Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                

 



 

        Yazıçı  ədəbiyyatĢünaslığımızı  bu  gün  də  məĢğul  edən,  ayrı-ayrı  hallarda 

sənətĢünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən  problemləri  iki  aspektdə  –  həm 

bədii  nəsrin  təcrübəsində,  həm  də  onun  tənqidində  diqqət  və  ehtiyatla  araĢdırır, 

müqayisələr aparır, bədii əsərləri və tənqidi fikirləri, müxtəlif müəlliflərin rəylərini 

tutuĢdurur,  nəticə  çıxarır,  yüksək  səviyyəli  elmi  xülasələr  əldə  edir.  Elçin 

Əfəndiyev  həm  də  60-  70-ci  illərdə  tənqidçi  həmkarları  ilə  birlikdə  təsvir 

tənqidindən təhlil tənqidinə keçidin əsasını qoydu. 

        Elçin  Əfəndiyevin  xalqımızın  tarixi, taleyi  və  bədii  irsi  ilə  bağlı  olan, uzaq 

və  yaxın  keçmiĢimizin  mənzərəsini  canlandıran  əsərləri  XX  əsr  Azərbaycan 

ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığı yalnız Azərbaycanda 

deyil, sərhədlərimizdən kənarda da elmi tədqiqat obyektinə çevrilir. Yaradıcılığına 

metafizik realizm üslubunda hekayələrlə baĢlayan yazıçı Azərbaycan ədəbiyyatının 

qızıl  fonduna  tarixi  romanları,  absurd  dramları,  sürrealist  və  realist  hekayə  və 

povestləri ilə daxil olmuĢdur.  

     


Ümumiyyətlə  istedad    ali  vətənpərvərlik,  insansevərlik  duyğusu  ilə 

qovuĢanda,  büllur  sənətkar  təbiəti  saf  əxlaqla  qoĢalaĢanda  sənət  möcüzələri 

yaranır.  Bəhs  etdiyimiz  bu  xüsusiyyətlər  hamısı  xalq  yazıçısı  Elçin  Əfəndiyevdə 

var. Bu böyük yazıçının bədii təsvir vasitələri elədir ki, onun əsərlərini oxuduqda, 

elə bil, mahir bir rəssamın fırçası ilə canlandırılmıĢ tablolara tamaĢa edirsən. 

      

Elçin  Əfəndiyev  lirik  hekayələr  ustası,    müqtədir  romançı,    mahir 

komediyalar  müəllifi,    psixoloji  faciələr,  tragediyalar  dramaturqu,    ədəbi  prosesə 

hakimlik  etmək  səlahiyyəti  olan  ustad  tənqidçi,    fundamental  monoqrafiyalarıyla 

özünəməxsus  elmi-nəzəri  sistemini  yaradan klassik  ədəbiyyatĢünas alimdir.  Elçin 

Əfəndiyevin      adı  60-cı  illərin    ideoloji    qəliblərinə  sığmayan  üslubda  yazıb-

yaratmıĢ  və  ədəbiyyatımızın  yeni  mərhələsini  formalaĢdırmıĢ  nasirlər  arasında 

daim hörmətlə çəkilir. Yazıçı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-

çox  uzaqlarda  tanınan,  sevilən  yazıçılardandır.  HəmiĢə  ziyalılar  mühitində  olan, 

ömrü-  günü  kitablar  arasında  keçən  Elçin  Əfəndiyev  daim  oxumuĢ,  öyrənmiĢ, 

dünyanın  ən  böyük  yazıçılarının  əsərləri  onun  üçün  ədəbi  meyara  çevrilmiĢdir. 

Azərbaycan  nəsrini,  müasir  ədəbi  tənqid  zirvəsini  araĢdıran  Elçin  Əfəndiyev  öz 

yaradıcılığına  da  çox  ciddi  yanaĢmıĢ,  dərindən  öyrəndiyi,  müĢahidə  etdiyi 

personajların  həyatını  yüksək  sənətkarlıqla  əks  etdirməyi  bacarmıĢdır.  Yazıçının  

yaradıcılığının  çoxĢaxəli  olmağı  bəzən  onun  tədqiqatçılarını  çıxılmaz  vəziyyətdə 

qoyur:  nasir, dramaturq,  tərcüməçi,  publisist, esseist,  ədəbi, psixoloji  və  dramatik 

talelər, portretlər silsiləsini yaradan, tənqidçi, ədəbiyyatĢünas, kinossenarist, sevən 

və sevilən övlad, ictimai xadim, dövlət xadimi...  




 

                                                

 



 

      


Yazıçı çox oxumaq və sərbəst düĢünmək nəticəsində lakonik, qısa, yığcam 

düĢüncələr  dünyası  yaratmıĢdır.  Elə  buna  görə  də  onun  hekayələri,  povestləri, 

romanları həmiĢə diqqət mərkəzində olmuĢdur. Bu əsərlər ümumittifaq miqyasında 

da Ģöhrət qazanmıĢdır.  

        ―Vətən‖  cəmiyyətinin  sədri  kimi  Elçin  Əfəndiyev  böyük  iĢlər  görmüĢ,  ilk 

dəfə dünyanın bir sıra ölkələrinə səpələnmiĢ azərbaycanlıların dayağına, pənahına 

çevrilmiĢdir. 

      


Elçin Əfəndiyevi  bir yazıçı, dövlət xadimi, ziyalı, ata kimi həmiĢə uĢaqların 

həyatı,  onların  təlim-tərbiyə  məsələləri,  uĢaq  ədəbiyyatı  və  onun  problemləri 

maraqlandırmıĢdır.  1980-ci  ildə  ―Aysunun,  Humayın,  Günayın,  Yalçının  və  

Nigarın  nağılları‖,    ―Səlimin  hekayələri  ―  göstərdi  ki,  yazıçı  uĢaq  ədəbiyyatına 

barmaqarası  baxmır,  öz  balaca  qəhrəmanlarının  daxili  dünyasına  nüfuz  etməyi 

bacarır.        

         Yazıçının  bədii  əsərləri  dünyanın  bir  sıra  dillərinə  tərcümə  olunmuĢ,  kitab 

Ģəklində buraxılmıĢdır. ÇağdaĢ milli nəsrimizin və dramaturgiyamızın banilərindən 

biri,  Ģöhrətli  yazıçı  Ġlyas  Əfəndiyevin  ailəsində  dünyaya  göz  açan  yazıçının  

əsərləri – hekayə, povest, roman, publisistika, ədəbi qeydlər və hətta fundamental 

elmi  məqalələri,  tədqiqatları  iĢıq  üzü  gördüyü  vaxtdan  dərhal  sonra,  öncə  öz 

vətənində,  eyni  zamanda  digər  yaxın  və  uzaq  ölkələrdə  sürətlə  yayılmıĢ,  sevilə  - 

sevilə  oxunmuĢ,  daxili  bir  təlabatla  neçə-neçə  oxucu  nəsli  arasında  əldən-ələ, 

zövqdən-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu təsdiqləmiĢdir. 

Ġndinin özündə onun yaradıcılığı, onun araya-ərsəyə gətirdiyi ədəbi sərvət zamanın 

sınağından çıxmıĢdır. Elçin Əfəndiyevin yaratdığı Söz sınanmıĢ Sözdür! 

      

Son  50  ildə  Azərbaycan  mədəniyyətinin,  Azərbaycandakı  yeni  estetik 



düĢüncənin  inkiĢafında  hələ  ki,  yeganə  dövr  olaraq  fərqləndirilən  60-cı  illər 

nəslinin öncüllərindən olan Elçin Əfəndiyev elə bir sənətkardır ki, qələmə sarıldığı 

ilk çağdan, az qala əlli il ərzində heç zaman yazıçı ovqatından , üzərinə götürdüyü 

missiyadan, baĢqa sözlə yaradıcı prosesdən heç bir miqyasda iraq düĢməmiĢ, sirli- 

sehrli yazı masasının baĢını bir an da olsun tərk etməmiĢ və elə buna görə də ədəbi 

varlığının  ən yetkin məqamına yetiĢdiyi indiki günlərimizdə heyrətamiz dərəcədə 

zəngin ədəbi-bədii irs yaratmağa nail olmuĢdur. 

         Kimsə hərdən bir adiyə bədii obraz pasportu verəndə Elçin Əfəndiyev bu adi 

insanları  əsərlərinə  dəstə-dəstə  gətirdi.  Adiliyin  estetikasını  özününküləĢdirdi. 

Adiliyin  fəlsəfəsini  oxudu  və  üzə  çıxardı,  adiliyin  poeziyasını  duydu  və  qələmə 

aldı.  Nəticədə,  adilik  təməlində  qeyri  -adi  ədəbiyyat  yaratdı.  Bu,  Elçin  

Əfəndiyevin  zəngin üslub  cizgilərindən  biri oldu.  Yazıçı bu  yolda  xüsusi istedad 

göstərdi. ―BaladadaĢın ilk məhəbbəti‖, ―BaladadaĢın toy hamamı‖ və AbĢeronun, 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə