 

Birdən külək əsdi. 



                

 

Birdən də pırıldayıb bir qaranquĢ UÇDU. 



Mənim  ürəyim  UÇUNDU.  Elə  bildim  qaranquĢun  yuvası 

UÇDU. 


               

 

Amma yox... QaranquĢun yuvası UÇMADI, özü UÇDU, 



               

 

Mənim də ürəyim daha UÇUNMADI. 



V Oxucu:     

AbĢeronda 

               

 

Getdum meynədən qara ÜZÜM ÜZÜM. 



               

 

ÜZÜMÜ ÜZDÜM, yedim. 



                

 

Vay... 



               

 

BulaĢdı ÜZÜM!,, 



              

 

Getdim dənizdə ÜZÜM...             



              

 

Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM. 



Uşaqlar yanıltmacları söyləyib, alqışlar altında səhnədən ayrılırlar. 

II Aparıcı:            Bəli,  Elçin Əfəndiyev  canlı, biçimli və köksəyatımlı obrazlar 

yaradır. Onun əsərlərində surətlər həyatın axarından çıxmır, öz 

daxili  məntiqləri  ilə  hərəkət  edir,  cizgilərinin  bolluğu  ilə 

fərqlənirlər.  Eyni  zamanda,  yazıçı  hekayələrində  rəmz  və 

Ģərtilikdən,  öz-özü  ilə  söhbət  və  daxili  dialoqlardan  tutarlı 

məcaz,  əfsanə  və  nağıl  ünsürlərindən  sıx-sıx  istifadə  edir. 

Bunlar  da  əsərlərə  bədii  məziyyət  və  hərarət  gətirir, təsiri  dilin 

Ģirinlik və oynaqlığını artırır. Öz əsərlərində uĢaqların həyatını 

qələmə alan bir yazıçı, heç Ģübhəsiz, onların özü üçün yazmaya 

bilməzdi.  Yazıçının  uĢaqlar  üçün  yazdığı  hekayələrində 

romantika,  iĢıq,  həyat  nəfəsi,  sadə,  böyük  bir  dünya  öz  əksini 

tapır. Səlim, Günay,  Humay və baĢqa uĢaqların həyatı, onların 

iĢıqlı  və  maraqlı  aləmi,  dünyaya  baxıĢları,  təsəvvürləri, 

xəyalları,  bütün  bunlarla  sıx  bağlı  olan  əhvalatlar,  hadisələr 

Elçin  Əfəndiyevin    hekayələrində  geniĢ,  hərtərəfli  verilmiĢdir. 

Ən ümdəsi Elçin Əfəndiyev  uĢaqları həyata qarıĢmağa, həyatla 

sıx  təmasda  görməyə  çağırır.  Məsələn,  ―Humayın  yuxusu‖ 

hekayəsi  balaca  Humayın  bir  günlük  iĢıqlı,  mənalı  həyatı 

haqqında  aydın  təsəvvür  oyadır.  Bu  anda  Elçin  Əfəndiyevin  

UĢaq hekayələri yada düĢür. ―Səlimin hekayələri‖, ―Mənə niyə 



 

                                                

 

44 



 

gülürlər?‖, ―Gör necə top vuraram...‖,  ―Mən hər Ģeyi bilirəm‖, 

―Aysunun,  Humayın,  Günayın,  Yalçının  və  Nigarın  nağılları‖, 

―Humayın yuxusu‖ və s. 



Hörmətli tədbir iştirakçıları, söhbət Elçin Əfəndiyevin  “Uşaq hekayələri”ndən 

düşmüşkən, gəlin balaca oxucularımızın ifasında “Humayın yuxusu”səhnəciyinə 

tamaşa edək. Səhnə hekayəyə uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə Humayı, 

onun topunu, siçanını, pişiyini, zürafəsini, yaşıl karandaşını, milisioner rolunu ifa 

edən balaca oxucular çıxırlar. 

Aparıcı:               Humay yaxĢı qızdır.O, valideynlərinin ona aldığı qırmızı 

topunu  çox  sevir.  Ancaq  hərdən  köhnə  oyuncaqları    ilə  yaxĢı 

rəftar  etmir.  YaĢıl  karandaĢını  ağzına  salıb  çeynəyir,  çıqqılı 

siçanı  ilə  oynamır,onu  evin  bir  küncünə  tullayır,  parçadan 

düzəlmiĢ  bığlı  piĢiyinin  bığlarını  dartır,  Uzunboy  zürafənin 

Ģəklini  cırır.  Bir  gün  Humay  yatıb  yuxuda  nə  görsə  yaxĢıdır? 

Oyuncaqların  ondan  inciyib,  küsüb  getdiklərini.  Gəlin  tamaĢa 

edək! 

Aparıcı:                Humayın topu evdən çıxdı, pilləkənləri aĢağı düĢdü, küçəyə 



çıxdı,  hoppana-hoppana  getməyə  baĢladı.  Onun  qarĢısına 

Çıqqılı siçan çıxdı. 

Çıqqılı siçan:        Ay Humayın topu , hara gedirsən belə? 

Humayın Topu:     Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına . 

Humay onlarla oynasın, onları incitməsin. 

Çıqqılı siçan:         Humay yaxĢı qızdı. O, məni bığlı piĢiklə barıĢdırmıĢdı.Ġnanıram 

ki, o, məni daha incitməyəcək. Məni də apar Humayın yanına.  

Aparıcı:        

Humayın topu düĢdü qabağa, Çıqqılı siçan da onun dalınca. 

  

Qabaqlarına bığlı piĢik çıxdı. 



Bığlı piĢik:    

Məni də apar Humayın yanına. Humay söz verib ki, bir də heç 

vaxt mənim bığlarımı dartmayacaq. 

Aparıcı:               PiĢik də onlara qoĢuldu.  Birlikdə gedirdilər, qarĢılarına 

Uzunboy zürafə çıxdı.  

Uzunboy zürafə:    Məni də apar Humayın yanına. Humay söz verib ki, bir də heç 

vaxt  mənim  Ģəklimi  cırmayacaq.  Məni  incitməyəcək,  mənimlə 

oynayacaq. 

Aparıcı:               Zürafə də onlara qoĢuldu. QarĢılarına YaĢıl karandaĢ çıxdı. 

YaĢıl karandaĢ:   Ay Humayın topu məni də Humayın yanına apar. Humay söz 

verib ki, bir də heç vaxt məni ağzına salıb diĢləməyəcək. 

Mənimlə qəĢəng yarpaq Ģəkilləri çəkəcək. 




 

                                                

 

45 



 

Aparıcı:                Oyuncaqlar birlikdə Humaygilə yollandılar. QarĢılarına 

Polis əmi  çıxır. 

Polis əmi:   

Belə cərgəyə düzülüb hara gedirsiniz. 

Humayın topu:   Polis  əmi,  biz  Humayın  oyuncaqlarıyıq.  O  daha  bizimlə  yaxĢı 

rəftar edəcək. Onun yanına gedirik. 

Polis əmi:    

Düzdür. Humay mənə də söz verib ki, bir də heç vaxt 

ağlamayacaq,  bundan  sonra  həmiĢə  anasının  sözünə  baxacaq, 

yeməyini  yeyəcək,  böyük  bacısı  Günayla  dalaĢmayacaq, 

oyuncaqlarını  incitməyəcək.  Məni  də  apar  onun  yanına,  ay 

humayın topu!... 

Aparıcı:               Humay yuxudan oyandı. BaĢa düĢdü ki, gördükləri yuxu imiĢ. 

Tez oyuncaqlarının yanına qaçdı. Onları qucaqladı. Pəncərədən 

baxıb, yolda duran Milisioner əmiyə salam verdi. Öz-özünə  

Humay:          

Mən daha oyuncaqlarımı incitməyəcəyəm. Onları sevəcəyəm. 

    

Polis əminin dediyi kimi ağıllı qız olacağam. 



Səhnəcik sona çatır. Balaca ifaçılar tədbir iştirakçıları ilə sağollaşıb, səhnədən 

ayrılırlar. 

  I Aparıcı:         

Ġnanırıq ki, istedadlı yazıçı  bizim balaca oxucularımızı  

bundan  sonra  da  gözəl-gözəl  əsərlərilə  sevindirəcək.  Elçin                     

Əfəndiyevin əsərlərininn əksəriyyəti ekranlaĢdırılıb: ―Mən  

sizin dayınızam‖, ―Ah,Paris!.. Paris!..‖, ―Mənim sevimli dəlim‖, 

―Mahmud və Məryəm‖, ―Mənim ərim dəlidir‖, ―Ölüm hökmü‖, 

―ġuĢa dağlarını duman bürüyüb‖, ―Poçt Ģöbəsində xəyal‖, ―Ağ 

dəvə‖,  ―Qatil‖,  ―Ulduz,  məhəbbət  və  Ģampan  Ģərabı‖,  ―Arılar 

arasında‖ və s. Elçin müəllimin  bədii üslubu – əslində, üslublar 

sintezidir.  Standart  üslub  ixtisaslaĢması  Elçin  yaradıcılığına 

yaddır.  Bu  yaradıcılıq  üslub  baxımından  dinamikdir.  Müəllif 

epik  təsvirdə  də,  lirik  təsvirdə  də,  romantik  təsvirdə  də  özünü 

sərbəst,  azad  hiss  edir.  Elçin  Əfəndiyevin  yaradıcılığına  xas 

olan  bu  cəhət  Azərbaycan  nəsrinin  poetikasına  xüsusi  bir 

zənginlik  gətirir. Elçin  Əfəndiyevin    yaradıcılığı  üçün  xas olan 

bir əhəmiyyətli cəhətdə odur ki, Elçin üçün məhdudluq, coğrafi 

ərazi  məhdudluğu  yoxdur.  1976-cı  ildə  böyük  ədəbiyyatĢünas 

alim, akademik Məmməd Cəfər Cəfərov yazırdı: ―Elçində bədii 

idrak duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, 

müxtəlif  fərdi  həyat  yolları  keçən  adamların  mənəvi  aləminə 

eyni  zamanda  dərindən  nüfuz  etmək  qabiliyyəti  onun  yazıçılıq 




 

                                                

 

46 



 

istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri 

olan  obrazları  nəinki  mənəvi-əxlaqi  keyfiyyətləri,  arzuları, 

əməlləri,  həm  də  peĢələrinə  və  yaĢlarına  görə  də  qocası  qoca, 

cavanı cavan, uĢağı uĢaq kimi inandırıcıdır, realdır.‖ 

II Aparıcı:     

Görkəmli rus tənqidçisi Lev Anninski yazır: ―Elçin... kədərli bir 

sehrkardır,  bərq  vuran,  qızılı,  gümüĢü  rənglərə  üstünlük  verən 

impressionistdir...‖  Doğrudan  da,  Elçin  mücərrəd  obrazlar 

yaratmaq 

qabiliyyətinə 

malik 


bir  yazıçıdır.  Yazıçının  

―Bayraqdar‖  povestini  oxuyarkən  insan  düĢünür:    nəhayət  ki, 

Azərbaycan  nəsrində  qaçqınlarımızın  böyük  faciəsinin  miqyası 

müqabilində layiqli əsər meydana çıxdı. Ermənistanın Qarabağ 

iddiası, ölkəmizə təcavüzü, tökülən qanlar, zəhərlənmiĢ talelər o 

qədər  böyük  milli  yaramızdır  ki,  bu  yara  yalnız  yüksək  bədii- 

estetik  səviyyədə  öz  təcəssümünü  tapmalıdır.  ―Bayraqdar‖ 

povestində  və  ―Qarabağ  Ģikəstəsi‖  hekayəsində  olduğu  kimi. 

Elçin Əfəndiyevin  bunlarla yanaĢı,―Bayraqdar‖ əsəri sanki 

ustalıqla  toxunmuĢ  bir  əsərdir.  Burada  heç  bir  ipin  ucu  boĢ 

buraxılmır.  Bütün  iplər  öz  funksiyasını  yerinə        yetirərək 

sənətkarlıqla düyünlənir. Tam mənzərə yaranır. Estetik bütövlük 

əldə olunur. ―Bayraqdar‖ povesti həmin böyük faciənin yığcam 

bədii panoramını yaradan, eyni zamanda, ən dərin qatlarını üzə 

çıxaran  sənət  əsəridir.  Bu  əsər  öz  müəllifinə  müasir  dövrdə  - 

XXI  əsrin  əvvəllərində  də  ədəbi  bayraqdarlıq  ucalığı 

gətirmiĢdir. 

I Aparıcı:   

Bildiyimiz  kimi  Elçin  Əfəndiyev  yaradıcılığı  boyu  bir  sıra 

povestlər,  kinopovestlər  yaratmıĢdır.  Bunlardan  ―Bir  görüĢün 

tarixçəsi‖,  ―Toyuğun  diri  qalması‖,  ―Dolça‖,  ―Bayraqdar‖, 

kinopovestlərdən    ―Ox  kimi  bıçaq‖,‖Aman  ovçu,  vurma 

məni...‖,  ―Hökmdarın  taleyi‖  və  s.  misal  göstərmək  olar.  

Yaradıcılığı  çoxcəhətli  bədii  tapıntı,  orijinal  rəng  və  boyalar 

üzərindən keçən Elçin Əfəndiyev, bir qayda olaraq,  əsərlərinin 

məzmunu  müasir  həyatdan, gəncliyi  düĢündürən, narahat  edən, 

bizim  günlər  üçün  səciyyəvi  və  tipik  görünən  problemlərdən 

alır.  Çünki  yazıçı  müasir  həyatla  yaĢayır,  onun  axar  və 

istiqamətini  dərindən  duyur,  zəhmət  adamlarının  arzusunu, 

duyğu  və  düĢüncəsini  ifadə  edir,  gah  əxlaqi-mənəvi 

təmizlikdən, fədakarlıq və qayğıkeĢlikdən, gah da xalqa, ucsuz-



 

                                                

 

47 



 

bucaqsız  Vətənimizə  məhəbbətdən  yazır.  Elçin  Əfəndiyev 

gənclərin  narahat  və  yaradıcı  axtarıĢlarından,  onların  romantik 

xəyal,  arzu  və  düĢüncələrindən,  məiĢətdən,  ailə  həyatından 

yazanda    Ģirin  söyləmə  üsulu  seçir,  mənalı  yumor  lirizmə 

qarıĢır,  surətin  mündəricəsini  sətiraltı  qənaətlər  tamamlayır. 

Bəli,  Elçin  Əfəndiyev  həyatı,  bədii  obrazı  dərindən  düĢünür. 

Ġnsanı özünəməxsusluğu, daxili ziddiyyətləri ilə təsvir edir. 

II Aparıcı:            Bəli, Elçin hər əsərində Elçindir, hər əsərində sənətkardır, 

əsərlərinin hər birində mükəmməl söz ustasıdır, gözəl, aydın və   

məhz  özünün  olan  üslub  sahibidir.  Elçin  Əfəndiyevin  belə  bir 

fikri  var: Bədii söz aysberqə oxĢamalıdır. Görünməyən hissəsi 

görünən hissəsindən çox olmalıdır. Elçinin ―Ədəbi düĢüncələr‖i 

bədii  aysberqlərin  görünməyən  hissəsini  duymağın  yollarını 

öyrədir. Elçin Əfəndiyevin  ―Ədəbi düĢüncələr‖ini fərqləndirən 

bir  amil  də  odur  ki, bunlar  yazılarkən,  heç  bir  sistemə,  zaman, 

janr,  məktəb  ardıcıllığına  riayət  olunmayıb.  Elçin  Əfəndiyevin 

AbĢeron mövzuları ədəbiyyatımızın Ģedevrlərindən sayılır. Bəli, 

yazıçı  hər mövzuya  görə dilini xüsusi kökləyə bilir. O, filoloji 

biliyi ilə öz yaradıcılığına da nəzarət edir. Yazıçı  öz əsərləri ilə 

sübut  etdi  ki,  sənət  həyatın  mahiyyətinə  nüfuz  etməli  və  bu 

mahiyyəti  üzə  çıxarmalıdır.  Onun  komediyalarını  oxucuların 

Ģüurunda  güclü  partlayıĢ  yaradan  qumbaraya  bənzətmək  olar. 

Bu  komediyalardakı  konfliktlər  gerçəkliyin  mürəkkəb  daxili 

ziddiyyətlərini  yüksək  bədiiliklə  əks  etdirir.  Nasir  Elçinin 

xoĢbəxt  taleyi  olduğu  kimi,  dramaturq  Elçin  Əfəndiyevin    də 

xoĢbəxt  teatr  taleyi  var.Onun  pyeslərini  həm  oxucular,  həm 

tamaĢaçılar,  həm  də  sənətçilər  sevirlər.  Onun  dramaturgiyasını 

xarici ölkələrdə tanıyırlar, sevirlər, oynayırlar... Bəli, yazıçı  bu 

gün çağdaĢ Azərbaycan dramaturgiyasının ən fəal təmsilçisidir. 

Elçin  Əfəndiyev  siyasi  quruluĢlarda  yazdıqlarının  bircə 

cümləsini,  bircə  sözünü  də  dəyiĢmədən  bu  gün  də  könül 

xoĢluğu  ilə  çap  etdirə  bilən  yazıçılardandır.  Bu,  sənətin 

mərdanəliyi, sənətkarın xoĢbəxtliyidir. 

II Aparıcı:           Elçin 

Əfəndiyev 

məhsuldar 

yazıçıdır. 

Yazıçı 

ədəbiyyatĢünaslığımızı  bu  gün  də  məĢğul  edən,  ayrı-ayrı 



hallarda  sənətĢünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən 

problemləri  iki  aspektdə  –  həm  bədii  nəsrin  təcrübəsində,  həm 




 

                                                

 

48 



 

də  onun  tənqidində  diqqət  və  ehtiyatla  araĢdırır,  müqayisələr 

aparır,  bədii  əsərləri  və  tənqidi  fikirləri,  müxtəlif  müəlliflərin 

rəylərini  tutuĢdurur,  nəticə  çıxarır,  yüksək  səviyyəli  elmi 

xülasələr əldə edir... Elçin Əfəndiyev saxtanı həqiqətdən, elmi- 

nəzəri  mülahizəni  doqmatizmdən,  ehkamçı  və  subyektiv 

fikirlərdən  seçməyi  bacarır.  Belə  hallarda  o  cəsarətlə  tənqid 

edir, amma ehtiram və təvazökarlıq cızığından da kənara çıxmır. 

Elçin  Əfəndiyevin  əsərləri  və  ədəbi-ictimai  fəaliyyəti 

Azərbaycanda  və  xarici  ölkələrdə  bir  çox  mükafatlara  layiq 

görülmüĢdür.  Bunlardan    ―Humay‖,  ―Füzuli‖,  ―Qızıl  DərviĢ‖, 

―Ġlin  ən  yaxĢı  hekayəsi‖,  ―YaddaĢ‖,  ―Proza  N‖,  ―R.  Rza‖  və  s 

mükafatlar  və  s.  Elçin  Əfəndiyev    Azərbaycan  xalqının  tarixi-

mənəvi varlığını, bədii sözü ədəbiyyat aləmində inadkar inamla 

qoruyan,  əks  etdirən  yazıçı  və  tənqidçilərindən  olub,  çağdaĢ 

Azərbaycan 

ədəbiyyatının  canlı  klassiklərindəndir.  Son 

dövrlərdə  xalq  yazıçısı  Elçinin  bir  çox  beynəlxalq  mükafatlara 

layiq  görülməsi  onun  böyük  və  geniĢ  ədəbi  Ģöhrətə  malik 

olduğuna əyani sübutdur. 



Tədbirin sonunda söz kitabxananın rəhbərliyinə verilir: 

Müdiriyyət:          Bu gün Elçin Əfəndiyevin 70 yaĢı tamam olur. Bizim ölkədə 

20- 80 yaĢ arasında elə bir insan təsəvvür etmək olmaz ki, Elçin 

yaradıcılığının  çox  qismini  doyulmaz  zövq  ala-  ala,  ruhi  bir 

qüdrət  qazana-  qazana  oxumasın,  onun  lirik-psixoloji  üslubu, 

poeziya ovqatlı, duzlu-məzəli dram əsərlərinə tamaĢa etməsin. 

                            Elçin Əfəndiyevin ad günü yalnız onun özünün, ailəsinin, 

minlərlə  oxucusunun  bayramı  deyil,  həm  də    çoxəsrlik 

ədəbiyyatımızın,  mədəniyyətimizin  bayramıdır.  Çox  hörmətli, 

görkəmli  ədibimizə  əvvəlkilərdən  daha  güclü  yaradıcılıq 

müvəffəqiyyətləri  arzusu  ilə  ona  uzun  ömür,  cansağlığı,  iĢıqlı 

təfəkküründən,  xalqa  nurlu  məhəbbətindən  riĢət  tapan 

gumrahlıq, nikbinlik diləyirik. Biz inanırıq ki, yaradıcılığının ən 

yetkin  dövrünü  yaĢayan  ədib  kimi  siz  müasir  ədəbi  prosesə 

ciddi  təsir  edən  yeni-yeni  əsərlərinizlə  bundan  sonra  da 

Azərbaycan  oxucusunu  sevindirəcək,  müstəqillik  dövrü 

ədəbiyyatımızın zənginləĢməsi iĢinə öz töhfənizi verəcəksiniz. 



 

                                                

 

49 



 

Tədbirin sonunda iştirakçılara Elçin Əfəndiyevin qələmə aldığı quruluşçu 

rejissoru Ramiz Fətullayev və Dövlət Fəthullin olan “Hökmdarın taleyi”filmi 

təqdim olunur. 

 

 



 

 

 



 

 

                                  Ġstifadə olunan ədəbiyyat siyahısı: 



 

ƏSƏRLƏRĠ: 

1.

 

Elçin. SeçilmiĢ əsərləri. 10 cilddə. I cild.- B.: Çinar-Çap, 2005. - 626 s. 



2.

 

Elçin. SeçilmiĢ əsərləri. 10 cilddə. II cild.- B.: Çnar-çap, 2005. - 523 s. 



3.

 

Elçin. Bayraqdar. B.:  Qapp-Poliqraf  nəĢriyyatı, 2004. - 170 s. 



4.

 

Elçin. Pyeslər. -  B.: ÇaĢıoğlu, 2012. - 944 s. 



 

HAQQINDA 

5.

 

Elçin. Ömrün anları. - B.: Çinar-Çap, 2009. - 656 s. 



6.

 

Yusifli  V.,  Yusifli  C.  Bu  nə  sehrdir  belə  :  Elçin  haqqında  əlli  altı  söz.  -  B.: 



Elm, 1999. - 260 s. 

7.

 



Xəlil Z. SeçilmiĢ əsərləri. VI cild.- B.: 2008. – S. 256 – 263. 

 

 



 

 

 



 

 

 



 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə