Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                

 

14 



 

öz  epik  əsərləri  ilə  Azərbaycan  romanının  səviyyəsinin  yüksəlməsinə 

əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir. 

                                                                      Akademik Bəkir Nəbiyev 

10.

 

 Elçinin müxtəlif sənət sahibləri olan surətləri... nəinki mənəvi-əxlaqi 



keyfiyyətləri, arzuları, əməlləri, həm də peĢə və yaĢlarına görə də qocası 

qoca, cavanı cavan, uĢağı uĢaq kimi inandırıcıdır, realdır. Elçin varlığı, 

hadisə və insan səciyyəsini canlandırmaqda bir-birini tamamlayan bədii 

nüfuz üsullarından istifadə edir.                                                                                                                

        Akademik Məmməd Cəfər 

11.


 

 Elçin  Azərbaycan  ədəbiyyatının  XX  əsrdən  XXI  əsrə  keçici  dövrünün 

qaranlığa  iĢıq  saçan  mayaklarından  biridir.  O  real  və  zəngin  bədii 

yaradıcılığı ilə xalqına , ümumən bəĢəriyyətə layiqli  xidmət etmiĢdir. 

                                                                           Akademik Budaq Budaqov 

12.


 

 ―Elçinin  hekayə  və  povestlərini  oxuyanda  qələmindəki  özünəməxsusluğun 

bədii  cizgiləri,  əlamətləri  dərhal  nəzərə  çarpır...  Nüfuzedici  bir  nəzərlə 

uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri 

qaldırıb  əsl  mahiyyətə,  nüvəyə  çatmaq  meyli  bu  yazıçıya  xas  bir 

keyfiyyətdir. 

                                                                               Akademik  Məmməd Arif. 

13.


 

 Elçin  Azərbaycan  ədəbiyyatını  yalnız  respublika  ölçüsündə  deyil,  dünya 

ölçüsündə araĢdırır. 

                                                                              Akademik Abbas Zamanov 

14.

 

―Elçin  müasir  Türkiyə  ədəbiyyatından  və  ədəbi  prosesindən  bəhs  edərkən 



belə  bir  fikri  əsas  götürür  ki,  ədəbiyyat  dövrün  mühüm  siyasi  –  ictimai 

problemlərindən  kənarda  qalmamalı,  həmiĢə  öz  xalqının  ictimai  marağının 

keĢiyində  dayanmalıdır,  bilavasitə  həyatdan  bəhrələnməlidir.  O,  qabaqcıl 

dünya  ədəbiyyatından  faydalanmaqla  birlikdə    milli  ədəbi  ənənələrinə 

arxalanmalıdır...                                                                                                                                               

Akademik Həmid Araslı 

15.

 

 Elçinin  dil  spesifikliyi  və  özünəməxsusluğu  bir  yazıçı  kimi  qabarıq 



keyfiyyətlərindəndir.  Elçinin  yaradıcılığının  əsas  xüsusiyyətlərindən  biri 

obrazların reallığı, dinamikliyidir. 

                                                    Əməkdar Ġncəsənət xadimi Yusif Səmədoğlu 

16.


 

 Elçin  bədii  teksti  dünyaya  yaxınlaĢdırmağı  bacarır.  Elçinin  söylənti  tərzi 

povestlərində  və  hekayələrində  əsasən  silsilə  cümlələrdən  alınmıĢ  iri 

cümlələrdən  yığılır.  Ədəbiyyatımızda  bunun  kökü  Fizuli  nəsrinə,  Mirzə 

Fətəliyə, Mirzə Cəlilə ... gedib çıxır. 



 

                                                

 

15 



 

                                                                                         Professor  Niyazi Mehdi 

17.

 

 Elçinin  yaradıcılığında  ―yazıçı  yaddaĢı‖  güclü  bir  faktordur.



 

Onun 


―Bayraqdar‖ povesti  öz müəllifinə müasir dövrdə - XXI əsrin əvvəllərində 

də ədəbi bayraqdarlıq ucalığı gətirmiĢdir. 

                                                                               Professor Nərgiz PaĢayeva   

18.


 

 Elçin tutduğu rəhbər ictimai vəzifələrdə, yüksək dövlət vəzifələrində həmiĢə 

böyük  səriĢtə  və  enerji  ilə,  xeyirxahlıq,  eyni  zamanda  prinsipiallıqla  geniĢ 

mənada Azərbaycan mədəniyyətinə xidmət etmiĢdir. 

                                                                              Bəstəkar Tofiq Quliyev 

19.


 

 Bu  böyük  yazıçının  bədii  təsvir  vasitələri  elədir  ki,  onun  əsərlərini 

oxuduqda,  elə  bil,  mahir  bir  rəssamın  fırçası  ilə  canlandırılmıĢ  tablolara 

tamaĢa edirsən. 

                                                                                 Xalq rəssamı Tahir Salahov 

 

Elçin Əfəndiyevin kitabxanada bir neçə kitabının icmalını  keçirmək, onun 



yaradıcılığından  bəhs  edən  diskussiyalar  da  təĢkil  etmək  olar.  Diskussiyalar 

keçirilərkən  yazıçının  hekayələrindən,  romanlarından,  dramlarından  söhbət  açılır 

və  bu  haqda  oxucuların  fikirləri  öyrənilir,  onlarla  yazıçının  yaradıcılığı  haqqında 

diskussiya  aparılır.  YaxĢı  olar  ki,  diskussiya  kitabxana  ətrafında  yerləĢən 

məktəblərdə  təĢkil olunsun.  Kitabxanaçı məktəblilərlə    Elçin Əfəndiyevin  əsərləri 

əsasında aĢağıdakı formada diskussiya apara bilər:     

―Hörmətli  oxucularımız.  Hamımıza  görkəmli  yazıçımız  Elçin  Əfəndiyevin 

əsərləri tanıĢdır. Məlumdur ki, Elçin Əfəndiyevin əsərlərində  yeni olan  iki bədii 

məziyyət ədəbi-bədii fakt olaraq çözülə bilər. Ġstər ―Mahmud və Məryəm‖ də, istər 

―Ağ  dəvə‖  də,  istərsə  də  ―Ölüm  hökmü‖  ndə  zaman  və  məkan  Elçinin  o  vaxta 

qədərki yaradıcılığına xas olmayan bir miqyasda sonsuzluq, hüdudsuzluq, geniĢlik 

qazanıb. 

Adətən  yazıçı  hekayə  və  povestlərində  bir-iki  ilin,  bir  neçə  ayın,  beĢ-on 

günün, bir səhərin, bir gecənin, üç-dörd saatın, hətta an qədər qısa zaman aralığının 

bədii mətləbini qələmə alırdı... Halbuki, ―Mahmud və Məryəm‖ romanında eĢqin, 

ali  və  ülvi  məhəbbətin  iĢığı  böyük  tanrının  insanı  yaratdığı  ilk  gündən  baĢ  alıb 

gəlir.  ―Ağ  dəvə‖  romanında  bir  günün,  yazı  mizi  baĢında  keçən  bir  neçə  saatın 

içində  ən  azı  əlli  ilin  hadisələri  qeyri-adi dərəcədə  mükəmməl  bir  təfərrüatla  göz 

önündə durmaqda, canlı bir görsəniĢdədir. Yazıçının  hər bir romanı ayrı-ayrılıqda 

lakonik epopeyadır. Bəli, təbiətin ayrılmaz bir parçası olan insanın, insan taleyinin 

epopeyası... 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə