Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

                                                

 

20 



 

qatarda  gedən  uĢaqlarla  onun  arasında  çox  fərq  var.  Həmin    uĢaqların  qoxusu 

böyük-böyük  Ģəhərlərin  qoxusudu  və  həmin  o  qoxu  Əbildən  gəlmir.  Əbili  bu 

uĢaqların  xarici  görünüĢündə  ümumi  bir  Ģey  kəĢf  edir.  Bu  uĢaqlar  rəngbərəngdi. 

Yazıçı həmin rənglərin poeziyasını vermək üçün konkret rənglərlə adamları təsvir 

edir. Bir dəfə Əbiligilin kəndinin yanında dayanan qatardan Çəhrayı rəngli bir qız 

yada düĢür. Yazıçı onun konkret xarici görünüĢünü vermir, daha ümumi və fəlsəfi 

məna daĢıyan rənglə bu qızı təqdim edir. Çəhrayı rəngli qız Əbilinin adına gülür. 

Sonra onu baĢqa qızlara göstərib, onları da güldürür. Amma Əbili Çəhrayı rəngli 

qızdan incimir. Çünki Əbilinin böyük və təmiz ürəyi var. Yazıçı bizə onun təmiz 

ürəyi haqqında bir söz demir. Bircə dəfə Çəhrayı qızın Ģokolad qutusunu ayağının 

altına atıb ―sinif -sinif‖ oynadığını təsvir edəndə Əbilinin qızdan incidiyini deyir və 

əlavə edir ki, Əbili belə ləyaqətli, gözəl insan idi və s kimi mənalar gizlənir.  

III Oxucu: Ancaq bir gün Əbili Çəhrayı qızdan inciyir. Çünki o Ģokolad qutusunu 

ayaqlarının  altında  oynadır,  sonra  da  gərəksiz  bir  Ģey  kimi  saymazyana  yerə 

tullayıb qaçır. Əbili Ģokolad qutusunun təmiz olduğunu görür. Ürəyi Ģokolad istəsə 

də  onu  yeməyi  nəinki  özünə,  hətta  yetim  Səfərə  də  rəva  görmür.  Çünki  Əbili  elə 

buradaca kəĢf  edir ki, yetim  Səfərin heç nəyi  Çəhrayı  qızdan  əskik  deyil. Müəllif 

Ģərti olaraq Çəhrayı adlandırdığı həmin qızın bütöv surətini yaratmaq üçün baĢqa 

bir  əhvalatı  da  hekayəyə  əlavə  edir.  Bir  dəfə  Əbili  baĢqa  bir  qatardan  tullanmıĢ 

kitabı  əlinə  götürür.  Bu  kitab  zir-zibilə  bulaĢsa  da  Əbili  üçün  maraqlıdır.  Çünki 

kitabın üstünə S. Yesenin sözləri yazılıb. Əbili rus Ģairi S. Yeseninin xatirinə kitabı 

götürür.  Sən demə,  bu  kitabı pəncərədən atan  həmin  qıza  Rüfət  adında  bir oğlan 

bağıĢlayıbmıĢ.  Əbili  Çəhrayı  qızı  xatırlayır.  Körpə  vaxtı  Ģokolad  qutusuna 

laqeyidlik göstərən həmin  o Çəhrayı qız indi də bir oğlanın ürək sözləri olan kitabı 

beləcə  qatarın  pəncərəsindən  çölə  ata  bilər  –  Əbili  beləcə  fikirləĢir  və  əti  ürpəĢir. 

Axı, Əbili bu çiskinli-dumanlı balaca kənddə böyüsə də təmiz bir ürək sahibidir. 

Bu kənddə Ģübhəsiz hamı Əbili kimi deyil. Bu kəndin də Çəhrayı qızları və çəhrayı 

oğlanları var. 



IV Oxucu: Beləliklə, yazıçı mücərrəd Çəhrayı obrazını konkretləĢdirir, onun mənfi 

çalarlarını  açır  və  Əbili  surətini  həmin  Çəhrayı  uĢaqlarla  müqayisədə  daha  da 

zəngin  göstərir.Əsəri  oxuyarkən  anlayırıq  ki,  ilk  günlər  Əbili  ―adamların 

sirrini‖,‖adamların  ürəklərini‖  bir-birinə  aparan,  bəzən  kəndə  ―nağıl  aləmindən... 

gələn‖  qatarlara  heyranlıqla  baxır.  Özünü  dərk  edəndən,  həmyaĢıdlarının  əxlaqi  -

mənəvi  aləminə  enəndən  sonra  isə  onun  nəzərində  Ģəhərdən  gələn  ―rəngbərəng 

uĢaqlar‖  adiləĢir,  onların  fikirlərində,  hiss  və  duyğularında  ucalıq,  ülvilik  və 

gözəllik  tapa  bilmir.  ―Ürəyini  özü  ilə  aparan‖  qatarlara  zamanın  surəti,  dövrün 

fasiləsiz hərəkəti kimi baxır. DüĢünur ki, ―bu dünyada gedən təkcə qatarlar deyil. 



 

                                                

 

21 



 

Ġllər də qatarlar kimidir, gəlir, gedir... görünməz olur‖. Əbilidə belə bir inam oyanır 

ki, bu dünyada ―çəhrayı qızlar‖ və ―çəhrayı oğlanlar‖ çoxdur. Qatarın  – zamanın 

inkiĢafını, dövrün axarını Səfər onlardan daha yaxĢı duyur, gözəlliyi daha dərindən 

yaĢayır. Buna görə də Moskvaya oxumağa gedəndən sonra da Əbili fikrən kəndlə 

yaĢayır,  kənd  düĢüncələrindən,  kənd  xatirələrindən  ayrıla  bilmir;  ürəyini  bu 

kənddə,  ―bu  dağların  arasında,  bu  yerlərin  çiskinliyində-çənində  qoyub  gedir‖. 

Ġnanır  ki,  ―bundan  sonra  bütün  ömrü  boyu  nə  edəcəksə,  bu  yerlərin,  bu  balaca 

kəndin  sayəsində  edəcək‖,  baĢa  düĢür  ki,‖bütün  ömrü  boyu  bu  yerlərə,  bu  balaca 

kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa bilməyəcək‖. 



Kitabxanaçı:  UĢaqlar  fikirlərinizi  çox  bəyəndim.  YaxĢı  bəs  yazıçının  

―BaladadaĢın ikl məhəbbəti‖ əsəri haqqında fikriniz nədir? 



I  Oxucu:  ―BaladsadaĢın  ilk  məhəbbəti‖    də  Elçin  Əfəndiyevin  sevilən 

əsərlərindəndir.  ―BaladadaĢın  ilk  məhəbbəti‖  hekayəsində  baĢına  ―aerodrom‖ 

kepka  qoyub  süst  bir  həyat  keçirən  və  gözlənilmədən  eĢqə  düĢən  BaladadaĢın 

qəribə  sevgisi  verilir.  Səhərdən  axĢamacan  çöldə  oturub  Ģumaqədər  yonan  və 

ətrafda  baĢ  verən  hadisələrə  tam  biganə  olan  BaladadaĢ  Çexovun  qəhrəmanlarını 

xatırlatsa da orijinal tipdir. Çünki onun süst həyatı ,arabir özünə məlum olmayan 

cəsarəti ilə ürəyinin lap dərinliyində qoruyub saxladığı poetik aləm arasında təzad 

var.  Sevdiyi  qızı  görmək  üçün  hıqqana-hıqqana    su  gətirməyi  özünə  rəva  bilir, 

amma  qızın niĢanlısı  ona  həmin  suyun  müqabilində  dəmir  birmanatlığı uzadanda 

özünü təhqir olunmuĢ hesab edir. Həmin oğlanın qırmızı ―Moskviç‖inə minib bir 

neçə kilometr getdiyi üçün cibində olub qalan üç abbasını oturacağın üstünə atır və 

oğlanın  nə  dediyinin  fərqinə  varmadan  dənizə  tərəf  gedir.  BaladadaĢın  gülməli 

məhəbbəti, onun key təbiəti  və təmiz, ləyaqətli cavan qəlbi gözümüzün qarĢısında 

canlanır.  BaladadaĢ  bir  tərəfdən  uĢaqdır,  axĢamacan  uĢaqlarla  oturub-durur,  bir 

tərəfdən, böyükdür, əsgərlikdə olan dostu barədə düĢünür. Dostuna xəbər göndərir 

ki,  hökmən  o  da  Amur  vilayətinə  gəlib  orada  kursa  girəcək.  Beləliklə,  müəllif 

uĢaqlıqla gəncliyin sərhəddində olan BaladadaĢın tam surətini yaradır.   Həm Əbili

həm  də  BaladadaĢ  özlərində  kəndin  təmizlik  və  sadəliyini,  təbiilik  və  adiliyini 

cəmləĢdirirlər.  Ancaq  BaladadaĢ  sərtdir,  xasiyyətində,  davranıĢ  və  münasibətində 

bir  qədər  qeyri-adilik  vardır.  O,  hekayə  boyu  inamından  dönmür,  həyati 

vəziyyətdən  çıxmır,  ―Öz  bildiyini  atasına    da  vermir‖.  Elçin  Əfəndiyev 

BaladadaĢın psixologiyasını, hiss və duyğusunu  əsərdə  məharətlə  açır.  BaladadaĢ 

vəzifə  və  mövqeyi  ilə  öyünən  ,  daĢ  –  qaĢla  niĢanlısına  xoĢ  gəlmək  istəyən  bir 

adama  Murada  ibrət  –  nəzakət  dərsi  verir,  onu  sarsıdır,  ağır  düĢüncəyə 

aparır.UĢaqlıqla  gəncliyin  sərhəddində  uĢaqların  qəlbində  baĢ  qaldıran  hissləri 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə